Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə12/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

Ekosistemin ekologiyası  adlı yeni  bir  sistemin yaranması 
ümumi sistem  və sistemli  analizə  olan  təlabatdan  irəli gəlir. 
Bu  sistemin  baniləri  C.E.Xatçinski,  R.Marqelf,  K.Uatt, 
V.Petten, Y.Odum sayılır.
Sistem  nədir?  Sistem  müəyyən  tərzdə  bir-biri  ilə əlaqədə 
və qarşılıqlı təsirdə olan elementlərin birliyidir.
Sistemin  hissələri  onun  elementləri adlandırılır.  Sistemin 
elementləri  fiziki,  kimyəvi,  bioloji  və  ya  qarışıq  şəkildə  ola 
bilər.
Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasi­
bətləri  təyin  edir.  Qarşılıqlı  təsirin  özü yeni  sistemin yaran­
masına səbəb ola bilər.
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik 
tabeçiliyidir (aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).
Ekologiyada elementar vahid fərdin populyasiyasıdır.
Görkəmli  alim  Q.T.Mustafayevə  görə  «Bioloji  növün 
konkret  ərazidə  yerləşən,  çoxlu  nəsillər  boyunca  real 
imkanlar əsasında  bir-birilə sərbəst cütləşib öz sayını tənzim 
edə bilən coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az- 
çox ayrılan fərdlər qrupuna  populyasiya deyilir.
Populyasiyanı  cins,  yaş,  ərazi  və  digər  növ  strukturlara 
ayırırlar.  Yaşa  görə  populyasiya  növü  əsas  göstəricilərdən 
biridir.  Uzunömürlü  populyasiyalar  normal,  doğub-törəmə 
prosesinə təsir edən mənfi faktorlar olduqda tezqocalma baş 
verən  populyasiyalar  reqressiv  və  ya  ölən  populyasiya  ad­
lanır.  Cavan  populyasiya  «tətbiqolunan»  populyasiya  ad­
lanır.  Bu növ populyasiyalar təhlükə yaratmır, onların artım 
ehtimalı  yüksək  olur,  lakin  onların  trafiki  və digər əlaqələri 
tam  formalaşmış  olmur.  Əgər  populyasiya  normal  və  ya 
normal  vəziyyətə  yaxınsa,  onda  insanlar  həmin  populyasi- 
yadan  istənilən  qədər  biokütlə  götürə  bilər.  Bu  zaman  po- 
pulyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır.
Populyasiyanm əsas  xüsusiyyətlərindən biri onun fərdlə- 
rinin  sayının  dinamikası  və  tənzimlənmə  mexanizmidir.
44
Fərdlərin  sayının  optimal  saydan  fərqlənməsi  onun  möv­
cudluğuna  təsir  edən  mənfi  təsirdən  asılıdır.  Adətən  popul­
yasiya mühitəalışma mexanizminə malik olur.  Bu xüsusiyyət 
onun optimal saydan artıq və ya az olmasını yaradır.
Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə 
malikdir.  Yəni  hər  bir  cüt  fərddən  bioloji  olaraq  yeni  nəsi 
yaranmalıdır.  Orqanizmin  yaranma  (təşkil)  səviyyəsi  aşağı 
olduqca  biotik  potensial  yüksək  olur.  Məsələn droj  kletka- 
ları  bir  neçə saatda  sürətlə  artaraq yer üzərini  tuta bilər.  İri 
orqanizmlər  az  biotik  potensiala  malik  olduqları  üçün 
onların artımı uzun illər çəkir.
Populyasiya fərdlərinin sayının kəskin artması «populya­
siya  dalğası»,  «həyat  dalğası»,  «say  dalğası»  adlandırılır. 
Belə dalğanın səbəbi hələ tam  aydınlaşdırılmamışdır. Bəzən, 
bunu  iqlim  şəraiti,  yem,  bəzən  də  günəşin  aktivliyi  ilə  izah 
edirlər.
Populyasiyanm  dinamikasını  fərdlərin  sıxlığından  ya 
asılı  və  ya  da  asılı  olmadığını  qeyd  edirlər.  Sıxlıqdan  asılı 
olmamaq  abiotik  faktorun  nəticəsi  kimi  qəbul  edilir  (hava, 
yem,  katastrof və  s.).  Bu  faktorlar  nəticəsində  populyasiya 
həm  arta,  həm  də  azala  bilər.  Hətta  onların  sayı  sıfra  bə­
rabər  ola  bilər.  Belə  faktorlar  «modifikasiya  olma»  (lat. 
modifikasiy a-dəy işmə) adlandırılır.
Populyasiyanm  dinamikasının  sıxlıqdan  asılılığı  «biotik 
faktorun» nəticəsidir.  Bunu «tənzimolunan» adlandırırlar.
Populyasiya və populyasiyaya  oxşarlar  assosiasiya  və  ya 
birlik sistemaltlarım yaradırlar.  Elə buna görə də ekoloji ele­
mentləri  ekoloji  populyasiya,  birlik  ekologiyası  və  biose­
nozların  ekologiyasına  ayırırlar.  Buradan  belə  nəticəyə  gəl­
mək  olar  ki,  ekosistemin  tam  xüsusiyyətlərini  başa  düşmək 
üçün  göstərilən  elementlər  arasında  əlaqə  və  onların  birgə 
fəaliyyətini müəyyən etmək lazımdır.
Hər  bir  ekosistem  açıq  ekosistem  adlandırılır.  Yəni  o, 
enerji almaq və vermək qabiliyyətinə malik olmalıdır.
45


Hansı  ekoloji  sistem  olursa  olsun  onun  yaşaması  üçün 
cansız  təbiət-produsent  -   konsument-redusent  və  yenə  də 
cansız təbiət dövriyyəsi lazımdır.
Yer  üzərində  müxtəlif  təbii  bölmələrdə  xeyli  miqdarda 
ekosistemlər  mövcuddur.  Lakin  onlar  haqqında  tam  hər­
tərəfli informasiyalar yox dərəcəsindədir.
Ekoloji  sistemləri  əsasən  yaranma  səbəbinə  görə  iki 
qrupa bölürlər:  təbii və antropogen ekosistemlər.  Uzun illər 
boyu  təbii  seçmə  nəticəsində  təkamül  etməklə  əmələ  gələn 
sistem  təbii  sistem  adlandırılır.  Təbii  sistem  zəngin  və  da­
vamlı  sistemdir.  Antropogen  ekosistem  insanlar  tərəfindən 
müəyyən müddət  ərzində  yaradılan  daima  qayğı  tələb edən 
qısa dövrlü ekoloji sistemdir.
Ekosistemin  komponentlərinin  üzvlərinin  çox  olması 
onun uzunömürlü və dayanıqlı olmasına səbəb ola bilər. Bu 
baxımdan  Biosfer  ən  böyük  və  davamlı  ekosistem  hesab 
edilə bilər.
Ekosistemlərin  fəaliyyət  göstərmələri  üçün  onlar  özün­
dən  enerji  ayırmaqla  maddələrin  dövri  sistemi  ilə  əlaqədar 
olmalıdır.  Ekosistem  eyni  zamanda xarici  təsirə müqavimət 
göstərmək  qabiliyyətinə  malik  olmalıdır.  Bu  mexanizmləri 
açıqlamaq  üçün  ekosistemlərin  aşağıdakı  struktur və  digər 
xüsusiyyətləri ilə tanış olaq.
Ekosistemin  blok  modeli.  Hər  bir  ekosistem  iki  blokdan 
ibarətdir.  Bunlardan  biri  canlı  orqanizmlərin  kompleks  şə­
kildə qarşılıqlı əlaqəsidir  (biosenoz).  İkinci,  mühit  blokudur 
(biotop və ya ekotop).  Belə olan halda:
Ekosistem  = biosenos + biotop (ekotop)
V.H.Sukaçov  bloklar  modelini  aşağıdakı  sxem  şəklində 
vermişdir.
Göründüyü  kimi  biogeosenoz  özündə  bütün  blokları 
cəmləşdirir.  O  cümlədən  bitki  aləmində  biosenoza  daxil
46
edilir.  Bitki  aləminin  ekosistemdə  mövcud  olmadığı  hala 
rast  gəlmək  olar.  Lakin  belə halda  bitkilərin çürüntülərinin 
sistemdə  iştirakı  mövcud  olur.  Deməli,  ekosistem zoosenoz 
və  mikrobosenozdan  ibarət  olaraq  maddələrin  dövri  sis­
temini yarada bilər.  Buradan belə bir  nəticə əldə etmək olar 
ki,  «Hər  bir  biogeosenoz  ekosistem  adlandırıla  bilər.  Lakin 
hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».
Biogeosenoz  və  ekosistemi  bir-birindən  zaman  faktoru 
fərqləndirir.  Lakin  bununla  belə  bu  məvhumlara  sinonim 
kimi baxılmır.
Sxem 1.
Biogeosenoz
(ekosistem)
Hidravliki  faktorlar 
(hidrotop)
EKOTOP (BİOTOP)
________3!__________
◄------------------------------- to
----------------------------
İqlim faktoru
Torpaq faktoru
(klimatop)
(edafotop)
Bikti  aləmi
◄---------------------►
Heyvanat aləmi
(fitosenoz)
------------*----- -----------
(zoosenoz)
------------------------- ф---------
BİOSENOZ
Mikroorqa-nizmlər
(mikrobosenoz)
47


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə