Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə38/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   96

Tullantı  suların  tərkibində  olan  bioxromat  oksidi  7,3-520 
mq/Cb/l,  başqa maddələrin oksidləri  isə 9,5-5191  mq/02/l  miq- 
darındadır.  Bu  tullantı  suları  torpaq  daxilində  olan  canlı  or­
qanizmləri məhv etmək xüsusiyyətinə malik olur.
Qeyd etmək lazımdır ki,  qazma məhlulunun özü xüsusilə neft 
əsaslı  qazma məhlulu  ətraf mühit üçün kifayət  dərəcədə təhlü­
kəlidir.  Adətən çirklənmə,  qazma məhlulunun quyudan daşma­
sından,  tullanmasından,  işlənmiş  məhlulun  ətrafa  dağılma­
sından  yaranır.  Kimyəvi  işlənmiş  və  ağırlaşdırılmış  məhlullar, 
qazmadan fərqli olaraq quyuların istismarı zamanı ətraf mühitin 
çirklənməsinə daha çox təsir göstərir.
Quyu  məhsulu  tərkibindəki  böyük  miqdarda  lay  suyu  ol­
duqda,  atqı  xəttində,  boru kəmərində  və nasos-kompressor bo­
rularında,  duz,  qum  və  parafin  çökməsinə  təsadüf edilir.  Buna 
qarşı  mübarizə  üçün  kimyəvi  üsullardan  istifadə  edilir.  Quyu 
döşəməsində tutucu vasitə olmadıqda ətraf mühit neft,  lay suyu 
və turşu ilə çirklənir.
Quyu  dibi  zonada  keçiriciliyi  artırmaq  məqsədilə,  hidroqum 
şırnağı,  turşu,  termik  təsir  və  kimyəvi  işləmə  metodları  tətbiq 
edilir. Bu əməliyyatlar yeraltı avadanlığın 
bəzən  qaldırılması  prosesi  ilə  aparılır.  Avadanlığın  qaldırılıb- 
qaldırılmamasından asılı  oımayaraq  quyuətraflı  zona gilli  məh­
lul,  səthi  aktiv  maddələr,  turşu  və  kimyəvi  həlledicilərlə  çirk­
lənməyə məruz qalır.
Torpağın  çirklənməsi  yer  üzərinə  neftin  təbii  olaraq  öz- 
özünə  çıxması  nəticəsində  də  baş  verir.  Bu  hala  Cənubi  Koli- 
forniyada,  Karib dənizində,  Meksika  və  İran  körfəzində,  Azər­
baycan və Komidə rast gəlmək olar.
Təbii  yolla  yer  səthinə  qalxan  bu  neftlər  çıxarılan  neftdən 
bəzi xüsusiyyətlərinə görə fərqlənir.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli  və saxlanılması 
ətraf mühiti çirkləndirən potensial mənbələrdən sayılır.
150
Rezervuarlardan  neftin  sızması  onların  dibində  yaranan 
korroziyanın  təsirindən,  xarici  zədələrdən  və  sair  səbəblərdən 
də baş verə bilər.
Beləliklə, neftlə torpağın çirkləndirilməsi orada olan mikroor- 
qanizmilərin  məhvinə  səbəb  olaraq  torpağın  məsuldarlığının 
azalmasına  səbəb  olmaqla  yanaşı  torpaqda  potensial  şəkildə 
konserogen maddələrin yığılıb qalmasına səbəb olur.
Yer  qabığının  süxurları  müxtəlif minerallardan  ibarətdir,  la­
kin onun ən üst hissəsi  olan torpaq qatının tərkibində müəyyən 
qədər  üzvi  qalıqlar  vardır.  Deməli,  torpaq  qatı  həm  mineral, 
həm də üzvi  birləşmələrdən  ibarətdir.  Torpaq  yer səthində  lito­
sferin  mineral  və  biosferin  üzvi  maddələrinin  təkamül  prosesi 
nəticəsində  əmələgəlmiş,  özünəməxsus  xassələrə  malik  olan 
təbii törəmədir. Elmi dildə torpaq “biokos” sistemi adlandırılır.
Torpaqşünaslıq  elminin  banisi  N.N.Dokuçayevin  təliminə 
əsasən  torpaq  bitki  və  heyvan  orqanizmilərinin,  iqlimin,  rel­
yefin və ərazinin  geoloji yaşının qarşılıqlı təsiri  nəticəsində ya­
ranmış  və  inkişaf etmiş  təbii  törəmədir.  Torpağın  yaranmasını 
təmin edən səbəblərə torpaqəmələgəlmə amilləri deyilir.
Hələ  1875-1876-cı  illərdə Həsənbəy Zərdabi  ilk dəfə olaraq 
öz  əsərlərində  əsas  4  faktorun  torpaqəmələgəlmə  prosesində 
rolunu  göstərmişdir:  ana  süxur,  bitki  və  canlı  orqanizmlər,  iq­
lim  və  insanın  təsürrüfat  fəaliyyəti.  Ondan 
8  il  sonra  V.V.Do­
kuçayev  5  torpaq  əmələgətirən  amili  vermişdir,  torpaq  əmələ­
gətirən süxurlar,  bitki  və heyvan  orqanizmləri,  iqlim, relyef və 
ərazinin geoloji  yaşı.
Sonralar,  V.R.Vilyams  torpaq  əmələgətirən  amillərə  insan 
fəaliyyətini  də  daxil  etmişdir.  İndiki  torpaqşünas  tədqiqatçılar 
torpaq  əmələgəlmə  prosesində  qurunt  sularının  və  insanın  tə­
sərrüfat fəaliyyətinin böyük rol oynadığını göstərirlər.
Torpaq-bitkilərin  kök  salıb  inkişaf etdiyi  və  özləri  üçün  la- 
zimi  qida  maddələri,  su  və  hava  aldığı  bir  mühitdir.  Bitkilərin 
ümumi  inkişafı  və  məhsuldarlığı  da  torpağın  bu  amillərlə  nə 
dərəcədə təmin olunmasından asılıdır.
151


Məhz  torpaqların  xassələrinin  öyrənilməsi  onların  bitkilər 
üçün  lazım olan hər şeylə vaxtında və kifayət qədər təmin edil­
məsi  üçün düzgün tədbirlərin müəyyənləşdirilməsinə və həyata 
keçirilməsinə  imkan  verir.  Yalnız  torpaqların  xassələrini  bil­
məklə  kənd  təsərrüfatı  bitkilərini  sahələrdə  düzgün  yerləşdir­
mək və onlardan səmərəli istifadə etmək mümkündür.
İqlim torpaq əmələgətirən amil kimi. İqlim amili torpağın 
istilik enerjisi və su ilə təmin olunmasında  mühüm vasitədir.
Yer səthi günəşdən gələn ümumi radiasiyam udur və onun bir 
hissəsini də şüalandırma vasitəsilə itirir.
Günəş radiasiyası iqlimin yaranmasında həlledici rol oynayır. 
Radiasiya  səth  örtüyü  və  atmosferi  qızdırır.  Nəticədə müxtəlif 
təziq  və  temperatur  sahələri  yaranır ki,  bununla  havanın  hərə­
kəti baş  verir.  Torpaq əmələgəlmə prosesinin inkişafı yer səthi­
nə  düşən  istiliyin  və  yağıntıların  illik  miqdarından,  onların 
mövsüm  və  gün  ərzində  paylanmasından  asılıdır.  İqlimin  bu 
prosesə  bilavasitə  təsiri  yer  səthinə  düşən atmosfer çöküntüləri 
vasitəsilə  torpaq  qatının  rütubətləşməsindən,  torpağın  günəş 
enerjisi təsirindən qızması və soyumasından ibarətdir.
Şüa enerjisinin  gəlir və  çıxarı  radiasiya balansı, yaxud  qalıq 
radiasiya adlanır.
Radiasiya  balansının  miqdarı  sahənin  en  dairəsi,  səmanın 
tutqunluq  dərəcəsi,  səth  örtüyünün  xarakteri,  ərazinin  rütubət­
lərimə şəraiti, albedo və affektiv şüalanmadan asılıdır.
İqlim torpaqəmələgəlmə prosesində əhəmiyyətli olub, yalnız 
digər amillərlə birlikdə təsir edir.
Ana  süxur  torpaq  əmələgətirən  amil  kimi.  Torpaqəmə- 
ləgətirən  süxurlar  və  ya  ana  süxurlar  iki  tərkib  hissədən: 
mineral  və  üzvi  hissələrdən  ibarətdir.  Mineral  hissə  torpağın 
ümumi həcminin 90-95%-ni təşkil edir.
Hər  bir  mineralın  özünəməxsus  kimyəvi  və  fiziki  xassələri 
vardır.  Onalann  bəziləri  müxtəlif  kimyəvi  reaksiyalarda  fəal 
iştirak  edir.  Mineralların  tərkibindəki  kimyəvi  elementlər 
müxtəlif  birləşmələr  şəklində  torpağı  zənginləşdirir.  Kimyəvi
152
reaksiyalarda  fəal  iştirak  etməyən  element  və  birləşmələr  tor­
paqların  fiziki  və  mexaniki  xassələrini  müəyyən  edir.  Ana 
süxurların mexaniki, fiziki və kimyəvi xassələri irsi surətdə (irsi 
yolla)  torpağa  keçir.  Səthə  çıxan  dağ  süxurları  torpağın  əmələ 
gəlməsində  əsas  mineral  material  hesab olunur.  Süxurun tərki­
bində kalsium-karbonat mövcudluğu torpaqda zəif qələvi reak­
siyanın olmasına  şərait yaradır.  Karbonatsız gillicəli  və qumlu 
torpaqda  isə  turş  reaksiya  yarana  bilər.  Qum  üzərində  əmələ 
gələn torpaqlar gillicəli süxurlar üzərindəki torpaqlara nisbətən 
qıda maddələri ilə az zəngin olur.
Ana  süxurun  fiziki  xassələri,  yəni  onun  bərk  və  ya  yumşaq 
olması,  məsaməliyi,  suyu  və  havam  keçirmə  qabiliyyəti  tor­
paqəmələgəlmə prosesində böyük rol oynayır.  Belə ki, hava və 
suyu  özündən  pis  keçirən  gilli  süxurda  kimyəvi  və  bioloji 
proseslər, üzvi qalıqların parçalanması zəif gedir.
Relyef torpaq əmələgətirən amil kimi. Yer səthində istiliyin 
və  rütubətin  paylanması  relyefdən  çox  asılıdır.  Relyef  hava 
axınının istiqamətinə və gücünə, günəşin torpaq səthini işıqlan­
dırmasına  və  bitki  örtüyünün  formalaşmasına  təsir  göstərir. 
Torpaqəmələgəlmə prosesinə nəinki yer səthinə düşən atmosfer 
çöküntülərinin və günəş enerjisinin paylanması, hətta mikro və 
mono  relyef də öz təsirini  göstərir.  Səthin çökəklik və hündür­
lük  hissəsindəki  torpaq,  ətrafındakı  torpaqdan  müəyyən  də­
rəcədə fərqlənir.
Ərazinin yüksəkliyinin dəyişməsi temperatur şəraitinin dəyiş­
məsinə  təsir  edir.  Bu  da  torpaqda  gedən  fiziki,  kimyəvi  və 
bioloji  proseslərin  sürətini  dəyişir.  Relyef  həmçinin  yerüstü 
suların paylanmasına da təsir göstərir.
Torpaqəmələgəlmə  prosesində  relyefin  forması  və  cəhəti 
xüsusi  rol  oynayır,  torpağın  temperaturu  və  nəmliyi  yamacın 
dikliyi  və istiqamətindən asılıdır. Cənub yamaclar isti, quru, şi­
mal yamaclar isə soyuq və rütubətli olur.
153


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə