Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə41/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   96

bütün  elementlərinin,  əsasən  də  litosferi  çirkləndirir.  Litosferi 
əsas  çirkləndirən  mənbələr  dağ-mədən  və  mədən-  kimya  sə­
naye  müəssisələri,  qara  və  əlvan  metallurgiya,  maşınqayırma, 
kimya və  ona qonşu  sahələr,  meşə  və ağac  emalı  və  başqa  sə­
naye sahələridir.
Yuxanda  qeyd  edildiyi  kimi  litosferi  ən  çox  dağ-mədən  və 
mədən  -  kimya  sənayesi  çirkləndirir.  Faydalı  qazıntıların  çıxa- 
nlması külli miqdarda dağ kütləsinin emalı ilə əlaqədardır.  Bu­
nun  yalmz az  bir hissəsini  faydalı  qazıntı  təşkil  edir.  Məsələn, 
kömür  sənayesində 
  mlrd,  ton  çıxarılan  dağ  kütləsindən  kö­
mürün payına ancaq 20%  düşür, qalanı  isə  tullantılardır.  Digər 
faydalı  qazıntıların  çıxarılmasında  dağ  kütlələrində  məsələn, 
əlvan metal filizlərinin miqdarı 
-% təşkil edir.
Adətən,  əlvan  metal  filizləri  zənginləşdirmə  fabriklərində 
müxtəlif üsullarla zənginləşdirilir.  Bu müəssisələrin tullantıları 
dəmir,  kükürd  və  başqa  metalların  birləşmələrindən,  o  cümlə­
dən nadir və səpələnmiş metal birləşmələrindən ibarətdir.  Dağ- 
mədən  və  dağ  kimya  sənayesi  müəssisələrinin  bərk  tullantıları 
müəyyən  yerlərə  yığılır  ki,  bunlar  getdikcə  daha  çox  torpaq 
sahələrini  tutur.  Məsələn,  Kursk  maqnit  anomaliyası  dəmir 
filizi rayonunda tullantılar 
1  mlrd m3-ə çatır.
Su və külək eroziyası nəticəsində yaranan tullantılar müəyyən 
dərəcədə  hidrosferi  və  atmosferi  də  çirkləndirirlər.  Kömürçı- 
xarmada zənginləşdirmə fabriklərinin quru tullantıları  öz-özünə 
alışır  və  bu  ətraf mühütün  daha  intensiv  şirklənməsinə  gətirib 
çıxarır.  Hal-hazırda bu  iki  növ  tullantı  az istifadə olunur.  Belə 
ki,  təkcə  kömürçıxarmanın tullantılarının  təkrar  istifadəsi 
1 %-i 
keçmir.
Litosferin  əsas  çirklənmə  mənbələri  qara  və  əlvan  metallur­
giya sənaye müəssisələrdir.Onların tulladığı, 70 mln tondan çox 
şlakın  təxminən  yarısı  istifadə  olunur,  qalanı  isə  tullantı  kimi 
atılır.  Qara  metallurgiya  tullantılarından  daha  əhəmiyyətlisi 
domna şlaklarıdır.  Domna şlaklarının tərkibi  mürəkkəbdir.  On­
larda  əsasən  oksid  halında  30  adda  kimyəvi  birləşmələrə  rast
162
gəlinir.  Bunlardan  əsasları:  SİO
2  (silisium-4  oksid)  33-40%, 

2 0 3(alüminium-oksid)  4-13%,  CaO(kalsium-oksid)  30-50%, 
MgO  (maqnezium-oksid)  3-14%.  Az  miqdarda  isə:  FeO 
(dəmir-2  oksid),  РегОз  (dəmir-3  oksid),  МпОг  (manqan-4 
oksid), U
2O5  (uran-5  oksid),TİO2 (titan-4 oksid), K2O (kalium- 
oksid) və s. təşkil edir.  Bundan başqa, metal istehsalının müxtə­
lif növləri  tərkibinə  görə  fərqlənən  böyük  həcmdə  şlak  və  toz 
şəklində tullantılar verir.
Bu halda əmələ gələn ferritlər, xromitlər, ferratlar və baş­
qa  duzlar  vannanın  dibinə  çökür  və  texnoloji  prosesin  normal 
gedişini pozurlar.  Ona görə də vaxtaşırı əmələ gələn şlamlar kə­
nar edilir.
Qələvi  natrium  şlamda  müxtəlif  duzlar  şəklində  (monosi- 
likatlar,  ferritlər,  ferratlar) sərbəst, həm də əlaqəli  halda olur və 
onun ümumi tərkibi 70-80%-ə qədər çatır.
Daha böyük  miqdarda şlak  əlvan metallurgiyada almır.  Emal 
olunan  xammalın  növündən  asılı  olaraq 
1  ton  metalın  istehsa­
lında  100-200  ton  şlak  almır.  Əlvan  metalların  tullantı  şlakları 
xeyli  miqdarda  qiymətli  metallarla  zəngindirlər.  Məsələn,  Ru­
siyanın mis zavodlarının  tullantı  şlaklarında 27 mln tona yaxın 
Fe, 335 min ton Cu və 2 mln ton Zn olur.
Əlvan metallurgiyanın  şlaklarının kimyəvi tərkibi  demək olar 
ki,  domna  peçlərinin  şlakları  ilə  analojidir.  Əlvan  və  qara 
metallurgiyanın  şlak və  şlamımn saxlanılması  üçün hər  il 
2 0 0 0 
ha torpaq sahəsi tələb olunur.
Hazırda istehsalçıların və alimlərin üzərində çalışdıqları  prob­
lemlərdən  biri  energetika  sənayesinin  tullantılarından  istifadə 
olunmasıdır.  İES  qazanxanalarında tərkibində karbon olan  bərk 
xammalın  yanması  zamanı  qeyri-bərabər  formalı  şüşə  şəkilli 
texniki  və  mexaniki  xırdalanmış  dənəciklərdən  ibarət  bərk  his­
səciklər  alınır.  İES-da,  yanacaq  1200-1600°S-də,  toz  halında 
qızdırıcı kürədə yandırılır.  Yanacağın mineral hissəsindən əmə­
lə gələn müxtəlif  birləşmələrin hissəcikləri toz kütləsi  şəklində 
ayrılır.  Külün  tərkibində  80-85%  miqdarında  olan  xırda  və
163


yüngül  hissəciklər  (ölçüləri  5-100  mkm)  qazanxanaların  kü­
rəsində tüstü qazlan  ilə  çıxır.  Daha  böyük  hissələr isə kürənin 
altına çökür,  əriyərək şlak əmələ gətirir. Əmələ gələn şlakın və 
tüstü  ilə  uçub  gedən  hissəciklərin  miqdar nisbəti  müxtəlif  ol­
duğundan  torpağın çirklənməsidə əhəmiyyətli rol oynayır.
Hazırda kül və şlaklar əvvəllər kənd təsərrüfatı sahəsi  olan 
yüz  minlərlə,  bəzi  ölkələrdə  isə  milyon  hektarlarla  torpaq 
sahəsini tutur. Bir neçə ildən sonra soyuyaraq  həmin şlaklardan 
zəhərli qazlar ayrılır ki, bu da bitki və heyvanlar aləminə ziyan 
vurur.  Yanma zamanı az istilik ayrılır və yüksəkküllü yanacaq- 
dan istifadə olunmasının artması tullantıların miqdarını daha da 
artırır.  Buna  görə  də  hazırda  kül  və  şlakların  effektli  istifadə 
olunması üsüllarının yaradılması aktual problemlərdən biridir.
Qeyri-üzvi məhsul  istehsal edən kimya sənayesi müəssisələri 
böyük miqdarda təbii  mineral resurs istifadəçiləri, həm də əsa­
sən  litosferin və  ətraf mühitin kütləvi  çirkləndiriciləridir.  Lito­
sferi  çirkləndirən  çox  vacib  texnoloji  proseslərə  əsaslanan  sa­
hələr  bunlardır:  sulfat  turşusu,  kalium  gübrələri,  fosfor turşusu 
və  fosfor  gübrələri  və  s.  Sulfat  turşusunun  alınmasında  çox 
hallarda  xammal  kimi  kükürd  kolçedanmdan  istifadə  olunur. 
Hazırda dünyada kolçedanın yanmasından hər il  18-20 mln ton 
yanma məhsulu almır.  Kimyəvi  gübrələr torpağın məhsuldarlı­
ğını  artırır,  lakin  onlardan  böyük  dozalarda  istifadə  olunması 
torpağın  çirklənməsinə  səbəb  olur.  Torpağa  həddən  artıq  ve­
rilən  fosfat  və  nitratlar  yerüstü  sularla  yuyulub  su  laylarını 
çirkləndirirlər.
Kalium  gübrələrinin  istehsalmda istifadə  oilman  kalium  xlo- 
ridin alınmasında xammal  kimi  mineral  silvinit istifadə olunur. 
KCl-un  silvinitdən  alınması  flotasiya  və  hallogen  hallurgiren- 
siya üsulları ilə  həyata keçirilir.  Bu üsullar temperaturdan asılı 
olaraq suda KC1 və NaCl müxtəlif dərəcədə həll olmasına əsas­
lanır.  Hər  ton  KC1  alman  zaman  əsas  komponent  NaCl  olan 
2.5-3.0 ton hallogen tullantılar əmələ gəlir.
164
Fosfor gübrələrini və yemə edilən əlavələrin istehsalmda ge­
niş  istifadə  olunan  fosfor  turşusunun  alınması  üçün  əsas  iki 
üsuldan  istifadə  olunur:  ekstraktlı  (turşulu)  və  fosforit  filizlə­
rindən  istifadə  olunur.  Yer  qabığında  fosfor  xammalının  təx­
minən 95%-ə qədər fosfor apatit şəklindədir.
Hazırda  elektroeneıji  istehsalının  əsas  hissəsi  kömür,  neft, 
qaz  yanacaqları  kimi  təbii  xammalın  yandırılması,  həmçinin 
hidroelektrik  stansiyalarının və  su anbarlarının tikilməsilə çay­
ların eneıjisindən istifadə olunması həyata keçirilir.  İES-mn is­
tismarı  böyük  miqdarda  üzvi  yanacaq  sərfi,  onun  zənginləş­
dirilməsi,  daşınması,  külli  miqdarda tullantıların  yaranması  ilə 
bağlıdır.  Bunlar ətraf mühitin  çirkləndiricilərinin  əsas mənbəyi 
olmaqla  kül  və  şlam  yığımlarının  tikilməsi  üçün  böyük  torpaq 
sahələrinin  ayrılmasını,  qaz  mənşəli  tullantıların  təmizlənmə­
sini tələb edir.
Hidroelektrik stansiyanın  tikilməsi  su anbarları üçün böyük 
torpaq  sahəsi  tələb  edir.  Bununla  yanaşı  hidroqurğular  yeraltı 
suların  səviyyəsinə  təsir  göstərir,  torpağın  duzlaşmasma  və 
onun məhsuldarlığının azalmasına gətirib çıxarır.
Torpaq  üçün  daha  ciddi  çirkləndiricilər  pestisidlər  və  ra­
dioaktiv  maddələrdir.  Adətən  kənd  təsərrüfatında  pestisidləri 
toz, maye və həb şəklində istifadə olunur. Tozşəkilli pestisidləri 
maşın  və  təyyarələrin  köməyilə,  suspenziya  şəklində,  torpağa 
verilir.  Torpağa  verilən  pestisidlər  uzun  müddət  torpaqda  qala 
bilirlər.  Daha  uzunmüddətli  pestisidlər  üzvi  xlor  birləşmələri­
dir.  Onlar  torpaqda  15  il  müddətinə  qədər  qalırlar.  Uzunmüd­
dətli  olmayan  pestisidlər  ətraf mühitdə 
1 - 1 2  həftə,  orta  daya­
nıqlı pestisidlər  1-18 ay, dayanıqlı  pestisidlər isə iki  ildən artıq 
qala  bilərlər.  Üzvi  fosfor  birləşmələri  adətən  asanlıqla  hid- 
rolizləşir, üzvi xlor birləşmələri isə bioloji təsir nəticəsində vaxt 
getdikcə  yavaş-yavaş  parçalanır.  Beləliklə,  pestisidlər  insan­
ların və heyvanların qida sisteminə düşə bilərlər.
Xoşagəlməz  hadisələrin  qarşısım  almaq  üçün  qida  məh­
sullarında  və  torpaqda  pestisidlərin miqdarını  normallaşdırmaq
165


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə