Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə45/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   96

Küləyin  gücü  və  istiqaməti  meteoroloji  tədqiqatlar  nəti­
cəsində toplanan çoxillik materiallar əsasında qurulan qrafik və 
cədvəllərdən  götürülür.  Çoxillik  materiallar  əsasında  əldə  olu­
nan məlumatlar həmin rayon  üçün  sabit hesab  olunur.  Küləyin 
istiqaməti  üzrə  qurulmuş  qrafik  onun  formasına  görə  “külək 
gülü” adlandırılır.
Şəhərlərin  böyüməsi,  şəhər  əhalisinin  xüsusi  çəkisinin  art­
ması, şəhər həyat tərzinin və şəhərlərin rolunun artması urbani­
zasiya adlanır.  Ölkənin  urbanizasiya səviyyəsi  şəhər əhalisinin 
xüsusi  çəkisi  ilə  ölçülür.  Urbanizasiya  prosesində  şəhərlərin 
əhalisi  daha sürətlə  artır,  əhali  və  təsərrüfat  iri  şəhərlərdə  top­
lanır, şəhərlərin ərazisi genişlənir. İri şəhərlərdə yüksək ixtisaslı 
kadrlar  kifayət  qədərdir,  əhalinin  yaşayışı  üçün  daha  əlverişli 
şərait  vardır.  Ona  görə  də  təsərrüfat  obyektlərinin  əsas  hissəsi 
bu məntəqələrdə cəmlənmişdir.  1950-ci ildə dünyada şəhər əha­
lisi  28,9%,  1970-ci  ildə  37%  olmuşdur.  1990-ci  ildə  bu  gös­
tərici  45%-ə, 2011-ci  ildə 47,2%-ə  çatmışdır.  Yer  üzərində  hər 
il  şəhər  əhalisi  50 mln nəfər  və  ya 2,6%  artır.  80-ci  illərin axı­
rında əhalisinin sayı 
1 0 0  min nəfərdən  çox  olan  şəhərdə dünya 
əhalisinin 30%-i yaşamışdır.  Həmin dövrdə bu qrupa daxil olan 
şəhərlərin  sayı 2,5  mindən çox  olmuşdur,  30  şəhərin əhalisi  isə 
5 mln nəfəri ötmüşdür.
Şəhərlər  və  ona  yaxın  ərazilər  böyük  antropogen  təz­
yiqlərə məruz qalır.  Şəhərlərdə olan çoxsaylı yüksək konsen­
trasiyalı  toksik maddələrin  mövcudluğu  qarşıya cəmiyyət və 
mühit  arasında  qarşılıqlı  təsirin  optimallaşdırılması  prob­
lemini qoyur.  Ətraf mühitdə yüksək  miqdarda  olan  kimyəvi 
maddələrin  insan  orqanizmində  toplanması  müəyyən 
edilmişdir.  Bu maddələr  bədənin bütün  orqanizmlərinə  təsir 
edir.  Burada  xüsusilə  artım  prosesinin  pozulmasına  gətirib 
çıxaran embriotoksik, mutagen effektlərini göstərmək olar.
Havada  olan  kimyəvi  elementlərin  tədqiqi  vasitəsilə 
şəhərin geokimyəvi strukturu öz təsdiqini tapır.
178
Şəhər  əhatəsinin  geokimyəvi  strukturu  ilə  orada  ya­
şayan  əhalinin  sağlamlığının  vəziyyəti  arasında  mühüm  bir 
əlaqə mövcuddur.
Geokimyəvi  anomaliya  epimərkəzi  olan  sənaye 
şəhərlərində  işləyən  işçilərdə  biokonsentrasiyanın  miqdarı 
bilavasitə kimyəvi maddə ilə kontaktda olan işçilərdəkindən 
2-3  dəfə  az  olduğu  halda,  şəhər  gulluqçularmdakından  2-3 
dəfə yüksək olur.
Geokimyəvi  çirkləndirmə  zonasında,  həmçinin  uşaq 
xəstəliklərinin yüksək  olduğu  aşkar  edilmişdir.  Çirkli şəhər­
lərdə  xəstələnmə  halları  «təmiz  rayonlara  nisbətən  40-60% 
artıq olur.
Şəhərlər  indiki  dövrdə  qruplar  halında  yerləşərək  aqlo­
merasiya və ya konurbasiya əmələ gətirir. Aqlomerasiya bir və 
ya  yaxın bir neçə  məzkəzi  şəhərin ətrafında kiçik şəhərlərin  və 
qəsəbələrin yerləşməsidir.  Dünyanın bəzi ölkələrində sənayenin 
yüksək  inkişafı  və  əhalinin  kiçik  ərazidə  həddən  artıq  toplan­
ması  nəticəsində  bir-birinə  yaxın  yerləşən aqlomerasiyalar bir­
ləşir, nəticədə meqapolislər əmələ gəlir.  Yer üzərində artıq aşa­
ğıdakı meqapolislər formalaşmışdır (cədvəl  14).
Cədvəl  14
Dünyanin iri meqalopolisləri
M e q a l o p o l is l a r
A q l o m e r a -  
s i y a la r i n  
s a y  i
Ə h a lis i
m ln
n ə f ə r
S a h ə s i
m ln
k v .k m
Ə h a lin in
s ıx lığ ı,
n ə f /k v .k m
Ə s a s   o x  
ü z r ə  
u z - ğ u , 
k m
B o s - V a ş   ( B o s to n -  
V a ş i n q t o n )
4 0
4 5
1 0 0
4 5 0
8 0 0
Ç i - P i t s   ( Ç i k a q o -  
P its b u r q )
3 5
35
1 6 0
2 2 0
9 0 0
S a n -s a n (S a n -[-’ra n -
s i s k o - S a n - D i y e q o )
15
18
1 0 0
1 8 0
8 0 0
T o k a y d o ( T o k i o -
O s a k a )
2 0
5 5
7 0
8 0 0
7 0 0
179


İ n g iltə r ə ( lo n d o r)
L iv e r - p u l)
3 0
3 0
6 0
5 0 0
4 0 0
R e y n ( R a n d s t a n d -
R e y n - R u r - R e y n -
M a y n )
3 0
3 0
6 0
5 0 0
5 0 0
ABŞ-m  şərqində  yerləşən  Atlantiksahili  meqalopolisə  (və 
ya Bos-Vaş) Boston,  Vaşinqton,  Filadelfıya,  Baltimor və  Nyu- 
York  şəhərləri  daxildir.  Ölkə  əhalisinin  1/5-i  Bos-Vaş  meqa- 
lopolisində yaşayır.
ABŞ-da böyük  göllərin  sahillərində  Göllərətrafı  (və  ya  Çi- 
Pits)  meqalopolisi  formalaşmışdır.  Burada  Çikaqo.  Pitsburq, 
Klivlend və Detroyt kimi iri şəhərlər yerləşir.
Ölkənin qərbində sahil boyu Sakit okean sahili  meqalopolis 
(San-San) ayrılır.  San-Fransisko, San-Dieqo,  San-Xose və Los- 
Anceles burada yerləşən əsas şəhərlərdir.
Avrasiyada  üç  meqalopolis  əmələ  gəlmişdir.  Onlar  Yapo­
niyada olan Tokaydo meqalopolisi, Böyük  Britaniyada yerləşən 
London  və  AFR-dəki  Reynsahili  meqalopolislərdir.  Son  iki 
meqalopolisin hər birində 30 mln nəfər əhali yaşayır.
Yrbanizasiyanin səviyyəsinə görə dünya ölkələri  üç qrupa 
bölünür.  Urbanizasiya  səviyyəsi  yüksək  olan  ölkələrdə  şəhər 
əhalisi  ümumi  əhalinin  50%-dən  çoxdur.  İEÖ-də  urbani- 
zasiyanin səviyyəsi orta hesabla 73%-dir.  Orta urbanizasiya sə­
viyyəsinə  malik  olan  ölkələrdə  şəhər  əhalisi  ümumi  əhalinin 
20-50% arasında dəyişir.
İEOÖ-də  onun  sayı  orta  hesabla  34%-dir.  Urbanizasiya 
səviyyəsinin  aşağı  olduğu  ölkələrdə  şəhər  əhalisi  ümumi  əha­
linin  20%-dən  az  olur.  Bu  qrupa  daxil  olan  dünyanın  nisbətən 
zəif inkişaf etmiş ölkələrdir. Bunlar əsasən Afrikada yerləşir.
İEOÖ-də  şəhərlər  ərazi  cəhətdən  sürətlə böyüyür.  Bu  za­
man  şəhər  əhalisinin  sayı  onun  sosial-iqtisadi  inkişafına  nis­
bətən daha yüksək templə artır,  şəhərlərin ətrafında yoxsulların 
məhəllələri  yaranır.  Buna yalançı  urbanizasiya deyilir.  Yalançı 
urbanizasiyanın  əsas  əlamətlərindən  biri  də  şəhər  əhalisinin 
xüsusi  çəkisinin  istehsal  və  qeyri-istehsal  sahələrində  çalışan
180
iqtisadi  cəhətdən  fəal  əhalinin  xüsusi  çəkisindən  həddən  artıq 
çox olmasıdır.
Son  50 ildə şəhər əhalisinin belə intensiv sürətdə artması 
müasir  dövrdə  ən  ciddi  proses  olub,  təbii  ekosistemdə  (mə­
sələn,  iqlim  dəyişməsi,  ərzaq,  su,  enerji)  və  s.  problemlərin 
kəskin  artmasına  səbəb  olmuşdur.  Bu  problemlər  Azər­
baycandan da yan keçməmişdir.
Son  100  ildə  Azərbaycanın  əhalisi  İmin  850  nəfərdən 
2012-ci  ildə  9  mln  239  minə,  qədər  artmışdır.  Əhalinin 
54,1% şəhərlərdə yaşayır.
Cədvəl  15
Azərbaycan Respublikasında şəhər və kənd 
əhalisinin sayı (min nəfər)
illər
əhalinin
sayı
Şəhər
əhalisi
Kənd
əhalisi
Əhalinin ümumi sayından 
%-lə
şəhər
kənd
2000
8  032,8
4  116,4
3  916,4
51,2
48,8
2005
8  447,8
4  477,6
3  969,7
52,6
47,2
2010
8  997,4
4  739123
4  183324
53,4
45,9
2012
9 239
4  8666
4  1308
54,1
46,0
Azərbaycan  Respublikasında  yürüdülən  ekoloji  siya­
sətin  əsas məqsədi  indiki  və gələcək  nəsillərin  ehtiyaclarının 
təmin edilməsi  naminə  mövcud ekoloji sistemlərin,  iqdisadi, 
əmək  potensialının  qorunması  və  təbii  ehtiyatlardan  sə­
mərəli  istifadə  edilməsi  ilə  davamlı  inkişafın  təmin  edil­
məsindən ibarətdir.
Ekoloji  siyasətin  prioritet  istiqamətlərindən  biri  də 
zəngin  təbii  və  əmək  ehtiyatlan  olan  Azərbaycanda  insan 
potensialından  düzgün  istifadə  edərək  əhalinin  sağlamlığını 
təmin  edən ekoloji mühit yaratmaqdır.
Lakin sənaye və  kənd  təsərrüfatının inkişafı təmin edi­
lərkən,  ekoloji  amillərin  nəzərə  alınması  ilə  əlaqədar,  öl­
kənin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin  bir
181


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə