Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə49/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   96

- tarixi mədəniyyət komplekslərinin və  obyektlərinin mü­
hafizə zonaları;
- təbiət parkının fəaliyyətini təmin edən zonalar.
Təbiət parkının  ərazisində onun  ekoloji,  istirahət və  este­
tik  keyfiyyətinə  mənfi  təsir  edən,  tarixi-mədəniyyət  abidə­
lərinin,  nadir  ağac  və  kolların  abidə  kimi  qorunub  saxlanması 
rejimini  və  həmin  abidələrin  varlığına  təhlükə  yaradan  hər  bir 
fəaliyyət  qadağan  edilir.  Ümumi  balansda  şəhər  yaşıllıqlarının 
sahəsi 70%-dən az olmamalıdır.
Şəhər yaşıllıqları şəhər havasının təmizliyinin təminatı  ilə 
yanaşı  sakinləri  səs-küydən  mühafizə  edir.  Botanika  alimləri 
avtomobil yolları boyunca 3  cərgədən ibarət ağac əkilməsini  və 
bu zaman səsi udan ağac növlərindən istifadə olunmasını təklif 
edirlər.  Onların fikrincə yaşayış massivində hündürlüyü  10 m-i 
keçə  biləcək  ağaclar  əkilməlidir.  Bu  ağaclar  evləri  tozdan 
qorumaq qabiliyyətinə də malik olur.
Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  sağlamlığa  və­
təndaşların  milli  və  dünyavi  varlığı  kimi  qiymət  verir.  Bu 
təşkilatın məlumatına görə  əhalinin  sağlamlığı  50%  həyat tər­
zindən,  20%  genetik  amildən,  10%  səhiyyə təşkilatlarının  işin­
dən və 20% ətraf mühitin  vəziyyətindən asılıdır.  Bəşəriyyət ya­
randığı  gündən  indiyədək  onu  əhatə  edən  mühitdən  öz  məna­
feyi üçün istifadə  edərək ona hər cür təsir edir.  Bu vəziyyət son 
50 ildə daha kəskin xarakter almışdır.
Təbii ekosistemin dəyişməsi elə sürətlə gedir ki,  insan or­
qanizmi  onu  çatdırıb  adaptasiya  edə  bilmir  və  bu  “orqanizm- 
mühit” balansının pozulmasına səbəb olur.  Sağlamlıq problemi­
nin  qlobal  xarakter daşıması  digər problemlərdən  əvvəl  yaran­
mışdır.
ETİ  sürətlə  inkişaf etdiyi  dövrdə  dünyada  bir  çox  epide­
miyalar  yayılmış  və  bu  zaman  bütün  bəşəriyyətin  sağlamlığını 
qorumaq üçün  səy  tələb olunurdu.  XIX  əsrin  ikinci  yarısında  I 
Paster  vaksinin  köməyi  ilə  yoluxucu  xəstəliklərə  tutulmamaq 
qabiliyyətini  yaratmaq  prinsipini  əsaslandırdı  və  İ.İ.Meçniko-
194
vun  ilk  immunitet  nəzəriyyəsi  meydana  gəldi.  Bu elmi  kəşflər 
qara çiçək,  vəba,  taun,  tetanus,  qızdırma kimi  bir  çox  qorxulu 
yoluxucu  xəstəliklərin  qarşısını  almağa  imkan  yaratdı.  Lakin 
hələ  indiyə  qədər  bəzi  xəstəliklərə  (qrip,  malyariya,  zöhrəvi) 
xəstəliklərə  qarşı  effektiv  vaksinlər yaratmağa  müvəffəq  olun­
mamışdır.
Aşağıdakı  cədvəldə  insan  potensialının  inkişaf  indeksi 
(İPİİ)  adambaşına düşən  ümumi  daxili  məhsul  (ÜDM)  ilə  əha­
linin artım göstəricilərinin mütənasib olduğu göstərilir.
Cədvəl  16
İnsan potesialınm inkişaf indeksi (İPİİ)
Qrup
ölkələr
İPİİ -   1997
Adambaşına 
düşən ÜDM 
ABŞ dolları 
ilə-  1997
Əhalinin  illik artım 
tempi %-lə
1975/1997
1997/2015
İnkişaf  etmək­
də  olan ölkələr
0,637
3240
2,0
1,4
Zəif inkişaf 
etmiş ölkələr
0,430
992
2,5
2,2
MDB  və  Şərqi 
Avropa ölkələri
0,754
4243
0,5

Sənaye cəhət­
dən  inkişaf 
etmiş ölkələr
0,920
23741
0,6
0,3
Bütün 
dünya 
ölkələri
0,706
6332
1,6
ı,i
Əhalinin  artımına  son  illərdə  mənfi  təsir  göstərən  amillər­
dən  biri  də  QİDS-dir  (qazanılmış  immunodefısit  sindromu  -  
AİDS,  SPİD).  1999-cu  ildə  QİDS  virusu  ilə  5,8  mln  nəfər yo­
luxmuş, ölənlərin  sayı 2,5  mln-nu  ötmüşdür ki, bunların 80%-i 
Afrika qitəsinin payına düşür.
195


Statistikanın  məlumatına  əsasən  XX  əsrdə  bir  çox  yeni 
xəstəliklər -  onkoloji,  SPİD,  infeksion  meningit,  alkoqolizm, 
narkomaniya  və  s.  peyda  olmuşdur.  Həm  də  bu  xəstəliklər  ən 
çox uşaq ölümü baş verən  inkişaf etməkdə olan ölkələrdə geniş 
yayaılmışdır.
Buna  səbəb  inkişaf etmiş  və  inkişaf etməkdə  olan  ölkə­
lərdə səhiyyənin səviyyəsində böyük uyğunsuzluğun olmasıdır. 
Belə  ki,  Həbəşistanda  orta  yaş  həddi  45,  Yaponiyada  isə  80, 
cavan  yaşlarında Hindistanda ölüm  min  adama 80,  İsveçdə  isə 
4 adam  düşür.
Bir çox alimlər dünyada sağlamlığın böhran  həddinə çat­
masını göstərir. Bu əsasən inkişaf  etməkdə olan ölkələrə aiddir. 
Bunun  səbəbi  qidanın  çatışmazlığı,  həkimlərin  azlığı,  çirklən­
miş  sulardan  istifadə, sağlamlıq adekvat xidmətinin  olmaması 
ilə izah edilir.
Dünyada  sağlamlığın  böhranın  əsas  aspektləri  demo­
qrafik,  sosial-iqtisadi, tibbi və fərdi əhval  hesab olunur.
BMT-nin  məlumatına  görə  dünyada  olduqca yoxsul  ya­
şayan  əhalinin  sayı  1  mlrd-ı  ötüb  keçmişdir.  Cəmiyyətin  sağ­
lamlığının  həlli  tapılmayan  problemlərindən  biri  də  ölkələr 
arasında və onun ölkələr daxilində qeyri-bərabər  olmasıdır. İn­
kişaf  etməkdə  olan  ölkələrdə  əhalinin  2/3  -dən  çoxu  tibb-sa- 
nitar  xidmətlərindən  məhrumdur.  İnkişaf etmiş  ölkələrdə  əha­
linin sağlamlığını təmin etmək üçün elm və texnikanın yeni nai­
liyyətlərindən  istifadə  olunur.  Lakin  bu  tibbi  xidmətlər  baha 
olduğundan əhalinin  aşağı gəliri olan dövlətlərdə bundan istifa­
də edə  bilmir və  nəticədə  onlarda ölüm  hadisəsi  iki  dəfə yük­
sək olur.
İnsan  sağlamlığını  -  ətraf,  təbii  mühit  və  sosial  mühitin 
keyfiyyət  kriteriyaları təyin edir.
Ətraf təbii mühitdə kəmiyyət və keyfiyyət göstəriciləri  nə 
qədər  yüksək olarsa, o qədər insan sağlamlığı təmin olunar.
196
MÖVZU 7. ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİNDƏN 
YARANAN  İQTİSADİ ZƏRƏRİN  HESABLANMASI
Məlum  olduğu kimi,  iqtisadi zərər -  artıq yaradılmış və 
yaxud  kəsirlə  alınan  nemətlərin  itirilməsi,  həmçinin, 
çirklənmənin  nəticələrinin  aradan  qaldırılmasına  çəkilən 
xərclərdir.
İqtisadi  zərərin  kəmiyyətcə  qiymətləndirilməsindən 
ötrü 3 mühüm üsuldan istifadə edilir:
- birbaşa hesablar üsulu;
- analitik üsul;
- empirik və yaxud kombinələşdirmə üsulu.
Çirklanmadan  dayan  zararin  birbaşa  hesablar  üsulu  ila
qiymatlandirilmasi  birbaşa  hesablar  üsulunun  əsasını  bütün 
göstəricilərə (sanitar-gigiyenik amillər,  təsərrüfatçılıq şəraiti, 
iqlim,  meteoroloji  xüsusiyyətlər  və  s.)  əsasən  çirklənmiş 
regionlara  oxşar  və  ancaq  bir  çirklənmə  səviyyəsilə  seçilən 
kontrol  rayonun  seçilməsi  tutur.  Kontrol  rayon  minimal 
çirklənmə səviyyəsinə malik olmalıdır.
Sonra  aşağıdakı  göstəricilərə  əsasən  öyrənilən  və  kon­
trol  rayonlar  arasındakı  fərqlərin  nəzərə  alınması  şərtilə 
zərər hesablanır:
- kənd təsərrüfatı məhsullarının məhsuldarlığı;
- heyvanların məhsuldarlığı;
- meşələrin əmtəəlik qiymətinin dəyişməsi;
- xəstələnmə səviyyəsi və s.
Ətraf mühitin çirklənməsindən ümumilikdə təsərrüfata 
dəyən  kompleks  iqtisadi  zərər  təsərrüfatın  ayrı-ayrı  bölmə­
ləri  üzrə  olan  lokal  zərərlərin  cəmindən  formalaşır.  Adətən 
aşağıdakı lokal zərərlərin tərkibi nəzərdən keçirilir.
Z   =   Z k tm   "t"  Z m kt 
Z  sən  +   Z soh
Burada,
Zktm -  kənd və meşə təsərrüfatlarına,
Z m k t  -  
mənzil-kommunal təsərrüfatına,
197


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə