Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə2/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   96

G İ R İ Ş
Müasir dövrdə  cəmiyyətin və təbiətin qarşılıqlı  əlaqələrinin 
inkişafında  çoxsaylı  ekoloji  problemlərin  həlli  üçün  əsas  baza 
bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi 
və  səmərəli  idarə  olunmasıdır.  Ekoloji  tarazlığı,  onun  mürəkkəb 
və  bir-birilə  bağlı  mexanizmlərini  bilmədən,  yəni  ekoloji  biliyə 
dərindən  yiyələnmədən təbiətdən,  onun ehtiyatlarından  səmərəli 
istifadə  etmək,  təbii  mühiti  həyat  üçün  yararlı  halda  saxlamağı 
proqnozlaşdırmaq  mümkün  deyildir.  Bu mənada,  ekologiya  el­
minə tələbat və maraq  daima artır.
Hazırda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar və 
təbii  ehtiyatların  mühafizəsi  məsələlərinin  həlli  müasir  ekolo­
giyada  xüsusi  sahələrin  inkişaf etməsinə  səbəb  olmuşdur:  tor­
pağın  ekologiyası,  bitkilərin  ekologiyası,  coğrafi  ekologiya,  su­
ların, dənizlərin, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrü­
fatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, geokimyəvi 
ekologiya, sosial ekologiya, kosmik ekologiya  və s.
Orqanizmlərin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliyyə­
tinə və  sağlamlığına ətraf mühitin  ayrı-ayn  sahələri və orada baş 
verən hadisələr  daimi  mənfi təsir göstərir. Bunun baş verməməsi 
üçün  təbiətin inkişaf qanunlarını, onun cəmiyyətlə  qarşılıqlı mü­
nasibət formalarını, təbii sistemə yol verilə bilən təsir dərəcələrini 
əsaslı  surətdə  öyrənib  bilmək  ən  vacib  məsələlərdən  biridir. 
Ekologiya  ətraf mühitin  və  təbiətdən  istifadənin  elmi  əsasıdır. 
Ətraf mühitin mühafizəsi təbiətə zərərli təsir göstərən hər hansı bir 
vasitə  və  ya  vəsaitin  aradan  qaldırılması  üçün  kompleks  təd­
birlərin  işlənib  hazırlanması  ilə məşğul  olur.  Bu  kompleksə qa­
nunvericilik, təşkilatçılıq,  sanitar-gigiyenik və mühəndis -  texniki 
tədbirlər daxildir.
Təbiət üçün təhlükəli  olan müxtəlif maddələrin  ətraf mü­
hitə  atılması  ekoloji 
tarazlığın  pozulmasına  gətirib  çıxarır. 
Hətta  təbiətdən  səmərəsiz  istifadə  ekoloji  böhranlara  səbəb 
olur,  külli  miqdarda  dövlət  və ya  xüsusi  vəsaitlərin  artıq  xərc­
4
lənməsi  ilə  nəticələnir.  Təbiətdən  səmərəli  istifadə  və  ekoloji 
problemlərin  həlli  iqtisadi  kateqoriya  kimi  təbii  ehityatlardan 
və ətraf mühitdən istifadə  sahəsində  iqtisadi münasibətlər sis­
temini  sanki əks etdirir.  Bu  proseslərin cəmi  ekoloji -  iqtisadi 
potensialın optimal səviyyədə dəstəklənməsinə yönəlməlidir.
Hazırlanmış  dərs  vəsaiti  ADİU-nun  bakalavr  pilləsi  üzrə 
təhsil  alan  tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  “Ekologiya” 
fənnini  dərindən  mənimsəyən  tələbələr  gələcək  iqtisadi  fəa­
liyyət sahələrində ekoloji  norma və qaydaları  əsas tutmaqla ət­
raf mühitin mühafizəsi, təbiətdən səmərəli, kompleks və təkrar 
istifadə  məsələlərinə xüsusi diqqət edəcəklər.
5


MÖVZU  1. EKOLOGİYA FƏNNİNİN PREDMETİ, 
TƏDQİQAT OBYEKTİ VƏ VƏZİFƏLƏRİ. EKOLOJİ 
FAKTORLAR VƏ QANUNAUYĞUNLUQLAR
İnsanlar  özləri  üçün  gərəkli  olan  havanı,  suyu,  ərzaq 
məhsullarının  xammallarını,  digər  maddi  nemətləri,  sənaye 
üçün  xammalları  təbiət  hesabına  əldə  edirlər.  Təbii  sərvət­
lərdən  çox yüzilliklərdir ki, kortəbii,  səmərəsiz istifadə olun­
ması  nəticəsində  təbii  mühit  dünya  miqyasında  əsaslı 
dəyişikliyə məruz qalmışdır. Yer kürəsinin quru sahəsinin 97 
mln  kv  km  ərazisi  antropogen  təsirə  məruz  qalmışdır.  52 
mln  kv  km  ərazi  isə  hələlik  öz  təbii  halını  saxlamaqdadır. 
Belə  hal  müasir  elmi-texniki  tərəqqinin  (ETT)  sürətli  inki­
şafı  təsirindən  get-gedə  gərginləşməkdədir.  Belə  ki,  dünya 
əhalisinin  hər  il  80  mln  nəfərdən  çox  artımı,  onun  gündəlik 
tələbatının yüksəlməsi,  təbii  sərvətlərin  istifadəsinin  durma­
dan  çoxalması,  energetika,  sənaye,  kənd  təsərrüfatı  və  nəq­
liyyat  kompleksində  yeni  texnologiyaların  tətbiqi,  istehsalın 
genişlənməsi,  dünya  ərazisi  təbii  örtüyünün  getdikcə  daha 
çox  antropogen  dəyişikliklərə  uğraması,  təsərrüfat  əlaqələ­
rinin  beynəlxalq  miqyasda  genişlənməsi  və  daha  da  mürək­
kəbləşməsi  və  sair  digər  amillər  göründüyü  kimi  ətraf mü­
hitlə canlıların qarşılıqlı əlaqəsinin güclənməsinə və insanları 
əhatə  edən  mühitə  antropogen  təzyiqin  artmasına  səbəb 
olmaqdadır.
Ekoloji tarazlığı,  onun mürəkkəb və bir-birinə sıx bağlı 
mexanizmlərini,  təbiətin-ətraf  mühitin  insanların  təzyiqinə 
hissiyyatını,  təbii  sistemlərə  yol  verilə  biləcək  yükü  bil­
mədən,  yəni  ekoloji  biliyə  dərindən  yiyələnmədən  təbiətdən, 
onun  yeraltı,  yerüstü  ehtiyatlarından  rentabclli,  səmərəli  is­
tifadə etmək,  gələcək  nəslə onlardan ehtiyat  saxlamaq,  eləcə 
də  təbii  mühiti  gələcək  üçün  yararlı  halda  qoruyub 
saxlamağı  proqnozlaşdırmaq  indiki  inkişaf  baxımından  bir 
o qədər də asan görünməməlidir.
6
Bəşəriyyət,  yarandığı  gündən  müasir dövr  də daxil  ol­
maqla  onu  əhatə edən  təbii  mühitdən  öz xeyri  üçün  istifadə 
etmək  məqsədilə  ona  hər  cür  müdaxilə  etməkdən  çəkinmə­
mişdir.  Ekoloji amillər nəzərə alınmaqla yeni  texnika və tex­
nologiyanın kompleks qiymətləndirilməsi elmi-texniki tərəq­
qi qarşısında qoyulan tələbləri əvvəlcədən müəyyən edə bilir.
Deyilənlər  baxımından  ekologiya  elminə  tələbat,  eləcə 
də  maraq  günü-gündən  artmaqdadır.  Ona  görə  də,  müasir 
dövrdə  ekologiya  elmi  bütün  dövlət  və  müəssisə  rəhbər­
lərinin,  alimlərin,  mütəxəssislərin,  sənət  adamlarının,  tələbə 
və digər gənclərin diqqət mərkəzinə çevrilmişdir.
Ekologiya sahəsində gərginlik o yerə çatmışdır ki, məs­
kun  sahələrinin,  bütövlükdə  biosferin  mühafizəsi  üzrə  təcili 
tədbirlər  görmək  haqqında düşünülməyə  başlanılmışdır.  Bu 
mürəkkəb  məsələnin  həlli  qlobal  xarakter  almaqdadır.  Bu 
əsasdan  da  ekoloji  problemlər  dünyada  mövcud  olan  45 
problemdən ən əsasına çevrilmişdir.
«Ekologiya”  termini  mənşəyinə  görə  iki  yunan  sözün­
dən əmələ gələrək  oykos -ev, yaşayış məskəni, loqos isə elm, 
təlim mənasını verməkdədir.  Lakin ekologiya yunan mənşəli 
olsa  da  onu  ilk  dəfə  1869-cu  ildə  elmə daxil  edən  və tərifini 
verən  tanınmış  alman  zooloqu  Ernst  Hekkel  olmuşdur. 
E.Hekkclə  görə  ekologiya  canlı  orqanizmlərin  onları  əhatə 
edən  aləmə  münasibətini  müəyyən  edən  müstəqil  bir  elm 
sahəsidir.  Digər  tərəfdən,  o  qeyd  edir  ki,  ekologiya  canlı 
aləmin mövcud  olmaq,  yaşamaq şərtlərini müəyyən edən  bir 
amildir.  Göstərilən  tərifdən də bəzən ekologiyanı canlı orqa­
nizmlərin  məskun  sahələri  ilə  əlaqələrini  öyrənən,  tədqiq 
edən  bir elm  sahəsi  kimi də  təqdim edirlər.  Bu fikir  onda öz 
doğruluğunu  tapır  ki,  məskun  sahələrini  canlı  orqanizmlər­
dən  ayrı  öyrənmək  mümkün  sayılmaz.  Dünyanın  tanınmış 
alim  və  tədqiqatçıları  E.Hekkelin  bu  fikirlərini  yüksək 
dəyərləndirmişlər.
7


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə