2. Ərazinin müxtəlif məqsədli istifadə üçün dağ - texniki
və ya mühəndisi hazırlanması - texniki və ya dağ - texniki re
kultivasiyası.
3. Bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin
məqsədyönlü istifadəsinə keçid.
Dünyada kənd təsərrüfh torpaqlarının azalması ilə əlaqədar
açıq üsulla pozulmuş ərazilərin kənd təsərrüfatı məqsədləri
üçün rekultivasiyası böyük əhəmiyyət kəsb edir. Bu iş yerinə
yetirilərkən öncə sahə hamarlanır, üzəri 0,5 - 1,0 m münbit
torpaq qatı ilə örtülür, su rejimi nizamlanır, çoxlu miqdarda
gübrə verilir, növbəli bitkilər əkilir və yaxşı nəticə almır.
Faydalı qazıntıların yeraltı üsulla çıxarılması da əsasən
yer səthinin çökməsi və ərazinin qeyri-filiz laylan ilə çirklən
məsi şəklində pozulur. Bu zaman səthin çökməsi dərinliyə
görə müxtəlif ola bildiyindən, onların bərpa içləri də müxtəlif
olur, (idman qurğuları tikilir, su hövzələri, parklar, yaşayış və
sənaye tikintiləri yaşıllıq zolaqları salınır və s.).
Neft mədənlərinin tikilməsi və istismarı, neftin və duzlu
lay sularının ətrafa axıdılması tez bir vaxtda torpağın deqrada
siyasına səbəb olaraq ətraf mühitə güclü təsir göstərir. Hazırda
neftlə çirklənmiş torpaqlann istifadəsi üçün adi rekultivasiya
tədbirləri tətbiq olunur: çirklənmiş sahə torpaqla örtülür, neft
yandırılır, neftlə çirklənmiş torpaq kürünüb atılır. Rekultivasi
yanın mexaniki və fiziki metodları neft və neft məhsullarını
torpaqdan tam kənarlaşdırmağa qabil deyildir.
Aqrotexniki üsulların köməyi ilə neftlə çirklənmiş torpağın
öz-özünü təmizləməsi prosesini gücləndirmək olar, bu zaman
təbii mikrobiosenoza daxil olan karbohidrogen oksidləşdirici
mikroorqanizmlərin potensial katabolik aktivliyi yüksəlir. Neft
lə çirklənmiş torpaqlarda şaxəli kök sisteminə malik olan yon
canın və digər paxlalı bitkilərin səpilməsi karbohidrogenlərin
parçalanmasının sürətlənməsinə səbəb olur.
Respublikamızda məhz torpağın çirklənməsi əsasən dağ-
mədən və neft sənayesi tərəfindən baş verir. Ümumiyyətlə, xalq
172
təsərrüfatı kompleksində əmələ gələn bütün tullantıların 70%-i
iqtisadiyyatın mineral xammal sektorunun payına düşür. Tul
lantıların zərərsizləşdirilməsi və onlardan istifadə olunması
həm ekoloji, həm də iqtisadi cəhətdən çox sərfəlidir. Belə
vəziyyətdən çıxış yolunu mütəxəssislər tullantısız və aztullantılı
istehsalların yaradılmasında görürlər. Bu cür çoxprofilli müəs
sisələr hazırda fəaliyyət göstərməkdədir. Sübut olunmuşdur ki,
tullantılardan istifadə olunma xərci, yeni xammalın əldə edil
məsi xərcindən 2-3 dəfə azdır.
İnsan bərk məişət tullantıları (BMT) yaratmadan yaşaya
bilməz. BMT-nin miqdarı müxtəlif səbəblərlə səciyyələnir.
Belə tullantılar həm xüsusi müəyyənləşdirilmiş yerlərdə, həm
də icazə verilmiş qeyri-mütəşəkkil sahələrdə (zibilxanalarda)
toplanır. Hazırda BMT poliqonlara daşınır ki, orada torpaqda
anbarlaşdırılır, sonra minerallaşdırılır. BMT-in zərərsizləşdiril
məsi onların yandırılması metodu ilə də həyata keçirlir.
Dünyada zibilin yandırılmasından alınan bərk qalıqların
istifadəsi üçün çoxlu texnologiyalar işlənib hazırlanmışdır.
Məsələn, Amerikada bərk tullantılardan divar bloklar, Yaponi
yada isə alınan şlaklardan yol örtüyü kimi istifadə edilir. Bir
çox ölkələrdə zibil yandıran zavodlar tikilmir, onlar qiymətli
kompleks xammal kimi emal edilir.
Ümumiyyətlə, torpaqlann qiymətləndirilməsi müasir tələ
bata tam cavab verməməsi üzündən təbii şəraitdən, məhsuldar
lığından, ixtisaslaşma təmayülündən asılı olmayaraq, istər icti
mai, istərsə də özəl təsərrüfatlarda sənaye xammalı əldə etmək,
yollar, kanallar, qaz, su kəmərləri çəkməklə, şəhərləri və kənd
ləri inkişaf etdirməklə, elektrik stansiyaları, su ambarları tik
məklə, yerin təkindən faydalı qazıntı xammalı çıxarmaqla tor
paqlara və bütövlükdə ətraf mühitə təsir dairəsi genişlənir. Hər
kəsin torpağa münasibəti özünəməxsus
səciyyələndiyi kimi, hər
kəsin də onu qorumaq borcudur.
173