Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə10/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

artıq özünü tükəldib.  Tərəqqinin əvvəlki ideyalarını XXI əsr 
qəbul  etmir.  İndi  dünya  sivilizasiyası  tarixində  yeni  milli- 
iqtisadi  sərvət  vahidi  müəyyənləşib:  informasiya!  Sivil ölkə­
lərin  hamısında,  istisnasız,  bütün sahələrində infrastrukturu 
məhz  informasiya  və  onun  verilməsi  tezliyi  şərtləndirir». 
XXI  əsr ağlm,  intellektin  təntənəsi  əsridir.  Bu  əsr  biosferin 
inkişaf-Noosferə tam keçid dövrü ola bilər.
Deməli  insan  təfəkkürü  «insan-təbiət»  münasibətlərində 
antroposfer,  texnosfer,  sosiosfer  və  s.  yaranması  və  nəticə 
etibarilə  biosferdən  noosferə  keçidin  başlanmasına  səbəb 
olmuşdur.
Biosferdə  maddələrin  dövretməsini  iki  yerə  ayırmaq 
olar:
— İrihəcmli və ya geoloji (quru və okean arasında) və ki­
çik və ya bioloji (ekosistem  həddində).
Kiçik  dövretməyə  geoloji  dövretmənin  bir  elementi kimi 
baxmaq  olar.  Həyat  üçün  istifadə  olunan,  biosferdə  dövr 
edən  kimyəvi  elementlərin  və  qeyri-üzvü  birləşmələrin hərə­
kətinə  elementlərin  dövr  etməsi  və  ya  biogen  elementlərin 
dövretməsi deyilir.
Dövretmə  «dövretmə  sürəti»  və  «dövr  vaxtı»  ilə xarak­
terizə  olunur.  «Dövretmə  sürəti»  müəyyən  zamanda  əsas 
hissədən  ayrılan  maddənin  miqdarıdır.  «Dövr  vaxtı»  mad­
dənin  tam  dəyişilməsinə  sərf olunan  vaxtdır.  Məsələn, kom­
ponentin  tərkibində  1000  ədəddən  ibarət  maddə  varsa, 
ondan bir saat ərzində  10 ədəd ayrılırsa,  onda «dövrü sürət» 
10/1000,  yəni  1  %  olacaqdır.  «Dövr vaxtı»  isə  1000/10, yəni 
100 saat olacaqdır.
Biosferin  mövcudluğunun  təmini  baxımından  bio- 
kimyəvi dövretməni iki yerə bölürlər:
—  Atmosferdə  və  hidrosferdə  olan  ehtiyat  fondu  ilə 
birlikdə qazşəkilli məddələrin dövretməsi;
— Yer qabığının ehtiyat fondu ilə birlikdə çökmə dövrü.
36
Ekosistemdə  maddələrin  dövretməsi  dedikdə  əsasən 
maddələrin  dövretməsi  yox,  onları  təşkil  edən  kimyəvi 
elementlərin:  C,  O,  N,  S  və  P  dövretməsi  başa  düşülür.  Bu 
elementlər  biogen,  yəni  həyat  yaradan  elementlər  ad­
landırılır.
Oksigenin  dövretməsi.  Biosferdə  oksigenin  dövranı  pla­
netar xarakter daşıyır.  Oksigen  də  biogen mənşəli  elementlər 
sırasına  daxildir.  Oksigenin  dövranı  karbonun  dövranında ol­
duğu  kimi  fotosintez  və  tənəffüslə  əlaqədardır.  Biosfer  daxi­
lində  oksigenin rolu karbon və hidrogendən üstündür. Oksigen tə­
biətdə əvəzedilməz oksidləşdirici elementdir və kainatda maddələr 
dövranında  fəal iştirak  edir.  Hətta ozon təbəqəsi  də əsasən oksi­
genin  hesabına  əmələ  gəlmişdir.  Hesablamalara  görə  oksigenin 
dövranı  2000 ilə  başa çatır.  Bunun da başlıca səbəbi  oksigenin 
biosferdə  daha çox birləşmələrdə iştirak etməsidir.
Ehtimal  olunur  ki,  təkcə  müxtəlif yanacaq  növlərinin  yan­
dırılmasına ildə 800 milyard ton oksigen sərf olunur.
Bütün  dünyada  yanacaqdan  istifadənin  ilbəil  artması  və 
meşələrin sahəsinin  azalması oksigen balansında tarazlığı  poz­
muşdur.  Dünyada sənaye, məişət və kənd təsərrüfatı  sahələrin­
də  yaranan tullantıların, digər sahələrdə üzvi maddələrin mine- 
ralizasiyası  oksigenin  məsrəfi  ilə  başa  çatır.  Bundan  başqa 
təbiətdə  baş  verən  biokimyəvi,  fiziki-kimyəvi  reaksiyalar  da 
məhz oksigenin vasitəsi ilə baş verir.
Biosferdə  oksigen  balansında  əmələ  gələn  mənfi  tarazlıq 
insan  faktoru  ilə  əlaqədardır.  Belə  ki,  insan  həm  tənəffüs  və 
həm  də  təsərrüfat  fəaliyyəti  nəticəsində  ətraf mühiti  çirklən- 
dirməklə,  meşələrin  sahəsini  azaltmaqla,  atmosferlə  hidrosfer 
arasında qaz mübadiləsini pozmaqla  və digər mənfi  fəaliyyətlə 
oksigenin  bərpasını  azaldır,  karbon  qazının  miqdarı  isə  get­
dikcə artır.
Karbonun dövretməsi.  Karbon  biosferin  bütün sahələrin­
də və bizi əhatə edən  bütün  mühitdə mövcuddur.  O,  atmos­
ferdə karbon qazı (CO
2) kimi mövcuddur.
37


Antropogen təsirdən atmosfer havasının  tərkibində CO
2
nin  miqdarı  daima  artır.  Karbon  yer  üzərində  olan  bütün 
üzvi  birləşmələrin  strukturuna  daxildir.  Deməli,  bütün 
canlıların  tərkibində  karbon  mövcuddur.  Həyat  üçün  lazım 
olan  enerjini  almaq  üçün  orqanizmin  üzvi  maddələri  ok- 
sidləşərək  CO
2 və  H 2O  yaradır.  Bu prosesi  «nəfəsalma»  ad­
landırırlar.  Bütün  canlı  orqanizmlər  öldükdən  sonra  çü­
rüməyə  başlayır.  Bu  zaman  ayrılan  C  oksigenlə  birləşərək 
CO
2  şəklində  «dövretmə  sisteminə»  daxil  olur.  Oksigen ça­
tışmazlığı  səbəbindən  karbonun  dövretməsi  dayana  bilər. 
Bu  zaman  torpağın  tərkibində  olan  üzvi  maddələr  torf,  daş 
kömür  və  ya  neft  şəklində  torpaqda  toplana  bilər.  Hid­
rosferdə  CO
2  həll  olmuş  formada  olur.  O  burada  kalsium 
duzu  yarada  bilir.  Bu proses  karbonun  dövretməsinə mane 
olur.  Karbonun  dövretməsi  aşağıda  göstərilən  sxemdə daha 
aydın görünür: (Şəkil  1)
İşıq
Şəkil  1. Karbonun dövretmə sisteminin sxemi. 
38
Karbonun dövretməsi üzrə iri həcmli tədqiqat «Beynəlxalq 
geosfer-biosfer  proqramı»  çərçivəsində  1986-1996-cı  illərdə 
aparılmışdır.  Bu  tədqiqatda  əsas  məqsəd  СОг-шп  atmosferə 
tullanmasından  «parnik»  effektinin  yaranması  və  onun  iqlim 
dəyişməsinə təsirini  müəyyən  etməkdən ibarət olmuşdur.  Hal- 
hazırda ekosistemdə karbonun dövretməsi təxmini olaraq mü­
vazinət  vəziyyətindədir.  Belə  bir  fikir  irəli  sürülür  ki,  yaxın 
yüzillikdə  atmosferə  atılan  СОг-тп  artımı  iqlimin  istiləşməsi 
təsirindən destruksiya prosesi ilə əlaqədar azala bilər.
Azotun dövr etməsi. Azot  (N) karbon  kimi atmosfer hava­
sının  tərkibində  molekul  (N
2)  formasında  yer  tutur. 
Atmosfer havasının 78%-ə qədəri N
2-dən ibarətdir.
Azotun dövretməsi sxemi aşağıda göstərilmişdir:
Sanaye
tullantıları
Heyvan  vs 
bitki
Nitritləşma  <
Nitritlər
(NOj)
Neytrallaşma
Nıtrallar
(NÖd
O kcär^ardan 
Çaylardan 
Balıqlar va quşlar
Şəkil  2. Azotun dövretmə sisteminin sxemi.
39


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə