Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə21/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

Azot  turşusu  nəfəs  yollarının  zədələnməsinə  və  ağ 
ciyərin şişməsinə səbəb olur.
Atmosferin  çirklənməsində  xlor,  flor  birləşmələrinin 
rolu  az  deyil.  Süni  yolla  atmosferi çirkləndirən  bu  qazların 
mənbəyi kimya müəssisələridir.
Aerozol çirklənmə:  Aerozol  -   havada  asılı  halda  olan 
bərk  və  maye  hissəcikləridir.  Aerozollar  təbii  və  süni  mən­
şəlidirlər.  Təbiətdə təbii aerozollar fəsad  törətmirlər.  Səhra­
larda  törənən  qasırğalar,  vulkan  püskürmələri  suların  dal­
ğalanması  kimi  təbii  hadisələrlə  əlaqədar  atmosferə  qarışan 
aerozollar  yağmurların  köməyi  ilə  yer  səthinə  qayıdırlar. 
Süni  yolla  əmələ  gələn  aerozol  hissəciklərinin  çox  hissəsi 
mikroskopik  ölçüdə  olduğu  üçün  atmosferin  stratosfer  qa­
tma  kimi  yüksəlir.  Orada  uzun  müddət  qalır,  baş  verən  tə­
zadlar  son  məqamda  litosferin  və  hidrosferin  flora-fauna­
sına xətər yetirir.
Metallurgiya  müəssisələri  atmosferi  aerozolla  çirklən­
dirən əsas mənbələrdən hesab olunur.  Poladəritmə zavodları 
tərkibində  ölçüsü  0,1  mkm  olan  dəmir  oksidi  hissəciklərini 
qırmızı  tüstü  şəklində  atmosferə  buraxır.  Əlvan  metallur­
giya,  sink,  qalay,  alüminium,  miss istehsalı  da  ətraf mühitin 
aerozollarla  çirklənməsində  mühüm  rol  oynayır.  Müəyyən 
olunmuşdur  ki,  sənaye  mərkəzlərinə  düşən  toz  hissəcikləri­
nin  20%  dəmir  oksidi,  15%  silikatlar,  5%  -isə  qurum  təşkil 
edir.
Atmosferə  yayılan  hissəciklərin  miqdarı  onların  ya­
yılma  xüsusiyyətlərinə  əsasən  yerin  coğrafi  şəraitindən  və 
nəzarətin həyata keçirildiyi hündürlükdən asılıdır.
Atmosferi  çirkləndirən  aerozollar  içərisində  qurğuşun 
xüsusi  yer  tutur.  Bu  onunla  izah  olunur  ki,  müasir  sənaye­
nin  qurğuşuna  olan  tələbatı  ildən-ilə  artır.  Təkcə  akkumul­
yator  istehsalında  bütün  dünyada  istehsal  olunan  qurğuşu­
nun üçdə biri sərf olunur.  Benzinin oktau ədədini qaldırmaq 
üçün  onun  tərkibinə  qurğuşun  -   tetraetil  əlavə  olunur.  Bu
82
birləşmənin  atmosferdə  paylanması  çox  müxtəlifdir.  Sakit 
okeanın  mərkəzində  onun  qatılığı  0,001  кч/т 3  olduğu  halda,
kənd  təsərrüfatı  rayonlarında  onun  qiyməti  1 
,  sənaye
m
mərkəzlərində  l -Дг-  -dan  yuxarı  olur.  Şəhər  küçələrinin 
m
kəsişdiyi  yerlərdə  onun  qiyməti  5 -^ -,  tunellərdə  isə  30-35
m'
- \ - a   çatır.  Müəyyən  olunmuşdur  ki,  ölçüləri  0,05-dən  5 
m
mkm-yə kimi olan qurğuşun hissəcikləri atmosferdə bir neçə 
həftə  qala  bilirlər.  Nəhayət  qurğuşun  müəyyən  zaman 
keçəndən sonra torpağa çökür.
Müxtəlif tip aerozollar atmosferdə eyni cür paylanmır. 
Troposferin  aşağı  sərhədində onların  konsentrasiyası  böyük 
olduğu  halda,  troposferin  yuxarı  sərhədində  bu  qiymət 
kəskin  aşağı  düşür.  Stratosferdə  qarışıqların  miqdarı 
artmağa  başlayır  və  16-28  km  hündürlükdə  hissəciklərlə 
zəngin  olan  təbəqə  yaranır.  Bu  təbəqə  insan  fəaliyyətinin 
nəticəsi yox,  təbii  amillərin xüsusən  vulkan püskürmələri və 
meteor hissəciklərinin təsirindən yaranır.
Ümumiyyətlə  fərz  edilir  ki,  atmosferdə  olan  aerozol­
lar m  əksəriyyətinin  ölçüləri  0,1-2,0  km  intervalındadır.  Bu 
hissəciklər bir çox  atmosfer hadisələrində vacib rol oynayır. 
Bunların  təsirindən  yer  səthində  işıqlanma  dərəcəsi  və 
temperatur  xüsusiyyətləri  formalaşır.  Hissəciklər  günəş 
radiasiyasının səpələnməsinin əsas səbəbi hesab olunur.
Atmosferin  çirklənməsində  zəhərli  dumanların  (smoq) 
rolu  böyükdür.  Smoq  sözü  yarı  rus,  yarı  ingilis  sözü  olub, 
«siqaret tüstüsü» mənasını verir.  Smoqun yaranmasının əsas 
səbəbi  atmosferdə  temperatur  qradientinin  yaranmasıdır. 
Bütün  sənaye  şəhərlərində  havanın  çox  çirklənməsi  nəticə­
83


sində  smoq  hadisəsi  baş  verir.  Smoqun  əsasən 2 növü  daha 
tez-tez müşahidə olunur: adi smoq, fotokimyəvi smoq.
Adi  smoqun  yaranmasının  əsas  səbəbi  yer  səthindən 
200-300  m  hündürlükdə  temperatur  inversiyasınm  mövcud 
olmasıdır.  (Temperatur  inversiyası  temperaturun  yuxarıdan 
aşağıya soyumasıdır)
İnversiya  nəticəsində  yer  səthindən  qızmış  hava yuxarı 
qalxa  bilmədiyindən  zəhərli  qaz  qarışıqlarından  ibarət 
xüsusi  kütlə  almır.  Havanın  nəmliyi  çox  olduqda  isə  smoq 
duman  şəklində  yer  səthinin  üzərini  örtür.  Bu  zaman  smoq 
canlı  orqanizmlər,  xüsusən  insanlar  üçün daha təhlükəlidir. 
1952-ci  ildə  adi  smoq  hadisəsi  Londonda baş  vermişdir.  Bu 
zaman  havada  kükürd  qazının  miqdarı  10  dəfədən  çox 
artmışdır,  nəticədə 2000-ə yaxın insan ölmüş,  minlərlə  insan 
isə  müxtəlif dərəcədə  zəhərlənmişdir.  Vadilərdə  yerləşən  sə­
naye  şəhərlərində temperatur inversiyası daha fəlakətli  nəti­
cələrə  gətirib çıxara  bilər.  Məsələn,  ABŞ-da hər tərəfdən  tə­
pəliklərlə əhatə olunmuş  vadidə yerləşən Los-Anceles şəhəri 
buna  bariz misaldır.  Bu şəhərdə ilin 200 günü smoq hadisəsi 
müxtəlif  konsentrasiyalarda  müşahidə  olunur.  Adi  smoq 
qatı  qeyri-şəffaf  tüstü  şəklində  özünü  göstərir.  Tərkibində 
müxtəlif qarışıqlar və su birləşmələri olur:
SO
2 + NO3 + СО* + СпШп+х +  • • • 
Fotokimyəvi  smoq  isə  avtomobilin  tullantısı  olan 
işlənmiş  qazların  tərkibindəki  N
2O  (azot  2  oksidin)  və  СО 
(dəm  qazının)  -nın  günəş  şüalarının  təsiri  ilə  fotokimyəvi 
reaksiyaya  daxil  olaraq  çox  aktiv  zəhərləyici  peroksia- 
setilnitrat (PAN) və O
3 (ozon) qazının əmələ gəlməsidir.
N 20  + CO  
P AN +  0 3 
Bu  smoq  adi  smoqdan  şəffaflığı  ilə fərqlənir. Ona görə 
də  bəzən  adi  hallarda  fotokimyəvi  smoqu  müşahidə  etmək 
mümkün olmur.  Burada hv -  günəş şüalarının enerjisidir.
84
Qaz qarışıqları ardıcıl reaksiyaya daxil olaraq daha zə­
hərli birləşmələr əmələ gətirir.  Reaksiyalar aşağıdakı şəkildə 
gedir.
NO
2 + hv —►
 N 0   + O 
O +  O
2 —►
 O
3
O
3 + NO + hv —►
 N O
2 + O2
Bu  reaksiyanın  ən  təhlükəli  komponentləri  O
3,  NO, 
NO
2 -  dir.
Fotokimyəvi  smoqun  çox  təhlükəli  növlərindən  biri 
fosgen adlanır.  Qaz qarışıqlarının tərkibində СО  və  CI
2  bir­
ləşmələri  olduqda  günəş  şüalarının  təsirindən  СОСЬ 
(fosgen) almır, yəni
co + ci 

» 
СОСЬ (fosgen)
Fosgen  canlı  aləm  üçün  daha  təhlükəli  fəsadlar  ya­
radır. Smoq aşağıdakı əlamətlərə malikdir:
Fotokimyəvi duman pis qoxuya malik olub, insanların 
gözləri,  burnu  və  boğaz  qişalarını  xəstələndirir,  boğulma, 
ağciyər və bronxial astma xəstəliyini kəskinləşdirir.
Fotokimyəvi duman bitkiləri zədələyir, əvvəlcə yarpaq­
lar gümüşü və ya miss rəngini alır, sonra isə solur.
Fotokimyəvi  dumanlar  metalları  korroziyaya  uğradır, 
rezin  və  sintetik  rənglərin  çatlamasına  səbəb  olur,  paltarı 
korlayır.
Səhər  saatlarında  havada  çoxlu  miqdarda  işlənmiş 
qazlar  toplanır,  günortaya  yaxın  adi  smoq  əmələ  gəlir.  Gü­
nün  ikinci  yarsında  istiliyin  artması  nəticəsində  inversiya 
zəifləyir,  «Smoq»  yuxarıya  doğru qalxır.  Hazırda dünyanın 
bir  sıra  şəhərlərində  -   Nyu-York,  Çikaqo,  Boston,  Tokio, 
Milan  və  başqalarında  fotokimyəvi  duman  əmələ  gəlir.  Bu 
əsasən  şəhərlərdə avtomobillərin həddən çox olması ilə bağ­
lıdır.
Fotokimyəvi  dumanın  əmələ  gəlməsinin  qarşısını  al­
maq  üçün  atmosferin  avtomobil  nəqliyyatı  tərəfindən  çirk­
lənməsinin qarşısını almaqdır.
85


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə