artıq özünü tükəldib. Tərəqqinin əvvəlki ideyalarını XXI əsr
qəbul etmir. İndi dünya sivilizasiyası tarixində yeni milli-
iqtisadi sərvət vahidi müəyyənləşib:
informasiya! Sivil ölkə
lərin hamısında, istisnasız, bütün sahələrində infrastrukturu
məhz informasiya və onun verilməsi tezliyi şərtləndirir».
XXI əsr ağlm, intellektin təntənəsi əsridir. Bu əsr biosferin
inkişaf-Noosferə tam keçid dövrü ola bilər.
Deməli insan təfəkkürü «insan-təbiət» münasibətlərində
antroposfer, texnosfer, sosiosfer və s. yaranması və nəticə
etibarilə biosferdən noosferə keçidin başlanmasına səbəb
olmuşdur.
Biosferdə maddələrin dövretməsini iki yerə ayırmaq
olar:
— İrihəcmli və ya geoloji (quru və okean arasında) və ki
çik və ya bioloji (ekosistem həddində).
Kiçik dövretməyə geoloji dövretmənin bir elementi kimi
baxmaq olar. Həyat üçün istifadə olunan, biosferdə dövr
edən kimyəvi elementlərin və qeyri-üzvü birləşmələrin hərə
kətinə elementlərin dövr etməsi və ya biogen elementlərin
dövretməsi deyilir.
Dövretmə «dövretmə sürəti» və «dövr vaxtı» ilə xarak
terizə olunur. «Dövretmə sürəti» müəyyən zamanda əsas
hissədən ayrılan maddənin miqdarıdır. «Dövr vaxtı» mad
dənin tam dəyişilməsinə sərf olunan vaxtdır. Məsələn, kom
ponentin tərkibində 1000 ədəddən ibarət maddə varsa,
ondan bir saat ərzində 10 ədəd ayrılırsa, onda «dövrü sürət»
10/1000, yəni 1 % olacaqdır. «Dövr vaxtı» isə 1000/10, yəni
100 saat olacaqdır.
Biosferin mövcudluğunun təmini baxımından bio-
kimyəvi dövretməni iki yerə bölürlər:
— Atmosferdə və hidrosferdə olan ehtiyat fondu ilə
birlikdə qazşəkilli məddələrin dövretməsi;
— Yer qabığının ehtiyat fondu ilə birlikdə çökmə dövrü.
36
Ekosistemdə maddələrin dövretməsi dedikdə əsasən
maddələrin dövretməsi yox, onları təşkil edən kimyəvi
elementlərin: C, O, N, S və P dövretməsi başa düşülür. Bu
elementlər biogen, yəni həyat yaradan elementlər ad
landırılır.
Oksigenin dövretməsi. Biosferdə oksigenin dövranı pla
netar xarakter daşıyır. Oksigen də biogen mənşəli elementlər
sırasına daxildir. Oksigenin dövranı karbonun dövranında ol
duğu kimi fotosintez və tənəffüslə əlaqədardır. Biosfer daxi
lində oksigenin rolu karbon və hidrogendən üstündür. Oksigen tə
biətdə əvəzedilməz oksidləşdirici elementdir və kainatda maddələr
dövranında fəal iştirak edir. Hətta ozon təbəqəsi də əsasən oksi
genin hesabına əmələ gəlmişdir. Hesablamalara görə oksigenin
dövranı 2000 ilə başa çatır. Bunun da başlıca səbəbi oksigenin
biosferdə daha çox birləşmələrdə iştirak etməsidir.
Ehtimal olunur ki, təkcə müxtəlif yanacaq növlərinin yan
dırılmasına ildə 800 milyard ton oksigen sərf olunur.
Bütün dünyada yanacaqdan istifadənin ilbəil artması və
meşələrin sahəsinin azalması oksigen balansında tarazlığı poz
muşdur. Dünyada sənaye, məişət və kənd təsərrüfatı sahələrin
də yaranan tullantıların, digər sahələrdə üzvi maddələrin mine-
ralizasiyası oksigenin məsrəfi ilə başa çatır. Bundan başqa
təbiətdə baş verən biokimyəvi, fiziki-kimyəvi reaksiyalar da
məhz oksigenin vasitəsi ilə baş verir.
Biosferdə oksigen balansında əmələ gələn mənfi tarazlıq
insan faktoru ilə əlaqədardır. Belə ki, insan həm tənəffüs və
həm də təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühiti çirklən-
dirməklə, meşələrin sahəsini azaltmaqla, atmosferlə hidrosfer
arasında qaz mübadiləsini pozmaqla və digər
mənfi fəaliyyətlə
oksigenin bərpasını azaldır, karbon qazının miqdarı isə get
dikcə artır.
Karbonun dövretməsi. Karbon biosferin bütün sahələrin
də və bizi əhatə edən bütün mühitdə mövcuddur. O, atmos
ferdə karbon qazı (CO
2) kimi mövcuddur.
37