Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə43/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   96

Torpağın vəziyyətini dəyişdirən antropogen faktorların  və 
dünya torpaq  sahələrinin istifadəsinin təhlili,  yerin canlı  mad­
dələrinin  əsasını,  sürətlə  artan  əhalisinin  ərzaq  məhsullarının 
əsas  mənbəyi  sayılan  torpağın  təhlükə  qarşısında  qaldığını 
göstərir.
Torpağın  deqradasiyası  dünyanın  ən  ciddi,  uzunmüddətli 
ekoloji problemlərindən biri hesab olunur və təəssüf ki, bu  pro­
ses hələ  layiqincə qiymətləndirilmir.  Dünyanın  ən  böyük dörd 
dövləti  sayılan  ABŞ,  Çin,  Hindistan və keçmiş  ittifaq  dövləti 
ərazisində  eroziya  və  şoranlaşma  nəticəsində  itirilən  torpaq­
ların  50%-dən çoxuna sahibdirlər.
Azərbaycanda  suvarma  çox  qədim  tarixə  malikdir.  Qeyd 
etmək lazımdır ki,  respublikamızın quraqlıq rayonlarında kənd 
təsərrüfatı  istehsalını  intensivləşdirmək  üçün  suvarma ən  mü­
hüm  tədbir  sayılır.  Suvarmanın düzgün aparılmaması  torpaq­
da  müəyyən pozulmalar yarada bilər.  Ona  görə də suvarmanın 
formaları və  yaxud  yeni  drenaj  sisteminin yaradılması  torpaq­
ların mühafizə  olunmasında da mühüm şərtdir.
Torpağın  deqradasiyası  prosesində  səhralaşma da  özünə­
məxsus  əhəmiyyət kəsb edir.  Səhralaşma dedikdə Yerin bioloji 
potensialının  azalması  və  ya  məhv  edilməsi,  antropogen  fəa­
liyyət və iqlimin dəyişməsi  nəticəsində yerüstü  ekosistemlərin 
tükənməsi  nəzərdə tutulur.  BMT ekspertləri  səhralaşma prose­
sini  və  onun yayılmasını  ekoloji  situasiyanın  pisləşməsi  kimi 
qiymətləndirir,  qeyd  edirlər  ki,  bu  proses  nəticəsində  yarım- 
quraq  ərazilərin məhsuldarlığı  səhra səviyyəsinə  kimi  enir.  Ha­
zırda  səhralaşmanın  arealı  çox  sürətlə  genişlənir:  bir  dəqiqə 
ərzində 
2 0 ha münbit torpaq  sahəsi  səhraya çevrilir,  il  ərzində 
bu  rəqəm 
  mln.  hektara  çatır.  Antropogen  səhralar  plane­
timizin 6,7%-ni tutur.
Azərbaycanda da  səhralaşma prosesi  əsasən  dağətəyi,  dü­
zənlik və ovalıq  ərazilərdə təbii,  xüsusən antropogen amillərin 
təsiri  nəticəsində  baş verir.  Səhralaşma prosesi  Kür-Araz  ova­
lığı  üçün  daha  səciyyəvidir.  Bu proses  Şirvan  düzündə  daha
170
güclü gedir.  Bunun əsas  səbəbi ərazinin  ekoloji  şəraiti (relyefi, 
bitki  örtüyü,  torpağı)  və  antropogen  amillərin  müxtəlifliyi  ilə 
əlaqədardır.  Baş  Şirvan  Kollektoru  (BŞK)  Türyançaydan  baş­
layaraq  Hacıqabul  gölünə  qədər  Kür  çayının  qədim  yatağı 
olan  Qarasu  sahəsində  inşa  edilmişdir.  Kollektorlar  ərazinin 
aşağı  hissəsində  inşa edilmiş  və BŞK-na birləşdirilmişdir.  Me­
liorasiya  və  suvarma  işləri  nəticəsində  ərazinin  təbii  landşaftı 
antropogen  landşaftla  əvəz  olunmuşdur.  Ovalıqda  meyillik  az 
olduğundan,  qrunt suları  səthə yaxın yerləşdiyindən təkrar şor­
laşma  və bataqlaşma prosesi baş vermişdir.
Təbiətdə  pozulmuş  torpaqların,  ərazilərin  bərpası  rekul­
tivasiya prosesinin  irəli  sürülməsini  tələb edir.  Dünyanın  hər 
yerində  olduğu  kimi  Azərbaycanda da dağ-mədən  sənayesinin 
fəaliyyəti,  xüsusən  faydalı  qazıntıların  açıq  üsulla  istehsalı 
nəticəsində yer qabığının  üst qatlarında  dərin dəyişikliklər baş 
verir,  bütün  biogeosenotik  əlaqələr pozulur.  Sənaye tərəfindən 
pozulmuş  ərazilərdə nisbətən qısa bir vaxtda insan  tələbatını 
təmin edən yeni  məhsuldar və davamlı təbii  ərazi kompleksləri 
yaratmaq  üçün  insanın  aktiv və  məqsədyönlü  iş  görməsi  la­
zım gəlir.
Torpağın  rekultivasiyası  praktiki,  xüsusən  nəzəri  ba­
xımdan  nisəbətən  yeni  istiqamət  sayılır.  Rekultivasiya  termini 
faydalı  qazıntılarla  açıq  üsulla  istehsalın  inkişafı  ilə  əlaqədar 
geniş  yayılmışdır.  Pozulmuş  landşaftın  rekutivasiyasınm  isti­
qaməti  və metodları  xarakterindən,  regionun  inkişaf  vəziyyəti 
və  perspektivindən,  rekultivasiyanın  xüsusiyyətindən  asılıdır. 
Odur  ki,  müxtəlif ölkələrdə,  hətta  bir ölkənin  rayonlarında  re­
kultivasiya  işləri  oranın  spesifik  xüsusiyyətlərinə  uyğun  apa­
rılmalıdır.
Torpaqların  rekultivasiyası  adətən  bir  neçə  ardıcıl  mər­
hələdə həyata keçirilir:
1.  Hazırlıq  mərhələsi  -   pozulmuş  ərazinin  müayinəsi  və 
tiplərə ayrılması, texniki -   işçi layihələrinin tərtibi.
171


2.  Ərazinin müxtəlif məqsədli  istifadə  üçün dağ -  texniki 
və  ya mühəndisi hazırlanması -  texniki və ya dağ -  texniki re­
kultivasiyası.
3.  Bioloji  rekultivasiya  və  rekultivasiya  olunan  ərazinin 
məqsədyönlü istifadəsinə keçid.
Dünyada kənd təsərrüfh torpaqlarının azalması ilə əlaqədar 
açıq  üsulla  pozulmuş  ərazilərin  kənd  təsərrüfatı  məqsədləri 
üçün  rekultivasiyası  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  iş  yerinə 
yetirilərkən  öncə  sahə  hamarlanır,  üzəri  0,5  -   1,0  m  münbit 
torpaq  qatı  ilə  örtülür,  su  rejimi  nizamlanır,  çoxlu  miqdarda 
gübrə verilir, növbəli bitkilər  əkilir və yaxşı nəticə almır.
Faydalı  qazıntıların  yeraltı  üsulla  çıxarılması  da  əsasən 
yer  səthinin çökməsi  və  ərazinin  qeyri-filiz laylan  ilə  çirklən­
məsi  şəklində  pozulur.  Bu  zaman  səthin  çökməsi  dərinliyə 
görə müxtəlif  ola bildiyindən,  onların bərpa  içləri də müxtəlif 
olur,  (idman  qurğuları  tikilir,  su  hövzələri,  parklar,  yaşayış  və 
sənaye tikintiləri yaşıllıq zolaqları salınır və s.).
Neft mədənlərinin tikilməsi və istismarı, neftin və duzlu 
lay  sularının  ətrafa axıdılması  tez bir vaxtda torpağın deqrada­
siyasına səbəb  olaraq  ətraf mühitə  güclü təsir  göstərir.  Hazırda 
neftlə  çirklənmiş  torpaqlann  istifadəsi  üçün  adi  rekultivasiya 
tədbirləri  tətbiq  olunur:  çirklənmiş  sahə  torpaqla  örtülür,  neft 
yandırılır,  neftlə  çirklənmiş torpaq kürünüb atılır.  Rekultivasi­
yanın  mexaniki  və  fiziki  metodları  neft  və  neft  məhsullarını 
torpaqdan tam kənarlaşdırmağa qabil deyildir.
Aqrotexniki  üsulların köməyi  ilə neftlə  çirklənmiş torpağın 
öz-özünü  təmizləməsi  prosesini  gücləndirmək  olar,  bu  zaman 
təbii  mikrobiosenoza  daxil  olan  karbohidrogen  oksidləşdirici 
mikroorqanizmlərin potensial katabolik aktivliyi yüksəlir. Neft­
lə çirklənmiş torpaqlarda şaxəli  kök sisteminə  malik olan yon­
canın  və  digər  paxlalı  bitkilərin  səpilməsi  karbohidrogenlərin 
parçalanmasının sürətlənməsinə səbəb olur.
Respublikamızda məhz torpağın  çirklənməsi əsasən  dağ- 
mədən və neft sənayesi tərəfindən baş verir. Ümumiyyətlə, xalq
172
təsərrüfatı kompleksində əmələ  gələn bütün tullantıların 70%-i 
iqtisadiyyatın  mineral  xammal  sektorunun payına düşür.  Tul­
lantıların  zərərsizləşdirilməsi  və  onlardan  istifadə  olunması 
həm  ekoloji,  həm  də  iqtisadi  cəhətdən  çox  sərfəlidir.  Belə 
vəziyyətdən çıxış yolunu mütəxəssislər tullantısız və aztullantılı 
istehsalların yaradılmasında görürlər.  Bu cür  çoxprofilli müəs­
sisələr hazırda fəaliyyət  göstərməkdədir.  Sübut olunmuşdur ki, 
tullantılardan  istifadə  olunma xərci,  yeni  xammalın  əldə  edil­
məsi xərcindən 2-3 dəfə azdır.
İnsan  bərk  məişət  tullantıları  (BMT)  yaratmadan  yaşaya 
bilməz.  BMT-nin  miqdarı  müxtəlif  səbəblərlə  səciyyələnir. 
Belə  tullantılar  həm  xüsusi  müəyyənləşdirilmiş  yerlərdə,  həm 
də  icazə  verilmiş  qeyri-mütəşəkkil  sahələrdə  (zibilxanalarda) 
toplanır.  Hazırda  BMT  poliqonlara  daşınır  ki,  orada  torpaqda 
anbarlaşdırılır, sonra minerallaşdırılır.  BMT-in zərərsizləşdiril­
məsi onların  yandırılması metodu ilə də həyata keçirlir.
Dünyada  zibilin  yandırılmasından  alınan  bərk  qalıqların 
istifadəsi  üçün  çoxlu  texnologiyalar  işlənib  hazırlanmışdır. 
Məsələn,  Amerikada bərk  tullantılardan divar bloklar,  Yaponi­
yada  isə  alınan  şlaklardan  yol  örtüyü  kimi  istifadə edilir.  Bir 
çox  ölkələrdə  zibil  yandıran  zavodlar tikilmir,  onlar qiymətli 
kompleks  xammal kimi emal edilir.
Ümumiyyətlə, torpaqlann qiymətləndirilməsi müasir tələ­
bata tam cavab  verməməsi üzündən təbii şəraitdən, məhsuldar­
lığından,  ixtisaslaşma  təmayülündən asılı olmayaraq, istər icti­
mai,  istərsə də özəl təsərrüfatlarda sənaye xammalı əldə etmək, 
yollar,  kanallar, qaz, su kəmərləri  çəkməklə,  şəhərləri və kənd­
ləri  inkişaf etdirməklə,  elektrik  stansiyaları,  su  ambarları  tik­
məklə,  yerin  təkindən  faydalı  qazıntı  xammalı  çıxarmaqla  tor­
paqlara və bütövlükdə ətraf mühitə təsir  dairəsi genişlənir.  Hər 
kəsin torpağa münasibəti özünəməxsus səciyyələndiyi kimi, hər 
kəsin də onu qorumaq borcudur.
173


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə