Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə55/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   96

Təbii  şəraitdə  əmələ  gələn və  cəmiyyətin  müxtəlif tələb­
lərini  təmin  etməyə  lazım  olan  mineral  və  süxurlara faydalı 
qazıntı  deyilir.  Təbiətdə  faydalı  qzıntılara  bərk  (kömür,  filiz, 
qeyri-filiz, qiymətli daşlar və s.), maye (neft, su) və qaz halında 
(təbii  qaz  və  səmt  qazı)  təsadüf  edilir.  Faydalı  qazıntılardan 
təbii halda  və ya müəyyən emaldan sonra istifadə edilir.
Faydalı  qazıntını  örtən  və  onun  daxilində  qat  və  damar 
şəklində olan süxurlara boş süxur deyilir.  Faydalı qazıntı  və ya 
boş  süxur anlayışı  nisbidir.  Belə ki,  ayrı-ayrı  hallarda  eyni  bir 
süxur faydalı qazıntı və ya boş  süxur ola bilər.  Məsələn,  dəmir 
filizini  çıxarmaq məqsədilə aparılan  mədən qazmasında əhəng- 
daşları olarsa, buna boş süxur deyilir.  Xüsusi məqsəd, məsələn, 
tikinti  üçün əhəngdaşı çıxarılarsa, onda o, faydalı  qazıntı  hesab 
olunur.
Yer təbəqəsinin bu və ya digər hissəsində təbii  halda top­
lanmış  faydalı  qazıntıya  faydalı  qazıntı  yatağı  deyilir.  Yer 
qatlarındakı  mineral  xammalın  miqdarına  isə  onun  ehtiyatı 
deyilir.  Mineral xammalın keyfiyyəti onun tərkibində olan fay­
dalı  komponentlərin  miqdarı  ilə  müəyyən  edilir.  Bəzi  faydalı 
komponentlərlə  yanaşı  mineral  xammalda  iştirak  edən  zərərli 
komponentlərin  də  miqdarını  müəyyən  etmək  lazım  gəlir. 
Zərərli  komponentlər  filizlərin  zənginləşdirilməsinə  və  istifa­
dəsinə  sözsüz  ki,  mənfi  təsir  göstərir  və  ətraf  mühitə  ziyan 
vurur.
Faydalı  qazıntı yatağını  istismar etmək məqsədilə mineral 
xammalın  minimum  ehtiyatını,  faydalı  komponentlərin  və  nə­
hayət,  zərərli  komponentlərin  istismara  xələl  gətirməyən  miq­
darını  müəyyən  etmək  lazımdır.  Bu,  sənaye  kondisiyası  ad­
lanır.  Kondisiya  müvəqqəti  kateqoriyadır.  O,  sənayenin  mine­
ral xammala olan tələbatından, xammal bazasının ölkə  üzrə eh­
tiyatından  və  bu  kimi  səbəblərdən  asılı  olaraq  dəyişə  bilər. 
Kondisiya sənaye üçün əlverişli olan ən kiçik göstəricidir.  Kon­
disiya  göstəricilərinə  əsasən  kəşfiyyat  zamanı  faydalı  qazıntı
218
yataqlarını  sənaye  əhəmiyyətli  və hazırda sənaye  əhəmiyyətli 
olmayan qruplara bölürlər.
Faydalı  qazıntı  yataqlarının  kəşfi,  onların  çıxarılması  və 
zınginləşdirilməsi  ilə  məşğul  olan  sənaye  sahələrinə  mədən 
sənayesi deyilir.
Faydalı qazıntılar sırasında ən başlca yer mineral yanacaq 
ehtiyatlarına  məxsusdur.  Mineral  resurslar  filiz  (metallar)  və 
qeyri-filiz  növlərinə  bölünür.  Qeyri-filizlər  yanacaq,  kimyəvi 
və  tikinti  xammalından  ibarətdir.  Hər  il  mineral  resursların 
istehlakı 5% artır.
Faydalı  qazıntıların  yerləşməsi  geoloji  qanunauyğunluğa 
tabedir.  Yanacaq  faydalı  qazıntılar (neft, təbii  qaz,  kömür,  torf, 
şist),  əsasən  qədim  platformaların  kənar  və  daxili  əyilmələri 
(çökmələri)  sahələrində  cəmlənmişdir  (İran  və  Mesika  kör­
fəzləri, Xəzər hövzəsi, Qərbi  Sibir, Şimali Afrika,  Şimal  dənizi 
və  s.).  Filiz  faydalı  qazıntılar  platformaların  qədim  kristallik 
qalxanlarında  və  geosinklinal  -   orogen  qurşaqlarda,  kimyəvi 
xammallar  (kükürd,  fosforit,  kalium  duzları)  və  tikinti  mate­
rialları müxtəlif tektonik zonalarda geniş yayılmışdır.
Hazırda  faydalı  qazıntı  yataqlarının  axtarışı,  istisman 
dərininə  (ehtiyatları  tükənən  Avropa  ölkələri  və  ABŞ  üçün 
səciyyəvidir) və eninə (RF-nın Asiya hissəsi, Kanadanın şimalı, 
Avstraliya,  Braziliyanın  Amazon  hövzəsi,  əksər  İOÖ)  isti­
qamətində aparılır.
Mineral  yanacaq  ehtiyatları  içərisində  isə  başlıca  yeri 
kömür tutur.  Dünyada kömür ehtiyatı və  istifadəsi  1924-cü  ildə 
yaradılmış  və  hazırda  80-dən  çox  ölkəni  birləşdirən  və  dünya­
nın  enerji  problemi  ilə  məşğul  olan  “Dünya  Energetika  Şurası” 
sessiyalarında müzakirə edilir.
Dünyada  14,8  trln  t  o  cümlədən,  9,4 trln t daş kömür,  5,4 
trln  t  qonur  kömür  ehtiyatı  vardır.  Dünya  kömür  ehtiyatının 
60%-ni  daş  kömür,  40%-ni  qonur kömür təşkil  edir.  Kəşf edil­
miş  ehtiyatlar  ümumi  ehtiyatın  cəmi  8%-nə  qədərdir.  Kömür 
ehtiyatının 90%-dən çoxu Şimal yarımkürəsində cəmlənmişdir.
219


Kömür ehtiyatlarının 54%-i Asiyanın, 28%-i Şimali Ame­
rikanın,  9%-i  Avropanın payına düşür.  Dünya ölkələri  arasında 
daha  çox  kömür  ehtiyatına  malik  MDB,  ABŞ  və  ÇXR-dır. 
Ümumi  ehtiyatın  80%-i  bu  dövlətlərin  ərazisindədir.  İnkişafda 
olan  ölkələrdən  Hindistan,  Latın  Amerikasının  bir  çox  ölkələri 
də  kömür  ehtiyatına  malikdir.  Dünyanın  83  ölkəsində  kömür 
ehtiyatı  kəşf  edilmişdir.  Dünyanın  10  iri  kömür  hövzələrinə 
Tunqus,  Lena,  Kansk-Açinski,  Kuzbas,  Rur,  Appalaç,  Peçora, 
Taymır, Qərb, Donbas aid edilir.
Mineral resurslardan neft və qaz yanacaq  istehsalında xü­
susi  yer  tutur.  Neft  (102  ölkədə)  və  qaz  (85  ölkədə)  ehtiyat­
larının  coğrafi  yerləşməsi  dünya  dövlətlərinin  həmişə  maraq 
dairəsində  olmuşdur.  Kömürdən  fərqli  olaraq  maye  və qaz  ya­
nacağının qiymətində hər il  dəyişikliklər baş verir.  Bu isə bəzi 
ölkələrdə  yanacaq  ehtiyatlarının azalması, bəzilərində isə isteh­
salın  mürəkkəbliyi  ilə  izah  olunur.  Məsələn,  80-ci  illərin 
əvvəllərində  neft  ehtiyatı  95  mlrd t  idisə,  son  illərdə  bu rəqəm 
800 mlrd t-dan çox hesablanmışdır.
Dünyada qaz ehtiyatlarının  kəşfi  1980-1990-cı  illərdə  35 
trln  m3,  son  illərdə  isə  600  trln  m3-ə  çatmışdır.  Yanacaq  ehti­
yatları kəşfinin belə göstəriciləri birinci növbədə yeni yataqlam 
mənimsənilməsi,  ikincisi  isə  ümumi  geoloji  ehtiyatların  kəşf 
olunub artıq istehsal astanasında dayanması ilə izah edilir. Nəti­
cədə məlum olur ki, müasir dünya iqtisadiyyatında neft və qaza 
olan tələbat daha üstündür. Geoloq-alimlər belə hesab edirlər ki
neft  və  qaz  yataqları  77  mln  km2  sahəni,  o  cümlədən  48  mln 
km2 qurunu, 29 mln km2 şelf zonasını əhatə edir.
Çoxsaylı  neft  (50  min)  və  qaz  yataqları  içərisində  daha 
əhəmiyyət kəsb edən nəhəng hövzələrdir. Həmin hövzələrin hər 
birində  neft  ehtiyatı  500  mln  t-a,  hətta  1  mlrd  t-a,  qaz  isə  1 
trln.m3-ə bərabərdir.  Dünyada 50-yə qədər belə iri hövzə vardır. 
Onların  yarıdan  çoxu  Yaxın  Şərq  ölkələrdində  yerləşir.  Dün­
yada nəhəng qaz hövzələri 20-dən çoxdur ki, onlarda da ümumi
ehtiyatın  70%-i  cəmlənmişdir.  Bu  növ  hözələr  əsasən  MDB 
ölkələri üçün də xarakterikdir.
Artıq  isbat  edilmişdir  ki,  dəniz  dibində  olan  neft  ehtiyat­
lan  Yer kürəsindəki  neft  ehtiyatlarının  təxminən  50%-ni  təşkil 
edir.  Dəniz və okeanların dibindən hər il 700 mln t neft çıxarılır, 
bu isə dünyada istehsal edilən neftin təxminən 30%- i qədərdir. 
Dənizin dibindən hər il 300 mlrd m3-dən artıq qaz çıxanlır və s.
Məlumdur ki,  neft yataqlarının kəşfi  və  işlənməsi zamanı 
kimyəvi birləşmələrin  tətbiqi ilə aparılan müxtəlif əməliyyatlar 
dənizi  çirkləndirən  mənbələr  rolunu  oynayır.  Bu  hal  xüsusilə 
quyuların  qazılması  prosesinə  aid  edilir.  Quruda  qazılan  və 
istismar olunan neft quyuları  da torpağı çirkləndirən əsas mən- 
bələrdəndir.  Quyuların  qazılması  zamanı  hər  bir  buruq  sutka 
ərzində  100-120  m3  su  işlədir.  Adətən  quyu  ətrafında  kifayət 
həcmdə  gil,  yağlayıcı  maddələr,  kimyəvi  reagentlər,  qazılmış 
süxurlar və s.  ilə çirklənmiş  su yığnağına rast gəlmək  olur.  Bu 
sular  tullantı  sulan  adlandırılır.  Neft  və  qaz  quyularının  istis­
marı, təmiri, neft və qazın  yığılması və nəqli zamanı ətraf mü­
hitin  çirklənməsi baş verir.  Quyularm  istismarı zamanı hasila­
tın sabit sazlanması  və ya artırılması üçün ardıcıl  olaraq quyu­
larda müxtəlif geoloji texniki tədbirlər həyata keçirilir. Bu əmə- 
liyyatlann  yerinə  yetirilməsi  zamanı  da  ətraf  mühitin  çirk­
lənməsi  baş  verə  bilər.  Qeyd  etmək  lazımdır  ki,  ətraf mühitin 
çirklənməsi  yer üzərinə neftin təbii olaraq öz-özunə axması nə­
ticəsində  də  baş  verir.  Bu  hala  Cənubi  Kaliforniyada,  Karib 
dənizində,  Meksika  və  İran  körfəzlərində,  Azərbaycan  və 
Komidə rast gəlmək olar.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli  və saxlanıl­
ması  zamanı  boru  birləşmələrindən,  siyirtmə  və  kipgəclərdən 
sızma  ətraf mühiti  çirkləndirən  potensial  mənbə  sayılır.  Eləcə 
də neft  və qaz boru  kəmərləri  də ətraf mühitin çirkləndirilməsi 
üçün  təhlükəli  sayılır.  Müəyyən edilib  ki,  kəmərdən  axan  2  t 
neft  1000 m2 torpaq sahəsini əkinə yararsız edir.
220
221


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə