Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə75/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   96

Ekobiokimyəvi  monitorinq  -   radiometrik  aparatlarla 
təchiz  olunmuş  uçan  aparatlarla  kosmosda və  istənilən  sahədə 
aparılan monitorinq.
Kompleks ekoloji monitorinq -  bu universal monitorinq 
hesab  edilir.  Burada  ətraf  mühit  obyektlərinin  vəziyyətinə, 
onların faktiki  çirklənməsinə  nəzarətlə  yanaşı  gözlənilən  kritik 
situasiyalar, onların insanlara, heyvanlara, bitkilərə zərərli  təsiri 
haqqında məlumat hazırlanır.  Bu monitorinq  lokal,  regional  və 
fon üzrə aparılır.
Kompleks  ekoloji  monitorinq  sistemi  konkret  olaraq 
aşağıdakı məsələlərlə məşğul olur:
-  Nəzarət obyektinin seçilməsi;
-  Ayrılmış nəzarət obyektinin müayinəsi;
-  Nəzarət  obyekti  üçün  informasiya  modelinin  seçil­
məsi;
-  Ölçmə işlərinin planlaşdırılması;
-  Nəzarət  obyektinin  vəziyyətinin  dəyişməsinin  proq­
nozlaşdırılması;
-  Alman  nəticələr haqqında informasiyaların  başa  düşü­
ləcək şəkildə istehlakçıya təqdim edilməsi.
Əldə  edilmiş  informasiyalar  əsasında  kompleks  ekoloji 
monitorinqin əsas vəzifəsi aşağıdakılardır:
1)  Ekoloji  sistemin  və  insanların  yaşadığı  sahələrin  fəa­
liyyəti və vəziyyətlərinin qiymətləndirilməsi;
2)  Göstərilən  sahələrdə  baş  vermiş  dəyişikliklərin  səbə­
bini  müəyyən  etmək,  bu  dəyişikliklərin  nə  ilə  nəticələnəcəyini 
qiymətləndirmək, ekoloji və yaşayış  sahələrinin diaqnostikasını 
keçirmək;
3)  Yaranmış neqativ halların ləğvi və ya təsir dairələrinin 
azaldılması  üçün tədbirlər hazırlamaq.  Neqativ hallar haqqında 
vaxtında xəbərdarlıq etmək.
Son  dövrlər  ekoloji  qəza  və  fəlakətlərin  sayı  artdığından 
iqtisadi zərər  də  artır.  Buna  görə  də ekoloji  fəlakətlərin  nəticə­
lərinin  aradan  qaldırılması  üçün  çoxlu  maliyyə  vəsaiti  tələb
298
olunur.  Yüksək risk  şəraitində  bu  vəsaitin  yüngülləşməsi  üçün 
təminat  lazımdır.  Ekoloji  cəhətdən  gözlənilməz  nəticələr  ol­
duqda və preventiv (qabaqlayıcı) təbiəti-mühafizə tədbirləri ke­
çirilərkən  əhalinin  və  hüquqi  şəxslərin  əmlak  maraqlarını  qo­
rumaq  baxımından  ekoloji  sığorta  mühüm  rol  oynamalıdır. 
Qeyd  etmək lazımdır ki,  ümumi  çirklənmənin  tərkibində  plan- 
laşdmlmamış  və  gözlənilməz  çirklənmə  hallarının payı  1/3  -ə 
çatır.
Ekoloji  sığorta -  sığortanın xüsusi  kateqoriyası  olub,  sı­
ğorta təşkilatı tərəfindən  ətraf mühitin gözlənilməz çirklənməsi 
vaxtı  sığorta  obyektinə  dəyən  zərərin  əvvəlcədən  razılaşdırıl­
dığı kimi tam və ya bir hissəsinin ödənilməsinə zəmanət verilir. 
Ekoloji  sığorta  aşağıda  qeyd  olunan  bütün  tərəflərin  ma­
raqlarını birləşdirir:
-  sığorta  təşkilatlan  vasitəsilə  bütün  əhalinin  maraqlarını 
təmsil edən dövlətin;
-  gözlənilməz  qəza  hallarında  ətraf  mühitin  çirklən­
məsində müəyyən ziyan çəkə biləcək üçüncü  şəxslərin (hüquqi
və fiziki);
-  öz  günahları  üzündən  baş  vermiş  qəza  nəticəsində 
çirklənməni  törədən  müəssisə  -   təbiətdən  istifadəçilərin 
(sığorta olunanların).
Bu  prosesdə  əhalinin  marağını  belə  fəaliyyət  növü  üçün 
lisenziya almış sığorta təşkilatı təmsil edir.
Ekoloji  sığorta  üçüncü  tərəfə  zərərin  ödənilməsi  üçün 
icbari  (məcburi)  ola  bilər,  sığorta  olunan  təşkilatın  çirklən- 
diricinin maraqları nəzərə alınaraq könüllü də ola bilər.
Ekoloji  sığortanın  məqsədi  həm  qəza və  təsadüfi  çirklən­
mədən  dəyən  ziyanın  ödənilməsi  üçün  təminatdır,  həm  də 
təbiəti  mühafizə  tədbirlərinin  maliyyələşdirilməsi  üçün  əlavə 
vəsaitlərin  səfərbər olunmasıdır.  Bununla da  ekoloji  sığorta  ilə 
ödənişli  (pullu)  təbiətdən  istifadə  sistemi  arasında  qarşılıqlı 
əlaqə və təsirin olduğu aydınlaşır.
299


Ekoloji  sığortanın  əsasını  aşağıdakı  əsas  prinsiplər  təşkil 
edir:  üçüncü  tərəfə  (şəxsə)  dəyən  zərərin  maksimum  ödə­
nilməsi,  sığorta  olunan  tərəfin  də  iqtisadi  maraqlarının  qorun­
ması (öz resurslarının saxlanmasına və sonrakı fəaliyyət imkan­
larına  təminat);  sığortaçının  sığorta  ödənişinin  həcminin  mini- 
mumlaşdırılmasında  maraqlan  və  yaradılmış maliyyə  vəsaitin­
dən  təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsində  mak­
simum istifadəsi.
Sığortanın  könüllü növündə  sığorta şirkəti  sığorta  olunan 
tərəfin  üçüncü  tərəfə  vurduğu  zərərin  vətəndaşlıq  (əmlak) 
məsuliyyətinin müdafiəsini  öz üzərinə  götürür.  Sığorta  obyekti 
-   sığorta  təşkilatına  təqdim  olunmuş  əmlak  iddiasına  görə 
məsuliyyət riskinin həcmidir.
Ekoloji sığorta sistemində  aşağıdakı göstəricilər əsasdır:
-  sığorta riski;
-  sığorta ödənişinin həcmi;
-  sığorta haqqı;
-  sığorta tarifləri.
Ekoloji risk -  sığorta hadisəsinin və itkisinin yaranma eh­
timalı ilə  bağlıdır.  Bu ehtimal  nəzəriyyəsinin köməkliyi  ilə  qə­
zalar haqqında məlumatların əsasında müəyyən olunur.  Sığorta 
halı  -   qəza  nəticəsində  atılan  zərərli  maddələrin  təbii  mühitə 
vurduğu  iqtisadi-sosial  ziyanın  baş  verdiyi  prosesdir.  Sığorta 
halının  və  çirklənmə  maddələrinin  baş  vermə  səbəbi  bütün 
konkret hallarda  sığorta  müqaviləsində  öz  əksini  tapır.  Sığorta 
ödənişi  sığortaçı  şirkət tərəfindən  tarif cədvəlinə  görə  ödənilir. 
Tarif cədvəli müəssisənin illik dövriyyəsindən asılı olaraq onun 
müəyyən faizi kimi hesablanır.
Sığorta hadisəsi aşağıdakıları özündə birləşdirir:
-  əmlakın  korlanması  və  məhv  olması  üzündən  zərərin 
kompensasiyası (ödənilməsi);
-  ətraf  mühitdə  həyat  şəraitinin  pisləşməsi  ilə  əlaqədar 
ziyan;
300
-  çirklənmiş  ərazinin  təmizlənməsi  və  oranın  abad­
laşdırılması ilə əlaqədar məsrəflər;
-  sığorta hadisəsi baş verən zaman insanların həyatlarının 
və əmlaklarının xilas edilməsi üçün lazım olan məsrəflər;
-  ilkin  tədqiqatlar  və  məhkəmə  prosesləri  ilə  əlaqədar 
məsrəflər.
Ekoloji  sığorta  kimi  müəyyən  olunan  sığorta  qiyməti  -  
müəssisənin illik dövriyyəsinin həcmi qədər təşkil edir.  Sığorta 
ödənişləri  -   müəssisənin  illik  dövriyyəsinin  tarif əmsalına vu­
rulması  yolu  ilə  hesablanır.  Tarif əmsalı  istehsal  sahələrindən 
asılı  olaraq  dəyişilir.  Tarif  əmsalı  istehsal  proseslərinin  risk 
dərəcələrindən  və  preventiv  tədbirlərin həyata  keçirilməsindən 
asılı olaraq sahə daxilində də diferensiasiya olunur (fərqlənir).
Tarifin həcmi aşağıdakı hissələrdən ibarətdir:
-  sığorta  təminatının  ödənilməsi  üçün  ehtiyat  fonda 
köçürmələr;
-  sığorta  hadisələrinin  xəbərdarlıq  və  qarşısının  alınma­
sının maliyyələşdirilməsi fonduna köçürmələr;
-  sığorta təşkilatının məsrəflərinin ödənilməsi;
-  sığortaçının normativ gəliri.
Sığorta şirkəti  zərərçəkənlərə sığorta təminatını aşağıdakı 
şəkildə həyata keçirə bilər:
-  əmlakın  zədələnməsi  və  sıradan  çıxmasına  görə  kom­
pensasiya;
-  ətraf mühitin  və həyat şəraitinin pisləşməsi  ilə  əlaqədar 
ziyan;
-  çirklənmiş ərazinin təmizlənməsi ilə əlaqədar məsrəflər;
-  insanlann  əmlak  və  həyatlarının  xilası  üçün  lazım  olan
məsrəflər;
-  məhkəmə prosesləri ilə əlaqədar məsrəflər.
Sığorta  təminatının  ödənilməsi  sığorta  təşkilatının  gü­
cündən çox asılıdır.  Sığorta şirkətinin gücü  ilkin kapitaldan,  sı­
ğorta  olunanların  sayından,  lazımi  ödənişlərin  həcmindən 
asılıdır.
301


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə