Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə3/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   96

Ümumiyyətlə, ekologiya elminə müxtəlif alim və tədqi­
qatçılar məzmunca eyni, formaca müxtəlif anlamlar verirlər. 
Bəzən  onu  canlı  orqanizmlər  arasında  və  onlarm  olduğu 
mühitlə  qarşılıqlı  əlaqə  haqqında  sintetik  bioloji  elm  kimi 
başa  düşənlər  də  tapılır.  Digərləri  isə  tərifin  «uzunmüddətli 
işlədilməsi»  üçün  ekologiyam  ətraf  mühitin  biologiyası 
adlandırırlar. Tanınmış Rusiya ekoloqu A.S.Danilevski belə 
anlatma  verir  ki,  ekologiya  ekoloji  sistemin  strukturu  və 
funksiyası  haqqında  elm  sahəsidir.  Bəzən  də  ekologiyanın 
sözlərinin  hərfi  tərcüməsinə  əsaslanaraq  onun  yaşayış  yeri, 
yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər.
Ekologiya  elmi  bəzən  də  insanların  ətraf  mühitlə 
qarşılıqlı əlaqələri prosesində xalq təsərrüfatının müxtəlif sa­
hələrində, o cümlədən sənayedə,  kənd təsərrüfatında, nəqliy­
yatda,  təbiətin  mühafizəsinin  təşkilində  yaranan  qlobal 
problemləri  proqnozlaşdırır  və  onların  həlli  yollarını  öy­
rənir.
Yerin  mövcud  olduğu  4,5  mlrd,  il  müddətində  təbiət 
hadisələrinin  təsirinin  mövcudluğu  ilə  müqayisədə  antropogen 
təsirlər əvvəllər az, axırıncı 40 min il ərzində isə son dərəcə art­
mışdır.  Bu  təsirlər  elmi  texniki  tərəqqinin  nailiyyətlərinin  tət­
biqindən  daha  da qüvvətlənmişdir.  Axırıncı  50  ildə  isə  demək 
olar  ki,  kuliminasiya həddinə  çatmışdır.  Bu  əsasdan  da,  ekolo­
giyanı bəşər taleyinin açarı adlandırmaq olar.
Müasir ekologiyanın  quruluşunda bioekologiya,  bəzək 
ekologiyası,  insan  ekologiyası,  sosial  ekologiya,  tətbiqi 
ekologiya ekoloji məsələlərin öyrənilməsi baxımından xüsusi 
əhəmiyyət  kəsb  edirlər.  Belə  ki,  bioekologiya  bitki  və  hey­
vanların  biomüxtəliflik  tərkibini,  adaptasiya  imkanlarını, 
mühit,  iqlim şəraitini,  habelə onların şoranlığa,  qələviyə da­
vamlılığım  tədqiq  edirsə,  sosial  ekologiya  cəmiyyətin  yaşa­
dığı coğrafi mühitini, sosial və mədəni əlaqəsini öyrənməklə 
insanların  sosial  varlığının  ətraf  mühitlə  qarşılıqlı  dialek- 
tikasını  tədqiq  etməklə  məşğul  olur.  Sənaye  ekologiyası  isə
8
deyilənlərdən  fərqli yanaşmalarla xarakterizə olunur ki,  bu­
rada  da  onun  ətraf mühitə  təsirinə  baxılır,  eləcə  də  mənfi 
təsirlərin aradan qaldırılması yollan və  tədbirləri araşdırılır. 
Bir  sözlə,  canlı  təbiətin  mühafizəsi,  ondan  səmərəli  istifadə 
olunması,  bioloji  ehtiyatların  təkrar  istehsala  qoşulmasına, 
genişləndirilməsinə  həsr  olunmuş  ekologiya  canlı  aləmin 
mövcudluğu şəraitini,  onları əhatə edən  təbii mühitlə qarşı­
lıqlı  əlaqə və münasibətlərini öyrənən,  tədqiq edən müstəqil 
bir  elm  sahəsinə  çevrilmişdir.  Beləliklə  ekologiya  insanla 
təbiətin  qarşılıqlı  əlaqəsini  tədqiq  etməklə  antropogen 
fəaliyyət nəticəsində onu əhatə edən  təbii mühitdə baş verən 
gedişatı öyrənir.
Qərb  alimləri  ekologiya elmi  ilə  ətraf mühit  haqqında 
olan elmə bir-birindən fərqli yanaşırlar.  Onlar göstərirlər ki, 
ekologiya canlı aləmə təsir edən təbii mühitin abiotik, biotik 
və  antropogen  amillərini  öyrənir.  Eləcə  də  kənd  təsərrüfa­
tında  torpağın  xüsusiyyətlərini,  flora  və  fauna  genefon- 
dunun mühafizəsində növ müxtəlifliyini qoruyub saxlamağı, 
habelə,  xalq təsərrüfatının müxtəlif sahələrinin ətraf mühitlə 
qarşılıqlı münasibət və əlaqələrini tədqiq edir.
Ekologiya  elmi  sürətlə  inkişaf edərək  onun  qazandığı 
uğurlar müasir dövrün bir sıra aktual məsələlərinin həlli yol­
larının  fundamentini  təşkil  edir.  Bu  əsasdan  da  bir  çox 
tədqiqatçılar  və  alimlər  ekologiyanı  gələcəyin  aparıcı  elm 
sahələrindən biri hesab edirlər.
Yuxanda  göstərilənlərin  nəticəsi  olaraq  ekologiyanın 
ətraf mühitin  və  təbiətdən  istifadənin  elmi  əsasını  təşkil  et­
diyi bir elm sahəsi olduğu qənaətinə gəlməyə imkan yaranır.
Hər  bir  elmin  predmeti  olduğu  kimi  ekologiyanın  da 
predmeti  vardır.  Onun  predmetini  canlı  orqanizmlərlə  təbii 
mühit  arasında  mövcud  əlaqələrin  birliyi  və  ya  quruluşu 
təşkil  edir.  Onun  əsas  tədqiqat  obyekti  aparıcı  sahələrdən 
sayılan  ekoloji  sistem  hesab  edilir.  Ekologiyanın  predemeti 
daxilində  enerji  və  üzvi  maddələrin  transformasiya  prosesi
9


gedən və bir-biri ilə qarşılıqlı əlaqədə olan canlı aləmin məc­
musu durur.
Ekologiyanın  əsas  vəzifəsi  ekosistemdə  enerji  və  ma­
teriyanın  qarşılıqlı  təsirini  açmaqdan  ibarətdir.  Müasir 
ekologiyanın  diqqət  mərkəzində  ekosistem  konsepsiyasının 
yaddan  çıxarılmaması  da  dayanır.  Ayrı-ayrı  fərdlər,  popul- 
yasiyalar,  növlər,  qruplaşmalar  və  onların  ətraf  təbii  mü­
hitdə qarşılıqlı əlaqələri də ekologiyanın  tədqiqat obyektləri 
hesab olunsalar da, onlar müstəqil  bir elm sahəsi kimi bota­
nika,  zoologiya,  sistematika,  genetika,  biocoğrafiya  və  s. 
elmlər tərəfindən tədqiq edilirlər.
Müasir dövrdə ekologiya qarşısında ekoloji sistemlərin 
dayanıqlığı  üzrə  ümumi  nəzəriyyənin  işlənməsi;  mühitə 
alışmanm  -adaptasiyanın  öyrənilməsi;  habelə  bioloji  müx­
təlifliyin və  onun mühafizə mexanizminin  tədqiqi,  biosferdə 
baş  verən  proseslərin  öyrənilməsi;  antropogen  təsirlə  ətraf 
təbii  mühitdə  baş  verən  xeyirsiz  dəyişiklərin  proqnozlaşdı­
rılması və onların qiymətləndirilməsi; ətraf təbii mühitin daha 
da keyfıyyətləndirilməsi;  tükənən və tükənməyən  təbii sərvət­
lərdən səmərəli  istifadə olunması;  ekoloji  qeyri-səmərəli mü­
hitlərdə  təhlükəsizliyin  təmini;  mühəndis,  iqtisadi,  təşkilati, 
hüquqi,  eləcə  də  sosial  məsələlərin  həllinin  optimallaş- 
dırılması;  populyasiyaların  saylarının  tənzimlənməsi;  təbii 
və  antropogen  senozların  möhkəmliyi;  ekoloji  indikasiya 
məsələlərinin  araşdırılması  kimi  nəzəri  və  təcrübi  məsələlər 
durmaqdadır.
Ekologiyanın  məşğul  olduğu  strateji  məsələlərə  isə 
təbiət  və  cəmiyyət  arasında  mövcud  olan  nəzəri  qarşılıqlı 
fəaliyyətin daha da inkişaf etdirilməsi daxildir.
Biologiya  ilə məşğul  olan  tədqiqatçılar  və  alimlər  eko­
logiyanın  mənimsənilməsini  -   öyrənilməsini  daha  da  asan­
laşdırmaq  üçün  onu  tədqiqat  istiqamətinə  görə,  mühitə 
görə,  takseonomiyaya  görə,  canlı  orqanizmlərin  yaşayış 
yerinə  görə,  elmlərlə  əlaqələrinə  görə,  iqtisadiyyat,  texnika,
10
səhiyyə,  mədəniyyət  və  incəsənət  sahələrinə  görə,  qlobal 
ekoloji problemlərə görə bölmə və  qruplara ayırmışlar.  Belə 
ki,  onun əsas bölmələrindən  biri  ümumi ekologiya hesab  edilir 
ki, o da ekosistemin biotik və abiotik komponentlərinin qar­
şılıqlı  təsirlərinin qanunauyğunluqlarını  və prinsiplərini  təd­
qiq  edir.  Bu  fənnin  nəzəri  əsaslarını  biotik  birliklər,  qida 
zənciri,  maddələr  dövranı  və  ekosistemdə  enerji,  populya- 
siya ekologiyası konsepsiyası təşkil edir.
Müasir dövrdə ekologiyanın əsas məqsədi  və vəzifələri 
insanlar  tərəfindən  yaradılmış  ekoloji sistemin  təbii mühitlə 
qarşılıqlı  əlaqələrini  və  münasibətlərini  aşkar  etməkdən 
ibarətdir.
Hazırda  elmi-texniki  tərəqqinin  davamlı  inkişafı  ilə 
əlaqədar  təbii  ehtiyatların  mühafizəsi  məsələlərinin  optimal 
həlli müasir ekologiyaya olan maraq dairəsini qanuni bioloji 
çərçivədən  çıxararaq  bir  sıra  elm  sahələrinin  əmələ  gəlmə­
sinə  və  digər  elmlərlə  sintezinə  səbəb  olmuşdur.  Nəticədə 
bitgi  ekologiyası,  torpaq ekologiyası,  ekoloji coğrafiya,  hey­
vanların  ekologiyası,  mikroorqanizmlərin  ekologiyası,  su­
ların  və dənizlərin  ekologiyası,  atmosfer  ekologiyası,  hidro­
sfer ekologiyası,  kənd təsərrüfatı ekologiyası, sənaye  ekolo­
giyası,  nəqliyyat  ekologiyası,  şəhərlərin  ekologiyası,  geo­
kimyəvi ekologiya, mədəniyyət ekologiyası, arxitektura eko­
logiyası,  mühəndis  ekologiyası,  sosial ekologiya,  insan  eko­
logiyası,  kosmos  ekologiyası  və  sair  elm  sahələri  forma­
laşmışdır.  Son  30-40  il  ərzində  ekologiya  yalnız  təkcə  bio­
logiya  elmləri  sistemində  deyil,  həm  də  bütün  təbiət,  sosial, 
iqtisad  elmləri  arasında çox tanınmış  -  populyar tətbiqi elm 
sahəsinə  çevrilmişdir.  Göstərilənlər  ümumi  ekologiyanın 
müstəqil  sahələri  olub  nəzəri  və tətbiqi  ekologiya  sahələrinə 
ayrılırlar.  Deyilənlər  baxımından,  ekologiya  elmi  təbiət 
elmləri  sayılan  geologiya,  fizika,  kimya,  riyaziyyat,  torpaq­
şünaslıq  elmləri  ilə  sıx  əlaqə  saxlayır.  Ekologiyanın  coğ­
rafiya  elmi  ilə  əlaqəsi  daha  qabarıqdır.  Buradan  aydın  olur
11


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə