Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574


partiyalar  kifayət  qədər  uzun  bir  m ü d d ə td ə



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Qərbdə  partiyalar  kifayət  qədər  uzun  bir  m ü d d ə td ə  
formalaşmış,  inkişaf  etmiş  və  müxtəlif  partiyalar  a ra sın d a  
müəyyən  müvazinət  mövcuddur.  Bunlara  misal  o la ra q , 
Britaniyadakı  mühafizəkar,  liberal  və  leyboristlər  p a rtiy a ­
larını,  Almaniyadakı  Xristian-Demokratik və  Sosial-D em ok- 
ratik  partiyalarını,  ABŞ-da  Demokratlar  və  R espublikaçılar 
partiyalarını  və  Fransa,  İtaliya,  Hollandiya,  Belçika  və  d ig ə r 
ölkələrdəki  oxşar  partiyaları  göstərə  bilərik.  B u 
tip 
partiyalara  inkişaf  etməkdə  olan  ölkələrdə  rast  gəlinm ir. 
İnkişaf etməkdə  olan  ölkələrdə  partiyalar ümumən  m übarizə 
və  “çətir”  təşkilatlardırlar.  “Çətir”  təşkilatlar  bəzən  zam an 
keçdikcə  daha  məhdud  və  ya  spesifik  təşkilatlara  və  y a 
partiyalara  bölünürlər.  Bu  “çətir”  təşkilatlar  hökum əti 
formalaşdırmaq  və  onu  idarə  etmək  üçün  əsas  vasitəçi  kim i 
fəaliyyət  göstərirlər.  Burada  daha  bir  amili  də  qeyd 
etməliyik:  bu,  qeyri-siyasi  sektorun  siyasiləşməsi  m əsələ­
sidir.  Bu,  onların  sosial  dəyişikliyin  vasitəçisi  kimi  roluna 
təsir göstərir. İnkişaf etməkdə olan ölkələrdə siyasi inkişaf və 
sosial  dəyişiklik  problemi  xeyli  siyasiləşmişdir.  İqtisadiyyat, 
sənaye,  təhsil,  din,  mədəniyyət,  ədəbiyyat  kimi  qeyri-siyasi 
sahələr  kəskin  şəkildə  siyasətdən  asılıdır və  ya onun  təsirini 
hiss  edirlər.  Bu  proses  genişləndikcə  siyasi  partiyalar  sosial 
dəyişikliyin  instrumenti  kimi  həlledici  əhəmiyyət  kəsb 
etməyə  başlayırlar.  Partiyalar  dövlət  mexanizminin  fəaliy­
yəti,  hökumətin  fəaliyyəti,  iqtisadiyyatın  inkişafı  və  s.  üçün 
açar  vasitəyə  çevrilirlər.  Partiyalar  təkcə  ölkədaxili  deyil, 
həm  də  xarici  məslələrdə,  məs.,  mühüm  dövlətlərlə 
münasibətlərin  müəyyənləşdirilməsində  və  ya  dəyişdirilmə­
sində, xüsusi tip xarici yardımın, texnologiyanın və digər növ 
yardımın alınmasında müstəsna rol oynaya bilərlər.
100
3.  Təzyiq q ru p la rı:  m etod və texnikalar
M üxtəlif  təzyiq  qrupları  m üxtəlif  növ  metod  və 
texnikalardan  istifadə  edirlər.  Bu  metodların  hansından 
istifadə  onların  konkret  şəraitdən  asılı  olaraq  qarşılarına 
qoyduqları  vəzifələrdən  asılıdır.  Bir  sıra  təzyiq  qrupları 
tərəfindən  istifadə  olunan  metodlardan  biri  müəyyən 
partiyanı  və  ya  onun  namizədini  seçkilər  vaxtı  və  ya 
seçkilərarası  dövrdə  dəstəkləməkdir.  Digər  geniş  yayılmış 
metod  mitinqlərin,  konfransların,  qurultayların,  yürüşlərin 
keçirilməsidir  ki,  bu  vaxt  məlum  qrupun  üzvləri  müxtəlif 
siyasi  partiyalar  və  mövqecə  yaxm  digər  təzytiq  qrupları  ilə 
yaxşı əlaqələr və işçi münasibətlər qura bilirlər.
Təzyiq  qruplarının  istifadə  etdikləri  texnikalara  gəl­
dikdə  isə  deməliyik  ki,  onlar  divar  qəzetlərindən,  qəzetlərdə 
hər  hansı  bir  yerin  satın  alınmasından,  plakatlardan  və 
şairədən  öz  problemlərini  ictimaiyyətə  çatdırmaq  və  həll 
etmək,  ictimai  rəy yaratmaq  və  onu  səfərbərliyə  almaq  üçün 
istifadə edirlər.
101


FƏSİL 8. SIYASI SOSİOLOGİYADA METOD V Ə  
METODİKALAR
Hər  bir  elmin  öz  tədqiqat  metodları  və  te x n ik a la rı 
vardır.  Onlardan bəziləri  digər elmlərdən alma,  bəziləri  d i g ə r  
elmlərdəkilər  ilə  eynilik təşkil  edə,  digərləri  isə bu elm  ü ç ü n  
spesifik ola bilər.
Siyasi  sosiologiya  siyasi  elm  və  sosiologiyanın  ə k s ə r  
metod və metodikalarından bəhrələnir.
Beləliklə, 
siyasi 
sosiologiyada 
istifadə 
o lu n a n  
aşağıdakı bəzi metod və metodikalara müraciət edək:
1.  Bölmə və təsnifləşdirmə metodu
Bu  metod bir çox  elmlərdə tətbiq olunur.  Belə ki,  h ə r 
bir  elm  toplanılan  məlumatlar  əsasında  öz  nəticələrini  v ə  
ümumiləşdirmələrini  qurmalıdır.  Məlumatları  ayrıca  b ir 
hadisə,  misal,  situasiya  və  s.  təşkil  edə  bilər.  Bu  metoddan 
siyasi  sosiologiyada  məlumatın  toplanılması  və  emalı  üçün 
geniş istifadə olunur.
2.  Elmi induksiya metodu
Bu  metodun  fərqli  cəhəti  ondadır  ki,  elmi  nəticə  bir 
və  ya  daha  çox  hadisə  əsasında  əldə  edilir.  Bunun  üçün 
Nyutonun  almanın  yerə  düşməsi  kimi  hadisə  əsasında 
qravitasiya qanununu k əşf etməsi misalını göstərə bilərik. 3
3.  Analogiya metodu
Digər  elmlərdə  olduğu  kimi  bu  metoddan  da  siyasi 
sosiologiyada geniş  istifadə  olunur.  Bu metodun xüsusiyyəti 
yalnız iki hadisə və ya situasiyanın Öyrənilməsindədir.  Lakin
102
bu  vaxt  alman  nəticə  və  ümumiləşdirmələrin  həqiqiliyi  və 
faydalılığı xeyli  dərəcədə  məhduddur.  Bu  metod bütövlükdə 
siyasi  sosiologiya  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  İki  si­
yasi  sistemin,  iki  liderlik  tipinin,  iki  seçki  sisteminin,  iki 
planlaşdırma  modelinin  və  s.  öyrənilməsi  buna  misal  ola 
bilər.
4.  Statistik metodlar
Siyasi  sosiologiyada  bu  metoddan  geniş  istifadə 
olunur.  Məsələn, 
demoqrafiq  proseslərin  öyrənilməsi, 
seçkilərin nəticələrinin əvvəlcədən xəbər verilməsi və s.  kimi 
hallarda statistik metodlardan istifadə oluna bilər.
5.  Müşahidə metodu
Müşahidə  məlum 
situasiya  və 
ya  fenomenin 
gücləndirilmiş  tərzdə  və  hərtərəfli  izlənilməsi  deməkdir. 
Müşahidə qısa və ya uzun müddət ərzində, bir adam və ya bir 
qrup  adam  tərəfindən  aparıla  bilər.  Siyasi  sosiologiyada  bu 
metod 
seçkilərin, 
liderlik 
xüsusiyyətlərinin 
və 
s. 
öyrənilməsində tətbiq edilə bilər.
6.  Eksperiment metodu
Eksperiment  müşahidənin  nəzarət  olunan  formasıdır. 
Eksperiment  əvvəlcədən  düşünülmüş  və  nəzarət  olunan 
situasiya  və  ya  hadisəni  nəzərdə  tutur.  Təbiət  elmlərində 
eksperimentdən  geniş 
istifadə  olunduğu  halda  sosial 
elmlərdə,  eləcə  də  siyasi  sosiologiyada  onun  tətbiq  sahəsi 
olduqca  məhduddur.  Belə  ki,  bəzi  hallarda  eksperimentdən 
istifadə etmək arzuolunan olsa da,  onu tətbiq  etmək çox çətin 
olur (məsələn, maliyyə cəhətdən baha başa gəldiyindən).
103


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə