Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə18/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   96

Elektromaqnit  sahəsinin  insan  bədəninə  təsirindən  to­
xumaların və ayrı-ayrı bədən  üzvlərinin qızması yaranır.  Bu 
dəyişikliyin  yaranması  bir  də  onunla  izah  edilir  ki,  dalğa­
ların  1-100  sm  diapazonunda  dəri  özünü  dielektrik  kimi 
aparır  və  bu  zaman  bədəndən  külli  miqdarda  su  ayrılır. 
Qeyd  etmək  lazımdır  ki,  enerjinin  udulma  mexanizmi  çox 
mürəkkəb bir prosesdir.  Bu proses demək olar ki, ion parça­
lanması,  dipol  udulma  rezonansı udulmalarının  məcmusun­
dan ibarətdir.
Şüanın  zərərli  təsirinin  ilk  göstəricisi  insan  bədəninin 
hərarətinin  artmasıdır.  Udulan  enerjinin  miqdarı  artdıqca 
bədənin  temperaturu yüksəlir.  Temperaturun  yüksəlməsi  öz 
növbəsində toxumaların zədələnməsini dərinləşdirir.
İnsan  bədəninin  bəzi  üzvləri  şüaya  qarşı  çox  həssas  olur 
və  onlarda  temperaturun  artması  daha  intensiv  olur.  Bu 
hissələr  istilik mübadiləsini çətin  aparan  hissələrdir.  Adətən 
belə hissələrə intensiv qan dövranı olmayan üzvlər aid edilir. 
Bunlara  misal  göz,  bəzi  bağırsaq  orqanları,  sidik  yolu  və  s. 
göstərmək  olar.  Bütün  bədənin  şüalanması  bəzi  hissələrin 
şüalanmasından daha  təhlükəlidir.  Bu onunla izah edilir ki, 
bədənin bir hissəsi  şüalandıqda qan  dövranı  orada yaranan 
istiliyi aparır.
Elektromaqnit  sahəsinin  yayılma  xarakteri  və  xassələri 
dalğanın  uzunluğundan  asılıdır  və  bu  şüalanma  tezliyi  A- 
dan  asılı  təyin  edilir.  Şüalanma  mənbəyindən  olan  məsa­
fədən  asılı  olaraq  üç  zona  qeydə  alınır:  yaxın  zona  (induk- 
siya zonası) aralıq  zona (interferensiya)  və uzaq  (şüalanma) 
zona.
Bu  zonada  elektrik  və  maqnit  sahələrinin  gərginliyi 
arasında asılılıq müşahidə olunur.
Bu  zonada  elektromaqnit  enerjisi  müxtəlif  istiqamətdə 
dalğa  şəklində  yayılır,  üst-üstə  düşərək  maksimum  və  da­
yanan dalğalar sistemini yaradır.
Əgər  yaxın  məsafədən  bu  və  ya  digər  əşyalar  vasitəsilə
70
dağlaların əks  edilməsi  baş  verərsə  bu zaman həmin zonada 
difraksiya zonası yaranır.
Difraksiya  zonasında  şüalanma  enerjisi  axın  gücünün 
sıxlığı ayrı-ayrı dalğaların sıxlığının cəminə bərabər olur.
Şüalanma  təzyiqindən  asılı  olaraq,  iş  yeri  dalğa  zonası 
difraksiya və induksiya zonasında yerləşə bilər.
Cədvəl 5.
Tezlik
Diapazonun ən uzun 
dalğası
Şərti bölmə zonasının 
məsafəsi
Yüksək
10 km
1,6 km
1000 m
160 m
Ultra yüksək
100 m
16 m
10 m
1,6 m
D aha yüksək
100 sm
16 sm
10 sm
1,6 sm
10 ram
1,6 mm
Dalğanın uzunluğu  10 sm-dən az olduqda iş yeri  həmişə 
dalğa  və  difraksiya  zonasında  yerləşəcəkdir.  Bu  zonalar 
üçün  şüalanmanın  qiyməti   - dan  asılı olacaqdır.  Dalğanın 
uzunluğu  bir  neçə  metrdən  çox  olduqda  isə  şüalanma  E  və 
H-ın  ölçüsü  ilə  qiymətləndirilir  və  bunlardan  asılı  olaraq 
vahid  həcmə  düşən  enerjinin  sıxlığı  təyin  edilir.  Bununla 
əlaqədar  olaraq  şüalanmanın  buraxıla  bilən  səviyyəsi  uzun 
və qısa dalğalar üçün müxtəlif vahidlərdə götürülür.
Şüalanmanın  buraxılabilən  səviyyəsi  QOST  12.1.006-76 
«radiotezliklərin  elektromaqnit  sahəsi,  ümumi  təhlükəsizlik 
tələbləri»nə əsasən təyin edilir.
QOST  12.  1.002-84 elektrik  sahəsi  (ES) gərginliyinin  bu- 
raxılabilən  həddi  və  insanın  bu  həddən  asılı  olaraq  orada 
daima  qalma  müddəti  normallaşdırılmışdır.  Bu  standarta 
əsasən;
a) 
ES gərginliyinin buraxılabilən səviyyəsi 25 kV/m qəbul 
edilir. Bu həddən yuxarı fərdi qoruyucu vasitəsiz işləmək qa­
dağandır.
71


b)  Gərginliyi  5  kV/m  qədər  ES-də  işçilərin  qalma 
müddəti iş günündən artıq olmamalıdır.
c)  ES  gərginliyi  5  -20  kV/m  olduqda  insanın  həmin 
zonada iş müddəti aşağıdakı düsturla hesablanmalıdır:
E
burada E -  həmin zonada insana təsir edən ES gərginliyidir, 
kV/m.
d) 
ES  gərginliyi  20  kV/m  yuxarı  olduqda  işçinin  həmin 
zonada işləmə müddəti  10 dəqiqədən artıq olmamalıdır.
Əgər  işçi bütün iş günü  ərzində müxtəlif gərginlik  ES-də 
işləyibsə  onun  bu  zonada  yerləşmə  vaxtının  buraxılabilən 
vaxta çevrilmiş vaxtı aşağıdakı kimi hesablanmalıdır.
pr
= 8
|  h
KTn 
T
1 E  2

.. . +
burada  Tpr -   normalaşmış  vaxtın  bioloji  təsirinə  ekvivalent 
olan çevrilmiş vaxt;
tEi, tE
2„.. -  uyğun  olaraq  iş  müddətində  verilmiş  Eı,  Ег... 
En gərginlikli zonada işçinin yolveriləbilən qalma müddəti.
Çevrilmiş  vaxt  (Tpr)  8  saatdan  artıq  olmamalıdır.  İş  ye­
rində şüalanmaya  nəzarət etmək üçün  onu vaxtaşırı  ölçmək 
lazımdır.
Əhalinin  radiasiya  təhlükəsizliyi  haqqında  Azərbaycan 
Respublikasının  30  dekabr  1997-ci  ildə  qəbul  etdiyi  qanun 
(№423-İQ)  radioaktiv  şüa  mənbələri  sahəsində  qəzasız  fəa­
liyyətin,  əhalinin radiasiya təhlükəsindən qorunması və sağ­
lamlığının  mühafizə  edilməsinin  hüquqi  əsaslarını  müəyyən 
edir.
72
Qanunda radiasiya təhlükəsizliyinin təmin edilməsi sahə­
sində hüquqi  tənzimləmə,  təhlükəsizliyin təmin olunmasının 
əsas prinsipləri,  təhlükəsizliyin təmin olunması və bu sahədə 
dövlət  orqanlarının,  yerli  özünüidarə orqanlarının vəzifələri 
verilmişdir.  Qanunda  həmçinin  radiasiya  təhlükəsizliyi  şə­
raitinin  qiymətləndirilməsi,  ionlaşdırıcı  şüa  mənbələri  ilə  iş 
zamanı  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsinə dair  tə­
ləblər,  təbii  radionuklidlərin  təsirindən  əhalinin  təhlükə­
sizliyinin  təmin  edilməsi,  qida  məhsulları  istehsalı  və  istifa­
dəsi  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsinə 
tələblər,  tibbi  rentgen-radioloji prosedurlar  keçirilən  zaman 
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi şüa­
lanma  dozasının  uçotu  və  ona  nəzarət  və  s.  öz  əksini  tap­
mışdır.
İonlaşdırıcı  şüa  mənbələrindən  istifadə  edildikdə  Azər­
baycan  Respublikası  hüdudlarında  şüalanmanın  aşağıdakı 
əsas gigiyenik normativləri müəyyənləşdirilmişdir:
—  Əhali  üçün  illik  yol  verilən doza 0,001  zivertə  bəra­
bərdir.  İnsan üçün bütün  həyatı dövründə (70  il) yol verilən 
doza  0,07  zivert  (zv)  qəbul  olunur.  Ardıcıl  5  il  ərzində  orta 
illik yolverilən doza 0,001  zivertdən artıq olmamalıdır.
Radiasiya  qurğularında  işləyənlər  üçün  yol  verilən  orta 
illik  doza  0,02  zivertə  və  ya  həyatının  müəyyən  fəaliyyəti 
dövründə (50il) yol verilən doza 1  zivertə bərabər götürülür.
Əgər ardıcıl  beş  il  ərzində orta illik yol verilən doza 0,02 
zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində 
orta  illik  yol  verilən  doza  0,05  zivertə  çata  bilər.  Əhalinin 
müəyyən  olunmuş  dozadan  artıq  şüalanmasına,  həmçinin 
radiasiya qəzası  ilə  əlaqədar onların sağlamlığına,  əmlakına 
və  həyatına  dəyən  zərərə  görə  maddi  ödəniş  almaq  hüququ 
vardır.
Bu,  qanunla  müəyyən  olunmuş  yol  verilən  şüalanma 
dozasının  həddinə  radiasiya  fonunu  və  ya  texnogen  təsirlə 
dəyişilmiş  radiasiya  fonunun  yaratdığı  dozalar,  habelə
73


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə