Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə48/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   96

Bu xüsusiyyətləri  nəzərə  alaraq  genetik  modifikasiya 
olunmuş bitki növlərindən geniş istifadə olunur.
Dünyanın  bütün  əkin  sahələrinin  təqribən  20-30%-də 
transgen  toxumlar  əkilir.  Onlardan  alman  məhsullar  müx­
təlif  qida  məhsullarının  tərkibinə  daxil  edilir.  Dünyada 
yetişdirilən soyanın 80%-i transgen yolla becərilir.
Bu  qidalar  insan  orqanizmində  bəzi  fəsadlar  törədir. 
Məsələn,  sonsuzluq,  xərçənglər,  immunitet  zəifliyi və s.  xəs­
təliklər  yaradır.  Belə  məhsullara  bir  sıra  dövlətlər  çox  eh­
tiyatla  yanaşırılar  və  bütün  inkişaf  etmiş  ölkələrdə  qida 
məhsullarının  kefiyyəti,  ekoloji  təmizliyi  və  bioloji  təhlükə­
sizliyi diqqət mərkəzindədir.
Ümumdünya  ticarət-təşkilatının  tələblərinə  görə  tər­
kibində (QMO-tərkibli) faizlə olması göstərilməlidir.
Ərzaq  problemi  dünya  əhalisinin  qida  məhsulları  ilə 
təminatının  lazımı  səviyyədə  olmaması  ilə  əlaqədardır.  Bu 
problem daha kəskin şəkildə İEOÖ-də durur.  Afrika, cənubi 
və  cənub-şərqi  Asiyada  1  mlrd,  nəfər  əhali  lazımı  qədər 
qidalanmır,  500 mln nəfər aclıq çəkir.
Ərzaq  probleminin  yaranmasına  səbəb  İEOÖ-də  kənd 
təsərrüfatının zəif inkişafı,  onun  birtərəfli  istiqamətdə aparıl­
ması və məhsullarının əsas hissəsinin ixrac edilməsidir.  Müs­
təmləkə dövründən qalmış miras  kimi onların çoxunun  kənd 
təsərrüfatında  yalnız  bir  və  ya  bir  neçə  növ  bitki  yetişdirilir 
(buna  monokultur  təsərrüfat  deyilir).  Quraqlıq  olan  illərdə 
isə  İEOÖ  hətta  bu  məhsulları  da  toplaya  bilmir.  Ərzaq 
probleminin kəskin  olduğu  ölkələr zəif inkişaf etdiyinə görə, 
onların  əhaliyə  lazim  olan  bütün  məhsulları  almağa  onların 
maliyyə imkanları yoxdur.  Bu ölkələrdə kənd təsərrüfatını in­
tensiv yolla  inkişaf etdirmək  üçün  maliyyə vəsaiti  və  texniki 
vasitələr də azdır.
Ərzaq  probleminin  həlli  üçün  onun  kəskin  olduğu  ölkə­
lərdə  kənd  təsərrüfatının  ekstensiv  və  intensiv  yollarla  aparıl­
ması  lazımdır.  Kənd  təsərrüfatının  ekstensiv inkişaf yolu çoxlu
190
maliyyə  vəsaiti  tələb  edir.  Ona  görə  beynəlxalq  maliyyə  təş­
kilatlarının  və  İEÖ-in  geri  qalmış  ölkələrə  köməyi  lazımdır. 
Dünyada kənd təsrrüfatına  yararlı olan 3,2-3,4  mlrd ha torpaq­
lardan hələlik yalnız yarısı istifadə edilir.  Lakin dünyanın əksər 
ölkələrində  intensiv  yol  kənd  təsərrüfatının  əsas  inkişaf  isti­
qaməti kimi qəbul edilir.  Əkinçilik məhsullarının artımının 9/10 
hissəsi  bunun  hesabına  olur.  Bir  çox  Asiya  ölkələrində  (Vyet­
nam,  Çin,  Hindistan,  İndoneziya,  Tailand),  Meksikada və  Bra­
ziliyada  həyata  keçirilən  yaşıl  inqilab  ərzaq  probleminin  həl­
lində artıq öz müsbət nəticələrini vermişdir.
İEOÖ-in  geriliyinin  aradan  qaldırılması  dünya  miqyaslı 
problemlərdən  biridir.  Onlar  siyasi  cəhətdən  müstəqil  olsa  da, 
təsərrüfatın əsas  hissəsi  yenə də  İEÖ-in transmilli korporasiya­
larından  asılıdır.  Bu  ölkələrdə  əhalinin  əsas  hissəsi  işləyə  bil­
mir,  savadsızdır, elm və təhsil zəif inkişaf edir.  Səhiyyənin zəif 
inkişafı  ilə  əlaqədar  İEOÖ-də  əhali  arasında  ölüm  halları  yük­
səkdir,  orta ömür müddəti  isə çox  aşağıdır,  sosial  həyat  şəraiti 
pisdir.  Bu  qrup  ölkələrdə  hər  il  30-40  mln  nəfər  əhali,  o 
cümlədən  15-17 mln nəfər uşaq ölür.
Dünya okeanından istifadə edilməsi problemləri onun sər­
vətlərinin geniş  şəkildə  mənimsənilməsi  ilə  əlaqədar başlamış­
dır.  Quruda mineral-xammal  ehtiyatları  azaldığına,  xammal  və 
eneıji  problemi  kəskinləşdiyinə  görə  insanlar  dəniz  və  okean­
ların  nemətlərindən  getdikcə  daha  çox  istifadə  edir.  Dənizdə 
dağ-mədən,  kimya  və  energetika  sənayesi  obyektləri  qurulur, 
neft-qaz hasilatı  aparılır,  dəmir və digər metallar çıxarılır.  Eyni 
vaxtda okeanlarda 2-3 mln nəfər adam işləyir.  Qabarma elektrik 
stansiyaları tikilməsi, dəniz suyunun şirinləşdirilməsi, dəniz cə­
rəyanlarından  istifadə  edilməsi,  okean  suyundan  ağır hidrogen 
(deyteriya)  alınması  və  s.  son  vaxtlarda  dünya  okeanının  mə­
nimsənilməsinin  əsas  istiqamətləridir.  Bunlar okeanların,  xüsu­
silə onun sahil rayonlarinin çirklənməsinə səbəb olur.
Ərzaq probleminin kəskinləşməsi nəticəsində dünya okea­
nının  bioloji  ehtiyatlarından  istifadə edilməsi  genişlənir.  Okean
191


və  dənizlər  əhaliyə  lazım  olan  ərzağin  2%-ni  verir.  Lakin  on­
ların  ümumi  balans  ehtiyatı  150 mln tona qədərdir.  Dənizlərin 
sahillərində süni  şəkildə bitki  və  heyvanlar saxlanılan  fermalar 
yaradılır. Akvakultura və marikultura təsərrüfatları  insanın əldə 
etdiyi  dəniz  məhsullarının  1/10-i  verir.  Bu  isə  hər  il  lOmln.t 
dəniz məhsulu deməkdir.  Akvakultura -  sahillərdə süni  şəkildə 
dəniz  məhsullarının  yetişdirilməsidir.  Marikultura-dəniz  məh­
sullarının  sahillərdə  süni  şəkildə  yaradılmış  mühitdə  saxlanıl­
masıdır.  Bu məhsulların  80%-i Asiya ölkələrinin payına  düşür. 
Akvakultura  və  marikultura  təsərrüfatları  Çində,  Yaponiyada, 
Rusiyada,  ABŞ-da  daha  çoxdur.  Çində,  Yaponiyada  istridiyə 
(dəniz ilbizi), AB-da istridiyə və dəniz molyusku (midi), Fransa 
və  Avstraliyada istridiyə,  Aralıq  dənizi  ölkələrində  dəniz  mol­
yusku,  Rusiyanın  Sakit  okean  sahillərində  dəniz  kələmi  məh­
sulu artırılır.
BCƏB-in  inkişafı  ilə  eyni  zamanda  dəniz  daşımalarının 
miqdarı da artır. İEÖ-də istehsal edilən məhsullar gətirmə xam­
mallara  daha  çox  əsaslandığına  görə  onun  müəssisələri  də­
nizlərin  sahillərinə  doğru irəliləyir.  Su  hövzələrinin sahil  zona­
larında  rekreasiya  zonalari  yaradılır.  İnsanın  dəniz  və  okean­
larda bu istiqamətlərdə təsərrüfat fəaliyyəti  ilə  dəniz təsərrüfati 
yaradılır. Hasilat və emal sənayesi, balıqçılıq, nəqliyyat, ticarət, 
rekreasiya və turizm sahələrində  100 mln nəfər çalişir. Nəticədə 
okeanların  suyu  çirklənir,  onların  bioloji  məhsuldarlığı  azalır, 
ehtiyatlar qeyri-bərabər  bölünür.  Hazırda onlar dünya  səviyyə­
sində qlobal problem kimi özünü göstərir.
Dünya okeanından geniş  istifadə  edilməsi  nəticəsində ya­
ranmış problemlərin həll edilməsi üçün bütün dünya ölkələri tə­
rəfindən  onun  sərvətlərindən  səmərəli  istifadə  edilməsi  zəru­
ridir.  Okeana atilan  tullantilarin azaldılması,  okeanların  sərvət­
lərindən  kompleks  istifadə  edilməsi  və  onların  qorunması  va­
cibdir.
192
Dünya okeanından istifadə zamanı  onun özünütəmizləmə 
səviyyəsi  saxlanmalıdır.  Çünki  okeanda  fəaliyyət  göstərən  ən 
böyük təmizləyici sistem dalğalardır, yəni onun özüdür.
Şəhərlərdə  yaşıllıq  sahələrinə ağaclar,  güllər və otlar əki­
lən (qazon) sahələr aid edilir. Yaşıllıq sahələri şəhəri ekoloji cə­
hətdən  mühafizə  etməklə  yanaşı  komfortluğu  artırır  və  şəhərə 
estetik gözəllik verir.
Yaşıllıq  sahələri  müntəzəm  və  ardıcıl  olmalıdır.  Ümumi 
istifadə  yaşıllıqlarına meşətipli  parklar,  təbiət  parkları,  bulvar­
lar, küçə əkinləri aid edilir.
Azərbaycan  Respublikasi  Nazirlər  Kabinetinin  2001-ci  il 
4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan 
Respublikasının  təbiət  parklarının  ümumi  əsasnaməsf’ndə  de­
yilir ki,  “təbiət  parklari  xüsusi  ekoloji  və  estetik  dəyərə  malik 
olan,  təbiəti  mühafizə  və istirahət məqsədləri  üçün  ayrilmiş tə­
biət  komplekslərinin  yerləşdiyi  təbiəti  mühafizə  statuslu  əra­
zilərdir”.
Təbiət parklan respublika, bölgə və  yerli  əhəmiyyətli  xü­
susi  mühafizə  olunan  təbiət  ərazilərinə  aid  edilə  bilər.  Yerli 
əhəmiyyətli  təbiət  parkları  bütövlükdə  və ya qismən,  məqsədli 
təyinatı  üzrə,  qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki 
və  hüquqi  şəxslərin  idarəçiliyinə,  istifadəsinə  və  icazəsinə  ve­
rilə  bilər.  Təbiət  parklarının  hər  biri  üçün  hər  10  ildən  bir 
pasport  hazırlanır  və  bu  ərazilərin  pasportu  Azərbaycan  Res­
publikasının  Dövlət  Ekologiya və  Təbii  Sərvətlər Nazirliyində 
dövlət  qeydiyyatına  alınır.  Hər  bir  təbiət  parkının  əsasnaməsi 
Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  tərəfindən  təsdiq  edilir.  Parklar  təbii  mühiti,  təbii 
landşaftları  və  rekreasiya  resurslarını  mühafizə  edir,  istirahət 
(rekreasiya)  üçün  şərait  yaradır,  təbiəti  mühafizənin  səmərəli­
liyini artırır, rekreasiya şəraitində ekoloji tarazlığı qoruyur.
Təbiət  parklarının  ərazilərində  rejim  xüsusiyyətlərini  nə­
zərə alaraq aşağıdakı fəaliyyət zonalan müəyyən edilir:
- istirahət (rekreasiya) zonalan;
193


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə