Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə35/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   96

dörd  ballarda  suda  müvafiq  olaraq  iy  hiss  olunmur;  diqqətlə 
iylədikdə suda iy hiss olunur;  iy azca  hiss olunur;  -  su içiləndə 
xoşagəlməz ola bilər; iy diqqəti cəlb edir,  su  içiləndə xoşa gəl­
məzdir.
3)  turşuluğu -  pH;
4)  mineral qalığı;
5)  oksigenin miqdarı;
)  suyun oksigenə olan biokimyəvi tələbatı, (OBKT);
7)  zərərli maddələrin miqdarı;
)  xəstəlik törədən bakteriyaların miqdarı;
9)  üzvi maddələrin konsentrasiyası (qatılığı);
Suyun  keyfiyyətinə  olan  tələblər  su  tələbatçıları  tərəfin­
dən  müxtəlifdir.  Sənayedə  istifadə  olunan  su  istehsal  edilən 
məhsulun keyfiyyətinə mənfi təsir göstərməməli; boru kəmərini 
korroziyaya  uğratmamalı,  müxtəlif tikintilər,  qurğular  və  apa­
ratlarda duz çöküntüləri əmələ gətirməməlidirlər.  Bundan əlavə 
sənayedə  istifadə  olunan  su  burada  işləyən  işçilərin  səhhəti 
üçün təhlükəli olmamalıdır.
Kənd təsərrüfatında istifadə olunan suyun keyfiyyəti məh­
sulun  keyfiyyətini  pisləşdirilməməli  torpağı  şoranlaşdırmamalı 
və bitkilər üçün zərərsiz  olmalıdır.
İçməli  və  mədəni-məişət  məqsədi  üçün  istifadə  olunan 
suyun keyfiyyəti ən yüksək tələbatlara cavab verməlidir.  Bu tə­
ləblər Azərbaycan  Səhiyyə Nazirliyi tərəfindən qəbul  və təsdiq 
olunmuş qərarlarla təsbit edilmişdir.
Yerüstü  sulann  çirkab  suları 
çirklənmədən  mühafizə 
qaydalarına uyğun  təyin  edilir.  Həmin  qaydalara əsasən  suyun 
keyfiyyətinə tələblər aşağıdakılardır:
)  çirkab sular su hövzələrinə atılarkən, hövzədəki  suyun 
temperaturu yaydakı maksimal temperaturdan 3°C-dən çox art­
mamalıdır;  balıqçılıq  təsərrüfatı  üçün  suyun  temperaturu  təbii 
temperaturdan 5°C-dən çox artmamalıdır;
138
)  sudan  gələn  iyin  və  dadın  şiddətliliyi    baldan  artıq 
olmamalıdır,  bundan  əlavə  həmin  iy  və  dad  balığa  keç­
məməlidir;
3)  turşuluğu 6,5 <  pH < 8,5 həddində olmalıdır;
4)  mineral qalığı  1000 mq/l-də çox olmamalıdır;
5)  çirkab sular atılarkən sudakı oksigenin miqdarı 4 mq/1- 
dən  az  olmamalıdır  (ilin  hər  vaxtı  gündüz  saat 
1 2 -yə  qədər 
götürülən  su  nümunəsində);  balıqçılıq  təsərrüfatında  istifadə 
edilən sudakı oksigenin miqdarı 
 mq/l-dən az olmamalıdır;
)  oksigenə biokimyəvi tələbat (BKT) 20°C suyun tempe­
raturunda  3  mq/l-dən  çox  olmamalıdır  (balıqçılıq  təsərrüfatı 
suyunda 
 mq/l-dən çox olmamalıdır);
7)  zəhərli  maddələrin  konsentrasiyası  (qatılığı)  əhalinin 
sağlamlığına  zərər  vurmamalıdır  (eləcə  də  balıqlar  üçün  zə­
rərsiz olmalıdır);
)  xəztəlik  törədən  bakteriayalr  olmamalıdır.  Bağırsaq 
basili qrupu bakteriyalarının sayı (koli-indeks) 
1  litr suda 1 0 0 0
dən  artıq  olmamalıdır  (qaydalara  əsasən  bu  zərərsiz  hesab 
olunur);
9)  çirkab  sular  atılarkən  suda  üzən  mineral  və  üzvi 
maddələrin konsetrasiyası 0,25 mq/l-dən çox artmamalıdır;
1 0) suyun  səthində  üzən  maddə  pərdələri  (neft,  mineral 
yağlar və s.) olmamalıdır.
Azərbaycan  Səhiyyə  Nazirliyi  tərəfindən  su  hövzələrinə 
atılan  hər  bir  zərərli  maddə  üçün  yolverilən  qatılıq  həddi 
müəyyən  edilmişdir.  Bu  göstəricilər  gigiyenik  normalardır  və 
onların qiyməti aşağıdakı cədvəldə verilmişdir.
139


Cədvəl  13
Maddələr.
Məhdudlaşdıncıların 
zərəri ilik göstəricisi.
Həddi yolverilə 
(qatılıq
n konsentrasiya 
) mq/1.
Təsərrüfat-
içməli.
Balıqçılıq
təsərrüfatı.
Amonyak
Sanitar
2
0,05
Ammonium
Toksikoloji
2,6
0,5
Kalium
Sanitar- toksikoloji
50
Kalsium
180
Maqnezium
44 
44
40
Natrium

________

120
Nitratlar
44 
44
44
40
Nitritlər
44 
44
0,08
Sulfatlar
44 
44
500
100
Xloridlər
44 
44
350
300
Dəmir
Orqanoleptik
0,5
-
Tərkibində  radioaktiv  maddələr  olan  çirkab  suların  su 
hövzələrinə  atılması  üçün  xüsusi  qaydalar  tərtib  olunmuşdur. 
Burada  çox  cuzi  qatılıqlar  nəzərdə  tutulmuşdur.  Misal  üçün, 
kobalt və  stronsium üçün həddi yolverilən konsentrasiyalar uy­
ğun olaraq  T  10
' 8 və 3-  10" 11  küri/l-dən çox olmamalıdır. Daxi­
lində radioaktiv maddələr olan çirkab  suların balıqçılıq təsərrü­
fatı  məqsədilə  istifadə  olunan  su hövzələrinə  atılması  qadağan 
olunmuşdur.
140
MÖVZU 5. LİTOSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR, 
ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİRİ 
VƏ  MÜHAFİZƏ TƏDBİRLƏRİ
Litosfer (yunanca lito-daş  deməkdir) -  Yerin üst bərk qatı. 
Litosferə  Yer  qabığı  və  ondan  Moxoroviçiç  sərhədi  ilə  ayrılan 
üst  mantiyanın  üstdəki  bərk  hissəsi  daxil  edilir.  Litosferin  qa­
lınlığı  qeyri-müəyyəndir,  ehtimal  ki,  50-200  km  arasında  də­
yişir.
Yer  Planetinin  bərk  hissəsinin  əsas  kütləsi  Yerin  nüvəsi 
(mərkəzi),  mantiyası  və  Yer  qabığından  ibarətdir.  Daxili  nü­
vənin radiusu  1250 km,  Yerin həcminin 0,7%-ni,  kütləsinin isə 
1,2%-ni  təşkil  edir.  Onun  bərk  cisim  olub  ərimə  vəziyyətinə 
yaxın  olduğu  ehtimal  edilir.  Nüvənin  xarici  (kənar)  qatı  2900- 
5000  km  dərinlikdə  yerləşib  bütün  Yerin həcminin  15,2%-ni, 
kütləsinin  isə  29,8%-ni  tutur.  Onun  ərimiş  maye  halında  ol­
ması  güman edilir.  Yer nüvəsinin temperaturu 5000°-yə,  sıxlığı 
12,5tm3-ə yaxındır.
Yerin mantiyası  Yer qabığı  ilə yerin  nüvəsi  arasındakı  təbə­
qədir, onun aşağı sərhədi təxminən 2900 km dərinlikdə yerləşir, 
qalınlığı  2000km-ə  yaxındır.  Yuxarı  mantiyanı  60-250  km də­
rinlikdə ərimiş hala yaxın  bazalt təşkil edir.  500  km dərinlikdə 
temperaturu  1500°,  2900km  dərinlikdə  təzyiq  1,35  milyon 
kq/sm2-ə bərabərdir.
Yerin qabığı  onun xarici  bərk qatına deyilir. Üstdən atmosfer 
və  hidrosferlə,  altdan  seysmik  məmulatlarla  müəyyənləşdiril­
miş  daha  sıx  ultraəsaslı  substratla  (Moxoriviçiç  səthi  ilə)  hü- 
dudlanır.  Yer qabığı  materiklərdə və  okeanların  altında müxtə­
lifdir.  Materikdə  yer qabığının  qalınlığı  adətən  35-40 km,  dağ­
lıq  ərazilərdə  75  km-ə  qədərdir.  Okeanda  Yer  qabığının  qalın­
lığı  5-10 km-dir (su qatı ilə birlikdə (9-12 km).
Yer  qabığının  orta  sıxlığı  2.8q/sm
3-dir,  onun  kütləsi  Yerin 
bütün  kütləsinin 
.%-ni  təşkil  edir.  Ümumiyyətlə,  litosferin
141


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə