Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə36/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   96

yuxan  mantiyaya  qədər  olan  hündürlüyü  təqribən  75-80  кт-э 
qədərdir.
Yer  qabığında  yuxarıdan  aşağı  üç  qat  ayrılır:  çökmə,  qranit 
və  bazalt  qatları.  Yu-xarı  qatda  gillər,  gil  şistləri,  qumlaçalar, 
karbonatlı  və  vulkanik  süxurlar  üstünlük  təşkil  edir.  Çökmə 
qatının  qalınlığı  çökəkliklərdə  20-25  km,  kristallik  şistlərdə 
(qal-xanlarda)  isə praktiki  olaraq  sıfıra qədər ola  bilər.  Yer qa­
bığının orta qatı öz xassələrinə görə  qranitə  yaxındır (qranitlər, 
qneyslər,  qranodiozitlər,  dioritlər,  kris-tallik  şistlər,  amfibio- 
litlər).  Bu qat okeanlarda  olmur,  kontinentlərdə  isə  onun qalın­
lığı  bir  neçə  on  kilometrlərə  çatır.  Bazalt  qatı  kristallik  süxur­
lardan təşkil olunub qranit qatından sıx (bərk) olur.  Okeanın al­
tında  onun  qalınlığı  2-7  km,  kontinentlərin  altında  isə  15-40 
km-ə çatır.
Yer  qabığının  quruluşu  olduqca  müxtəlifdir,  lakin  əsas  iki 
qabıq  tipi  ayrılır:  kontinental  və  okean.  Kontinental  qabığın 
tipik  kəsiyində  yuxarıda  orta  qalınlığı  3  km,sıxlığı  2.5q  sm
3 
olan  çökmə  süxurlar  yerləşir.  Daha  dərində  orta  dərinliyi  17 
km,  sıxlığı 
.-.q  sm3  olan  qranit  metamorfık  qatı  yerləşir, 
onun  altında  isə  orta  dərinliyi  15  km  və  sıxlığı  2.9-3.3q  sm
3 
olan bazalt qatı  yerləşir.  Okean  qabığının  tipik  kəsiyində  yum­
şaq  çöküntülərin  orta  qalınlığı  0.7  km  təşkil  edir,  bu  qat  bi­
lavasitə bazaltın üstündə yerləşir.
Yer  qabığı  və  ona  birləşən  yuxarı  mantiyanın  bir  hissəsi 
litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyəti  litosferdə,  əsasən 
yuxarı 30 km-də yerləşir.
Litosferin  ən  üst  qatlan  digər  geosferlərlə  birlikdə  və  qar­
şılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin üst 
qatında suyun havanın və  canlılann birgə məhsulu olan aşınma 
qabığı  yaranır.  Aşınma  qabığının  qalınlığı  və  quruluşu  bü­
tövlükdə coğrafi zonalıq qanununa tabedir.
Litosferin  üst  horizontları  adətən  bilavasitə  atmosfer  və 
hidrosferlə  əlaqədə  olur.Quruda  litosfer  torpaqla  (pedosfer), 
bitki  ilə  (biosfer)  və  ya  soyuq  şəraitdə  buz  və  qarla  (kriosfer)
142
örtülü olur.  Yalnız səhrada biosfer bilavasitə (aşınma qabığı ilə) 
atmosferlə əlaqədə olur.  Eyni zamanda torpaq və aşınma qabığı 
ilə atmosfer və litosfer arasında aktiv qaz mübadiləsi gedir.  Li­
tosfer  və  təbii  sular  arasında  qarşılıqlı  əlaqə  daha  yüksək  də­
rəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm də li­
tosferin bir hissəsidir.
Litosferin  ən  üst  horizontları  digər  sferlərlə aktiv  surətdə 
qarşılıqlı  əlaqədə  olur.  Bu  qarşılıqlı  əlaqə  yer  səthində  maksi­
mum  intensivliyə  çatır.  Ondan yuxan  və aşağıda isə azalır.  Bu 
əlaqə  insanın  rolu  artdıqca  daha  da  güclənir.  Bəşəriyyət  yer 
qabığı  ilə  min  il  qabaq əlaqəyə  girmişdir.  Bütün  dünyada  lito­
sferin  üst  qatından  il  ərzində 
1 0 0 0  mlrd,  tondan  çox  mineral 
xammal  çıxarılır  və  emal  olunur.  Ağır  sənayenin  90%-ə  qə- 
dərini təmin edən 400 növə yaxın faydalı qazıntılar çıxarılır.
Litosferdən  çıxanlan  materiallann  98%-ə  qədəri  yararsız 
olub  atılır,  yalnız  2%-ə qədəri  işlədilir.  Beləliklə,  litosferin üst 
qatında  materilların  həddindən  çox  antropogen  qarışdırılması 
aparılır.  Bu isə həm bütövlükdə ekosferə, həm də onun ayrı-ayn 
hissələrinə  güclü  dərəcədə  toxunur.Faydalı  qazıntıların  çıxa­
rılması  Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.
İnsanın  təsərrüfat  fəaliyyəti  təbii  relyefəmələgəlmə  və  digər 
geokimyəvi proseslərin gedişini kökündən dəyişdirir, bu isə ne­
qativ  nəticələrə  gətirib  çıxarır.  Antropogen  geoloji  proseslər 
ilbəil  getdikcə  güclənir  və  bütün  bəşəriyyət  üçün  təhlükə  ya­
radır.
Yunan  sözü  olan  torpaq  (pedon)  1)  torpaq,  onun  altında 
torpaq  əmələgətirən  süxur və  aşınma  qatı  (canlı  orqanizmlərin 
yaşayış  mühiti  hesab  olunan  qat).  Yerin  torpaq  əmələgəlmə 
prosesi  gedən  qatı;  2)  litosfer,  hidrosfer  və  Yerin  canlı  qabı­
ğının  bir-birilə  əlaqəli  olan  zonası;  3)  Yerin torpaq  örtüyü  yəni 
torpağın  1 -7 metr dərinliyə qədər olan münbit hissəsidir.
Yer  qabığının  yuxarıdakı  yumşaq  və  münbit  qatına  torpaq 
deyilir.  Torpaq bioloji,  fiziki və kimyəvi amillərin təsiri ilə dağ 
süxurlarından  əmələ  gəlmişdir,  o  mineral  və  üzvi  hissəcik­
143


lərdən,  külli  miqdarda  mikroorqanizmlərdən  ibarət  mürəkkəb 
bir  kompleksdir.  Torpağın  mineral  komponentləri  ana  dağ sü­
xurlarının xırda hissəciklərindən ibarətdir. Onun üzvi hissəsi isə 
bitki və heyvan orqanizmiləri və bunların müxtəlif çürümə mər­
hələsində olan qalıqlarıdır. Bunlardan davamlı humin maddələri 
böyük  rol  oynayır.  Torpağın  əmələ  gəlməsində  və  onun  öz- 
özünü  təmizləməsində,  yəni  çürümə  prosesində  və  üzvi  mad­
dələrin  çevrilməsində  mikroorqanizmlər  mühüm  rol  oynayır. 
Mikroorqanizmlər  tərəfindən  üzvi  maddələrin  çürüməsi  sayə­
sində  təbiətdə  baş  verən  maddələr  dövranında və  onların  çev­
rilməsində torpaq çox mühüm rol oynayır.
Torpaq  və  onun  altındakı  süxurlar  xarici  mühitin  əsas  ele­
mentlərindən biri olmaq etibarilə insanların sağlamlığına və on­
ların yaşayışının davamlı vəziyyətinə çox böyük təsir göstərir.
Ərazinin bitki aləmi, bitki mənşəli və heyvan mənşəli yeyinti 
məhsullarının  kimyəvi  tərkibi  torpağın  tipindən  və  onun  kim­
yəvi  tərkibindən  asılıdır.  Torpaqda  və  ya  torpaq  qatlarında  bu 
və ya digər kimyəvi elementlər çatışmadıqda, yaxud həddin­
dən  artıq  olduqda  bunlar  yeyinti  məhsullarında  və  ya  suda  ya 
çatışmır,  ya  da  həddindən  artıq  olur  ki,  bu da  mühit dəyişmə­
sinə səbəb olur.
Bəzi  ərazilərdə  torpağın  və  dağ  süxurlarının  radioaktivliyi 
yüksək  olduqda,  məsələn,  uran  filizi  yataqlarında, həmin  yerin 
havasında, içməli suda və bitkilərdə də radioaktivlik yüksək ola 
bilər,  bunun nəticəsində  də  ionlaşdırıcı  şüalar üçün təbii zəmin 
yaranmış olur.
Sənaye  müəssisələrinin  ətrafında  torpaq  zərərli  sənaye 
tullantıları ilə, yaxud kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri 
ilə  mübarizədə  tətbiq  edilən  zəhərli  kimyəvi  maddələrlə  çox 
çirklənibsə,  bu,  bitki  mənşəli  yeyinti  məhsullarının  orqano- 
leptik  xassələrinə  pis  təsir  edə  bilər,  yaxud  toksiki  maddələr 
çox  toplandığına  görə  sağlamlıq  üçün  zərərli  olub,  istifadəyə 
yaramır.
144
Atmosferə atılmış radioaktiv aerozollarm yer səthinə çökməsi 
çox  təhlükəlidir.Belə  halda  radioaktiv  maddələr  “qida  zənciri” 
ilə,  yəni  toxumalarında  bəzi  radioaktiv  maddələri  toplamış 
bitkiləri  yedikdə,  yaxud  radioaktiv maddələrlə  çirklənmiş yemi 
yeyən heyvanların əti və südü ilə insana keçə bilər.
Yeraltı  suların  tərkibi  torpağın  və  quruntun  fıziki-kimyəvi 
xassələrindən asılıdır.
Torpaq,  iqlim əmələ  gətirən amillərdən  biridir .Torpağın is­
tilik rejimi  yerə yaxın hava qatının  istilik xassələrinə təsir edir. 
Torpaq  bataqlıqlaşmış,  yaxud  yeraltı  sularsəthə  yaxın  olduqda 
ərazinin  mikroiqlimi  sağlam  olmur  və  ərazinin  bitki  örtüyü 
məhv olur.
Müasir elm, texnika və biotexnologiya təbiətin dəyişilməsi 
prosesində  təbii  torpağa  xas  olan  bəzi  qüsurları  kənar  etməyə, 
torpaq  əmələgəlmə  prosesini  istənilən  istiqamətdə  yönəltməyə, 
torpağa  lazımi  birləşmələr  verməklə  onun  münbitliyini  artır­
mağa,  bitkilərin  tərkibinə  təsir  etməyə,  genafonun  dəyişməyə, 
böyük əraziləri qurutmağa (bataqlıqları) səhra və yarımsəhraları 
suvarma norması  ilə təmin etməyə imkan verir.
Bu antropogen təsirlər nəticəsində təbii tarazlıq pozulur, yer 
səthində şaquli və üfüqi zonallıqda bitki, heyvanat aləminin növ 
tərkibi  dəyişir və nəticədə mikroiqlim sahələri  yaranır ki, bu da 
iqlim dəyişmələri ilə nəticələnir.
Torpağın  mühüm  əhəmiyyəti  olan  əsas  xassələri  onun 
mexaniki tərkibindən asılıdır.Onun bu xassələrinə havakeçirmə, 
sukeçirmə  və  rütubət  tutumu  (torpağın  öz  məsamələrində  su 
hissəciklərini saxlamaq qabliyyəti) aiddir.
Torpaq  hissəciklərdən  və  bunların  arasındakı  boşluqlardan 
ibarətdir.  Ölçüsünə  görə  torpağın  aşağıdakı  hissəcikləri  olur: 
qum-dənələrin  diametri 
0 . 2  mm-ə,  gilli  qum  .0 1-0 . 2  mm,  gil 
0.001-0.0lmm  olur.  Humusu təşkil  edən  üzvi  kolloid  hissəcik­
ləri bundan da kiçik olur.
Torpaqda  90%-dən  çox  qum  və  10%-dən  az  gil  varsa,  belə 
torpaq  qumlu  torpaq,  10-30%  gil  varsa  qumluca  torpaq,  30-
145


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə