Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

inkişaf dinamikası  adlandırılır.  Bu dinamika  ekosistemin və 
ya  biosenozun  dəyişməsi  ilə  nəticələnir.  Bu  proses 
«suksessiya» adlandırılır.
«Suksessiya» iki hissəyə ayrılır -  ilkin və ikinci.
İlkin  «suksessiya»,  inkişafını  yaşayış  mövcud  olmayan 
obyektdən başlayır.
İkinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox, 
ekosistemin  dağılması  və  ya  digər  dəyişikliklərdən,  həyat 
tərzinin dəyişməsindən yaranır.
«Suksessiya»  prosesinin  gedişatı  üçün  aşağıdakı  ümumi 
qanunauyğunluq mövcuddur.
1.  «Suksessiya»  inkişafının  ilk  dövrlərində  onların  növ 
müxtəlifliyi,  məhsuldarlığı  və  bioloji  kütləsi  cüzi  olur. 
Suksessiyanm inkişafı ilə bu göstəricilər artır.
2.  «Suksessiya» cərgələri inkişaf etdikcə orqanizmlər ara­
sında qarşılıqlı əlaqə artır.
3.  Ayrı-ayrı  növlərin  sayının  kəskin  artması  ehtimalı  az 
olur.
4.  Maddələrin  dövretməsi,  ekosistemin  nəfəs  alması  və 
enerji prosesləri intensiv olur.
5.  «Suksessiya»  prosesinin  sürəti  orqanizmlərin  yaşayış 
müddətindən və ekosistemin fəaliyyətindən asılı olur.
6.  «Suksessiya»  prosesinin  sona  çatması  dinamiki  yox, 
tədrici xarakter daşıyır.
Ekosistemin  öz-özünii  təmizləmə  sistemi.  Ekoloji  sistem 
və  onun  ayrı-ayrı  mühitləri  özünü  təmizləmə xassəsinə  ma­
likdirlər.
Suda,  havada  və  torpaqda  baş  verən  özünütəmizləmə 
mexanizmi bir-birindən kifayət qədər fərqlənir.
Atmosferin  özünütəmizləmə  qabiliyyəti  onun  surətlə 
hərəkət etməsi, sıxlığa malik olması,  torpaq və su mühitlərilə 
kontaktda  olması  ilə  əlaqədardır.  Bu  xüsusiyyətinə  görə 
atmosferə  daxil  olan  çirkləndiricilər cazibə  qüvvəsinin  təsiri 
ilə ya suya,  ya da torpağa düşərək dövri sistemə qoşulurlar.
52
Atmosfer  ozonun,  ulturabənövşəyi  şüaların,  atmosfer  çö­
küntülərinin,  foto-kimyəvi  proseslərin  və  digər  mexanizm- 
lərin  təsiri ilə  də zərərli maddələrdən  təmizlənmə xüsusiyyə­
tinə  malikdir.  Havada  yaranan  durum  bəzən  onun  özünü 
təmizləmə prosesinə mənfi təsir göstərir.
Su  və  torpaq  mühitlərinin  özünütəmizləmə  qabiliyyəti 
canlı  orqanizmlərin  fəaliyyətləri  ilə  əlaqədardır.  Bu  orqa­
nizmlər çirkləndirici maddələri sadə kimyəvi elementlərə qə­
dər  parçalayaraq  öz  bədənlərində  toplayır  və  onları  dövri 
hərəkətə qoşurlar.
Oliqotroflar  (yoxsul  həyat)  alçaq  parçalanma  və  aşağı 
özünütəmizləmə potensialına malikdirlər.
Evtroflar  (varlı  həyat)  yüksək  parçalanma  və  özünütə­
mizləmə potensialına malikdirlər.
Mühitin  çirklilik  dərəcəsi  onun  özünütəmizləmə  qabiliy­
yətinə mənfi  təsir göstərir.  Su mühiti  belə təsirə daha  həssas 
olur.  Bu hal  suyun  tərkibində olan  oksigenin  xarici  təsirdən 
tez  müddətdə  asan azalması  ilə izah  edilir.  Ona  görə  də su­
yun  təmizlənməsi  zamanı  ilk  növbədə  onun  oksigenlə  zən- 
ginləşdirilmə prosesi aparılır.  Suyun  özünütəmizləmə prose­
sinə  mənfi  təsir  edən  əsas  amillərdən  biri  də  onun  atmosfer 
çöküntüləri ilə turşululuğunun artmasıdır.
Torpaq suya  nisbətən yüksək özünütəmizləmə qabiliyyə­
tinə malikdir.
Torpağın  özünütəmizləmə  prosesinə  onun  sıxlığının  art­
ması,  ağır  metallarla  çirklənməsi,  tərkibindəki  suyun  və 
turşunun çox olması mənfi təsir göstərir.
Süni  yaradılan  mühitlərdə  özünütəmizləmə  prosesinin 
sürəti  aşağı  olur.  Bu  əsasən  həmin  mühitlərin  kimyəvi,  bio­
loji,  səs-küy  və  digər  çirkləndiricilərinin  birgə  təsiri  ilə  izah 
edilir.
Mühitin  çirkləndirilməsinin  buraxılabilən  qatılıq  həddi 
(BBQ).  Müvafiq  bölmələrdə  buraxılabilən  qatılıq  haqqında 
məlumat  verilmişdir.  BBQ  həddində  hər  hansı  bir  zərərli
53


maddə  insana və  onun  nəslinə  birbaşa  və ya  bilavasitə təsir 
etdikdə  onlarda mənfi dəyişikliklər yaranmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad­
dələrin BBQ aşağıdakı cədvəllərdə verilmişdir.
Cədvəl  1.
Su hövzəsində, mq/m3 suda
Maddə
Sanitar məişət
Balıq təsərrüfatı
Civə
0,0005
0,001
Qurğuşun
0,03
0,1
N eft məhsulları
0,001
0,001
Benzol
0,5
0,5
Anilin
0,1
0,5
Xlorofos
0,05
0,0
Cədvəl  2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Maddələr
Torpaq
D ənli bitkilər
Çörək
Tərəvəz
Çivə
2,1
0,03
0,02
0,05
Mışyak
2,0
0,2
0,2
0,2
Qurğuşun
32,0
0,3
0,3
0,3
Sürmə
4,5
0,1
o ,ı
0,3
M ıs
3,0
10,0
10,0
5,0
Sink
23,0
50,0
50,0
10,0
Nikel
4,0
0,5
0,5
0,5
Xrom
6,0
0,2
0,2
0,2
Göstərilən  cədvəllərdə  hər  bir  komponentin  BBQ-gös- 
tərilmişdir.  Qarışıqda  bir  neçə  komponent  olarsa  onların 
BBQ hesablanması müvafiq bölmələrdə verilmişdir.
Bu mənada ekoloji təhlükəsizliyin təmin olunmasının  əhə­
miyyəti  böyükdür.
Ekoloji  təhlükəsizlik  dedikdə  insanın  və  cəmiyyətin  həyati 
vacib  maraq-larinin,  ətraf mühitin  ona  antropogen  və  təbii
54
təsirlər  nəticəsində  yaranan  təhlükələrdən  qorunmasının  tə­
min edilməsi başa düşülür.
İnsanın  və  cəmiyyətin  həyati  vacib  maraqlarına,  ətraf 
mühitə  antropogen  və  təbii  təsirlər  nəticəsində  təhlükə 
yaradan vəziyyətə isə ekoloji təhlükə deyilir.
Antropogen  və  təbii  təsirlər,  o  cümlədən  fəlakət  nəti­
cəsində  ətraf  mühitin  dağılma  təhlükəsi  ilə  və  ya  mənfi 
ekoloji  dəyişikliklərlə  səciyyələnən  və  bu  səbəbdən  insanın 
və  cəmiyyətin  həyati  vacib  maraqlarına  təhlükə  yaradan 
vəziyyət təhlükəli ekoloji vəziyyət adlanır.
Təhlükəli  ekoloji  vəziyyətlərin yaranması  və  inkişafının 
qarşısının alınması,  habelə onların nəticələrinin, o cümlədən 
gələcəkdə  təsir  göstərə  biləcək  nəticələrin  aradan  qaldı­
rılması  üzrə  tədbirlər  sistemi  ekoloji  təhlükəsizliyin  təmin 
edilməsi adlanır.
Ekoloji  təhlükəsizlik  sahəsində  dövlətin  vəzifələri 
aşağıdakılardır:
-  dövlət  nəzarətini  həyata  keçirmək,  o  cümlədən 
təbii  ehtiyatlardan,  ekoloji  cəhətdən  təhlükəsiz  istifadəyə və 
təsərrüfat subyektlərinin  ekoloji  təhlükəsizliyinin  tələblərinə 
əməl etmələrinə  nəzarət etmək;
-  təhlükəli  ekoloji  vəziyyətlərin  yaranması  və 
genişlənməsi  təhlükəsi  yaradan  halları  və  hadisələri  aşkar 
etmək və proqnozlaşdırmaq;
-  informasiya  təminatını  təşkil  etmək  və  həyata 
keçirmək;
- ekoloji cəhətdən  fəlakətli zonalar da daxil olmaq­
la  müvafiq  ərazilərə  fövqəladə  ekoloji  vəziyyət  zonası  sta­
tusunu vermək;
- ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələb­
ləri  müəyyən  edən  dövlət  standartları  və digər  normativləri 
təsdiq etmək;
-  təhlükəli  və  fövqəladə ekoloji  vəziyyət  yaranması 
barədə əhaliyə məlumat vermək;
55


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə