Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə33/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   96

rışıqlar  daşqıran  maşınlar  vasitəsilə  xırdalanır.  Süzdürülmə 
yolla sudakı iri qarışıqlar ( ölçüləri  15-20 mm-n çox) tutulur.
Süzdürüldükdən  və  iri  hissəciklərdən  azad  olunduqdan 
sonra su xüsusi qum tutucuya ötürülür.  Burada 0, 25 mm-n çox 
olan hissəciklər çökür.  Çökən hissəciklər xüsusi bunkerlərə  yı­
ğılaraq  qum  meydançalarına  ötürülür.  Burada  onlar  zərərsiz- 
ləşdirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunur.
Daha  kiçik  hissəciklərin  çökdürülməsi  üçün  durulducu- 
lardan  istifadə  olunur.  Burada  xüsusi  çəkisi  vahiddən  az  olan 
hissəciklər  çökür,  yüngül  hissəciklər  isə  suyun  səthinə  yığılır. 
Durulducudakı  su  axınının  sürəti  qumtutucudakından xeyli  az­
dır.  Durulducular  konstruksiyasına  görə üfüqi,  şaquli  və radial 
tikilirlər.  Üfüqi  durulducuda  suyun  hərəkəti  üfüqidir.  Onların 
en kəsiyi adətən düzbucaq şəklində qəbul olunur.
Şaquli  durulducuda  suyun  axım  şaqulidir.  Burada  üzən 
çöküntülər suyun hərəkətinə əks istiqamətdə çökür. Radial  du­
rulducuda  suyun  axını  radialdır.  Burada  su  mərkəzdən  kənara 
hərəkət  edərkən  sudakı  üzən  hissəciklər  durulducunun  dibinə 
çökür.  Bəzi  hallarda  su  sanitar  cəhətdən  yararlı  olduğundan 
onun içərisindən yalnız mexaniki qarışıqların xaric olunması ki- 
fayətləndirici hesab olunur.  Belə hallarda durulducular müstəqil 
təmizləyici kimi istifadə olunur.
Suyun  içərisindəki  çox  kiçik  hissəciklərin  xaric  edilməsi 
üçün  sızan  qum  laylarından  və  sızan  layları  olan  xüsusi  tor­
lardan istifadə  olunur.  Bu cəhətdən diatomit süzgəclər daha  sə­
mərəlidir,  onlar  suyun  yüksək  dərəcədə  təmizlənməsini  təmin 
edir.
Suyun  mexaniki  qarışıqlardan  təmizlənmək  üçün  hidro- 
siklonlardan  da  istifadə  olunur.  Hidrosiklonda  su  dairəvi  hərə­
kət  etdirilir  və  onun  içərisindəki  çöküntülər  mərkəzdənqaçma 
qüvvəsi nəticəsində ayrılır.
Suyun  səthindəki  yüngül  çirkləndirici  maddələr  (yağ, 
neft,  qatran və  s.)  xüsusi  yağtutan,  nefttutan və  s.  qurğular va­
sitəsilə tutulurlar.
130
Mexaniki  təmizləmə üsulu  ilə  suda  olan  əriməmiş  mad­
dələrin  60-90%  -nə  qədəri  təmizlənir.  Burada  oksigenə  bioloji 
tələbatı  20-%-ə  qədər  azaltmaq  mümkündür.  Çirkab  sular  du- 
rulduculardan  əvvəl  aerasiyaya  uğradıldıqda  (  hava  ilə  qarış­
dırıldıqda)  sudakı  oksigenə  bioloji  tələbatı  40-45%-ə  qədər 
azaltmaq  olar.  Çirkab  suların  mexaniki  təmizlənmə  qurğusu­
nun sxemi aşağıda göstərilən quruluşda həyata keçirilir.
Şəkil S.  Çirkab suların mexaniki təmizlənməsi
1-tor;  2-daşqırıcı;  3-qumtutan;  4-qum  m eydançası;  5-  durul- 
ducu;  6-metantek;  7-lil  meydançası;  8-qarışdırıcı;  9-  xlorator; 
10-kontakt  çəni;  11-gübrə  m əqsədilə  istifadə;  12-  suyun  su  hövzəsinə 
ötürülməsi;  13-m əqsədyönlü  istifadə  üçün;
131


Şəkildə  göründüyü  kimi  durulducudan  sonra  su  qanşdı- 
ncıya  verilir.  Burada  su  xloratdan  xlorianaraq  kontakt  çəninə 
ötürülür,  buradan  da su  hövzəsinə  axıdılır.  Durulducudan  çirk- 
ləndirici  üzvi  çökmələr  metantekə  yönəldilir.  Oraya  həm  də 
daşqıncıdan  çıxan  qarışıqlar  ötürülür.  Metantek böyük  çəndən 
ibarətdir, burada üzvi çökmələr  bakteriya və s. mikroorqanizm- 
lər  vasitəsilə  bioloji  emala  uğrayır.  Metantekdəki  lil  xüsusi  lil 
meydançalarına  ötürülür  və  kənd  təsərrüfatında  gübrə  kimi 
istifadə olunur.
Mexaniki  təmizləmə  üsulu  çirkab  suların  ilkin  təmiz­
lənmə  üsuludur.  Bu  üsulla  təmizlənmiş  sular  sonradan  başqa 
üsullarla da təmizlənir.
Kimyəvi  təmizlənmə üsulu  çirkab  suları  çox kiçik  hissə­
ciklərdən  (kolloid  hissəciklər)  və  ərimiş maddələrdən azad  et­
mək məqsədi ilə aparılır.  Kimyəvi təmizlənmə üsuluna koaqul- 
yantlama  (pıxtalaşdırma),  neytrallaşdırma  və  oksidləşdirmə 
üsulları da aid edilir.  Çirkab  sulara müxtəlif kimyəvi reagentlər 
(koaqulyantlar)  daxil  edildikdə kolloid və ərimiş maddələr tez­
liklə  xaric olunur.  Koaqulyant kimi  alüminium,  dəmir duzları, 
poliakrilamid  və  s.  maddələr istifadə  olunur.  Bundan  əlavə  ad- 
sorbsiya  xassələri  (öz  səthinə  hopdurma  qabiliyyəti  olan  mad­
dələr) güclü olan maddələr ( kül, gil, şlak, kömür və s.) koaqul­
yant adlanır. Kimyəvi koaqulyantlar ən çox hamamların , cama- 
şırxanaların,  kimya,  neft,  neft  emalı,  toxuculuq  və  s.  sənaye 
müəssisələri  çirkab  sularının  təmizlənməsində  istifadə  olunur. 
Tərkibində çoxlu  turşu və qələvilər olan çirkab sularının təmiz­
lənməsi  üçün  neytrallaşdırıcı  kimyəvi  maddələrdən  istifadə 
olunur.  Turşu  və  qələvilər,  kimya,  maşınqayırma,  metallurgiya 
və  s.  sənaye  sahələrinin  çirkab  sularında  müşahidə  olunur. 
Neytrallaşdırıcı  reagent  müəyyən  miqdarda  bilavasitə  çirkab 
suya daxil edilir, bu məqsədlə çirkab su həm də neytrallaşdırım 
süzgəcdən keçirilir. Çox hallarda çirkab suya müəyyən nisbətdə 
turşu və yaxud qələvi daxil edilir.
132
Kimyəvi  təmizləmə  üsulu  ilə  sudakı  həll  olmuş  çirklən- 
dirici  maddələri  tam  təmizləmək  mümkün  deyildir.  Bu  məq­
sədlə fıziki-kimyəvi təmizləmə üsullarından istifadə olunur.
Suyun  fıziki-kimyəvi  təmizlənməsində sorbsiya,  ekstrak­
siya, flotasiya, evaperasiya, kristallaşma, deminerallaşma, elek- 
troliz, ion mübadilə və yandırma üsullarından istifadə olunur.
Sorbsiya  üsulu  çirkab  suların  daxilindəki  çirkləndirici 
qazlar,  buxarlar  və  ərimiş  maddələrin  hər  hansı  cisimlə  (sor- 
bentlə)  hopdurulması  ilə  əlaqədardır.  Absorbsiyada  çirkləndi­
rici  maddələr  sorbentin  səthinə  hopur.  Baha  başa  gəlməsinə 
baxmayaraq,  sorbsiya  üsulu  ilə  çirkab  sulan  tam  təmizləmək 
mümkündür.
Flotasiya üsulu - çirkab su  daxilindəki  çirkləndirici mad­
dələrin suyun səthinə qaldırılması  ilə əlaqədardır.  Bu məqsədlə 
çirkab  suyun  daxilinə  kiçik  hava  qabarcıqlan  verilir.  Həmin 
hava qabarcıqlan aşağıdan yuxanya doğru hərəkət edərək çirk­
ləndirici  maddələri  özü  ilə  bərabər  suyun  səthinə  çıxanr.  Bu­
radan  isə  həmin  maddələr  xaric  olunur.  Bəzi  hallarda  çirkab 
suya hava qabarcıqlan  ilə  yanaşı  həm  də koaqulyantlar (pıxta- 
laşdırıcılar)  daxil  edilir.  Bu  da daha  yaxşı  təmizlənməni  təmin 
edir.
Evoperasiya çirkab  suları buxarlanan maddələrdən təmiz­
ləmək  məqsədilə  aparılır.  Bu  məqsədlə  qızdırılmış  çirkab  su 
içərisindən buxar buraxılır,  proses  xüsusi  aparat daxilində  apa­
rılır.  Misal  üçün,  fenolun  çirkab  su  içərisindən  buraxılmasını 
göstərmək  olar.  Bu  üsulla  çirkab  suların  üzvi  turşulardan  tə­
mizlənməsində istifadə olunur.
Kristallaşma  suyun  təbii  və  ya  süni  şəkildə  buxarlanma- 
sının  sürətlənməsi  nəticəsində  çirkləndirici  maddələrin  kristal­
larının xaric edilməsi ilə həyata keçirilir.
Minerallaşdırma  təmizlənmiş  çirkab  sulardan  duzlann 
çıxarılmasını  həyata  keçirən  prosesdir.  Bunun  üçün  bir  sıra 
üsullar  vardır.  Elektrodializ  prosesini  misal  çəkmək  olar:  bu 
üsulla elektrik cərəyanı təsiri altında çirkab sulardan duz ionları
133


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə