Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə78/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   96

İnsanın  sağlamlığı  dedikdə  isə,  onun  ömrünün  uzadıl­
masını,  fiziki və zehni iş qabiliyyətini,  insan orqanizminin hər­
tərəfli  fəaliyyətini  təmin  edən  şəraitin  yaradılması  kimi  başa 
düşülməlidir.  İnsan  sağlamlığının  əsas  göstəricilərindən  biri 
onun orta yaş həddidir. Bir çox alimlər hesab edirlər ki, insanın 
bioloji  vəziyyəti  orta  hesabla  89±5  il  yaşamasına imkan  verir, 
lakin  bir  çox  obyektiv  səbəblərdən  qeyd  olunan  yaş  həddi 
kəskin surətdə tərəddüd edir.
Müşahidələr  göstərir  ki,  müxtəlif ölkələrdə  insan  ömrü 
təkcə  səhiyyənin  nailiyyətlərindən  asılı  deyildir,  o,  həmçinin 
cəmiyyətin  sosial-iqtisadi  inkişafından  və  ətraf  mühitin  və­
ziyyətindən də asılıdır.
Məsələn,  keçmiş  SSRİ-də  1987-ci  ilin  məlumatına görə 
kişilərdə  orta  yaş  həddi  65  il,  qadınlarda isə  bu  göstərici  74  il 
olmuşdur.  Rusiyada  sosial-iqtisadi  vəziyyətin  dayamqsız  inki­
şafı  nəticəsində  insanların  orta  yaş  həddi  aşağı  düşmüş  və 
hazırda kişilərdə  bu göstərici  54  il,  qadınlarda 70  il  təşkil  edir. 
Başqa,  1994-1996-cı illərdə Rusiyada «uğursuz» rəqəm  13 yox, 
60 olmuşdur. Bunu təsdiq etmək üçün statistikaya nəzər salaq:
-  keyfiyyətsiz  qida  məhsullarından  və  spirtli  içkilərdən 
60 min nəfər ölmüşdür;
-  avtomobil  qəzalarından  60  min  nəfər  dünyasını 
dəyişmişdir;
-  başqa fəlakətlərdən və qəzalardan 60 min nəfərə yaxın 
insan məhv olmuşdur;
- cinayətkarların  və quldur dəstələrinin  əlindən  60 min 
nəfərə yaxın insan həlak olmuşdur;
- özünü öldürmə (intihar) hallan nəticəsində isə 60 minə 
yaxın insan ölmüşdür.
Əgər  xoşagəlməyən  siyahını  davam  etdirsək  hər  il 
Rusiyada 600-650 min insanın məhv olmasının şahidi olarıq.
Beləliklə,  doğum  hallarının  azalması,  gənclərin  xarici 
ölkələrə  getməsi,  qoca  və  uşaqlar arasında  ölümün  yüksək  ol­
ması,  uşaqsız  nigahın  artması  və  külli  miqdarda  uşaq  saldır-
310
manın  (abort)  çoxalması  və  s.  hadisələri  də  nəzərə  alsaq  əha­
linin azalmasını təsəvvür etmək o qədər də çətin deyildir.
Ümumiyyətlə, təhlükəsizlik məfhumu əhalinin sağlamlı­
ğını  qorumaq  məqsədilə  yanaşı  ətraf mühitin  yaxşılaşdırılma­
sına  da  xüsusi  fikir  verilməsini  tələb  edir.  Bunu  kəmiyyətcə 
düzgün  qiymətləndirmək  üçün  müəyyən  göstərici  olmalıdır. 
Bizə  elə gəlir ki,  belə kəmiyyət göstəricilərindən biri  ekosiste­
min  vəziyyətini  onun  sərhədinin  dayanıqlığına  yaxmlaşdırıl- 
masıdır.
Ə traf mühitin  vəziyyətinin  təsnifatı.  Ekosistemin daya­
nıqlığım  nisbətən  düzgün  qiymətləndirmək  üçün  təbii-ekoloji 
təsnifatdan istifadə edilir.
Təbii  hal  (vəziyyət):  ancaq  antropogen  təsirin  şəraiti 
(fonu)  müşahidə  olunur;  bioloji  kütlə  maksimum,  bioloji məh­
suldarlıq minimumdur.
Müvazinət  vəziyyəti:  bərpaolunma  prosesinin  sürəti  yu­
xarıdır və  ya pozulma tempinə bərabərdir;  bioloji məhsuldarlıq 
təbii məhsuldarlıqdan çoxdur, biokütlə azalmağa başlayır.
Böhran  vəziyyət:  antropogen  pozuntular  sürətə  görə 
təbii-bərpaolunma prosesini qabaqlayır, lakin  ekosistemin təbii 
xarakteri  saxlanılır; biokütlə azalır, bioloji məhsuldarlıq  kəskin 
artır.
Fəlakətli (katostrof) vəziyyət: azməhsuldarlı ekosistemin 
möhkəmləndirilməsinin  öz  əvvəlki  vəziyyətinə  çətin-qayıtma 
prosesi;  biokütlə və bioloji məhsuldarlıq minimumdur.
Kollaps  vəziyyət  (kollaps,  ürək  fəaliyyətinin  birdən  da­
yanması):  bioloji  məhsuldarlığın  bərpa  olunmayan  (qayıt­
mayan) itkisi, biokütlə sıfra yaxınlaşır (tələsir) və s.'
Qeyd  etmək  lazımdır ki,  təbiətin qiymətləndirilməsində 
təbii-ekoloji  təsnifatdan başqa təbii-sosial şkala adlanan obyek­
tiv göstəricilərdən də  (kriteriyalardan) istifadə etməyi  məsləhət 
görürlər.
S ıfır  və  məqbul risk haqqında  anlayış.  Belə  bir aktual 
sual  meydana  çıxır:  qəza,  çirklənmə,  biosferin dağılması və tə­
311


bii  fəlakətlərin  yaranması  ilə  əlaqədar  fövqəladə  halların  nəti­
cələrinin aradan qaldırılmasına və ya onların təsirinin minimu­
ma  endirilməsinə  necə  nail  olmaq  olar?  Bunun  üçün  dünya 
miqyasında təhlükəsizlik normaları işlənib hazırlanır və bu nor­
maların  əsasında  nəzarət  həyata  keçirilir.  Qəzaların  ləğv  edil­
məsi  üçün  əlavə  olaraq  texniki  qurğular,  yəni  təhlükəsiz  mü­
həndis  sistemləri  tətbiq  edilir,  istehsalatda  nizam-intizamın 
möhkəmləndirilməsinə xüsusi  fikir verilir və  işin  icrası  yüksək 
səviyyədə həyata keçirilir.  Hesab edilir ki,  işlərin yerinə yetiril­
məsinə  mühəndis  yanaşması  əhali  və  ətraf  mühit  üçün  ya­
ranacaq istənilən təhlükəni aradan qaldırmağa imkan yaradır və 
mütləq təhlükəsizliyi, yəni sıfır riski təmin edir.
Axırıncı on illərə qədər belə yanaşma özünü doğruldur­
du.  Lakin bu  gün  istehsalatın  kəskin  sürətdə mürəkkəbləşməsi, 
yeni texnologiyaların  yaradılması  və tətbiqi, mütləq təhlükəsiz­
liyin  konsepsiyası  texnosferin  və  biosferin  daxili  qanunlarına 
adekvat ola bilməz.
Maddi  nemətlər  yaradan  insan  fəaliyyətinin  istənilən 
fəaliyyəti  onun enerjidən istifadəsi, mürəkkəb texnoloji  sistem­
lərlə  əlaqədar  olması  ilə  xarakterizə  olunur.  Bununla  yanaşı, 
onun  və  ətraf  mühitin  mühafizəsinin  vəziyyəti  ətraf  mühitin 
keyfiyyətinin  yaxşılaşdırılmasını  və  sağlamlığını  qiymətləndi­
rən  göstərici  ola  bilməz.  Belə  halda mexaniki  sistemin  etibar­
lılığı  və  səmərəliliyi  böyük  rol  oynayır  və  nəticədə  mühəndis 
sahə xarakteri daşıyır.  Aydındır ki,  istənilən cəmiyyətin resurs­
ları  məhduddur.  Əgər  qəzaların  qarşısının  alınmasının  texniki 
sistemlərinə  hər  dəfə  maliyyə  qoyuluşunu  artırsaq,  onda  məc­
bur  olarıq  ki,  sosial  proqramların  maliyyələşdirilməsini  azal­
daq,  bu  isə  insan  ömrünün  qısaldılması  və  keyfiyyətinin  aşağı 
düşməsinə gətirib çıxarar.  Buna görə də cəmiyyət real həqiqətin 
məqbul 
təhlükəsizliyinin 
yaradılmasının 
mümkünlüyünü 
anlayıb.
Məqbul risk.  Hal-hazırda təhlükə amillərinin risk səviy­
yəsi elə həddə gətirilmişdir ki, o «məqbul» kimi baxılsın.  Onun
312
məqbulluğu  iqtisadi  və  sosial  mülahizələrlə  şərtlənməlidir 
(uzlaşmalıdır).  Bu, o deməkdir ki, təsərrüfat fəaliyyəti  ilə  şərt­
lənən  təhlükə  amillərinin risk  səviyyəsi  «məqbul»  qəbul  edilə 
bilər.  Yəni  «məqbulluğun»  kəmiyyəti  (realizasiya  ehtimalı  və 
ya mümkün ziyan) o qədər kiçikdir ki, bu halda maddi və sosial 
nemətin  alınması  xatirinə,  insan  və  ya  cəmiyyət,  bütövlükdə 
riskə getməyə hazırdır.
İqtisadi  baxımdan inkişaf etmiş bütün dövlətlərdə  məq­
bul  riskin  konsepsiyasının  istifadəsi  mövcuddur.  Lakin  Rusi­
yanın  siyasəti  digər ölkələrə  nisbətən  daha  çox  məqbul  təhlü­
kəsizlik üzərində qurulur.
Buna  görə  ilk mərhələdə  iqtisadi riskin müxtəlif səviy­
yələrinin məqbulluğunu  qiymətləndirəndə  ancaq ziyan törədən 
nəticələrin  baxılması  ilə  kifayətlənmək  olar,  çünki  onlar 
sonluqda  ölüm  hadisələrinə  gətirib  çıxarır.  Bu  göstərici  üçün 
yetərincə  etibarlı  rəqəmlər məlumdur.  Onda  «ekoloji risk»  an­
layışı  aşağıdakı  kimi  formalaşdırılır:  bu  amilin  intensivliyinin 
normalaşdırılmış  kəmiyyətinə,  vaxtın  müəyyən  edilmiş  inter- 
valına  zərərli  ekoloji  amilin  təsiri  nəticəsində  ölüm  hadisə­
lərinin  sayı  ilə  ifadə  olunan  mümkün  ziyanın  kəmiyyətinin 
nisbətidir.
Beləliklə,  ekoloji  riskin  müəyyənləşdirilməsi  ölüm 
sonluqları ilə qurtaran ziyanlı ekoloji nəticələrin nisbətinin təh­
lilinə,  zərərli  ekoloji  təsirin  və  onun  komponentlərinin  kəmiy­
yətcə qiymətləndirilməsinə əsas diqqət yetirilməlidir.
Fəaliyyətin  müxtəlif növləri  ilə  bağlanan  ekoloji  riskin 
ictimai  məqbulluğu psixoloji,  sosial və iqtisadi amillərlə müəy­
yənləşdirilir.
Ətraf mühitin  və əhalinin təhlükəsizlik konsepsiyası ilə 
bağlı  riskin  idarə  edilməsi  sahəsindəki  praktiki  fəaliyyəti  elə 
qurulmalıdır ki,  cəmiyyət bütövlükdə, ən  çox imkanlara malik 
olan  təbii  nemətlərin  yekununu  alsın  və  həmin  nemət  cəmiy­
yətin üzvləri arasında bərabər bölünsün.
313


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə