Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə19/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

vətəndaşların  (xəstələrin)  diaqnostika  və  müalicə  zamanı 
rentgen-radioloji  və digər mənbələrdən aldıqları dozalar da­
xil edilmir.  Şüalanma dozalarının qəbul olunmuş  hədləri in­
san  orqanizminin  və  onun  ayrı-ayrı  orqanlarının şüalanma­
ya  məruz  qalması  zamanı  yol  verilə  bilən  dozaların  müəy­
yənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər.
Qanunda eyni  zamanda  göstərilir  ki,  radiasiya qəzası şə­
raitində  məhdud  zaman  intervalında  sanitariya-gigiyena 
norma  və  qaydaları  ilə  müəyyənləşdirilmiş  dozadan  artıq 
dozalara da yol verilə bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətən­
daşları  ilə yanaşı  əcnəbilər,  vətəndaşlığı  olmayan  şəxslər  də 
radiasiya  təhlükəsizliyi  hüququna  malikdirlər.  Radiasiya 
təhlükəsizliyinin  təmin  olunmasında  tələbləri  yerinə  yetir­
məyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Res­
publikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki- 
hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.
Azərbaycan 
Respublikası 
Ekologiya 
və 
Təbii 
Sərvətlər  Nazirliyinin  məlumatına  görə  ayrı-ayrı  regionlarda 
gündəlik radiasiya fonu  aşağıdakı kimi dəyişilir:
Abşeron 
yarımadasının 
radiasiya 
fonu 
6-18 
mikrorentgensaat (mkr/saat);
- neft və lay suları ilə çirklənmiş ərazilərdə isə 30-40 
mikrorentgensaat təşkil edir;
- Naxçıvanda  10-19 mkr/saat;
- Gəncə-Qazaxda 6-16 mkr/saat;
- Şəki-Zaqatalada və Şamaxı-Qubada 7-23 mkr/saat;
-Mərkəzi Aranda 5-18 mkr/saat;
-Lənkəran-Astarada 5-17 mkr/saat  təşkil edir.
74
MÖVZU 3. ATMOSFERİ ÇİRKLƏNDİRƏN 
MƏNBƏLƏR, ONLARIN ƏTRAF 
MÜHİTƏ 
ZƏRƏRLİ TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
Atmosfer müxtəlif qaz qatlarından ibarət olub, Yer  kürə­
sini əhatə edən  müəyyən qalınlıqh bir təbəqədir. Atmosferin 
kütləsi litosferin kütləsindən milyon,  hidrosferin kütləsindən 
200  min  dəfə  azdır.  Bütün  atmosfer  kütləsinin  90%-i  onun 
aşağı 5 km-lik qatında cəmləşmişdir. 3000 km-dən yuxarı at­
mosferin sıxlığı çox az olduğu üçün bu hündürlükdən yuxarı 
kosmik fəza hesablanır.
Temperaturun  dəyişməsinə  görə  atmosfer  5  təbəqəyə 
bölünür.
l.Troposfer (11-16 km)
2.Stratosfer (16 km-dən 50-55 km-ə qədər)
3.  Mezosfer (50-55 km-dən 80 km-ə qədər)
4.  Termosfer (80 km-dən 600-800 km-ə qədər)
5.  Ekzosfer (600-800 km-dən yuxarı)
Troposfer  -   atmosferin  aşağı  qatı  olub,  atmosfer  küt­
ləsinin  90%-nin  cəmləşdiyi  bir  sferadır.  Troposferdə  demək 
olar  ki,  atmosferin  bütün  su  kütləsi  toplanmışdır.  Tro- 
posferin  yuxarı  sərhədinin  hündürlüyü  temperaturdan  asılı 
olaraq formalaşır.  Belə ki, qışda bu sərhəd yerə yaxın, yayda 
isə  uzaq  olur.  Gün  ərzində  troposferin  sərhədinin  hündür­
lüyü  2-3  km  həddində  dəyişə  bilər.  Troposferin  qızmasının 
əsas  səbəbi  yer  səthinin  istilik  şüalanmasıdır.  Ona  görə  də 
yer  səthindən  yuxarı  qalxdıqca  hər  100  metrdə  temperatur 
0,6  S°  aşağı  düşür.  Troposferin  əsas  xarakterik  xüsusiyyət­
lərindən  biri  də,  burada  havanın  fasiləsiz  qarışması  və  ya­
ğıntıların formalaşmasıdır.
Ozon atmosferin bütün qatlarında rast gəlinsə də onun 
əsas  toplaşdığı  sfera  troposferadır.  Burada  ozon  özünə­
məxsus qat yaradıb ki, buna bəzən ozon ekranı da deyilir.
75


Stratosfer -   havanın  olduqca  seyrək  olması  və  su  bu­
xarlarının  tamamilə  olmaması  ilə  xarakterizə  olunur.  Ek­
vatorda  stratosferin  aşağı  sərhədində  temperatur  -   55  S°, 
qütblərdə  isə  nisbətən  yuxarı  olur.  Bu  səbəbdən  horizontal 
müstəvidə havanın yerdəyişməsi baş verir.
Mezosfer -  hava daha da seyrəkdir və temperatur aşağı 
düşür  (-75  S°).  Yerdən  təqribən  80  km  hündürlükdən 
başlayaraq temperatur tədricən artmağa başlayır.
Termosfer -  bəzən ionosfera da deyilir.  Bu sfera seyrək 
ionlaşmış  qazlardan  ibarətdir.  Termosferin  elektrik  keçi- 
riciliyinin  yüksək  olması  ionlaşma  ilə  izah  edilir.  Burada 
güclü  elektrik  cərəyanları  axır.  Termosferin  yer  səthindən 
100 km hündürlükdə temperatur 0° S-ni keçir.  Bu qatda qaz 
hissəcikləri çox  böyük sürətlə hərəkət edirlər.  Lakin  seyrək­
ləşmənin qiyməti  çox böyük olduğu üçün onların bir-biri ilə 
toqquşma ehtimalı çox az olur.
Ekzosfer  -   Yer  atmosferinin  yuxarı  sərhədidir.  Bu 
sferada  qaz  hissəciklərinin  hərəkət  sürəti  böhran  sürətinə  -
11,2  km/san-ə  çatır.  Bunun  təsirindən  həmin  hissəciklər 
planetlərarası  fəzaya  səpələnir.  Bu  birinci  növbədə  hidro- 
genə  aiddir.  Hidrogen  yerin  cazibə  qüvvəsinin  təsirindən 
çıxaraq  Yer  kürəsinin  yer  tacını  yaradır  ki,  onun  da  yer 
səthindən hündürlüyü 20 000 km-dən çox olur.
Atmosfer:  1.  Gündüz  Yer səthinin həddən  qızmasının, 
gecə  isə tez soyumasının  qarşısını alır.  2.  İnsanı hava  ilə  tə­
min edir.  3.  Yerdə  -  enerji,  maddələr  və qaz dövranının hə­
yata keçməsində mühüm rol oynayır.  4.  Yerdə suyun olma­
sına səbəb  olur.  5.  Atmosfer olmasaydı  Günəş  şüaları  səpə­
ləməz,  səs  yayılmazdı.  6.  Kosmosdan  gələn  metioritlər  at­
mosferə daxil olduqda hava ilə sürtünərək alışıb yanır və ək­
səriyyəti Yerə çatmır.
Atmosfer  havası  daim  hərəkət  edir,  ona  görə  də  çirk- 
ləndirici maddələr atmosferdə yayılırlar.  Müəyyən olunmuş­
dur  ki,  bütün  zəhərli  qazlar  troposfer  və  stratosferdə  çox
76
uzun  müddət  qala  bilmirlər.  Qazaoxşar  maddələr  ya  suda 
həll  olur,  ya  da  torpaq  tərəfindən  udulur,  nəticədə  onlar 
mikroorqanizmlər  tərəfindən mənimsənilərək  başqa maddə­
lərə çevrilirlər. Sabit şəkildə atmosfer havasının tərkib hissə­
sini  təşkil  edən  qazların  miqdarı  aşağıdakı  cədvəldə  veril­
mişdir.
Cədvəl 6
Quru havanın tərkibi
Tərkib hissəsi
Həcmi miqdar, %
Azot
78-80
Oksigen
20,95
Arqon
0,93
Karbon qazı
0,032
Neon
1,8  •  10-3
Helium
5,24-  10-4
Metan
1,4  •  10-4
Kripton
1,4-  1 O'4
A zot oksidi
5  •  10‘5
Bundan  əlavə  havanın  tərkibində  çox  cüzi  miqdarda 
hidrogen, ozon,  kükürd anhidridi, dəm qazı, ammonyak  və s. 
vardır.  Qazların  hündürlüyə  görə  paylanması  bərabər 
olmayıb, bir çox amillərdən asılı olaraq dəyişir.
Atmosferin  çirklənməsi  bir  tərəfdən  onu  təşkil  edən 
qazların miqdarının daim  kəmiyyətcə dəyişməsi ilə,  eləcə də 
ona  yeni  maddələrin  (xüsusən  radioaktiv  maddələrin)  daxil 
olması  nəticəsində  baş  verir.  Atmosferi  çirkləndirən  bütün 
maddələri şərti olaraq 2 qrupa bölmək olar:  qaz və bərk ha­
lında  olan  hissəciklər.  Atmosferə  buraxılan  zəhərli  maddə­
lərin 90%-ni qazlar,  10%-ni isə bərk hissəciklər təşkil edir.
Məlumdur  ki,  atmosferi  çirkləndirən  mənbələr  və  on­
ların  ətraf mühitə zərərli  təsiri müxtəlifdir.  Havada qazların 
(buxarların),  bərk  və  maye  halında  olan  müxtəlif  maddə­
lərin,  həmçinin  radioaktiv  elementlərin  canlı  orqanizmlərin 
həyat  şəraitinə  mənfi  təsir  edə  biləcək  miqdarda  olmasına
77


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə