Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə23/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

Bu qurğu  eyni zamanda avtomobilin səsini də xeyli azaltmış 
olur
8.Elektromobil  problemi:  Məlumdur  ki,  atmosferi 
çirkləndirən  benzinlə  işləyən  nəqliyyat  vasitələridir.  Ona 
görə  alimlər  qarşısında  yeni  bir  problem  durur  -  benzinlə 
işləməyən  maşınlar  yaratmaq.  Artıq  belə  maşınlar  vardır. 
Onlar elektromobil adlanır. Ona «təmiz maşınlar»da deyilir. 
Belə tip maşınlar  artıq  dünyanın  bir sıra ölkələrində kütləvi 
istehsal olunmağa başlanmışdır.
Atmosferin  çirklənməsinin  qarşısını  almaq  və  çirklən­
məni  zərərsizləşdirmədə  yaşıllıqların  xüsusi  əhəmiyyəti  var­
dır. Ağac,  kol və ot bitkiləri havaya daxil olan toz, his, müx­
təlif qazları  tutur,  karbon  qazını  udaraq  fotosintezlə  ətraf 
mühitə oksigen buraxır.  Sənaye şəhərlərinin havasmdakı toz 
hissəciklərinin  72%-i,  kükürd  qazının  60%-ə  qədəri  bitkilər 
tərəfindən  tutulur,  hətta  balaca  bir  bağça  və  ya  xiyaban 
tozların  miqdarını  açıq  sahələrdəkinə  nisbətən  30%  azaldır. 
Atmosferin  Ozon  qatının  vəziyyətinin  dəyişməsi  də mühüm 
amillərdən biri hesab olunur.
Ozon  təbəqəsi  günəşin  ultrabənövşəyi  radiasiyasının 
böyük  bir  qismini  udaraq,  yer  kürəsində canlı  orqanizmləri 
radiasiyanın  məhvedici  təsirindən  qoruyur.  Ozon  (Оз) 
yunanca  iy  saçıram  deməkdir.  Ozon  ilk  dəfə  Holland  alimi 
Marum  tərəfindən  kəşf  edilmişdir.  1939-cu  ildə  Şonbeyn 
tərəfindən  laboratoriya  şəraitində  alınmışdır.  Təbii  şəraitdə 
havadan  elektrik  qığılcımı  keçdikdə,  şimşək  çaxdıqda  Оз 
yaranır.  Ozonun  əsas  kütləsi  atmosferin  10-15  km  hündür­
lüyündə  toplanmışdır,  lakin  onun  ən  sıx  qatı  yer  səthindən 
20-25  km  hündürlükdədir.  Və  bu  ozonosfera  adlanır.  Öz 
həcminə  görə  yer  atmosfer  havasının  təxminən  yüz  mində 
bir  hissəsinə  bərabər  olan  ozon  təbəqəsi  olduqca zəif və na­
zikdir.  Normal  təzyiq və temperatur şəraitində atmosferdəki 
ozonu  bir  yerə  toplamaq  mümkün  olarsa,  onda  ozon 
təbəqəsinin qalınlığı  3  mm-dən  artıq  olmaz.  Müqayisə  üçün
90
göstərmək  olar  ki,  eyni  ölçüyə  görə  atmosfer  havasının  qa­
lınlığı kilometrlərə bərabərdir.
Ozon atmosferdə aşağıdakı mexanizm üzrə əmələ  gəlir. 
Mexanizmin  mahiyyəti  ondan  ibarətdir  ki,  20-45  km  hün­
dürlükdə  günəşin  ultrabənövşəyi  şüaları  təsirindən  mo- 
lekulyar oksigen atomlara parçalanır, yəni
Ö
2
 +  h o ^ O  + O
Parçalanmış  atomlar  dərhal  ətrafdakı  başqa  oksigen 
molekullarına yapışaraq ozon molekuluna çevrilir.
O+O
2
 + M  -> O
3
 +M
*
Bu  zaman  ayrılan  rabitə  enerjisi  istənilən  kənar 
molekul  tərəfindən  udula  bilər  (məs.  N
2,  yaxud  O2,  yəni  M 
ayrılan rabitə enerjisini udaraq M* çevrilir).
Yaranmış  ozon  molekulu  oksigen  atomları  ilə  reak­
siyaya daxil olaraq 2 oksigen molekulu əmələ gətirir.
O+O5 —>2 0 2
Bu  o  vaxta  qədər  davam  edir  ki,  ozonun  sənaye  tul­
lantılarının  atmosferə  düşməsi  nəticəsində  azotlu-oksidli, 
haloidli  birləşmələrin  iştirakı  ilə  dağılmasının  zəncirvari 
proseslərinin  yaranması  başlasın.  Təbəqənin  taleyi  barədə 
narahatlıq  70-ci  illərdən  bəllidir.  Onun  nazilməsi  və  yarıq­
ların  əmələ  gəlməsi  Antarktida  üzərində  müşahidə  edilmiş­
dir.  Müəyyən  edilmişdir  ki,  təbəqənin  qalınlığı  bahar  fəs­
lində 2 dəfə azalmış və ozon yarıqları  əmələ gəlmişdir.  Ozon 
üçün  təhlükə  yaradan  əsas  səbəblər  atmosferi  çirkləndirən 
maddələrdən  xlorftor  üzvi  sintez  maddələrdir  ki,  onlardan 
freonu  göstərmək  olar.  Xlorflor  üzvi  sintez  maddələr  süni 
yolla  çox  asan  sintez  olunur  və  sənayenin  bir  çox  sahə­
lərində,  o cümlədən  də məişətdə geniş  istifadə edilir.  Belə  ki, 
soyuducularda,  kondisionerlərdə,  lakların,  rəng-boyaları­
nın,  aerozol  qablamalarında  məhz  freonlardan  istifadə  edi­
lir.  Atmosferin  yerin  səthinə yaxın  olan  sahəsində  kənar  tə­
sirlərə  davamlı  və  uzunömürlü  olan  xlorftor  maddəsi  hava 
cərəyanı  ilə atmosferə paylanır.  Ozon  qatına çatdıqda  ultra­
91


bənövşəyi  şüaların  təsirindən  parçalanaraq  sərbəst  xlora 
çevrilir və öz ətrafındakı ozonu dağıdır.
CI2 +  ho 
->2
 Cl
а+ о3-^ сю
 + 

2
CIO
  + 
o   - > c ı  +  o
2
Bir  xlor  atomu  10000  ozon  molekulunu  məhv  etməyə 
kifayət edir.
Bundan  əlavə  atmosferdə  nəmliyin  artması  stratosfer- 
də  ozonun  azalmasına  səbəb  olur.  Nəmlik,  su  molekulları 
fotokimyəvi təsirdən parçalanır,  sərbəst hidrogen yaranır.  O 
isə öz növbəsində müvafiq həcmdə ozonu azaldır.
Stratosfer  ozonunun  azalmasına  atmosferdə  ildən  ilə 
artan N, S, C -  oksidləri və başqa maddələr də təsir göstərir.
Digər  tərəfdən  ozonun  azalmasına reaktiv  təyyarələrin 
uçuşları,  kosmosa  minlərlə  peyk  daşıyan  raketlər,  nüvə  sı­
naqları,  atmosferdə  hidrooksil  birləşmələrinin  artması  və  s. 
səbəb  olur.  Nəticədə  stratosfer,  ozon  qatında  qazların  bir- 
birinə  nisbəti  pozulur.  Bu  səbəbdən  də  ozonun  təbii  yolla 
parçalanması  və  bərpaolunma  intensivliyi  dəyişir.  Lakin 
parçalanma  prosesi  üstünlük  təşkil  edən  zaman  mənfi  ba­
lans yaranır və bərpaolunan ozon itirilən ozonun yerini dol­
dura  bilmir.  Mənfi  ozon  balansının  əmələ gəlməsini  dayan­
dırmaq üçün tədqiqat işləri aparılır.
1987-ci ildə  56 ölkənin hökumətləri  Monreal (Kanada) 
protokolunu  imzaladılar.  Bu  protokola  əsasən  yaxın 
onillikdə ozon qatını dağıdan flor-flüor üzvi birləşmələrin və 
digər  ozon  dağıdıcı  maddələrin  (ODM)  istehsalını  2  dəfə 
azaltmağı  öhdələrinə götürdülər.  Sonrakı razılaşmalar,  yəni
1990-cı ildə Londonda,  1992-ci ildə Kopenhagendə ODM-in 
istehsalının  tədricən  və  1997-ci  ildə  Monrealda  dayandırıl­
ması haqqında protokolu irəli sürüldü.
1996-cı  ildə  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr 
freonların  istehsalını  tamamilə  dayandırdı.  İnkişaf etməkdə
92
olan  ölkələrə,  o  cümlədən  Rusiyaya  bu  addımı  2010-cu  ilə 
qədər atmağı xahiş etdilər.
1990-1996-cı  ildə  Rusiyada  ODM-ın  istehsalı  10  dəfə 
azaldılaraq  205.000  tondan  13.000  tona  endirilmişdir.  1997-ci 
ildə  İsveç  hökuməti  Ümumdünya  bankından  Rusiyanın  7 
fabrikinə  freonların istehsalının dayandırılması üçün  1  mln. 
dollar ayırmışdır.
1997-ci  ildə  Monreal  protokolunun  təsdiqindən  10  il 
keçmişdir.  Həmin dövr ərzində ozon  təbəqəsinin mühafizəsi 
üzrə  geniş  beynəlxalq  əməkdaşlıq  yerinə  yetirilmişdir.  Bey­
nəlxalq  cəmiyyətlərin  razılaşdırılmış  gücü  ilə  həmin  illər 
ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və 
istifadəsi 2 dəfədən çox  azalmışdır.  Alimlərin  fikrincə  yaxın 
illərdə  ozon  qatının  bərpa  olunması  prosesi  başlanacaq  və 
XXI əsrin ortalarına qədər öz təbii hahna düşəcək.
Azərbaycan  Respublikası  1996-cı  ildə  ozondağıdıcı 
maddələrin istifadəsindən mərhələlər üzrə çıxarılmasına dair 
Vyana  konvensiyasım,  Monreal  protokolunu  və  müvafiq 
düzəlişləri ratifikasiya etmişdir.
Atmosferdə  karbon  qazının  çoxalması  iqlimdə  ciddi 
dəyişikliklər  yarada  bilər.  Məlum  olduğu  kimi  yer  -   at­
mosfer  sistemi  günəşlə  nisbi  tarazlıqdadır,  yəni  yer  tərə­
findən  kosmik  fəzaya  şüalandırılan  enerji  günəşdən  gələn 
enerjisi  tarazlaşdırır.  Hesablamalar  göstərir  ki,  yer  səthinin 
şüalanma  temperaturu  20°C-ə  yaxındır.  Tədqiqatlar  nəticə­
sində  müəyyən  olunmuşdur  ki,  atmosferdə  karbon  qazının 
çoxalması  qlobal  iqlimin  dəyişməsinə  təsir  göstərir.  Hələ 
1896-cı  ildə  məşhur  İsveç  alimi  Arrenius  hesablamışdır  ki, 
atmosferdə  karbon  qazının  3  dəfə  artması  yer  səthində 
havanın orta temperaturunu 9° C qaldırır.
Plass  (1959-cu ildə)  ilk  dəfə olaraq atmosferdə karbon 
qazının  artmasının  nəticələrini  qiymətləndirmişdir.  O, 
müəyyən etmişdir ki, atmosferdə karbon qazının konsentra- 
siyasının  iki  dəfə  artması,  qlobal  temperaturu  3,6°C
93


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə