Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

özünün  elmi  fəaliyyətini  inqilabi  fəaliyyəti  ilə,  n ə z ə riy y ə n i 
praktika ilə birləşdirməyə çalışırdı.
Əgər  Marksın  tələbatlar  və  onları  hərəkətə  g ə t i r ə n  
qüvvələr  arasında  sintezə  nail  ola  bildiyini  başa  d ü şə rik sə , 
onda  onun  fikirlərinin  bir  çox  paradoksal  elementləri  b i z ə  
məlum  olar.  Belə  ki,  bəzi  alimlərin  fikrincə,  M a r k s ın  
determinizmi,  yəni  onun tarixi  dəyişikliyin zəruriliyi  fikri  i l ə  
fəhlə  sinfinin adından  inqilabı müdafiə etməsi  ziddiyət t ə ş k i l  
edir.  Onlar belə  hesab  edirlər ki,1 əgər  dəyişikliklər  və  e lə c ə  
də  fəhlə  sinfinin  hakimiyyətə  gəlməsi  ideyası  labüddürsə, 
onda  azad  iradə  -  volyunatrist  inqilabçı  mövcud  ola b ilm əz. 
Marks isə əksinə, bu iki  şeyi birləşdirir.
Marksı  ömrü boyu düşündürən ən vacib m övzulardan 
biri  də  özgələşmə  olmuşdur.  Onun  fikrincə,  in san lar 
yadlaşıblar,  yəni  sosial  bir  varlıq  kimi  bir-birini  n ə zə rə  
çarpdırmaq  üçün  özlərinin  nadir  yaradıcılıq  imkanlarından 
uzaq  düşüblər.  Özgələşmənin  əsas  səbəbi,  onun  fikrincə, 
cəmiyyətdəki  mövcud  institutlar,  xüsusən  sosial  siniflər  v ə  
əmək  bölgüsüdür.  Özgələşmənin  əsas  göstəricisi  insanın 
sosial institutların möhkəmliyinə, yəni bu institutların onların 
həyatlarını nəzarətdə saxlamasına inamıdır.
Marksın özünün  mövqeyində də xüsusi  bir dönüş  var. 
Onun  fikrincə,  əslində  sosial  institutlar  dəyişməz  deyillər. 
Onlar  daim  insan  tərəfindən  yaradılır:  bu  həmişə  belə 
olmuşdur  və  belə  də  olacaqdır.  Marks  daha  sonra  bir  qədər 
də irəli gedərək qeyd edir ki, bütün tarix və xüsusən də sosial 
institutlar  tək  bir  məqsədə  -  insanlar  arasında  özgələşməni 
məhdudlaşdırmağa  doğru  hərəkət  edirlər  və  bununla  da

Bax:  Lewis Fewer,  ed.  Marx & Engels.  Basic Writings on Politics & 
Philolosophy.  Garden city, N.Y.  Doubleday & Co.,  1959, p. XI.
108
onlara  nümayiş  etdinmək  istəyirlər  ki,  insanlar  özləri  öz 
sosial dünyalarının yaradıcısı və sahibirdirlər.
Marksın sosial qayda haqqında düşüncələri
Cəmiyyətin  təbiəti  və  ya  sosial  qayda  haqqında 
sosioloqlar  müxtəlif  fikirlər  söyləyirlər.  Burada  biz  Marks, 
Veber  və  Parsonsun  üç  mühüm  konseptə  -  sosial  strati fı- 
kasiya,  sosial  təşkil  və  sosial  sistemə  baxışlarını  təhlil 
edəcəyik.
Sosial  stratifıkasiya -  cəmiyyətdə sosial  iyerarxiyanın 
təbiətini  və  tərkibini  bildirir.  Xüsusən  də  Marksda  o,  sosial 
sinif konsepsiaysına tətbiq olunur.
Sosial  təşkil  -   bir  qədər  ümumi  termin  olsa  da, 
sosioloqlar  hal-hazırda  onu  sosial  aləmdə  mövcud  olan 
müxtəlif tip qruplara və ya kollektivlərə aid edirlər.
Sosial  sistem 
ümumilikdə  sosial  aləmin  məntiqi  və 
mahiyyət  strukturudur  ki,  onun  da  əsas  elementini  insanlar 
və onların qarşılıqlı  münasibətləri təşkil edir.
İndi  isə  Marksın  sosial  aləm  haqqında  baxışlarının 
təhlilinə keçək.
Sosial statifikasiya
Marksa  görə,  insanın  ilkin  rolu  onun  istehsalçı  ol­
masıdır:  yaşamaq  üçün  o,  ərzaq  əldə  etməli  və  təbiət  qüvvə­
lərindən  özünü  qorumağı  bacarmalıdır.  İstehsal  prosesində 
onun  işlətdiyi  alətlər,  daxilində  fəaliyyət  göstərdiyi  sosial 
formalar (məs.,  fabrik, zavod və ya plantasiya) hər bir cəmiy­
yətdə  müəyyən  stratifıkasiya  sistemi  yaradır.1  Stratifıkasiya
1 Bax:  Lewis Fewer,  cd/ Marx& Engels: Basic Writings  on Politics & 
Philosophy (Garden City, N .Y .:  Doubleday & Со.,,  1959),  p.Xl.
109


sisteminin özünü təşkil  edən qrup və ya təbəqələr sosial  s in fə  
aiddirlər.  Yetkin  kapitalist  cəmiyyətində  iki  əsas  s in if  
mövcuddur:  əhalinin cüzi  bir hissəsini  təşkil  edən kapitalist­
lər  və  çoxluq  -   proletariat.  Bu  siniflər  istehsal  prosesinin 
məhsulu  olsalar  da,  iki  mühüm  fakta  görə  bir-birindən 
fərqlənirlər:  1)  kapitlaistlər  istehsal  vasitələri,  yəni  texnoloji 
və  elmi  aparat  üzərində  mülkiyyətə  malik  olduqlan  halda, 
proletariat  yalnız  öz  əmək  qüvvəsinə  güvənə  bilər;  2 ) 
mülkiyyətə  sahib  olmaq  mülkiyyət  sahiblərinə  bu  prosesin 
məhsulunun  -   gəlirin  və  izafi  dəyərin  vahid  xeyir  götürəni 
olmalarına imkan yaradır.
Marksm  sosial  sinif  konsepsiyasında  bəzi  birmənalı 
olamayan cəhətləri də qeyd etmək lazımdır. F. Engelslə birgə 
1848-ci  ildə  çap  etdirdiyi  “Kommunist  Partiyasının  Mani- 
festi”  adlı  əsərində  Marks  kapitalistlər  və y a sənaye  burjua­
ziyası  və proleteriat,  yaxud  fəlilə  sinfindən  əlavə  “aşaığr  və 
orta  sinif,  xırda  manufakturaçılar,  dükan  sahibləri,  sənət­
karlar,  kəndlilər...”  və  b.  haqqında  danışır.  “Fransada  sinfi 
mübarizə”  əsərində  isə  o,  maliyyə  aristokratiyası,  maliyyə 
burjuaziyası,  xırda  burjuaziya  və  kəndlilər  haqqında  yazır. 
Marksm bu əlavə siniflər haqqında yazdığı  digər misalları  da 
gətirmək  olar.  Buradan  sual  meydana  çıxır:  Marks  sosial 
sinif haqqında yazarkən əslində nəyi nəzərdə tuturdu?
Marks  özünün  sosial  sinif nəzəriyyəsini  kapitalizmin 
iqtisadi 
təhlilinə 
tətbiq 
edir. 
Məsələn, 
“Kommunist 
Partiyasının  Manifesti”ndə  Marks  və  Engels  bir  tərəfdən 
sənaye  burjuaziyası  və  ya  kapitalistlər,  digər  tərəfdən  isə 
proleteriatın  timsalında  iki  əsas  düşərgəni  təsvir  edirlər. 
Onlar göstərirlər ki,  gec  və ya tez bütün  digər siniflər bu  iki 
qrupdan  birinin  tərkibinə  qatılacaqdır.  Nəhayət,  sosial  sinfm
110
və kapitalizmin əsaslarının müəyyənləşdirilməsi  Marks üçün 
eyni  vaxt  çərçivəsində  kapitalizmin  və  kapitalist  sinfinin 
süqutunu qabaqcadan söyləmək üçün bir vasitəyə çevrilir.
Sosial təşkil
Marksa görə,  sosial təşkil sosial qaydanın mühüm ele­
mentidir.  İstehsal  prosesinin  iki  nəticəsindən  biri  insanların 
çalışdığı  sosial  müəssisə,  digəri  isə  stratifikasiyasıdır.  Məs., 
“Kapitaf’da  istehsal  üsulunun  inkişafında  üç  mərhələdən  - 
sənətkarlıq,  manufaktura və  fabrik istehsalından söhbət gedir. 
Onlardan  sonuncusu  XIX  əsr  kapitalist  dövlətləri  üçün 
səciyyəvidir.
Ümumən, sosial təşkil  Marksı az maraqlandıran prob­
lemlərdəndir.  Sənaye  təşkilinin  inzibati  iyerarxiyası  cəmiy­
yətin  stratifikasiya  iyerarxiyasına  identik  sosial  qrupları  -  
kapitalistləri  və  proleteriatı  yaradır.  Sosial  strati fikasiyasının 
sosial  təşkil  ilə  bu  cür  qarışdırılması  qarşısıalınmaz  analtik 
problemlərə  gətirib  çıxarır  (məs.,  tez-tez  mücərrəd  sosial 
siniflə  mülkiyyətçilərin  qarışdınlmasına).  Görünür  Marks 
kapitalist  və  proleteriat  sinifləri  haqqında  yazarkən  onların 
nəyi  təmsil  etmələrini  qarışdırır,  onlara real  qrupların varlığı 
kimi  yanaşırdı  ki,  bunun  əsasında  da  təhlil  aparmaq  və  ya 
gələcəyi  göstərmək  faydalı  idi.1 Daha  sonra  Marks  kapita­
lizim  cəmiyyətinin  daha  bir  sinfi  -   torpağa  sahib  olan 
aristokratiyadan  bəhs  edir.  Buradan  belə  çıxır  ki,  kapita­
lizmdə  üç  əsas  sinif -   istehsalın  texniki  və  elmi  aparatına 
malik  olan  kapitalistlər,  torpaq  üzərində  xüsusi  mülkiyyətə 
malik  torpaq  sahibələri  olan  aristokratiya  və,  nəhayət,
1 Stanislaw Ossowski, Class, Structures in the Social Consciousness. New 
York: Free Press,  1963.
I l l


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə