Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746


MÖVZU 11. ƏTRAF MÜHİTİN MONİTORİNQİ



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə74/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   96

MÖVZU 11. ƏTRAF MÜHİTİN MONİTORİNQİ 
VƏ EKOLOJİ SIĞORTA
Ətraf  mühitin  monitorinqini  dövlət  idarəçiliyinin  bir 
funksiyası,  hüquqi  institutu  və  ətraf mühiti  mühafizə  tədbiri 
kimi  səciyyələndirmək olar.  Monitorinq uzunmüddətli  müşahi­
də  sistemidir  və ətraf mühitin hazırki  vəziyyətinin qiymətlən­
dirilməsi, onun  dəyişməsi istiqamətinin proqnozunu əhatə edir.
Monitorinq  ətraf  mühitin  hərtərəfli  analizi,  ekoloji  və­
ziyyətinin qiymətləndirilməsi,  ona təbii  və antropogen təsirlərin 
öyrənilməsi  məqsədini  daşıyır.  Bu  təsirlər  özünəməxsus  xüsu­
siyyətə  malikdir.  Antropogen  və  təbii  təsirlərin  məhdudiyyət 
səviyyəsinin  göstəricisi  buraxıla bilən ekoloji  yükdür  (BBEY). 
Ekosistemin  və  biosferin  normal  fəaliyyəti  yalnız  BBEY  sə­
viyyəsində mümkündür.
Adətən  təbii  faktorların  təsirindən  vəziyyətini  ardıcıl  də­
yişmiş biosfer bir müddətdən sonra əvvəlki vəziyyətinə qayıdır. 
Məsələn,  havanın  və  torpağın  temperaturu,  təzyiqi,  nəmliyi 
müəyyən  sabit  həddə  dəyişir.  İri  ekosistemlər  təbiətdə  gedən 
proseslər  tərəfindən  çox  kiçik,  zəif  dəyişməyə  məruz  qalır. 
Dünya miqyasında belə  dəyişikliklərin  gedişatma nəzarət  edən 
xüsusi ekoloji xidmət mövcuddur.
Bir  çox  ölkələrdə  təbiətin  bir  çox  ünsür  və  amilləri  üzə­
rində monitorinq aparılır.  Məsələn, Torpaq və Xəritəçəkmə Ko­
mitəsi  torpaq ehtiyatları üzərində, Ekologiya və Təbii  Sərvətlər 
Nazirliyi  təbii  ehtiyatlar,  atmosfer,  səth  suları,  su hövzəsi  və  s. 
üzərində  monitorinq  aparır.  Bu  cür  məlumatların  toplanması 
ətraf  mühitdə  baş verən həm  təbii, həm  də texniki  proseslərin 
proqnozlaşdırılmasma imkan verir.
Biosferin  antropogen  faktorların  təsirindən  dəyişməsi 
daha  qısa  müddətdə  baş  verir.  Buna  görə  də  biosferin  abiotik 
hissəsində  antropogen  təsirdən  baş  verən  dəyişikliyin  ölçül­
məsi,  qiymətləndirilməsi,  proqnozlaşdırılması  və  bütün  bu
294
dəyişikliklərə  reaksiyasının  öyrənilməsi  üçün  ekoloji  monito­
rinqin informasiya sistemi yaradılır.
Ekoloji  monitorinq  biosferin  kompleks  monitorinqidir. 
Buraya  təbii  və  antropogen  təsirdən  ətraf mühitdə  baş  vermiş 
dəyişikliklərə nəzarət aid edilir.
Antropogen  təsir  üzrə  ekoloji  monitorinqin  əsas  məsə­
lələri aşağıdakılardan ibarətdir:
-  Antropogen təsir mənbələrinə nəzarət;
- Antropogen təsir faktorlarına nəzarət;
- Antropogen  faktor  təsirindən  ətraf  mühitdə  yaranan 
dəyişikliklərə nəzarət;
-  Təbii mühitin fiziki halının qiymətləndirilməsi;
-  Antropogen  faktorlar  təsirindən  təbii  mühitin  vəziyyə- 
tindəki  dəyişikliklərin  proqnozlaşdırılması  və  bu  proqnozun 
qiymətləndirilməsi.
Monitorinq antropogen təsirdən biosferdə və yaxud onun 
ayrı-ayrı  elementlərində  baş  vermiş  dəyişikliklərə  nəzarət,  on­
ların qiymətləndirilməsi və proqnozlaşdırılmasmdan ibarətdir.
Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:
-  ətraf  mühitin  vəziyyətinə  və  ona  təsir  edən  faktorlara 
nəzarət etmək;
-  ətraf mühitin  faktiki  vəziyyətini  və  çirklənmə  səviyyə­
sini qiymətləndirmək;
-  çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək 
vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.
Monitorinqin  obyekti  atmosfer  (atmosferin  yerüstü  qatı 
və  yuxarı  qatı),  atmosfer  çöküntüləri,  yerüstü  sular,  okeanlar, 
dənizlər, yeraltı sular, kriosferadan (iqlim sistemi) ibarətdir.
Monitorinq  sistemi  təsir  faktoruna,  mənbələrinə  və  miq­
yasına görə də siniflərə ayrılır.
Monitorinqin  təsir  faktoru  dedikdə,  müxtəlif  kimyəvi 
çirkləndirici və müxtəlif cür təbii və fiziki təsir faktorları (elek­
tromaqnit  şüaları,  günəş  radiasiyası,  səs-küy, titrəyiş)  başa dü­
şülür.
295


Çirkləndirici  mənbələrin  monitorinqi  dedikdə,  stasionar 
mənbəyin  (zavod  tüstü  borusu),  hərəkətdə  olan  nəqliyyat 
vasitələrinin və müəyyən bir sahənin  monitorinqi başa düşülür.
İnformasiyaların  ümumiləşdirmə  xarakterinə  görə  aşa­
ğıdakı monitorinq sistemləri mövcuddur:
-  Qlobal monitorinq sistemi. Dünyada baş verən proses­
lərə  və  Yer kürəsinin  biosferində bütün  ekoloji  komponentlərə 
nəzarətlə  yanaşı  ekstremal  vəziyyətlərin  yaranacağı  barədə 
xəbərdarlıq etmək rolunu yerinə yetirir;
-  Baza  monitorinq  sistemi.  Təbiətdə  baş  verən  hallara 
nəzarət  etməkdən  ibarətdir.  Bu  zaman  regional  antropogen 
təsirlər nəzərə alınmalıdır;
-  Milli  monitorinq  sistemi.  Ölkə  miqyasında  aparılan 
monitorinqdir;
-  Regional  monitorinq  sistemi.  Hər  hansı  bir  region 
daxilində gedən proseslərə nəzarəti həyata keçirir;
-  Lokal  monitorinq  sistemi.  Konkret  antropogen  mən­
bəyin təsiri ilə məşğul olur;
-  İmpakt monitorinq sistemi. Regional və lokal antropo­
gen  təsirlərə  məruz  qalan  xüsusi  təhlükəli  zonalann  moni­
torinqidir;
-  Kimyəvi  monitorinq.  Atmosferin,  atmosfer çöküntülə­
rinin,  yerüstü  və  yeraltı  suların,  okean  və  dəniz  sularının,  tor­
pağın,  dib  çöküntülərinin,  bitkilərin  kimyəvi  tərkibinə  nəzarət 
və  kimyəvi  çirkləndiricilərin  yayılma dinamikasına  nəzarətdən 
ibarətdir.
Kimyəvi  monitorinq  əsasən  ətraf  mühiti  çirkləndirən 
aşağıda göstərilən komponentlərə nəzarət edir (cədvəl  19). 
j
296
Cədvəl  19
Üstünlük
sinifi
Çirkləndirici maddələr
Mühit
Ölçü
proqramının
növü
1
2
3
4
I
Kükürd  iki  oksid  və  asılı 
vəziyyətdə olan hissəciklər
Havada
İ, Я, B,Q
Radioaktiv  maddələr  (Sr-90, 
Cs-197)
Qidada
İ,R
II
Ozon
Havada
i,в
(stratosferdə)
D D T  və  başqa  üzvü  xlor  bir­
ləşmələri
Biot, insan
İ,R
Kadmium  və  onun  birləş­
mələri
Qida,  insan, 
su
İ
III
Nitratlar, nitritlət
İçməli su, 
qida
i
Azot oksid i
Havada
i
IV
Civə  və  onun birləşmələri
Qida, hava
İ,R
Qurğuşun
Hava, qida
İ
Karbon  iki  oksid
Hava
в
V
Karbon oksidi
Hava
i
N eft karbohidrogenləri
Dəniz
suyunda
R,B
VI
Flor birləşmələri
İçməli su
İ
VII
Azbest
Hava
İ
Arsen
İçməli su
i
VIH
Mikrotoksinlər
Qida
İ.R
Mikrobioloji  zəhərlənmə
Qida
İ,R
Reaktiv karbohidrogenlər
Hava
İ
Qeyd:  İ -  impakt; R -  regional;  B- baza; Q -  qlobal.
Fiziki  monitorinq  - ətraf mühitə  təsir  edən fiziki proseslərə 
nəzarət (sel, vulkan, zəlzələ, quraqlıq, torpağın eroziyası və s.);
Bioloji  monitorinq  -   bioindikatorlar  vasitəsilə  aparılan 
monitorinq (mühitdə dəyişikliklərə nəzarət).
297


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə