Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə53/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   96

geotermal,  külək,  və  s.  enerjisi)  istənilən  qədər  istifadə  oluna 
bilər. Lakin bəşəriyyət tükənməyən təbii sərvətlərdən hələ geniş 
istifadə  edə  bilmir.  Tükənən  təbii  resurslar  bərpa  olunan  (tor­
paq, hava, su,  bitki və heyvanlar) və bərpa olunmayan (mineral 
sərvətlər) ehtiyatlara bölünür.
Təbii  ehtiyatlardan səmərəli  istifadə  etmək  üçün  onlar tə­
sərrüfata yararlılıq cəhətdən qiymətləndirilməlidir.  Bunun üçün 
ehtiyatların  cəmlənməsi;  keyfiyyət  tərkibi;  məhsul  hasilatına 
çəkilən  xərclər;  regionun  məskunlaşması  və  mənimsənilməsi; 
nəqliyyat  şəraiti  və  xərci;  ətraf mühitin  mühafizəsi  imkanları 
və s. şərtlər nəzərə alınır.
Təbii  resursların  iqtisadi  qiymətləndirilməsi  -   ayrı-ayn 
təbii  resursların  qiymətli  və  xeyirli  istehlak  xüsusiyyətlərinin 
pulla ifadəsidir və üç metodla həyata keçirilir:
xərc ( təbii resursların qiymətləndirilməsinə və onların 
istifadəsinə çəkilən xərclərə görə aparılır);
renta  (  ayrıca  təbii  resurslardan  alınan  effektə  görə 
qiymətləndirilmə);

qarışıq  (təbii  resursların  istifadəsinə  görə  xərclər  və 
onlann istifadəsindən alınan effektə görə qiymətləndirilmə).
Bəşəriyyətin sosial-iqtisadi  inkişafı  təbii resursların istifa­
dəsindən asılıdır.  Təbii  resursların müxtəlif növlərinə olan  tələ­
bat,  onlann  mənimsənilməsinə  sərf  olunan  vəsait  eyni  deyil. 
Məsələn, oksigensiz  5  dəqiqə yaşaya bilmədiyimiz halda,  uran- 
sız  min  illər  həyat  sürmüşük.  Yerdən  çıxarılan  təbii  resurslar 
xammal,  istehsalda  bir  neçə  dəfə  şəklini  dəyişmiş  xammal  isə 
iqtisadi resurs adlanır.
Cəmiyyətin  inkişaf  ilə  bağlı  təbii  resurslara  olan  tələbat 
artır  və  təbii  resurslardan  daha  çox  istifadə  edilir.  Bir  çox  re­
surslar azalır  və  onların  tükənmək  təhlükəsi  yaranır.  Bu  da bə­
şəriyyəti daha çox narahat edir.
Təbii  resurslar  cəmiyyətin  tələbatının  ödənilməsində  xid­
mət  edən  təbii  elementlərdir.  Təbii  resursların  xüsusiyyətləri­
nin  müxtəlifliyinə 
görə  təsnifatı  çoxdur.  İstifadə  olunma
210
xüsusiyyətinə görə istifadə olunan və potensial resurslar ayrılır. 
Potensial  resurslara  həm  istifadə  olunan,  həm  də  hələlik  isti­
fadə  olunmayan  və  ehtiyatı  dəqiqləşdirilməmiş  ehtiyatlar  da­
xildir.
Bir  çox  təbii  resurslar  (su,  torpaq,  mineral,  meşə)  çox- 
məqsədli  istifadə xarakterinə malikdir. Aqroiqlim və rekreasiya 
resursları  insan  fəaliyyətu  üçün  zəruri  olan  təbii  şərait  və  re­
sursların məcmusudur.
Təbii resursları tərkibinə görə  mineral,  torpaq,  su,  bioloji, 
iqlim, geotermal və s.növlərə ayırırlar.
Müasir  dövrdə  təbii  resurslardan  qənaətlə  istifadə,  təkrar 
xammaldan  istifadə  (metal  məmulatının  30%-dən  çoxu  təkrar 
xammala  əsaslanır)  vacib  məsələdir.  Bərpa  olunan  resursları 
artırmaq  mümkündür  (BƏƏ,  Qatar  və  b.ölkələrdə  meşələr 
salmır).
Ölkənin  milli  zənginliyi  və  iqtisadi  inkişafı  təkcə  onun 
təbii  resurslarının  bolluluğu  ilə  deyil,  əhalinin  əmək  vərdişi, 
zəhmətsevərliliyi,  biliyi  və s. ilə müəyyən edilir (Yaponiya).
Təbii  sərvətlər insan cəmiyyətindən əvvəl yaranmış və in­
sansız mövcud olmuşdur.  İnsan təbiətdə yaşayır və inkişaf edir. 
Hələ İsveç alimi K.Linney (1707-1778) təbii sərvətləri üç qrupa 
bölmüşdür:  minerallar,  bitkilər,  heyvanlar.  Müasir  elm  baxı­
mından  təbii  ehtiyatlan  real  və  potensial,  elementar  (sadə)  və 
kompleks (mürəkkəb) kimi qruplara bölürlər:
Real ehtiyatlar cəmiyyətin müəyyən inkişaf mərhələsində 
insanı əmək və  istehsal proseslərinə cəlb edən sərvətlərdir.  Mə­
sələn, kömür, qaz, neft,  elektrik enerjisi, balıq və başqa heyvan­
ların ovu, atom enerjisindən, kosmosdan istifadə və s. Potensial 
sərvətlər  hazırda  istifadə  olunmayan  və  ya  cüzi  miqdarda  is­
tifadə olunan  sərvətlərdir.  Məsələn,  günəş  və  külək enerjisi,  ay 
və başqa planetlərin sərvətləri, dəniz dalğalarının enerjisi və s.
Tərkibi  mürəkkəb  olmayan,  yəni  eyni  tərkibli  sərvətlər 
(oksigen,  azot,  günəş  enerjisi  və  s.)  sadə  və ya  elementar sər­
211


vətlər adlanır.  Kompleks  və ya  mürəkkəb sərvətlərə  atmosfer 
havası, su, daş, kömür, müxtəlif filizlər və s. daxil edilir.
İnsan  təbiətə  təsir  edərkən  onun  sərvətlərindən  istifadə 
edir.  Buna görə də sərvətlərin istifadə dərəcəsindən asılı  olaraq 
onlar azala və hətta qurtara bilər.  Tükənən sərvətlər də, öz növ­
bəsində,  bərpa  olunmayan,  nisbətən  bərpa  olunan  və  bərpa 
olunan  sərvətlərə  ayılır.  Bərpa  olunmayan  sərvətlərə  faydah 
qazıntılar, yəni daş kömür, neft, əlvan metallar və s. kimi  istifa­
də  nəticəsində  sərf olunan  sərvətlər  aiddir.  Bu  qrupa  nəsli  kə­
silmiş heyvanlar, quşlar, bitkilər və s. bioloji obyektlər də daxil 
edilir.
Nisbətən bərpa olunan  sərvətlərə isə yaşıl ağaclar,  torpaq 
(torpağın  münbitliyi,  məhsuldarlığı,  bərəkəti)  və  bəzi  mineral 
xammal  aiddir.  Məlumat  üçün  qeyd  edək  ki,  torpağın  bərpası 
üçün uzun illər, məsələn, 300-1000 il lazımdır.
Tükənməyən sərvətlərə kosmik amillər (günəş enerjisi, su 
enerjisi, külək enerjisi və yer qatlarının enerjisi) aiddir.
Təbii ehtiyatların geniş  təkrar istehsalını təşkil  etmək,  on­
ların  istehsalında  dövrünü  sürətləndirmək  işində  bərpa  olunan 
ehtiyatların  böyük  əhəmiyyəti  vardır.  Bərpa olunan  ehtiyatlara 
bioloji  (meşə,  təbii  otlaqlar,  fauna)  və  torpaq  (münbitlik)  ehti­
yatlan aiddir.
İqlim  elementlərindən  olan  günəş  radiasiyası,  yağıntılar, 
küləyin  enerjisi  tükənməz  ehtiyatdır.  Qlobal  miqyasda  su  da 
tükənməz  ehtiyatlardır.  Lakin  hər hansı  bir konkret  halda  şirin 
su ehtiyatları tükənən ehtiyat qrupuna aid ola bilər.
Məhsuldar qüvvələrin  inkişafı  ilə  əlaqədar olaraq  insanın 
təbii  ehtiyatlardan  istifadəsi  həm  kəmiyyət,  həm  də  keyfiyyət 
cəhətdən şiddətlənir. Bir çox hallarda insanın təbiətə təsiri, təbii 
ehtiyatların  azalmasına, təbii  komplekslərin daxili  (struktur) və 
ərazi əlaqələrinin pozulmasına səbəb olur.
Təbii  ehtiyatlar  anlayışının  məzmunu,  bu  kateqoriyanın 
əhəmiyyəti və təsnifatı haqqında İ.P.Gerasimovun,  Y.T.Sauşki- 
nin, A.M.Mintsin və b.xüsusi tədqiqatları vardır.
212
A.M.Mints  qeyd  edir  ki,  təbii  ehtiyatların  maddi  tərkibi 
tarixən  nisbi  olmaqla  cəmiyyətin  nail  olduğu  məhsuldar  qüv­
vələrin  inkişaf  səviyyəsindən  və  cəmiyyətin  təbiəti  haqqmda 
elmi  biliyindən  asılıdır.  Təbii  varlıqların  təbii  ehtiyat  kateqo­
riyalarına  aid  edilməsi  üçün  əsas  sərvətlər  kimi  aşağıdakıları 
nəzərə almağı məsləhət görürlər:
1. Təbii varlığın istifadəsinin texniki imkanı;
2. Cəmiyyətin tələbatım ödəmək üçün bu təbii varlığın is­
tifadəsinin iqtisadi səmərəsi;
3.  Təbii  varlığın  istifadəsinin  məqsədə  müvafıqliyi  və 
xassələrinin öyrənilmə (dərketmə) səviyyəsi.
A.M.Mintsin fikrincə, hazırda texniki-iqtisadi səbəblərdən 
istifadə  olunmayan və  yaxud  istifadəsi  mümkün  olmayan  təbii 
varlıqlar  -   potensial  təbii  ehtiyatlardır.  Buna  əsasən  təbii  eh­
tiyatların  bir neçə qrupa aid edilməsi məsləhət görülür:
1. Faydalı qzıntılar (geoloji sərvətlər);
2. İqlim ehtiyatları;
3. Torpaq ehtiyatlan;
4.  Su ehtiyatları;
5. Bitki ehtiyatları;
6. Fauna ehtiyatları.
Bu qruplardan əlavə atom enerjisi  (nüvədaxili və  istilik -  
nüvə)  və  planetar  enerji  mənbələri:  qabarma-çəkilmə,  geo- 
metrik  enerji də təbii  ehtiyatlara aiddir.  Təbii  ehtiyatların  isti­
fadə  formasına  və  istiqamətinə  əsasən  onların  iqtisadi qruplaş­
ması da (təsnifatı) aparılır,  ilk növbədə iki qrup nəzərdə tutulur:
1) insanlann yaşaması  üçün  labüd təbii  varlıqlar,  2)  əmək  va­
sitəsi mənbəyi olan təbii varlıqlar.
A.M.Mints iqtisadi təsnifatı aşağıdakı kimi izah edir:
a)  maddi  istehsal  ehtiyatları:  1)  sənaye,  2)  kənd  təsərrü­
fatı;  b)  qeyri-istehsal  sahəsinin ehtiyatları:  1)  vasitəsiz istehsal;
2) vasitəli istifadə.
Maddi  istehsal  ehtiyatlarından sənaye və kənd  təsərrüfa­
tında  istifadə  olunması  hamıya  aydındır.  Qeyri-istehsal  sahə­
213


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə