Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə54/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   96

sinin bölmələrinə  gəldikdə  bilavasitə  istehsal  olunan  ehtiyatlar 
qrupuna  -  əhalinin  həyat  vasitələri  kimi  istifadə  etdiyi  şeylər, 
vasitəli istifadə qrupuna isə təbiətin idman, istirahət, müalicə və 
digər məqsədlərlə istifadəsi aiddir.
Məlumdur ki, təbii vasitələr bir neçə məqsəd üçün istifadə 
oluna  bilər.  Məsələn,  su  içmək  üçün,  həmçinin,  hidroenerji 
mənbəyi  kimi,  nəqliyyat  vasitəsi  kimi  də  məişətdə  istifadə 
olunur.  Meşədən  oduncaq  mənbəyi,  istirahət  yeri,  otlaq,  gilə­
meyvə və toxum, dərman bitkiləri toplamaq və digər məqsədlər 
üçün istifadə olunur.  Deməli, təbii ehtiyatlar istifadə  formasına 
görə  iki  qrupa  ayrılır:  1)  ixtisaslaşdırılmış  istifadə  olunan  eh­
tiyatlar, 2) müxtəlif məqsədli istifadə olunan ehtiyatlar.
İxtisaslaşdırılmış  istifadəyə  misal  olaraq  faydalı  qazıntı­
ların çıxarılmasını göstərmək olar.  Məlumdur ki, geoloji xidmət 
müəssisələrinin  əsas  məqsədi  faydalı  qazıntını  çıxarmaqdan 
ibarətdir.  Xammalın  sonrakı  emalı  digər  istehsal  sahələrinin 
işidir.
Müxtəlif  məqsədli  istifadə  kompleks  və  rəqabət  xassəli 
olur.  Kompleks  istifadədə  təbii  ehtiyatlardan  istifadə  edən 
sahələr bir-biri  ilə sıx əlaqədardır, rəqabət istifadədə  isə əksinə, 
müxtəlif sahələrin  əlaqəsi,  demək  olar  ki,  yox  dərəcəsindədir. 
Rəqabət istifadəyə misal olaraq əkin sahələrini göstərmək olar.
Təbiətin  mühüm  amilləri  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  və 
təsirdədir. Hər bir təbii ehtiyatlar növünün mühafizəsinin öz xü­
susiyyəti  və  istifadə  qaydaları  vardır.  Məsələn,  çirkli  hava  kü­
ləklərlə,  su  isə arxlarla böyük əraziyə yayılır və  orada  heyvan, 
bitki, torpaq və s.-yə  mənfi təsir göstərir.
Son  illərdə  təbii  ehtiyatları  üç  əsas  qrupa  bölməyi  məs­
ləhət görürlər:
1.  Bərpa olunan və bərpa olunmayan sərvətlər:
2.  Əmələ gələn və əmələ gəlməyən sərvətlər;
3.  Əvəz edilən və əvəz edilməyən sərvətlər.
Birinci qrupa aid sərvətlər bərpa oluna bilir və ya bərpası 
mümkün  deyildir.  Məsələn,  geoloji  kəşfiyyat  üsullarını  və
214
texnologiyanın təkmilləşdirilməsi sayəsində yeni mineral sərvət 
mənbəyi tapılır və yaxud tapılmır.
İkinci  qrup  sərvətlər  öz-özünə  əmələ  gəlir,  məsələn,  bit­
kilər, çaylarda su, torpaq, mineral sərvətlər.
Üçüncü  qrupa aid  olan  sərvətlər isə əvəz edilə  bilir və ya 
edilə bilmir.  Məsələn,  su-elektrik  stansiyaları,  atom,  külək,  gü­
nəş enerjisi yanacağı əvəz edir.
Beləliklə,  hər  bir  təbii  sərvətin  özünün  xüsusiyyətləri, 
tətbiq sahələri, istifadə və mühafizə qaydaları mövcuddur.
XX əsrin  ortalarından başlayaraq dünya əhalisinin  sürətlə 
atması və istehsalın inkişafı ilə əlaqədar olaraq təbii rsurslardan 
istifadə  olduqca artmışdır.  Ona görə də  insanla ıtraf mühit ara­
sındakı  münasibət,  cəmiyyətlə  təbiətin  bir-birinə  münasibəti 
probleminin düzgün həll olunmasına şərait yaradır.
Bəzən  belə mülahizələr söylənilir ki,  istehsalın  sürətlə  in­
kişafı  istər-istəməz  faydalı  qazıntıların,  məhsuldar  torpaqların, 
meşələrin, şirin su ehtiyatlarının və s. azalmasına gətirib çıxara­
caqdır.  Bununla əlaqədar, xüsusilə Qərb ölkələrində,  “Təbii  re­
sursların  tükənməsi” kimi  nəzəriyyələr meydana gəlmişdir.  Bu 
nəzəriyyənin  ilk  yaradıcılarından  biri,  ingilis  alimi  T.Maltus 
olmuşdur. Bu nəzəriyyəyə görə, insanların artımı həndəsi silsilə 
ilə  inkişaf edir,  qida  məhsullarının  artması  isə  ədəbi  silsilə  ilə 
davam edir.  Bunun nəticəsində də Dünya fəlakəti  baş verə bilər 
-  aclıq,  müharibələr,  inqilablar,  xəstəliklər  və  s.  Belə  çıxır ki, 
nəinki  insanların  artımı,  hətta  təbii  ehtiyatlarların  guya  tükən­
məsi  üzündən  istehsal  da  dayandırılmalıdır.  Bununla  heç  cür 
razılaşmaq  olmaz.  Yaxın  keçmişə  nəzər  salaq:  1930-cu  ildə 
dünyada taxıl  artımı  1909-1913-cü illərə nisbətən  orta  hesabla 
28% çox olmuşdur, düyü artımı -   18,2%, kartof yığımı -  20,6% 
artıq  olmuşdu.  Əgər  1960-1980-ci  illərdə  hər  hektardan  18-22 
(sentner)  taxıl  yığılırdısa,  2000-2005-ci  illərdə bu  rəqəm  40-45 
s-ə qədər artrılmışdır.
Hal-hazırda  dünya  əhalisinin  sayı  təxminən  7  mlrd-dan 
çoxdur.  Onları  təmin  etmək  üçün  dünyada  kifayət  qədər
215


resurslar və  qida mənbələri  mövcuddur,  yalnız  onlardan  səmə­
rəli istifadə olunmalıdır.  Hesablamalar göstərir ki, yalnız okean 
sularında 30 mlrd t biokütlə vardır, bunun 3  mlrd t-u balıqlar və 
iri  dəniz heyvanları,  1,5  mlrd t-u isə yosunlar və  s.  təşkil  edir. 
Bu  təbii  ehtiyatlar  30-50  mlrd  əhalini  qida  ilə təmin  edə  bilər. 
Dəniz  və  okeanların  dibində  və  sularında  60-a  qədər  kimyəvi 
element vardır.
Dünya  okeanında həll  olan  qızılın  miqdarının  hər  adam­
başına 1  kq-dan  artıq olması hesablanmışdır.
Hər  bir  kiloqram  okean  suyunda  35  qram  duz  vardır. 
İçməli  su  ehtiyatı  hazırda  20.000  m3  hesab edilir  ki,  bu  da  20 
mlrd əhalini təmin edə bilər.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, kənd təsərrüfatı 
məhsullarının artması, yeni resursların  kəşf edilməsi,  günəş,  su 
və b. enerjidən istifadə edilməsi və s. T.Maltusun yuxanda gös­
tərilən nəzəriyyəsinin əsassız olmasına əyani sübutdur.
Hal-hazırda dünyada 250 növ faydalı qazıntı və  200 növə 
qədər  qiymətli  daşlar  mövcuddur.  Onların  təsərrüfat  fəaliy­
yətinə  cəlb  olunması  uzun  tarixi  dövr  ərzində  tədricən  forma­
laşmışdır.  Lakin  istehsalın sürətli inkişafı döründə təbii  resurs­
lardan  istifadə dairəsi  daha çox  genişlənmiş,  hətta bəzi  sərvət­
lərin tükənmək və azalmaq ehtimalı çoxalmışdır.
Təqribən son  50  ildə dünyada bəşəriyyətin tarix  boyu isti­
fadə  etdiyi  qədər  xammal  işlədilmişdir.  Təbii  resurslardan  is­
tifadə  daim  artdığı  üçün  ayrı-ayrı  resurs  növlərinin  qiymətlən­
dirilməsi  vacibdir.
Təbii  resursların  iqtisadi  cəhətdən  qiymətləndirilməsinə 
hasilatın, emalın, daşınmanın dəyəri, kapital qoyuluşunun xüsu­
si çəkisi, əmək məhsuldarlığının, səmərəliliyinin səviyyəsi və s. 
göstəricilər  daxildir.  Bu  qiymətləndirmə  meyarları  məhsuldar 
qüvvələrin inkişafı  ilə  əlaqədar dəyişə  bilər.  Həmçinin,  iqtisadi 
qiymətləndirmə  ayrı-ayrı  təbii  resurslardan  istifadənin  faydalı- 
lığını müəyyən etməyə imkan verir.
216
Cəmiyyətin  inkişafında  təbii  ehtiyatlann  böyük  əhəmiy­
yəti  məlumdur.  Belə ki, təbii  sərvətlər təkcə əmtəə  istehsalının 
elementi  kimi  deyil,  cəmiyyətin  inkişafının  elementi  kimi  qiy­
mətləndirməlidir.  Qiymətləndirmə o qədər faktiki xərclər deyil, 
nə  qədər  təbii  sərvətlərin  təsərrüfat  üçün  olan  əhəmiyyətini 
özündə  əks  etdirməlidir.  Özü  də  əmtəə-pul  münasibətlərinin 
saxlandığı  bir  dövrdə  qiymətləndirmə  dəyər  formasında özünü 
büruzə verməlidir.
Təbii  sərvətlərin  qiymətləndirilməsini  tez-tez,  ancaq  on­
lara  görə  olan  haqla  əlaqələndirirlər.  Lakin  bu  haqqın  qiymət­
ləndirmənin  elementi  olmasına  baxmayaraq,  bu  mənalar  eyni 
deyildir.  Belə  ki,  daha  keyfiyyətli  təbii  sərvətlər istehsalat  kol­
lektivlərinə  izafi  xalis  məhsul  almağa  imkan  verirsə,  onda 
cəmiyyət onu təbii  sərvətlərə  görə diferensasiyalı haqq yolu  ilə 
almalıdır, lakin bu sərvətin qiyməti deyildir.
Təbii  sərvətlərin  dəyərinin  qiymətləndirilməsində  həm 
iqtisadi,  həm  də  texniki,  coğrafi,  geoloji  və  digər  amilləri  nə­
zərə  almaq  vacibdir.  Təbii  sərvətlərin  qiymətləndirilməsində 
ekoloji amillər, onların bərpa və əvəz olunmaq, keyfiyyət xüsu­
siyyətləri  təsir göstərir.  Ona görə  də müxtəlif növ təbii  sərvət­
ləri  müxtəlif  cür  qiymətləndirirlər.  Deməli,  geoloji,  coğrafi, 
ekoloji,  iqtisadi  və digər qiymətləndirmə  növlərini ayırmaq  la­
zımdır.
Təbii  resurslardan  səmərəli  istifadə  bütün  dünya  ölkə­
lərinin  başlıca problemidir.  Bu,  sərvətlərin  tükənməsindən  çox 
ətraf mühitin çirklənməsi ilə əlaqədardır.
Təbii  resurslar  bir  çox  sahələrə  bölünür.  Onlann  ən 
başlıcası  mineral resurslardır.
Mineral resursların  başlıca sahəsi  olan  faydalı  qazıntılar 
müasir  iqtisadiyyatın  başlıca  istiqamətlərini  müəyyən  edən, 
həmçinin,  iqtisadiyyatın  inkişafını  təmin  edən  əsas  təbii  ba­
zadır.  Faydalı  qazıntılar  Yer  qabığında,  dəniz  dibində,  yeraltı 
sularda,  dəniz  sularında,  göllərdə  olan  üzvi  və  qeyri-üzvi  təbii 
mineral  törəmələrdir.
217


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə