Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə25/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   96

kontinental  sularda  olan  kükürdün  3A  atmosferdən  daxil 
olur.  Atmosferdə  isə  bunun  səbəbi  kükürdün  uçucu  birləş­
mələri  olan  kükürd  hidroksid  və  kükürd  qazlarının  oksid- 
ləşməsi nəticəsində yaranan aerozollardır.
Müəyyən  olunmuşdur  ki,  torpağın  eroziyası  nəticə­
sində çaylara  14-106 ton sulfatlar şəklində kükürd töküldüyü 
halda,  yağıntılar  nəticəsində  onun  miqdarı  48-106  ton  miq­
darında  olur.  Buna  əlavə  olaraq  insan  özü  torpağa  ildə 
mineral gübrə kimi  11 • 106 ton kükürd daxil edir.
Nəhayət, kükürdün  mənbələrindən biri də yanacaqdan 
istifadə  olunmasıdır.  Yanacağın  hesabına  hər  il  atmosferə 
kükürd  qazı  şəklində  70* 106  ton  kükürd  buraxılır.  Bu  qazın 
çox  hissəsi troposferdə və  stratosferdə  sulfata,  az  bir  hissəsi 
isə  sulfat  turşusuna  çevrilir.  Həm  birinci,  həm  də  ikinci 
halda  kükürd  yağıntılar  vəsaitəsilə  yer  səthinə  qayıdır.  Bu 
yağıntılar  artıq  «turşulu  yağışlar»  kimi  bir  çox  ölkələrin 
leksikonuna daxil edilib.  Deyilənlərdən belə nəticə çıxarmaq 
olar  ki,  insanın  kükürdün  biogeokimyəvi  dövranına  təsiri 
ildən  ilə  böyük  həyəcan  doğurur.  Artıq  inkişaf etmiş cəmiy­
yət  yanacaqdan  istifadə  olunma  texnikasına  yenidən  bax­
maq  və  kükürdün  ayrılmasının  təhlükəsiz  üsullarını  işləyib 
hazırlamalıdır.
Biosferin  tərkib hissəsi  kimi canlı varlıqlardan kasıb 
olan atmosferdə antropogen  təsirlərdən  törənən qlobal miq­
yaslı  ekoloji  təzadlar  atmosferin  çirklənməsi  ilə  bilavasitə 
bağlıdır.
Məlumdur  ki,  atmosferi  çirkləndirən  əsas  mənbələr 
istehsal  proseslərindən  və  nəqliyyatdan  ayrılan  zəhərli  qaz­
lardır.  İstehsalın  intensivləşməsi  və  nəqliyyatın  sayının  art­
ması  atmosferin  daha  da  çirklənməsinə  səbəb  olduğundan 
iri  sənaye  şəhərlərində  atmosferin  mühafizəsi  üzrə  bir  sıra 
tədbirlər  həyata keçirilir ki,  bunlar da əsasən  üç istiqamətdə 
aparılır.
98
1. 
Atmosferə  buraxılan  maddələrin  (çırkləndiricilərin) 
ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi
2. 
Çirkləndiricilərin  neytrallaşdırılması  və  zərərsizləş­
dirilməsi
3. 
Çirkləndirici  müəssisələrin  təbii  şəraiti  nəzərə  alaraq 
şəhər ətrafında plana uyğun yerləşdirilməsi
Bu  vasitələrlə  zərərli  nəticələri  nisbətən  aradan  qal­
dırmaq mümkün olur.
Ətraf mühitin  mühafizə  olunub  saxlanılmasına  bütün 
dövlətlər  çoxlu  vəsaitlər  ayırırlar.  Ümumiyyətlə,  ekoloji 
problemlərin həllini iki əsas yolla həyata keçirmək olar.
1.Sənayedə  istehsal  tullantılarının  qarşısını  alan 
texnoloji  proseslərin  yaradılması.  Bu,  tullantısız  və  az 
tullantılı texnologiyaların tətbiqini nəzərdə tutur.
2.Yaranan sənaye  tullantılarının zəhərləyici  və çirklən- 
dirici  maddələrdən  təmizlənməsi.  Bu  proses  üç  istiqamətdə 
aparılır:  1)  istehsal  prosesindən  alınan  çirkab suların  təmiz­
lənməsi.  2)  bərk  tullantıların  təmizlənməsi  və  onlardan  ye­
nidən  xammal  kimi  istifadə  edilməsi.  3)  qaz  halında  olan 
tullantıların təmizlənməsi və onlardan istifadə.
Tullantı  qazların  atmosferi  çirkləndirməsinin,  yəni 
ətraf  mühitin  ekologiyasının  pozulmasının  qarşısım  almaq 
üçün  göstərilən  bu  tədbirlərin  həyata  keçirilməsi  vacib 
sayılır.
Qaz  halında olan  sənaye tullantılarını  zərərli qarışıq­
lardan  təmizləmək  sənaye  müəssisələrinin  əsas  prob­
lemlərindən  biridir.  Tullantı  qazlarda  olan zəhərli  maddələr 
ekoloji  şərait  üçün  daha  təhlükəlidir.  Zəhərli  qazlar  geniş 
sahədə  bitkiləri,  heyvanları  və  insanları  zəhərləyərək  ətraf 
mühiti  daha  çox  korlayır.  Ona  görə də  tullantı  qazların  tə­
mizlənmədən  və  zərərsizləşmədən  atmosferə  ötürülməsi 
yeni-yeni  problemlər  yaradır.  Bunun  qarşısını  qismən  də 
olsa almaq  üçün  bir sıra  təmizlənmə üsulları hazırlanmışdır.
99


Bu  üsullar  əsasən  iki  qrupa  bölünür:  fiziki  və  kimyəvi 
təmizləmə üsulları.
Fiziki  üsul:  Bu  üsulla  çirkli  qazlar  təmizləndikdə  heç 
bir  kimyəvi  proses  getmir.  Zərərli  qazlar  müxtəlif yollarla 
tutulur.  Fiziki  üsulun  ən  çox  yayılanları  aşağıdakılardır: 
quru mexaniki  toztutucularda tozların  təmizlənməsi,  filtrdə 
qazın  təmizlənməsi,  yaş  toztutucularda  qazın  tutulması, 
elektrik filtrlərində qazın təmizlənməsi.
Quru  mexaniki  toztutucularda  tozların  təmizlənməsi 
«qravitasiya»,  «ətalət»,  «mərkəzdənqaçma»  prinsipinə  əsas­
lanan  toztutucularla  təmizlənir.  Bu  üsullarla  işləyən  apa­
ratlarda tozun tutulması əksər hallarda kifayət qədər olmur. 
Bu  üsullardan  qazların  ilkin  təmizlənməsi  üçün  istifadə 
olunur.  «Ətalət» prinsipi toztutucularda ölçüləri 25-30 mkm 
olan  hissəciklərin  çökməsi  65-80%  olur.  «Filtrdə  qazın 
tutulması»  toztutucularında  ölçüləri  10-15  mkm,  sıxlıqları
0,5  - 50  m4/m3  dispers  halında  olan  tozlar  tutulur.  Tozları
tutmaq  üçün  məsaməli  arakəsmələrdən  istifadə  edilir.  Odur 
ki,  qaz  axını  məsaməli  arakəsmələrdən  keçən  zaman  qazm 
tərkibindəki  hissəciklər  bu  məsamələrdə  ilişib  qalır.  Adətən 
filtrləyici  arakəsmələr  lifli  və  dənəli  elementlərdən  ibarət 
olur.  Dənəli  filtrlər  bir  qayda  olaraq,  yüksək  təzyiq  və 
temperatur şəraitində aqressiv mühitdə işlədilir.
«Yaş  toztutumlarda»  isladıcı  maye  olaraq  su  götürü­
lür.  Suyun  qazm  axınına  təsir  üsullarından  asılı  olaraq  belə 
tutucularm  8  növü  vardır.  Qaz  axını  maye  ilə  görüşdükdə, 
fazalararası  toxunma  səthləri  yaranır  və  bu  səthlər  qaz  qa- 
barcıqlarından,  qaz  və  maye  şırnağından,  damcı  və  maye 
pərdəsindən ibarət olur.
Elektrik  filtrlərində  qazların  təmizlənməsi,  elektrik 
qüvvəsi  təsirindən  baş  verir.  Bu  tutucular  vasitəsilə  böyük 
həcmdə  olan  toz  və  yağ  dumanlarını  təmizləmək  üçün 
istifadə  edilir.  Elektrik  filtrləri  ölçüsü  0.001-100  mkm  olan
100
hissəcikləri  400-450°S  temperatur  şəraitində  güclü  qaz 
axınından ayırmaq qabiliyyətinə malikdir.
Kimyəvi  metodlar:  Tullantı  qazların  tərkibində  zərərli 
qazların  konsentrasiyası  az  olduqda  kimyəvi  təmizləmə 
metodlarından  istifadə  olunur.  Bu  metodun  absorbsiya  və 
katalitik  təmizləmə  kimi  üsullarından  daha  geniş  istifadə 
edilir.
Kimyəvi  absorbsiya  zamanı  absorbsiya  olunan  qaz 
molekulları  absorbentin  aktiv  komponentləri  ilə reaksiyaya 
daxil  olur.  Baş  verən  kimyəvi  proseslər  nəticəsində  tullantı 
qazlar zəhərli qazlardan azad olur.
Absorbsiya  üsulu ilə təmizləmədə məsaməli adsorbent- 
lərdən istifadə olunur. Absorbent olaraq aktivləşdirilmiş kö­
mürdən,  selikageldən,  seolitdən  istifadə  olunur.  Bu  absor- 
bentlər zəhərli qarışıqları  aşağı təzyiqlərdə udmaqla onlarla 
reaksiyaya daxil olur və tullantı zəhərli qazlardan azad olur. 
Absobsiya  prosesi  həm  fasiləli,  həm  də  fasiləsiz  gedir. 
Fasiləli  prosesdə işlənmiş  absorbent  ya yenisi  ilə əvəz  edilir, 
yaxud  da  su  buxarı  ilə  yuyularaq  aktivliyini  bərpa  edir. 
Fasiləsiz prosesdə  bəzən  təmizlənəcək  qaz  qarışığı  aparatda 
adsorbent ilə əks axm üzrə hərəkət edirlər.
Katalitik  təmizləmə  üsullarında  tullantı  qaz  qarışığın- 
dakı  komponentlərdən  biri  katalizatorun  iştirakı  ilə  digər 
komponent  ilə  qarşılıqlı  təsirdə  olur.  Bu  zaman  yeni  mad­
dələr  yaranır.  Katalizator  bu  prosesdə  elə  seçilir  ki,  yeni 
əmələ  gələn  maddələr zərərsiz  olsun və  qarışıqdan  asanlıqla 
ayrılsın.  Əksər  hallarda  tullantı  qazlarda  olan  faydalı 
qazları  ayırmaq  üçün  katalitik  oksidləşmə metodundan isti­
fadə edilir. Prosesdə tətbiq olunan katalizator müxtəlif amil­
lər  nəzərə  alınmaqla  seçilir.  Tullantı  qazlarda  karbohidro­
genlər  olduqda  tətbiq  olunan  katalizatorları  üç  qrupa 
bölmək olar:
1) 
odadavamlı  daşıyıcı  üzərinə  hopdurulmuş  metal 
katalizatorlar (platin, polladium, nikel, mis, gümüş)
101


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə