Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə47/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   96

Bütün  smoqlar  günəş  radiasiyasinin,  xüsusilə  də  ultrabə­
növşəyi  şüalarin  yer səthinə  düşməsinə  mane olur.  Onlar da öz 
növbəsində, bəzi zərərli maddələrin (benzopiren, karbohidrogen 
birləşmələri və s.) zərərsizləşməsi prosesini zəiflədir.
Qeyd  etmək  lazımdır  ki,  əksər  hallarda  istehsalın  azal­
dılması mütənasib olaraq ətrafa texnogen təsirin azalmasına sə­
bəb  olmur.  Bu  onunla izah  edilir  ki,  istehsalçılar çox  hallarda 
təbiətin  mühafizəsi  tədbirlərinin  və  təmizləyici  qurğuların  isti­
fadəsini məhdudlaşdırırlar.
Zərərli  maddələrin  atmosferə  atılmasının  başlıca  səbəb­
lərindən  biri  də  köhnəlmiş  və  ekoloji  cəhətdən  təhlükəli  olan 
texnologiya və avadanlıqlardan  istifadədir. Qaztəmizləyici  qur­
ğuların  tətbiq  edilməməsi  və  yaxud  effektiv  olmaması  şəhər 
havasını çirkləndirən əsas səbəblərdən biridir.
Sənaye tullantı  suları  vasitəsilə şəhərətrafı  təbii  su mən­
bələrinin çirkləndirilməsi baş verir.  Tullantı suları küçə və mey­
danlara  çökmüş  sənaye  və  nəqliyyat  vasitələrinin  tullantılarını 
yığaraq  su  hövzələrinə  aparır.  Şəhərlərdə  mövcud  olan kanali­
zasiya vasitələri əksər hallarda bu növ tullantıların təmizlənmə­
sini təmin edə bilmir. Şəhərlərdə yaranmış belə ekoloji vəziyyət 
əhalinin  sağlamlığının  pisləşməsinə  səbəb  olur.  Ekoloji  vəziy­
yətin pisləşməsi yaşli  adamlarda qan-damar, nəfəs yolları, böy­
rək xəstəliklərinin  artmasına səbəb olur,  onkoloji  xəstəlik  nəti­
cəsində  ölüm  hallarının  artması  baş  verir.  Ətraf mühitə  zərərli 
fiziki  təsir  göstərən  amillərdən  biri  də  səs-küydür.  Son  dövrlər 
şəhər  zonalarında  on  milyonlarla  insan  səs-küydən  əziyyət 
çəkir.
Normal  insan  16 hs-dən 20000  hs-ə qədər tezliyə  malik 
olan  səs  dalğalarını  qavrayır.  16  hs-ə  qədər  olan  səs  dalğaları 
infrasəslər, 
2 0 0 0 0 hs-dən çox  tezliyə malik  olan  dalğaları  ultra 
səslər  adlandırılır.  İnfra  və  ultra  səs  dalğaları  adi  səs  kimi 
eşidilmir. Bu dalğalar insan orqanizminə ehtisaz və titrəyiş kimi 
təsir  edir.  Səs-küyün  insan  orqanizminə  təsiri  onun  xarakte­
rindən,  səviyyəsindən,  təsiretmə müddətindən  və  insanin  fərdi
186
xüsusiyyətindən  asılıdır.  Bu  təsir  mürəkkəb  fizioloji  proses 
olub,  insan  orqanizmində  müxtəlif xroniki  xəstəliklərin  əmələ 
gəlməsinə  səbəb  ola  bilər.  Mərkəzi  əsəb  sisteminin,  karlığın, 
ürək-damar, mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində və 
qanda  şəkərin  artmasinda  səs-küyün  rolu  aktiv  qeyd  olunur. 
Səs-küy nisbətən çox olduqda insanin əsəb sistemini  gərginləş­
dirir, ona psixoloji təsir göstərir.
Qeyd etmək  lazımdır ki,  səs səviyyəsi  70  db yüksək ol­
duqda  səs-küy  insana  müəyyən  fizioloji  təsir  göstərərək  orqa­
nizmdə müəyyən mənfi  dəyişikliklərə  səbəb olur.  85-90  db  sə­
viyyəsində olan  səs-küy,  ilk növbədə, insanın eşitmə orqanının 
həssaslığının  azalmasına  səbəb  olur. 
1 1 0 - 1 2 0 db  səs  səviyyəsi 
onun  ağrı  astanası  adlandırılır  və  eşitmə  orqanlarına  dağıdıcı 
təsir  edir.  Müəyyən  edilmişdir  ki,  180-190  db  səs  pərçim  və 
qaymaq birləşməsini dağıtmaq qabiliyyətinə malikdir.
Səs-küyün  əsas  yaranma  mənbəyi  nəqliyyat  (avtomobil, 
dəmiryol  və  hava  nəqliyyatı)  və  sənaye  müəssisələridir.  Ətraf 
mühitə  ən  çox  səs-küy  avtomobil  nəqliyatı  vasitəsilə  edilir 
(ümumi səs-küyün 80 %-i).
Aveasiya  nəqliyyatı  tərəfindən  yaradılan  səs-küydən  mil­
yonlarla insan əziyyət çəkir.  Müəyyən edilmişdir  ki,“il-76”  və 
“il-
8 6”  təyyarələrinin  havaya  qalxması  zamanı  aeroportdan  1 0 
km  məsafədə  səs-küyün  səviyyəsi  75  db-ə  çatir.  İri  sənaye  şə­
hərlərində səs-küy kəskin ekoloji problemlərdən biri hesab olu­
nur. Tədqiqatlar göstərir ki, Qərbi avropa əhalisinin yandan çox 
hissəsi  səviyyəsi  55-70  db  olan  səs-küy  rayonunda  yaşayırlar. 
Uzunmüddətli  səs-küyün  təsiri  insan  ömrünün  qısalmasına 
səbəb olur.
Məlumdur  ki,  elektromaqnit  şüalari  insan  orqanizminə 
mənfi  təsir göstərir.  Yapon  alimləri  müəyyən  etmişlər ki,  radio 
və televiziya verici  antenalar əhatəsində  yaşayan əhalidə gözün 
mirvari  suyu xəstəliyi  geniş yayılmışdır. Odur ki,  göstərilən sa­
hələrdə  şəhər  əhalisinin  yerləşdirilməsi  sanitar  norması  hüdu­
dunda olmalıdır.
187


Şəhərlərdə ekoloji təhlükəsizliyin təminatı  və ətraf aləmin 
mühafizəsinin  təşkili  üçün  respublikanin  regional  siyasəti  aşa­
ğıdakı istiqamətlərdən ibarət olmalıdır:
-  istehsalatın hər hansi bir sahədə  yerləşdirilməsinin  eko­
loji baxımdan əsaslandırılması;
-  sənaye,  kənd təsərrüfati,  energetika,  nəqliyyat,  kommu­
nal təsərrüfat sahələrinin inkişaf etdirilməsi və genişləndirilmə­
sində ekoloji təhlükəsizliyin gözlənilməsi;
- təbii ehtiyatlardan səmərəli istifadə;
-  fövqəladə halların  yaranmasının  xəbərdarlığı  və  onların 
ləğvi ilə əlaqədar tədbirlərin hazırlanması;
-  ərazi problemlərinin həlli zamanı ekosistemin təbii  inki­
şafının təmini və nadir təbii komplekslərin bərpası;
- ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahələrinin 
idarə edilməsinin təkmilləşdirilməsi.
Dünya  əhalisinin  sürətli  artımı  şəraitində  maddi  ne­
mətlərin istehsalı cəhətdən dünya əhalisinin xeyli hissəsi kor­
luq  çəkir.  Mütəxəssislərin  fikrincə  dünya  ərzaq  çatışmaz­
lığını  və  aclıq  probleminin  aradan  qaldırılması  üçün  ərzaq 
məhsullarının  istehsalını  əvvəlki  illərə  nisbətən  4-5  dəfə  ar­
tırmaq lazımdır.  Bu  tədbirlərin həyata  keçirilməsi üçün  tor­
paqların  becərilməsində  aqrotexnikanın  son  naliyyətlərin- 
dən  geniş  istifadə, ziyanvericilərə qarşı  mübarizəni  genişlən­
dirmək,  təbii  və  süni  məhsuldarlığı  artırmaq  və  son  illərdə 
dünya  ölkələri  iqtisadi  məhsuldarlığın  artırılmasını  qarşıya 
qoyurlar.
Ərzaq  probleminin  həllində  aqrar  sektorun 
davamlı 
inkişafı və kənd təsərrüfatının bütün  tədbirlərinin ekologiya- 
laşması  prinsipi  həyata  keçirilməlidir.  Buraya  torpaqların 
eroziyaya qarşı mübarizəsi,  üzvü kübrələrin  istifadəsi,  aqro- 
meşə  meliorasiya,  mədəni-texniki  meliorasiya,  futomeliora- 
siya turş torpaqların əhənglənməsi,  torpağa texniki təsirlərin 
azaldılması,  torpaqqoruyucu  texnologiyalara dair və bioloji 
metodlardan geniş istifadə olunması nəzərdə tutulmuşdur.
188
Hal-hazırda  üzvü  kənd  təsərrüfatı  dünyanın  100 
ölkəsindən çoxunda inkişaf edir.  24 mln ha-dan çox  torpaq­
larda  ekoloji  cəhətdən  təmiz  kənd  təsərrüfatı  məhsulları 
istehsal edilir. Məsələn,  qitələr üzrə bu istehsal: Avstraliyada 
42%,  Avropada  23%,  Latın  Amerikasında  24%,  Şimali 
Amerikada  6%,  Asiyada  4%  və  Afrikada  1%  təşkil  edir. 
Müasir dövr  dünyanın  iri  regionlarının  əhalisinin  artımı  ilə 
əlaqəli,  onların  antropogen  fəaliyyətlərinin  güclənməsi  və 
nəticədə  torpaq  təminatının  dinamikasının  dəyişməsinə  gə­
tirib çıxartmışdır.
Son  20-il ərzində  adambaşına becərilən  torpaq sahə­
ləri 0,40 ha-dan 0,24 ha, Asiyada isə 2009-cu  ilin göstəricilə­
rində 0,10-ha qədər azalmışdır.
Genetik  modifikasiya olunmuş  -  transgen  bitki  növ­
lərinin  təbiətdəki  analoqlarından  fərqli  olaraq  insanların  is­
təyinə  uyğun  olaraq  yaradılmış  bir  sıra  üstünlükləri,  bu 
növlərin  təsərrüfatda  sürətlə  və  geniş  tətbiq  edilməsi  üçün 
şərait yaratmışdır.
Genetik modifikasiya olunmuş bitki növləri təbii yol­
la  əldə edilmiş  növlə  olaraq  aşağıdakı  xüsusiyyətlərə  malik­
dir:
1. Yüksək və stabil məhsuldarlıq.
2. İl ərzində bir neçə dəfə məhsul vermək.
3.  Ziyanvericilərə  qarşı  yüksək  davamlılığa  malik
olmaq.
4.  Daha yüksək  və  aşağı temperaturlu hava  şəraitinə 
davamlı olmaq və s.
Bundan  başqa  bu  növlərin  istehsalında  qeyri-üzvi 
gübrələrin, pestisidlərin və digər zəhərli maddələrin tətbiqinə 
ehtiyacın  azalması  ətraf mühitin  bu  maddələrlə  çirklənmə­
sinin  qarşısının  alınmasında  mühüm  rol  oynayır.  Onların 
tərkibində  kimyəvi  maddələr  toplanır.  Tərkiblərində  top­
lanmış  bəzi  herbisitləri  parçalamaq  qabiliyyətinə  (xüsusi 
fermentlərə malik olmaları ilə əlaqədar) malikdir.
189


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə