Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə76/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   96

Sığorta  heç  vaxt  bütün  çirklənmə  növlərini  əhatə  etmir, 
lakin  gözlənilməz  və  təsadüfi  çirklənmədən  dəyən  zərərin 
riskindən  sığortalanır.  Bəzi  sığortaçılar ətraf mühitin  pisləşmə­
sindən  də  sığortalanma  təklif  edirlər.  Onlar  hesab  edirlər  ki, 
çirklənmə  ilə  əlaqədar  vəziyyətin  təxminən  80%-dən  sığorta­
lanmaq lazımdır.
Sığorta müqaviləsi aşağıdakı əsas hissələri əhatə edir:
-  müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri;
-  illik dövriyyənin həcmi, manatla;
-  müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar;
-  istehsal  prosesinin  xarakteri  haqqında  məlumatlar: 
xammal, materialların və istehsal olunan məhsulun növləri;
-  ətraf təbii mühit haqqında məlumatlar (əhalinin sıxlığı, 
istifadə olunan ərazinin, torpağın, suların səciyyəsi);
-  havaya,  suya, torpağa atılan tullantılar haqqında məlu­
mat, ətraf mühitin vəziyyətinə nəzarət metodları və normativlər 
haqqında məlumat;
-  tullantıların risk dərəcəsi (səviyyəsi), onların qarşısının 
alınması tədbirləri və s.
Müqavilə  bir  illiyinə  imzalanır,  lakin  sığorta  olunan 
müəssisənin  razılığı  ilə uzadıla  bilər.  Müqavilələr  fasiləsiz 2  il 
və  daha  çox  imzalanırsa,  güzəştli  (10-30%)  sığortalanma  nə­
zərdə tutulur.
Ekoloji  məsuliyyətin sığortalanması prosesi  sığorta şirkə­
tinin  iştirakı  olmadan  da  həyata  keçirilə  bilər.  Sənaye  müəs­
sisələri  öz  risklərini  qarşılıqlı  şəkildə  sığortalayır.  Onlar  birgə 
fondlar da yarada bilər.
Ümumiyyətlə,  ekoloji  sığorta  ekoloji  təhlükəsizlik  üçün 
cəlbedici bir vasitədir, çünki burada ekoloji və iqtisadi maraqlar 
birləşirlər.  Ekoloji  sığortanın  geniş  tətbiqi  aşağıdakı  səbəb­
lərdən ləngiyir:
1) hərtərəfli normativ-hüquqi bazanın olmaması;
2) 
müəssisələrin  çətin  iqtisadi  vəziyyəti  imkan  vermir  ki, 
sığorta haqqını ödəsinlər;
302
3) 
ekoloji  risklərə  görə  yüksək  tarif  dərəcələrinin  olma­
ması.  Bu  onunla  bağlıdır  ki,  avadanlıqlar  çox  köhnədir  və 
sığorta halı və hadisələrinin olması ehtimalı yüksəkdir.
Ümumiyyətlə,  ekoloji  sığorta hələ də  qanunvericilikdə öz 
əksini tam olaraq tapmamışdır.  Bu mənada ayrı-ayrı ərazilər və 
ya müəssisələr üçün əvvəl-cədən könüllü surətdə ekoloji sığorta 
vəsaitinin toplanması  daha məqsə-dəuyğun hesab  edilir.  Müəs­
sisələr tərəfindən  ətraf mühitin çirklənməsi, iqtisadi  zərərin və 
qəzaların həcminə görə 3  qrupa ayırmaq olar:
1) xüsusi təhlükəli -  qrup “A” -  burada daha çox qəzalara 
məruz qala bilən  müəssisələr məcburi sığortalanmalıdır;
2) təhlükəli  -   qrup  “B”  -   mütləq  sığortalanma  qərarı 
regional təbiəti mühafizə orqanları tərəfindən aparılır;
3) 
az təhlükəli  -  qrup “C” -  müəssisələr ekoloji  qəza təh­
lükəsini könüllülük əsasında sığortalayır.
Beləliklə,  ekoloji təhlükəsizliyin təmin olunması  gələcək­
də təbiəti  mühafizə  tədbirlərinin  elmi-  metodiki  və  normativ- 
hüquqi  qanunlar  əsasında  ekoloji  sığorta  sisteminin  yaradıl­
masını tələb edir.
303


MÖVZU 12. EKOLOJİ RİSK VƏ ONDAN MÜHAFİZƏ 
TƏDBİRLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Elmi  ədəbiyyatda  ekoloji  risk  haqqında  anlayış  dedikdə 
hər  hansı  bir  obyektə  neqativ  ziyan  vuran  təbii  hadisələr  nə­
zərdə  tutulur.  Neqativ  ziyan  anlayışına,  bir qayda  olaraq,  ob­
yektin normal  iş rejiminin pozulması, hətta həmin obyektin da­
ğılması, məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə 
kimi baxmaq  lazımdır.  Əlavə  edək ki,  ekoloji  riski  xarakterizə 
edən  əsas  amillər  içərisində  qorxulu  halların  yaranmasının 
aniliyini,  qeyri-müəyyənliyini  və  qəflətən  təhlükəli  vəziyyətin 
meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.
Qeyd  etmək  lazımdır  ki,  insanlar  hər  gün  düşünülmüş 
və  ya  düşünülməmiş  formada  kiçik  və  böyük  həcmli  risklərlə 
üzləşirlər.  Həyatda  insan  üçün  risk  ictimai  icma  quruluşunda 
olan  fəaliyyətindən  (ovçuluq  riski,  dənizdə  üzmək  riski  və  s.) 
indiki zamana qədər (iqtisadi risk, istehsal riski, ekoloji risk və s.) 
praktiki  olaraq  obyektiv  şəkildə  onunla  çiyin-çiyinə  addım­
lamışdır.
İnsan  fəaliyyətinin  təcrübəsi  göstərir  ki,  onun  həyatı 
əksər  hallarda  potensial  təhlükədədir.  İnsan  həyatı  üçün  belə 
təhlükələrin  olub-olmaması  aksiomadır  və  heç  bir  isbata  eh­
tiyacı yoxdur.
Hələ  XIX  əsrin  sonundan  başlayaraq  risk  haqqında  nəzə­
riyyə  geniş inkişaf etməyə və tətbiq olunmağa başlamışdır.  Bu­
nun  əsas  səbəblərindən  biri  riyaziyyat,  statistika,  hüquq  və 
iqtisad  elmlərinin  durmadan  inkişafı,  digər  tərəfdən  ehtimal 
nəzəriyyəsi,  oyunlar  nəzəriyyəsi  fəlakət  kimi  konkret  elmlərlə 
əlaqədar  olmuşdur.  Bunların tətbiqi  nəticəsində  də real  ekoloji 
şərait üçün nisbətən düzgün qərar qəbul etmək mümkündür.
Son on illərdə baş vermiş faciəli hadisələrin artması onu 
göstərir  ki,  istehsalın  və  xidmət  sahələrinin  müasir  texnika  ilə 
təchiz  edilməsi  mexaniki  nasazlığın  və  ya  insan  səhvinin 
artmasına səbəb olmuşdur.
304
Müşahidələr  göstərir  ki,  bizlərdən  hər  birimiz  fəhlə, 
fermer, kommersant, tələbə və s. gündəlik həyatımızda, istehsa­
latda,  nəqliyyatda,  hətta  evimizdə  də  müxtəlif  təhlükələrlə 
qarşılaşırıq  və bunları  qabaqcadan  görmək,  hiss  etmək  hələlik 
qeyri-mümkündür. Haqlı olaraq sual oluna bilər: bəs risk nədir?
Risk -   ehtimal  olunan qorxu,  fəlakət,  sosial,  maddi  zi­
yan vuran halların mümkünlüyü, yaxud hər hansı bir işdə zərər 
çəkmək və ya uğursuzluğa düçar olmaq kimi başa düşülür.
Yuxarıda  qeyd  edildiyi  kimi,  risk  üçün  ən  xarakterik 
hallar  təhlükəli  vəziyyətin  qəflətən  baş  verməsi,  onun  gözlə­
nilməzliyi və aniliyidir.
Aydmdır  ki,  cəmiyyəti  maraqlandıran  ətraf mühitin  və 
insanların təhlükəsizliyi problemidir.
Qəbul edilmiş ümumi qaydaya əsasən həyatda baş verən 
təhlükəli  hadisələri,  kəmiyyət  baxımından  ölçmək üçün  bölgü 
şkalasmdan istifadə etməyi məsləhət görürlər.  Belə halda “risk” 
termini  dedikdə  bu  və  ya  digər  təhlükəli  vəziyyətlə  əlaqədar 
yaranan ziyanı  (itkini)  xarakterizə edən çoxkomponentli vektor 
başa  düşülür.  Bir  qayda  olaraq,  vektorlar  vaxtdan  asılı  olaraq 
fəzada qeyri-bərabər paylanılır.
Ekoloji riskə aşağıda qeyd olunan kəmiyyət göstəriciləri 
daxildir:  itkinin  (ziyanın)  miqdarı  (kəmiyyəti);  təhlükəli  amil­
lərin  (faktorların)  yaranması  ehtimalı;  itkinin  miqdarının  və 
yaranması ehtimalının qeyri-müəyyənliyi.
İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial, 
iqtisadi  zərər  ətraf  mühitin  vəziyyətinin  pisləşməsi  başa  dü­
şülür.
Sosial zərər (ziyan)  əhaliyə dəyən itkinin qaytarılmayan 
əvəzi,  insanların  ömrünün  qısalması,  sağlamlığının  pisləşməsi, 
rifah halı deməkdir.
Sosial-iqtisadi ziyan müalicəyə və  sosial-əmək  şəraitinə 
sərf  olunan  xərclər,  vaxtından  əvvəl  ölüm  və  əmək  qabi­
liyyətinin itirilməsi ilə əlaqədar milli gəlirin itirilməsidir.
305


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə