Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə44/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   96

MÖVZU 6. ƏHALİNİN ARTIMI, URBANİZASİYA, 
ƏRZAQ VƏ SAĞLAMLIQ PROBLEMLƏRİ
Əhali  məhsuldar  qüvvələrin  aparıcı  sahəsi  olmaqla  ən 
qiymətli  kapital  hesab  olunur.  O,  istehsalla  istehlak  arasın­
da körpü rolunu oynayır. İstehsal etdiyi məhsulun ən böyük 
istehlakçısı da əhalidir.
Əhalinin dinamikası onun  təbii artımı,  doğum və  ölüm 
göstəricilərinin fərqini müəyyən edir.
Əhalinin  sayının  dəyişməsinə  müxtəlif amillər,  zəlzələ­
lər,  sellər,  müharibələr,  aclıqlar  epidemiyalar,  ətraf mühitin 
ekoloji vəziyyəti və s.  təsir göstərir.
Əgər  bizim  eranın  əvvəlində  planetin  əhalisi  cəmi  175 
mln  nəfər olmuşdursa,  hal-hazırda  bu  rəqəm  7  mlrd-ı  ötüb 
keçmişdir.
Diaqram 1.
Əhalinin illik artımı  (mln nəfər)
BMT-nin Əhali Fondunun məlumatlarına görə 2050-ci 
ildə dünya əhalisinin  sayı 9 mlrd  nəfərə çatacaqdır.  Bu  vaxt 
Hindistanda  əhalinin  sayı  1,5  mlrd-a  çatacağı  gözlənilir.
Hal-hazırda  rekordsmen  Çin  (1,3  mlrd)  ikinci  yerə  enecək. 
Bunun səbəbi dövlət tərəfindən həyata keçirilən domoqrafik 
siyasətdir.  BMT-nin  ekspertlərinin  fikrincə  əhali  artımı  əsa­
sən  inkişaf  etməkdə  olan  ölkələrdə  daha  yüksək  olacaqdır. 
Bu  ölkələrin əhalisinin  sayının  2050-ci  ildə 4,8  mlrd-dan  7,8 
mlrd-da çatacağı  gözlənilir.  Belə  artım bir çox  problemlərin 
yaranmasına:  ərzaq,  xammal,  enerji çatışmazlığı və müxtəlif 
ekoloji  böhranlara  səbəb  olacaqdır.  Eyni  zamanda ekspert­
lər  bəzi  ölkələrdə  əhalinin  sayının  azalacağını  ehtimal edir­
lər.  Bu  ölkələrə  Almaniya,  Rusiya,  Yaponiya  və  s.  aiddir. 
2000-ci  ildə  Berlində  keçirilmiş  «Urban-XXI»  beynəlxalq 
konfransda  qeyd  olunmuşdur  ki,  yer  üzərində  əhalinin  çox 
hissəsi  şəhərlərdə  yaşayacaqdır.  Yaxın  25  il  ərzində  şəhər 
əhalisinin  sayının  5  mlrd  nəfərə  çatacağı,  hər  5  nəfərdən  3- 
nün şəhərlərdə yaşayacağı gözlənilir.
Urbanizasiya  prosesi  -  miqrasiyanın  tərkib  hissəsi 
olub,  kənd  əhalisinə  nisbətən  şəhər  əhalisinin  artmasıdır. 
Urbanizasiyanın  inkişafı  ümumi  əhali  məskunlaşmasına 
nisbətən şəhər əhalisinin sıxlığı ilə yanaşı, onun həyat tərzinə 
münasib 
proses 
kimi 
formalaşır. 
Urbanizasiyanın 
intensivliyi  şəhərin  iqtisadi,  sosial,  mədəni,  elmi,  maarif, 
əhaliyə xidmət sahələrinin  inkişafı  ilə  sıx  uzlaşma  şəraitində 
baş verir.
Urbanizasiya  prosesi  demoqrafik  artımdan  sürətlə 
inkişaf  edir.  2000-ci  ildə  milyonçu  şəhərlərin  sayı  300-ə 
çatmışdır.  Həmin  şəhərlərin  yarıdan  çoxunun  əhalisi  3  mln 
nəfərdən çox olmuşdur.
Urbanizasiyanın  tempi  İEOÖ-də  daha  sürətlə  gedir. 
Şəhər  əhalisi  bu  qrup  ölkələrdə  İEÖ-ə  nisbətən  4,5  dəfə 
artır.  Dünyada  şəhər  əhalisinin  ümumi  artımının  80%-i 
İEOÖ-in  payına  düşür.  İEÖ-də  urbanizasiya  səviyyəsi  il 
ərzində 0,8% artırsa,  İEOÖ-də bu göstərici ildə 3,6%-dir.
Şəhərlərin  inkişafı  ilə  əlaqədar  bir  çox  problemlər 
meydana çıxır.  Bu  problemlərə  əhalinin  işlə  təminatı,  sosial
175
174


səviyyəsinin  pisləşməsi  və  onların  ətraf mühitə  antropogen 
təsirlərinin yüksəlməsi və s.-ni aid etmək olar.  Bir çox şəhər­
lərdə əhalinin sıxlığı optimal həddi aşaraq 3000 adam/hekta- 
ra çatmışdır.
Bu  say  daha  da  artmaqda  davam  edir  vo  istehsalın, 
energetika,  kommunal  təsərrüfat  sahələrinin  texnogen  tə­
sirinin artmasına səbəb olur.
Eyni  zamanda  sənayenin  və  əhalinin  iri  şəhərlərdə  tə- 
mərgüzləşməsi nəticəsində ətraf mühit həddən artıq çirklənir, 
tarixi  binalar  korlanır  bir  çox  digər  istiqamətli  problemlər 
yaranır.  Müasir  şəhər  təkcə  külli  miqdarda  insanların  ya­
şayış  məntəqəsi  yox,  o,  həmçinin  ətraf mühitə  təsir  edərək 
onun  dəyişməsinə  səbəb  olan  güclü  bir  sistemdir.  Şəhərlər 
meşələrdən  uzaqlaşır,  torpaqlar  insanların  istifadəsinə 
verilir,  çayların  suları  şəhərlərə  istiqamətləndirilərək  tanın­
maz  hala  düşür  və  s.  proseslər  gedir.  Yaxın  keçmişdə  bu 
proseslərə  adi  və  vacib  bir  hal  kimi  baxanlar  hal-hazırda 
bunlara qarşı kəsgin mübarizə aparmağın  labüdlüyünü qeyd 
edirlər.  Şəhərlərin  özünə  məxsus  spesifik  mühiti  vardır. 
Şəhər və ya urbanizasiya əraziləri  bəzən  anomal  hadisə  kimi 
qəbul edilir.  Buna aşağıdakı xüsusiyətlər aiddir:
- şəhər özünəməxsus  biokimyəvi əyalətdir və ərazilərdə 
maddələrin  toplanması  baş  verir.  Onların  kimyəvi  tərkibi 
burada olan müəssisələrin profilindən asılıdır;
-  şəhərlərdə  atmosferin  şəffaflığı  aşağı,  toz  və  s.  çox 
olur.  Bu  isə  ultura-bənövşəyi  şüaların  yer  səthinə  çatmasına 
imkan  vermir.  Bəzi  şəhərlərdə  gün  ərzində  yer  səthinə  500- 
1500 kq/km
2 toz düşür;

eyni  regionda  kənd  yerlərində  bu  göstərici  5-15 
kq/km2-i keçmir;
-  şəhərlər  üçün  havanın  normadan  artıq  quruması 
səciyyəvidir.  Orta  enliklərdə  illik  temperatur  ətraf ərazilərə 
nisbətən  l-2°C-dən  çox  olur.  Küləksiz  havada  bəzən  gecə 
temperaturu  ətraf ərazilərə nisbətən 
-°C çox ola bilər;
176
-  havanın  tozlu  olması  su  buxarının  tez  kondensasiya 
olmasına  şərait  yaradır.  Bunun  nəticəsində  bəzən  şəhərdə 
ətraf ərazilərə nisbətən 
1 0 % yağıntı çox ola bilər.
-  atmosferdə  daha  çox  mikroorqanizmlər  olur,atmosferin 
özünütəmizləmə qabiliyyəti daha aşağı olur;

şəhərlərdə su dövranı tamamilə pozulur. Böyük ərazilər­
də yağıntılar torpağa  hopmur, qurunt  sularının  atmosfer yağın­
tıları vasitəsilə qidalanması azalır;
-  şəhərlərin  sahilində  yerləşən  çay,  göl  və  dənizlər  daha 
çox  çirklənir  və  bu  suların  özünü  təmizləmə  qabiliyyəti  küt­
ləşir;
-  şəhərlər çoxlu təmiz su istehlak edir və ətraf su 
hövzələrinə çoxlu çirkab suları axıdır.
İri  şəhərlərdə  ekoloji  vəziyyətin  gərginliyi  orada  olan 
antropogen  təsirin  yüksək  olması  və  əhalinin  sıxlığı  ilə  əlaqə­
dardır.  İstehsal  sahələri  ilə  yaşayış  zonaları  arasında  yerləşdi­
rilməsi  vacib  olan  sanitar  qoruyucu  zonaların  olmaması,  şəhər 
mühitinin  çirklənmə  səviyyəsinin  artmasına  səbəb  olur.Sanitar 
qoruyucu  zolaqlar  istehsalatın  məhsuldarlığından  və  emal 
edilən  məhsulun  xüsusiyyətindən  asılı  olaraq  5  sinifə  bölünür: 
birinci  sinifdə  istehsalatla  yaşayış  məntəqəsi  arasında  olan 
zolağın eni  1000 m götürülür. İkinci sinifdə 500, üçüncü sinifdə 
300,dördüncü sinifdə  100  va beşinci sinifdə  50 m nəzərdə tutu­
lur.  Bu məsafələr yaşayış məntəqələrini  istehsal tullantılarından 
qoruya  bilmədiyi  halda,  onlar  3  dəfədən  artıq  olmamaq  şərtilə 
müəyyən  qədər  artırıla  bilər.  Qoruyucu  sanitar  zolaqlarında 
abadlıq və  yaşıllaşdırma  işləri  aparılmadıqda onlarin  şəhərlərin 
çirklənmədən mühafizə səmərəsi aşağı olur.
Şəhərlərin  sənaye  tullantılan  ilə  çirklənməsinin  əsas  səbəb­
lərindən  biri  də  çirkləndirici  müəssisələrin  şəhər  ətrafında  yer­
ləşdirilməsi zamanı hakim küləyin istiqamətinin və gücünün nəzərə 
aJınmamasıdır.Küləyin  istiqaməti  tullantıların  yayılmasında,  gücü 
isə bina və tikililərin aşınmasında öz təsirini göstərir.
177


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə