Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə20/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   96

atmosfer  çirklənməsi  deyilir.  Qaz  halında  olan  tullantılar 
atmosferi  daha  çox  çirkləndirir.  Cədvəl  7-də  atmosferi 
çirkləndirən mənbələr və çirkləndiricilər verilmişdir.
Cədvəl 7
Atmosferi çirkləndirən maddələrin əsas mənbələri
Çirkləndiricilər
Çirklənmə mənbələri
Karbon qazı (CO
2
)
Vulkanların fəaliyyəti
Canlı  orqanizmlərin nəfəs alması
Yanacağın yandırılması
Dəm qazı (СО)
Vulkanların fəaliyyəti 
Daxiliyanma mühərrikləri
Karbohidrogenlər
Bitkilər
Daxiliyanma mühərrikləri
Üzvi  birləşmələr
Kimya sənayesi 
Tullantıların yandırılması 
M üxtəlif yanacaqlar
Kükürd 
qazı 
və 
kükürdün 
törəmələri
Vulkanların fəaliyyəti 
Bakteriyalar 
Yanacağın yandırılması
A zotun  törəmələri
Bakteriyalar
Yanma
Radioaktiv maddələr
Atom  elektrik  stansiyaları 
N üvə partlayışları
Bərk hissəciklər 
Ağır metallar 
Mineral  birləşmələr
Külək  eroziyası 
Sənaye
Daxiliyanma mühərrikləri
Üzvi  maddələr
Təbii və sintetik  maddələr
Meşə yanğınları 
Kimya sənayesi 
Tullantıların yandırılması 
Kənd  təsərrüfatı (pestisidlər)
Radioaktiv  maddələr
Nüvə  partlayışı
Ümumiyyətlə,  atmosfer  çirkləndiricilərini  iki  qrupa 
ayırırlar.  1.  İlkin  tullantılar,  2.  II  dərəcəli  tullantılar.  İlkin 
tullantılar  bilavasitə  atmosferə  yayılır,  ikincilər  isə  atmo­
sferdə 
fıziki-kimyəvi 
proseslər 
sayəsində 
törənən
78
maddələrdir.  Məlum  olmuşdur  ki,  atmosferdə  toplanan 
çirkləndirici  maddələrin  əksəriyyəti  kimyəvi,  fotokimyəvi, 
fıziki-kimyəvi  reaksiyalara  cəlb  olunaraq  atmosferdə  müx­
təlif II  dərəcəli  tullantılar  törədirlər.  Atmosferi  çirkləndirən 
əsas  maddələr  pirogen  mənşəlidirlər.  Pir  -   yunanca  od  de­
məkdir.  Bərk  və  maye  xassəli  yanacaqların  geniş  miqyasda 
istifadə  olunması  sayəsində  atmosferi  çirkləndirən  maddə­
lərdən üstünlük təşkil edənlər aşağıdakılardır.
Kükürdlü  birləşmələr.  Bu  birləşmələrin  əsasını  kükürd 
anhidridi  (SO
2)  və  hidrogen  sulfıd  (H2S)  təşkil  edir.  SO2  -  
nin  süni  mənbəyi  olmadığı  halda  atmosferdə  onun  miqdarı 
olduqca  cüzidir.  Təbiətdə  kükürd  anhidridinin  yeganə  bir 
təbii  mənbəyi  vulkanik  fəaliyyətdir.  Kükürdlü  birləşmələr 
atmosferə  əsasən  insanın  fəallığı  nəticəsində  daxil  olur. 
Havanın  başqa  çirkləndiriciləri  kimi,  burada  da  əsas  rolu 
yanacağın yandırılması oynayır. Tədqiqat nəticəsində müəy­
yən  olunmuşdur  ki,  SC>
2-nin  atmosferə  buraxılan  ümumi 
miqdarı  145  •  106  ton  təşkil  edir.  Bu  kütlənin  70%  kömür­
dən,  16%  duru  yanacaqdan,  xüsusən  mazutun  yanması  he­
sabına yaranır. Atmosferə buraxılan kükürd anhidridi hava­
da uzun müddət qalmadan müxtəlif çevrilmələrə məruz qalır 
ki,  bu  da  kükürdün  ümumi  dövranının  bir  hissəsini  təşkil 
edir.
Ultrabənövşəyi  şüaların  təsiri  nəticəsində  SO
2-İ  sulfat 
anhidridinə çevrilir,  bu  zaman müəyyən  qiymətdə  istilik  ay­
rılır.  Reaksiya aşağıdakı şəkildə gedir:
2 S 0 2 + 0 2 —^ -» 2  S 0 2 + 44 kkal 
SO
3  ilə  atmosferdəki  su  damcıları  ilə  reaksiyaya  gi­
rərək sulfat turşusu yaradır:
S 0 2 + H20  -> H2S 0 4 +18 kkal 
Hər  iki  reaksiya  olduqda  yavaş  gedir.  Lakin  dəmir  və 
marqansın  təsiri  ilə proses  sürətlənir və nəticədə qeyri-stabil 
sulfat turşusu stabil sulfat turşusuna 
(H2SO4) 
çevrilir.
79


Son vaxtlar atmosferin kükürd  birləşmələri ilə çirklən­
məsində  aşağıdakı  tipli  reaksiyaların  getməsi  də  müşahidə 
olunur.
so
2
 + 
n o
2  + Н гО
  - >  
H 2SOA
  +  
N 0
Kükürd  2-oksid  tənəffüs  orqanlarına,  gözə  və  dəriyə 
qıcıqlandırıcı təsir göstərir,  mərkəzi sinir sistemini zədələyir, 
orqanizmdə  gedən  oksidləşmə prosesini  məhv  edir.  Kükürd 
2-oksidin  təsirindən  yaranan  zərərli  təsirlərdən  ürək-damar 
xəstəliklərini,  tənəffüs  orqanları  xəstəliklərini  və  astmatik- 
lərin tutmalarının sayının artmasını göstərmək olar. Kükürd 
2-oksidin kəskin təsiri ümumi ölüm hadisəsini 0,6% artırır.
Bitkilər  SO
2-Ə  çox  həssas  olur.  O,  yarpaqların  xloro- 
filini  dağıdaraq  fotosintez  prosesinin  getməsini  ləngidir. 
Onu  demək  kifayətdir  ki,  SCh-nin  taxıla  təsiri  nəticəsində 
məhsuldarlıq 30-40% aşağı düşür.
H2S-in  təbiətdə  əsas  mənbəyi  torpaqda  və  suda  olan 
anafob  tipli  bakteriyalardır.  Bu  birləşmənin  əsas  süni  mən­
bəyi bu  maddəni istehsal edən  sənaye  sahələri və neft-kimya 
müəssisələridir.  Bu  maddə  zərərlidir  və  onun  buraxıla  bilən 
həddi  15 mln •' -dir.
Dam  qazı  (СО).  Bu  qaz  atmosferin  ən  geniş  yayılmış 
çirkləndiricisidir.  СО-nun əsas təbii mənbələri vulkanik  fəa­
liyyət nəticəsi,  troposferdəki elektrik boşalmaları, meşə yan­
ğınlarıdır.
İnsanların  fəaliyyəti  nəticəsində  СО-nun  əsas  mənbəyi 
yanma  və  daxiliyanma  mühərrikləridir.  Hesablamalar 
göstərir  ki,  avtomobilin  havaya  buraxdığı  bütün  qazların 
10-12%-ni  СО  təşkil  edir.  СО  kəskin  zəhərləyici  təsirə  ma­
likdir.  СО  -   qazının  zəhərləyici  təsiri  bununla  izah  olunur 
ki, o, oksigenə nisbətən yüngül olduğu üçün qanın hemoqlo- 
bini ilə əlaqəyə girib dayanıqlı karboksihemoqlobin yaradır. 
Bu  isə  orqanizmdə  oksigen  çatışmamazlığına  səbəb  olur. 
СО  həmçinin  ürək-damar  sisteminin  fəaliyyətini  zəiflədir.
80
Ürək-damar  xəstəlikləri  olan  insanlar  üçün  СО  öldürücü 
təhlükəyə malikdir.
Karbon  qazı  (СО
2):  Bu  qaz  atmosferin  təbii  tərkib 
hissələrindən  biridir.  XX  əsrdə  onun  havada  qatılığı  25% 
artmışdır. Son  10 il ərzində isə CO
2 miqdarı atmosferdə  13% 
artmışdır.  C 0 2-in  atmosferdə  artması əsasən  enerji istehsalı 
və  istehlakı  sahələrində  baş  verir.  Əgər  nəzərə  alsaq  ki,  12 
qram karbonun yanmasından 48 qarm karbon qazı alınır, o 
zaman  təsəvvür  etmək  olar  ki,  müasir  dünyada  yandırılan 
milyard  tonlarla  yanacaqdan  nə  qədər  CO
2  almar.  At­
mosferə  atılan  СОг-шп  miqdarı  azalmazsa  «parnik  effek­
tinin»  yaranması  ehtimalı  daha  da  artar  və  bu  təsirdən  yer 
üzərində  temperaturun  artması  böyük  fəlakətlər  törədə 
bilər.
Təqribi  hesablamalar  göstərir  ki,  bir  ildə  orta  hesabla 
dünyada  7,6  mlrd,  ton  üzvi  yanacaq  işlədilir  və  uyğun 
olaraq atmosferə  atılan karbon qazının miqdarı  16-18 mlrd, 
ton  ehtimal  olunur.  Tədqiqatlar  göstərir  ki,  hər  il  biosferə 
atılan CO
2 -nin  miqdarı 2% artır.
Azot  oksidhri  (Nx  Oy)  təbiətdə  meşə  yanğınlarından 
yaranır.  Şəhərlərdə  və  sənaye  müəssisələri  ətrafında  Nx  Oy 
yaranması  insan  fəaliyyəti  nəticəsində  baş  verir.  Külli  miq­
darda  azot  oksidləri  istilik  elektrik  stansiyalarından  və  da­
xili  yanma  mühərriklərindən  ayrılır.  Bunlardan  başqa  me­
taləritmə  və  azot  turşuları  istehsal  edən  müəssisələrdən  də 
atmosferə azot oksidləri atılır.
Atmosferi çirkləndirən azot oksidləri  bunlardır:  N
2O -  
insanlara praktiki  olaraq  təsir  edir  və cərrahiyyə əməliyyat­
larında istifadə olunur.
N 0   -   insanların  mərkəzi  sinir  sisteminə  təsir  edir, 
onlarda  iflic  yaranmasına,  qanın  qatılaşmasına  təsir  edir və 
oksigen çatışmazlığı yaradır.
NO
2 -  su ilə birləşdikdə azot turşusu yaradır.
4 NO
2 + 2 H2O = 4 HNO3
81


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə