Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə72/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   96

• Çox  firmalar  yalnız  ekoloji  etibarlı  tərəfdaşlarla  əmək­
daşlıq  edir ki,  bu  da tədarükçülərin,  korporativ  müştərilərin və 
hətta rəqiblərin EM təkmilləşdirmələrinə sövq edir.
Bütün  bunlaın  məqsədi  müəssisənin  təkcə  təbiətimühafizə 
qanunvericilik normalarına,  sadəcə olaraq, uyğun olması deyil, 
həm  də  özünün  istehsal  proseslərinin  və  buraxılan  məhsulun 
maksumum  ekoloji təhlükəsizliyinin əldə  edilməsinə,  həmçinin 
onun  rəqabətədavamlılığmın  təmin  olunmasına  yönələn  məq­
sədyönlü  ekoloji  siyasətinin  işlənib  hazırlanması  olan  EM-də 
yeni yanaşmalara gətirib çıxartdı.
EM-in  tətbiqi  zamanı  əsas  həlledici  rol  menecment  siste­
minə və müəssisə siyasətinin işlənib hazırlanmasına ekoloji  as­
pektlərin daxil edilməsinə görə əsas məsuliyyəti  daşıyan müəs­
sisə  rəhbərliyinə  ayrılır.  Rəhbərlik  maliyyə  vəsaitlərinin  ay­
rılması,  xüsusi  personalın  seçilib  götürülməsi,  EM  sisteminin 
uğurlu işləməsi  üçün  lazımi  tədbirlərin müəyyən edilməsi  qay­
ğısına qalmalıdır.
EM  sisteminin  mühüm  elementi  müəssisənin,  məhsul 
(yaxud  xidmətlərin)  istehsalı  prosesində  ətraf  mühitin  müha­
fizəsinin  prioritetliyinin  qəbul  edilməsin  əks  etdirən,  ekoloji 
siyasətidir.  Ekoloji  siyasətin  formalaşdırılması  zamanı  bunlar 
nəzərə alınmalıdır:
• İstehsal  fəaliyyətinin  bütün  növlərinin  ətraf  mühitə 
təsirinin məcmusu;
•  Enerjidən, xammaldan, sudan istifadə;
•  Səs-küy səviyyəsi;
•  İstehsal texnologiyaları;
• Məhsulun planlaşdırılması;
•  Müştərilərlə və tədarükçülərlə münasibətlər;
•  Fövqəladə  vəziyyət  yarandığı  halda  davranış  qaydaları 
və onun qarşısının alınması;
• Personalın öyrədilməsi  və ekoloji  informasiyası, həmçi­
nin xarici ekoloji informasiyam.
286
Müəssisənin  ekoloji  siyasəti  onun  bölmələri  tərəfindən  ope­
rativ  ekoloji  məqsədlərin  hazırlanmasına  xidmət  edir  və 
aşağıdakılar nəzərdən keçirilir.
•  Xammalın,  materialların,  reagentlərin,  enerjinin  itki­
sinin azaldılması və qənaət;
•  Maddi resursların yenidən emalı;
•  Çox təhlükəli və yüksək təhlükəli maddə və material­
ların istehlak edilməsinin ixtisara salınması və əvəz edilməsi;
•  İstehsal tullantılarının təkrar emalı və istifadəsi;
•  Texnoloji  proseslərin  ətraf  mühitə  təsirini  azaltmaq 
üçün təkmilləşdirilməsi;
•  Çıxdaş malların (nöqsanların) azaldılması;
•  İstehsal olunan məhsulun və xidmətlərin keyfiyyətinin 
artırılması;
•  Texnoloji  və  istehsal  nizam-intizammın  yüksəl­
dilməsi, ətraf mühitə qəza və “gecə” təsirlərinin azaldılması.
Ekoloji  məqsədləri  əsas  götürərək,  konkret  tədbirləri 
özündə ehtiva  edən,  onların yerinə  yetirilməsi  müddətlərini  və 
məsuliyyətini,  zəruri  maliyyə  vəsaitlərinin  həcmini  göstərən 
ekoloji  proqram  tərtib  olunur.  Ekoloji  proqrama  daxil  edilmiş 
tədbirlərin  gerçəkləşdirilməsi  ilə  müəssisənin  ekoloji  siyasəti 
həyata keçirilir və EM sistemi fəaliyyət göstərir.
ISO  14001  beynəlxalq standartın tələblərinə uyğun ola­
raq  EM  sistemi,  bu  sistemin  tələblərinə  əməl  olunmasına  nə­
zarəti həyata keçirməyə imkan verən xüsusi sənədləşmənin ya­
radılmasını  nəzərdə  tutur  (EM  sistemi  üzrə  rəhbərlik,  işçi  və 
texnoloji  təlimatlar,  yaxud  təşkilati  planlar).  İctimaiyyətin  və 
bütün  maraqlı  tərəflərin  müəssisənin  fəaliyyətinin  ekoloji  as­
pektləri  barədə  məlumatlandırılması  üçün  təsərrüfat  subyekt­
lərinin  ekologiyalaşması  prosesini  əks  etdirən  illik  ekoloji 
hesabat  aparılmalıdır.  EM  sisteminin  işləməsinin  yoxlanılması 
və dəyərləndirilməsi ekoloji audit vasitəsilə aparılır.
287


Planlaşdırmanın  əsas  fundamental  elementlərindən  biri 
müəssisənin biznes planıdır.  Onun strukturunda təbiətimühafızə 
və  ehtiyatların  qorunub  saxlanması  fəaliyyətinə  həsr  edilmiş 
bölmələr olmalıdır:
• “ekoloji-iqtisadi sistemlərin imkanları”;
•  “ehtiyat  növləri  (birincili  və  ikincili)  və  ekoloji  məh­
dudiyyətlər;
• “istehsal tullantılarından alman məhsulun satış bazan”;
• “marketinq planı”;
• “ekoloji-iqtisadi  effektin  artırılması  üçün  infrastruktur 
obyektləri və istehsal kooperasiyası üzrə təşkilati plan”;
• “təbiətimühafızə  və  ehtiyatların  qorunub  saxlanması 
fəaliyyətinin hüquqi təminatı”;
• “maliyyə planı”;
•  “təbiətimühafızə  obyektlərinin  kapital  inşaası  və  re­
konstruksiyası planı.
Müəssisənin  fəaliyyətinin ekoloji  normaların  və  qaydalann 
tələblərinə  müvafıqliyinə  nəzarətin  mühüm  forması  ekoloji 
auditdir.  Beynəlxalq  Ticarət Palatasının  müəyyənləşdirməsinə 
görə  ekoloji  audit  -   istehsal  proseslərinin  idarə  olunması  və 
işləməsi  sisteminin  ekoloji  tələblərə uyğun  gəlməsinin,  sistem­
ləşdirilmiş,  sənədli  təsdiq  olunan  obyektiv  qiymətləndirilmə­
sindən ibarət idarəetmə alətidir.
Ümumilikdə audit (ingilis dilindən audit -  yoxlama, təftiş) 
-   hər  hansı  peşəkar  fəaliyyət  haqqında  obyektiv  məlumatların 
alınması,  dəyərləndirilməsi  və  bunların  müəyyən  meyarlara, 
normalara və standartlara uyğunluq səviyyəsinin müəyyən edil­
məsi  prosesidir.  Adi  nəzarət  ilə  müqayisədə,  audit  müəyyən 
üstün  cəhətlərə  malikdir:  mötəbərlik,  müstəqillik,  obyektivlik, 
təkrarlanma,  aydın  başa düşülmə,  ilkin olaraq ondan təsərrüfat 
subyektlərinin  maliyyə  fəaliyyəti  sferasında  şirkətin,  müəssi­
sənin, idarənin mühasibat hesabatlarının və onun maliyyə-təsər­
288
rüfat  fəaliyyətinin  digər  sənədlərinin  dəqiqliyinin  (düzgün­
lüyünün)  yoxlanması  üçün  istifadə  edilirdi.  Sonradan  audit 
prosedurasından təsərrüfat subyektlərinin fəaliyyətinin effektiv­
liyinin digər istiqamətlərdə:  keyfiyyət auditi,  energetika auditi, 
ekoloji audit və s. təkmilləşdirilməsi üçün geniş istifadə etməyə 
başlanıldı.
Müəssisələr  tərəfindən  fəaliyyətin  ekoloji  aspektlərinin 
qiymətləndirilməsindən  1970-ci illərdə ABŞ-da təbiətə vurulan 
zərərə görə hüquqi məsuliyyəti nəzərdə tutan, ətraf mühit sahə­
sində  milli  siyasət  haqqında  federal  qanunun  qəbul  edilmə­
sindən  sonra  fəal  tətbiq  edilməyə  başlanıldı.  Qiymətləndirmə 
prosedurası  aparılma  formasına  görə  maliyyə  auditini  xatırlat­
dığından,  o,  ekoaudit  adlandınlmağa  başlandı.  1980-ci  illərdə 
ekoloji  audir  Avropanin  sənayecə  inkişaf  etmiş  ölkələrinin 
həyatına daxil  oldu ki,  bu da sonralar Avropa Şurası tərəfindən 
ekoaudit  barədə  Qətnamənin  (1993)  qəbul  edilməsini  şərtlən­
dirdi.  Bu proseduraya  çoxlu beynəlxalq  təşkilatlar  maraq  gös­
tərir.  Belə  ki,  Beynəlxalq  Ticarət Palatası  ekoauditdən  istehsal 
fəaliyyətinə  və  şirkətin  strategiyasının  ekoloji  qanunvericilik 
normalarına uyğunluğuna nəzarətin gücləndirilməsi üçün daxili 
inzibati  idarəetmə  üsulu  kimi  istifadə  etməyə  başladı.  1990-cı 
illərin əwələri  üçün  ekoloji  auditlə,  kommersiya bankları borc 
alanların ssudaları üzrə ödənişlərin ödənməməsi risklərini mini­
muma endirmək məqsədilə,  şirkət və  firmaların  onların ekoloji 
etibarlılıq  dərəcəsindən  asılı  olaraq  maliyyələşdirilməsi  üzrə 
qərarların verilməsi proseduralarında silahlandı.
Ekoaudit obyektləri kimi, fəaliyyəti ətraf mühitə təsir gös­
tərə bilən, yaxud göstərən mövcud, yaradılmaqda olan müəssisə 
və təşkilatlar ola bilər. Ekoaudit təsərrüfat subyektlərinin mənfi 
ekoloji  təsiri  ilə  bağlı  mövcud,  yaxud  potensial  problemlərin 
üzə çıxarılmasını və onların həlli  üzrə tədbirlərin  işlənib hazır­
lanmasını  hədəfə  alır.  Ekoloji  auditdən  aşağıda  göstəriln  for­
mada istifadə oluna bilər:
289


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə