Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə17/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

elektrik  və  maqnit  sahəsini,  müxtəlif  qurğulardan  yaranan 
süni mənbələri misal  göstərə  bilərik.  Süni elektromaqnit  sa­
həsini  yaradan  mənbələrə  termiki  qurğularda  istifadə  olu­
nan  lampalı  generatorun  kondensatorlarını  (gücü  8  -   200 
kVt),  generatorların, transformatorların, antennalarm dalğa 
ötürücülərinin birləşdirici xətlərini aid etmək olar.
Aşağıdakı  cədvəldə elektromaqnit  şüalanmasının  spektri 
göstərilmişdir.  Bunlar  həm  süni  və  həm  də  təbii  şəraitdə 
yaranan şüalardır.
Cədvəl 4.
Tezlik
Dalğanın
uzunluğu
Elektromaqnit şüalanması
10
103 km
Dəyişən  texniki cərəyan
102
Səs  tezliyinə malik olan
103
Dəyişən  cərəyan
104
105
Uzun
10«
1  km
Orta
107
Qısa
10»
İm
ultraqısa  radiodalğaları
10«
desimetr
10«
santimetr
10“
lm m
millimetr
1012
1013
1  mk
İnfraqırmızı şüalar
101“
10*
görünən şüalanmalar
10*
ultrabənövşəyi şüalar
1017
10'»
rentgen şüalan
10'«
1020
102'
qamma şüalar
1022
1023
kosmik şüalar
1024
66
Qeyd etmək  lazımdır ki,  insan  orqanizmi  öz inkişaf mər­
hələsi  boyu  təbii  şüalanmaya  məruz  qalır.  Güclü  təbii  şüa­
lanma  insana  zərərli  təsir  göstərir.  Bu  baxımdan  müxtəlif 
dalğaların  insan  orqanizminə  təsirini  öyrənib  ondan  mü­
hafizə yollarını göstərmək lazımdır.
Müasir  texnikada  müxtəlif məqsədlər  üçün  elektrik  yır­
ğalanmasından geniş istiadə edilir. Məsələn:
10 hs  avtomatlaşdırma  sahəsində  müxtəlif sınaqlar məq­
sədilə istifadə edilir.
10 -  104hs texnikada işlədilən sənaye cərəyanları:
105-   10,4hs  -   böyük kütləyə malik  olan cisimlərin yırğa­
lanmasını atom və molekulların mexaniki yırğalanmasından 
yaranır.  Bu yırğalanma uzun infraqırmızı istilik ayrılması ilə 
gedən şüalanmadır.
Qısa infraqırmızı şüalar atom daxilində  gedən prosesdən 
yaranır.  Yəni  mərkəzindən  kifayət  qədər  uzaqda  olan 
elektron  nüvə  yaxınlığında  olan  qata  yaxınlaşması  zamanı 
qısa infraqırmızı şüalar yaranır. Elektronun bir qatdan digə­
rinə keçməsi  nüvədən    və  /?  hissəciklərinin ayrılmasına  və 
у  şüalarının  şüalanmasına  səbəb  olur.  1021hs-ə  malik  olan 
elektromaqnit  şüalanması  у  şüalanmasıdır.
Kosmik  şüalar  kosmik  fəzada  yüksək  sürətlə  hərəkətdə 
olan  eletromaqnit  hissəciklərinin  selidir.  Bu  şüalanmanın 
tezliyi  1022-1024hs-ə bərabərdir.
Elektromaqnit  şüalanması  insan  orqanizminə  zərərli 
təsir  edir.  Bu  təsir  dərəcəsi  dalğanın  uzunluğundan  və  şüa­
lanmanın intensivliyindən asılıdır.
Sənaye  tezlikli  50 və  60  hs  olan  elektrik  cərəyanı  tərəfin­
dən yaranan elektromaqnit sahəsi bu sahənin yüksək gərgin­
liyində insan orqanizminə bioloji  təsir edir.  İnsan  bədəninin 
elektrikləşməsi  onun  gərginliyi  150-220  kV-dan  yuxarı  olan 
elektrik xətləri  altında yerləşdiyi zaman baş  verir.  Bu  təsirin
67


nəticəsində  mərkəzi  sinir  sistemində  tormozlanma baş verir 
ki,  o  da  insanda  əzginlik,  yuxluluq,  tez  yorulma halına sə­
bəb  olur.  Eyni  zamanda  qanda  müəyyən  dəyişikliklər  baş 
verir.  Qan  təzyiqi  artır,  ürək  döyünməsi  başlayır,  döyüntü­
nün  sayı  yüksəlir.  Lakin  bu  hallar  yalnız  insan  elektro­
maqnit  sahəsində  yerləşdikdə yaranır.  Elektromaqnit zona­
sından  uzaqlaşaraq  müəyyən  qədər istirahət  etdikdən sonra 
göstərilən  hallar  yox  olur.  Elektrik  sahəsinin  təsiri  polya- 
rizasiya  hadisəsilə  yanaşı  onunla  izah  edilir  ki,  insan  bədə­
nindən  yerlə  hər  bir  faza  arasında  tutum  əlaqəsindən  ya­
ranan  cərəyan  keçir.  Aparılan  ölçülər  göstərir  ki,  500  kV 
yarımstansiyada  torpaq  üzərində  dayanmış  insan  bədənin­
dən  0,01-0,03  mA  qədər  cərəyan  keçir.  Naqillə  insan  ara­
sında məsafə minimum olan halda  onun  bədənindən 0,5-0,6 
mA cərəyan keçə bilir.
Verilmiş  dalğa  uzunluğunda  elektromaqnit  sahəsinin 
insan  orqanizminə  bioloji  təsiri  onun  intensivliyindən  və 
orada yerləşmə müddətindən asılı olduğu üçün zərərlilik kri- 
teriyasım  bədən  tərəfindən  udulan  enerji  qəbul  etmək  olar. 
Udulan  enerji  insan  bədənində  axan  cərəyanın  kvadratın­
dan,  insanın  bu  zonada  yerləşmə  müddətindən  və  bədənin 
keçiriciliyindən asılıdır.
Tezliyi 50hs olan elektromaqnit sahəsində yerləşmiş insa­
nın  üzərinə  müəyyən  potensial  yönəlir.  Ölçmə  nəticəsində 
müəyyən  edilmişdir  ki,  550  kV  gərginlikli  naqilə  yaxınlaşan 
zaman,  həmçinin  həmin  zonada  metal  predmetlər  apa- 
rıldıqda,  insana  yönəldilən  potensial  1 0 - 1 5   kV-а  bərabər 
olur.  Yönəldilmiş  potensial altında olan insan  torpaqlanmış 
avadanlığa yaxınlaşdıqda  qığılcım  boşalması  baş  verəcək  və 
insan  bədənindən cərəyan keçəcəkdir.  Yönəldilmiş potensial 
15  kV  həddində  olduqda  qısa  müddət  ərzində  insan  bədə­
nindən  (cərəyanın  keçdiyi  yoldan asılı  olaraq)  bir  neçə  milli 
amper  cərəyan  keçə  bilər.  Bu  cərəyan  insanda  şok  yarada 
bilər.
68
Sənayenin  müxtəlif  sahələrində  materialların  termiki 
işlənməsi  geniş  inkişaf etmişdir.  İşlənmənin  yüksək və daha 
yüksək  tezlikli  (104  -   106hs)  cərəyanla  induksiya  və  di- 
elektrik metodları ilə qızdırılması iqtisadi cəhətdən çox əhə­
miyyətlidir.  Bu üsulda həmçinin işçilərin iş şəraiti yaxşılaşır. 
Belə  ki,  müxtəlif  yanacaqla  işləyən  qızdırıcı  və  əridici 
sobaların  iduksiya  qızdırıcı  qurğularla  əvəz  edilməsində 
sexin  havasının  təmizliyi  yüksək  olur,  işçilərə  təsir  edən  is­
tilik şüalarının intensivliyi və təsir vaxtı qısalır.
Radio və telecihazlar istehsal edən zavodlarda və həmçi­
nin  bunların  tətbiq edildiyi  texnoloji  proseslərdə ultra  yük­
sək  və  daha  yüksək  tezlikli  generatorlardan  istifadə  edilir 
(106-   lOJ'hs).
Şüalanma mənbələri əsasən bunlardır:
—  metalların  əridilməsi,  qaynağında  və  bərkidilməsində 
istifadə olunan induksiya qızdırıcıları;
—  dielektrik  qızdırılması  qurğusunda  istifadə  edilən 
makara.
Bu  qurğular  əsasən  ağac  materialların  qurudulmasında, 
dielektriklərin  yapışdırılmasında  və  plastmasların  qızdırıl- 
masında istifadə edilir.  Bunlardan başqa işçi kondensatorlar 
müxtəlif  generatorlarda  yüksək  və  daha  yüksək  maqnit 
sahələri yaradan mənbələrdir.
İnsanların  yüksək  və  daha  yüksək  (105  -   10n)  tezliklər­
dən şüa zədəsi alması demək olar ki, eynidir.  Lakin bu zədə­
lərin  göstəriciləri  daha  yüksək  tezliklərdə  daha  kəskin  se­
çilir.
Şüalanma  dərəcəsini  müəyyən  etmək üçün  insanın aldığı 
yəni onun tərəfindən udulan enerjini (ar) bilmək lazımdır:
ar = a - F ,v t
burada   -  güc  axınının  sıxlığı,  vt/m2;  F  -  effektiv  udulma 
sahəsi, m2.
69


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə