Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

Ətraf  mühitin  keyfiyyətcə  qiymətləndirilməsinə  təsir 
göstərən  amillərdən  biri  də  səs-küydür.  Əgər  səs-küyü 
«arzuolunmaz  səslər»  kimi  qəbul  etsək  onda  onu  səs-küy 
çirklənməsi  kimi  qəbul  etmək  olar.  Müəyyən  olunmuşdur 
ki,  istehsal qurğuları və təyyarələr vasitəsilə yaranan səs-küy 
nəinki  insanları  narahat  edir,  hətta  onların  sağlamlığına  da 
təsirsiz  ötüşmür.  Həmçinin  tədricən eşitmə  qabiliyyətini  aşa­
ğı salır.  Bununla əlaqədar  olaraq səs-küyə ətraf mühiti çirk- 
ləndirən  bir  amil  kimi  baxılmalıdır.  Ona  görə  də  səs-küylə 
çirkləndirilməyə  qarşı  mübarizə  aparılmalı  və  onun  səviy­
yəsinə nəzarət olunmalıdır.
Səsin  gurluğunun  ölçü  vahidi  detsibeldir  (dB).  Səsin 
verilən  intensivliyinin  (J)  minimum  səviyyədə  hiss  olunan 
intensivliyə  (Jo)  nisbətinin  loqarifmasma  səsin  qurluğu
deyilir ( lg ^ - ) .
Jo
Hiss olunan  intensivlik  səviyyəsi  dedikdə səs təzyiqinin 
qiyməti  0,0002  mkbar  başa  düşülür  ki,  bu  da  1016  Vt-a 
uyğundur.  Bu  qiymətdə  səs  təzyiqi  insan  qulağı  tərəfindən 
qəbul edilir.
İnsan  tezliyi  20  Hersdən  20000  Hersə kimi  olan  səsləri 
qəbul edə bilər.  Qəbul  olunan səsin  siqnalının  intensivliyi 0- 
120  dB-ə  kimi  ola  bilər.  120  dB  insan  qulağında  ağrılar 
yaradır.  Adi  danışıq  250-10000  Hs  tezliyində  aparılır. 
İntensivlik  isə  30-40  dB  təşkil  edir.  Yerdən  qalxan  reaktiv 
təyyarələrin  səsi  160  dB-dən  yuxarı  ola  bilər.  Səsin  insan 
orqanizminə təsiri onun tezliyindən və gurluğundan asılıdır.
İnsan  tərəfindən  qəbul  edilən  səs  gurluğunun  vahidi 
fondur.  1  fon səs-qurluğu  intensivliyi 40 dB,  tezliyi isə  1000 
Hs  olan  siqnala  uyğundur.  İntensivliyi  40  dB  olan  tezliyi 
5000 Hs  olan səsin gurluğu 2 fon qəbul edilir.  Bu şkala üzrə 
50  fondan yuxarı  istənilən  tezlikli  səslər  orqanizm  üçün  zə­
rərli  hesab  olunur.  Adətən  insanlar səsin  gurluğu  35-40  dB- 
dən  yuxarı  olduqda  şikayətlənirlər.  Bu  qiymət  50dB-ə
86
çatdıqda  isə  inzibati  orqanlar  tərəfindən  tədbirlər  görülmə­
lidir.
Müəyyən olunmuşdur  ki,  iri şəhərlərdə səs-küyün miq­
darını  azaltmaq  üçün  əsas  vasitə yaşıllıqların  artırılmasıdır. 
Yolların  kənarlarında  əkilmiş  ağaclar  səsin  gurluğunu  10 
dəfəyə  kimi  azaldır.  Ağaclar bir  tərəfdən  səsi  udurlar,  digər 
tərəfdən isə onun istiqamətini dəyişib səpələyirlər.
Başqa sahələrdə olduğu kimi burada da səsin buraxıla 
bilən  həddən  artıq qiyməti zərərlidir.  Bunun qarşısının alın­
masında  və  həlli  yollarında  hal-hazırda  iki  mühüm  maneə 
mövcuddur.
1) 
Əhalinin  mövcud  təhlükə  barəsində  məlumatının 
olmaması
2) 
İqtisadi  gəlir  götürmək  üzündən  lazımi  əməliyyat­
ların  ləng  surətdə  həyata  keçirilməsi,  yaxud  ümumiyyətlə 
keçirilməməsi.  Məsələn,  təyyarə  gurultularından  qorunmaq 
üçün iki əsas şərt yerinə yetirilməlidir:
1) 
Texniki  imkanlar  həddində səs  mənbələrinin gücünü 
zəiflətmək.  Bu  sahədə  Qərbi  Avropa  və  ABŞ-da  ciddi  işlər 
aparılmış  və  təyyarə  mühərriklərinin  yaratdığı  gurultunun 
intensivliyi  xeyli  azaldılmış  və  müəyyən  normativlər  müəy­
yənləşdirilmişdir.  Bu ölkələr bu normativlərə cavab verə bil­
məyən  digər  ölkələrin  təyyarələrini  öz  hava  məkanına  bu­
raxmırlar.  Məsələn,  2002-ci  il  apreldən  etibarən  Rusiyada 
istifadə  olunan  əksər  tip  təyyarələrin  bu  ölkələrə  buraxıl- 
maması haqqında verilən qərarı göstərmək olar.
2) 
Aeroportlar ətrafında  15 km-lik zonada yaşayış evlə­
rinin  və  sənaye  müəssisələrinin  tikintisinin  qəti  surətdə  qa­
dağan olunması.
Aeroportlar  ətrafında  yaşıl  zolaq  və  meşələrin  salın­
ması  nəinki  səs-küyün  udulmasma  şərait  yaradar  və  eyni 
zamanda  bunun  nəticəsində  havanın  tənzimlənməsinə  də 
şərait yaradardı.
87


Məlumdur  ki,  atmosferi  çirkləndirən  mənbələr  və  on­
ların ətraf mühitə zərərli təsiri müxtəlifdir.  Qaz halında olan 
tullantılar  ilk  növbədə  atmosferi  daha  çox  çirkləndirir.  Bu 
tullantıların əsas mənbələrindən biri də nəqliyyatdan ayrılan 
zəhərli  qazlardır.  Tullantı  qazların  tərkibinə  azot  və  oksi­
gendən  başqa  karbon  2-oksid,  kükürd  oksidləri,  zəhərli 
karbohidrogenlər, müxtəlif azot oksidləri və bərk hissəciklər 
də daxildir. Havanın belə çirkləndiricilərlə çirklənməsi ciyər, 
şiş, dəri, bronxit və başqa xəstəliklərin artmasına səbəb olur.
Hal-hazırda  avtomobil  nəqliyyatından  atmosferə  ö tü ­
rülən  zəhərli  qazlar  ətraf mühiti  daha  çox  çirkləndirir.  Ən 
çox  zəhərli  maddələr  buraxan  karbüratorla  işləyən  daxili 
yanma mühərrikləridir (DYM).  Benzin və dizel yanacaqları 
ilə işləyən bu mühərriklər iş müddətində atmosferə his,  ben- 
zopren, dəm qazı (СО) aldehidlər və başqa zəhərli maddələr 
tullayır.  Atmosferə  tullanan  zəhərli  maddələrin  miqdarı 
avtomobillərin texniki sazlığından asılıdır.
Tərkibində qurğuşun birləşmələri olan etil benzinindən 
istifadə  olunması  atmosferə  çox  zəhərli  qurğuşun  birləş­
mələrinin  tullanmasma  səbəb  olur.  Benzinin  etilləşdirilməsi 
ona bromlu qurğuşun və yaxud yanmayan etilli qurğuşunun 
əlavə  olunması  prosesində  yaradılır.  Bu isə  çox  zəhərli  ma­
yedir.  Belə  benzindən  istifadə  olunması  mühərrikin  iş  reji­
mini  yaxşılaşdırmaqla  yanaşı,  yanacağa  xeyli  qənaət  olun­
masına  şərait  yaradır,  lakin  ətraf  mühiti  qurğuşunla  zə­
hərləyir.  Benzinə  əlavə  edilmiş  etil  mayesinin  70%  qədəri, 
yəni  qurğuşunlu  birləşmələr  işlənmiş  qazlarla  birlikdə  a t­
mosferə  tullanır.  Bunun  30%-i  torpağa  hopur,  40%-i  isə  at­
mosferdə  qalır.  Orta  yükdaşıyıcı  yük  avtomobili  ildə  2,5-3 
kq-a qədər qurğuşunlu birləşmələri atmosferə tullayır. Qərbi 
Avropa  ölkələrində  havaya  qurğuşunlu  birləşmələrin  daxil 
olmaması  üçün  etilsiz  benzinlərdən  istifadə  olunmağa 
başlanmışdır.  Dünyada  DYM-nə  malik  avtomobillər 
tərəfindən  ildə  havaya  300  min  ton  qurğuşun,  260 mln.  ton
88
СО  (dəm  qazı),  20  mln.  ton  azot  oksidləri,  40  mln ,  ton 
karbohidrogenlər tullanır.
Ətraf mühiti  zəhərli  maddələrlə  çirkləndirən  nəqliyyat 
növlərindən  biri  də  təyyarələrdir.  Tədqiqatlar  göstərir  ki, 
təyyarələrin  mühərriklərinin  havaya  tulladığı  zəhərli  qarı­
şıqların miqdarı onun işləmə rejimindən asılıdır.  Təyyarənin 
aşağı  rejimində (düşmə  və qalxma  rejimində)  havaya СО və 
CnHm,  sürət  çoxaldıqda  isə  havaya  tullanan  azot  oksid- 
lərinin  (NO,  NO
2,  N2O5)  miqdarı  xeyli  çoxalır.  Təyyarələr 
tərəfindən  atmosferin  çirklənməsi  nəqliyyat  çirklənməsinin 
5%-i təşkil edir.
Hal-hazırda  avtomobil  nəqliyyatından  atmosferə 
ötürülən zəhərli qazlar ətraf mühiti sənaye müəssisələrindən 
daha çox çirkləndirir. Bunun qarşısını almaq üçün aşağıdakı 
tədbirlərin həyata keçirilməsi vacib sayılır.
1 .Avtomobillərin saz işləməsini təmin etmək
2.  İstifadə edilən yanacağın keyfiyyətini yüksəltmək
3. 
Avtomobillərdən  ayrılan  zəhərli  qazların  tərkibinə 
nəzarət.  Bu  iş  Dövlət  avtomobil  müfəttişliyi  tərəfindən 
həyata keçirilir.
4.  Maye yanacaqların qaz yanacaqları ilə əvəz etmək
5. 
Benzin  yanacaqlarının  dizel  yanacaqları  ilə  əvəz 
edilməsi  Dizel  yanacaqlarından  yaranan  tullantı  qazların 
tərkibində  zəhərli  qazların  miqdarı  az  olur.  Dizel  yanacaq­
ları tam yanır və ona qurğuşunlu etil mayesi əlavə olunmur
ö.Daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi
7.Neytralizatorlardan  istifadə  edilməsi.  Metal  kamera 
içərisində xüsusi  katalizator  boruları  yerləşdirilir.  Boruların 
içərisinə  katalizator  doldurulur.  Katalizator  kimi  üzərinə 
platin,  yaxud poladium  metalların  dənəcikləri hopdurulmuş 
aktiv səth götürülür.  Bu metal kamera tullantı qaz borusun­
da yerləşdirilir,  tullantı qazla kameradan keçərək təmizlənir. 
Zəhərli  qazlardan  təmizlənmiş  qazlar  atmosferə  buraxılır.
89


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə