Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə40/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   96

yenidən  suda həll  olur və dərin qatlara gedir.  Üst qatlarda olan 
duzlar  azaldıqda  onlar  şorakət  torpaqlara  çevrilir.  Bu  torpaq­
ların  yaranması  ana  süxurlarda  duzların miqdarının  artması  və 
ya  tərkibində  duzlar  olan  yeraltı  sulann  səthə  yaxınlaşması ilə 
əlaqədardır.
Şoran  torpaqların  üst  qatında  həll  olmuş  duzlar  1%  və  daha 
çox olur.  Şoran torpaqlarda humusun miqdarı  1%-ə  qədər olur, 
ləkələr  halında  duzlar  yığılır.  Şoranlıqlar  duzların  tərkibinə 
görə  fərqlənir.  Torpaqların  xarici  görünüşü  bu  duzlardan  ası­
lıdır.  Xloridli  torpaqlarda  olan  natrium-xlor,  maqnezium-xlor, 
kalsium-xlor duzları vardır.  Onlar hiqroskopik duzlar olduğuna 
görə  torpaqlar yaş görünür.  Torpaq  qatından aşağıda duzlaşmış 
ana  süxurlar və  çox minerallaşmış  sulu lay yerləşir.  Şoran tor­
paqlara  yarımsəhra  və  səhra  zonalarında  rast  gəlinir.  Azər­
baycanda belə torpaqlar 186 min ha ərazini əhatə edir.
Şorakət  torpaqların  üst  hissəsində  soda və  başqa  duzlar  çox 
olur.  Onların  tərkibində  gilli  hissəciklər çox  olduğuna  görə  bu 
torpaqlar sıx  və  kip olur.  80  sm  dərinliyə qədər bu torpaqlarda 
duzların  miqdarı  çoxdur.  Onlar  nəmləndikdə  yumşalır,  quru­
duqda çatlara bölünür.
Şoranlıqlar və  şorakət  torpaqlar az məhsuldar  olmasına görə 
fərqlənir.  Ona görə də bu torpaqlardan yalnız ciddi meliorasiya 
tədbirləri görülməsi ilə istifadə etmək mümkündür.
Bunun  üçün  ilk  növbədə  torpaqların  lm-lik  üst  hissəsini 
bitkilər üçün zərərli duzlardan təmizləmək məqsədilə kollektor- 
drenaj  şəbəkəsi  yaradılmalı,  onların  duzu yuyulmalıdır.Şorakət 
torpaqlarda  olan  natrium  duzlarını  kalsium  duzları  ilə  əvəz  et­
mək  üçün torpağa gips  verilməlidir.  Torpağın  suvarılması  düz­
gün  aparılmadıqda  onlar  yenidən  şoranlaşa  bilər.  Bu  prosesin 
qarşısını  almaq  üçün  qurunt  sularının  səviyyəsi  böhran  də­
rinliyindən (3-3.5m) aşağıda saxlanılmalıdır.
Zaman  və  məkan  torpaq  əmələgətirən  amil  kimi.  Hər  bir 
təbii  proses  zaman  və  məkan  daxilində  dəyişir.  Torpağın 
əmələgəlməsinə təsir edən amillər bu və ya digər cöğrafı  şərait­
158
də  təsir  göstərərsə,  deməli  bu  proses  müəyyən  zaman  ərzində 
inkişaf  edir. Yəni hər bir təbiət hadisəsinin inkişafı üçün müəy­
yən vaxt lazımdır.  Hər hansı  bir rayonun geoloji  quruluşunu və 
yaşını  Yerin  üst  sahələrində,  ondan  aşağı  qatlarda  yayılmış 
süxurların yarandığı dövrü öyrənməklə müəyyən edirlər. Torpa­
ğın yaranması üçün çox vaxt lazımdır. Amerika alimi H.Benne- 
tin hesablamalarına görə xalis ana süxurdan 2-3  sm qalınlığında 
torpağın  əmələ gəlməsi üçün 
2 0 0 - 1 0 0 0
 il vaxt tələb olunur.
Ekologiya elminin ən vacib tətbiqi problemlərindən biri aqro- 
ekosistemlərin  formalaşdınlma  və  fəaliyyət  qanunlarım  öy­
rənməkdir.  Kənd  təsərrüfatı  sahələri  insanın  məqsədyönlü 
fəaliyyəti ilə sadələşdirilmiş səciyyəvi ekosistemdir.
Antropogen  amil -  antropogen amillər bütün torpaq tiplərinə 
öz  təsirini  göstərmişdir.  Bununla  əlaqədar  olaraq  çox  yerdə 
təbii  torpaq  tipi  qalmamışdır,  yəni  mədəni  torpaqlar yaranmış­
dır:  bataqlıalar  qurudulmuş,  səhra  çöl  torpaqlarında  suvarılma 
tətbiq  olunmuş,  şoran  torpaqların  meliorasiyası  işləri  aparıl­
mışdır.  Dağ ətəyi ərazilərdə meşələrin yerində bağlar, üzümlük­
lər yaradılmış, bəzi yerlərdə təbii relyef dəyişdirilmiş, yamaclar 
terraslara çevrilmişdir.
Müasir insan nəinki  bioloji, hətta geoloji amil olmuşdur.
İnsanın  təsərrüfat fəaliyyəti  torpaqəmələgəlmə  prosesinə təsir 
edən  amillərdən biridir.  Cəmiyyətin  inkişafı  ilə əlaqədar olaraq 
torpaq  istehsal  vasitəsinə çevrilmiş, maddi nemətlər istehsalının 
mühüm amili olmuşdur.
İnsanın  torpağı  şumlaması,  suvarması,  külli  miqdarda  kübrə 
və  pestisidlərin  istifadə  edilməsi  və  s.  tədbirlər  torpağın  xassə 
və  xüsusiyyətlərinə  müəyyən  dərəcədə  təsir  edir.  Bu  təsir  iq­
tisadi-ictimai  şəraitdən,  elm  və  texnikanın  inkişaf  səviyyəsin­
dən və digər səbəblərdən asılıdır.
Məlumdur  ki,  qurunun  sahəsi  buzlaqlarla  birlikdə  149 
mln.km
2 təşkil  edir.  Bura həmçinin həyatsız səhralar,  su anbar­
ları  və  torpaq  örtüyü  zəif inkişaf etmiş  və  ya  dağılmış  sahələr 
də daxildir.  Bunlardan buzlaqlar 16 mln.km  , buzlaqlardan azad
159


olmuş  sahələr  isə  133  mln.km
2  təşkil  edir.  Qurunun  nisbətən 
istifadə üçün yararlı olan hissəsi 95 mln.km2, yaxud onun 64%- 
ni tutur. Bu məhdud ehtiyat ərazidə bəşəriyyət yerləşmişdir.
Yuvarlaqlaşdınlmış  rəqəmlərə  görə  demək  olar  ki,  qurunun 
10%-i əkin sahəsi, 20%-i otlaq, 30%-i meşələr və müxtəlif tipli 
yararsız sahələr 40%-i təşkil edir.
Dünyanın torpaq ehtiyatlarından son min illikdə istifadə olun­
masının  əsas  xarakterik  cəhəti əhalinin ərzağa olan  tələbatının 
artımı ilə əlaqədar əkin sahəsinin artırılmasıdır.
Hazırda dünyada əkin sahələri  15  mln.km
2 təşkil edir,  son 20 
ildə  demək olar ki,  onun artımı dayanmışdır.  Bu əkinçilik üçün 
yararlı sahələrin demək olar ki, azalması  ilə bağlıdır.
Müasir texnikanın, mineral gübrələr, pestisidlər, herbisidlərin 
tətbiqi  şəraitində  insanların  torpağa  təsiri  çoxsahəlidir.  Bir 
tərəfdən  torpağın  əkin,  çoxillik  bitkilər  altında  uzun  müddət 
istifadəsi,  xüsusilə  suvarma  əkinçiliyi  zonalarında  mono-mə- 
dəniyyət şəraitində onların məhsuldarlığına mənfi təsir göstərir, 
şoranlaşmam,  su  və  külək  eroziyasını  qüvvətləndirir,  digər  tə­
rəfdən  kənd  təsərrüfatına  yararlı  torpaqların  başqa  məqsədlər 
üçün ayrılması, onları geniş  sahələrdə istehsalı mübadiləsindən 
çıxarır.
Torpaq  ehtiyatlarına  kənd  təsərrüfatında  istifadə  edilən  və 
meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikamızda 4227 
min  ha  sahə kənd təsərrüfatında istifadə  edilir.  Onlar kənd  tə­
sərrüfatına yararlı  olmayan (bedlend)  ərazilər,  bataqlıqlar,  dağ­
lıq  sahələr  və  s.  ilə  birlikdə  ölkənin  torpaq  fondunu  əmələ 
gətirir.
Azərbaycanda olan torpaq fondu 8641.5 min hektardır.  Onun 
77%-i  istifadə  edilir.  Kənd  təsərrüfatına  yararlı  torpaqların 
44%-i  əkin  sahələrindən  və  şumlardan,  4%-i  çoxillik  əkinlər­
dən, 26%-i biçənək və otlaqlardan  ibarətdir.  Ölkədə əkin sahə­
ləri  1454  min  ha  sahə  tutur.  Kənd  təsərrüfatında istifadə  edil­
məyən sahələr torpaq fondunun 40%-i qədərdir.  Bu torpaqların 
13%-ni  şəxsi  həyətyanı  torpaqlar,  12.1%-ni  meşələr,  2.7%-ni
160
kolluqlar,  0.8%-ni  bataqlıqlar,  3.6%-ni  su  hövzələri,  31.6%-ni 
digər  torpaqlar  (yollar,  kəndlər,  şəhərlər,  sənaye  obyektləri) 
təşkil edir.
Respublikada əhalinin  sayının  artması  ilə  əlaqədar  yeni  əra­
zilər  mənimsənilir,  nəticədə  şəhər  və  kəndlərin  sahəsi  geniş­
lənir,  yeni  təsərrüfat  obyektləri  tikilir,  istifadə  olunan  torpaq­
ların bir hissəsi  yararsız hala düşür.  Ona görə də  ölkədə torpaq 
ehtiyatları  getdikcə  azalır.  Hazırda  Azərbaycanda  adambaşına 
1.08  ha  torpaq  fondu  (dünyada  3ha),  0.2  ha  (dünyada  0.25ha) 
əkin  sahəsi,  0.6  ha  yararlı  torpaq  sahəsi  düşür.  Əkin  sahələri 
üçün  torpaqların  çatışmadığı  bir  zamanda  onlardan  səmərəli 
istifadə olunması günün vacib tələblərindən biridir.
Azərbaycan  Respublikası  torpaq  ehtiyatları  ilə  zəif  təmin 
olunmuş  ölkələr  sırasına  daxildir.  Azərbaycanda  torpaqlardan 
səmərəli  istifadə,  onların  mühafizəsi  münbitliyinin  bərpası  və 
nəticədə  torpaqların  təkrar  istehsal  dövriyyəsinə  qaytarılması 
qarşıda duran əsas vəzifələrdəndir.
1991-ci  ildə  Azərbaycan  Respublikası  yenidən  müstəqillik 
əldə etdikdən sonra torpaqlara münasibət də dəyişmiş, müxtəlif 
mülkiyyət  formaları  yaranmışdır.  Respublikanın  Milli  Məclisi 
tərəfindən  qəbul  olunmuş  yeni  Torpaq  qanununa  görə  ümumi 
torpaq  fondunun (
8 . 6 min ha-dır) 44.2%-i  dövlət mülkiyyətinə, 
31.4%-i  bələdiyyə mülkiyyətinə, 24.4%-i isə özəlləşdirmə yolu 
ilə əhalinin şəxsi mülkiyyətinə ayrılmışdır. Məlumat üçün qeyd 
edək  ki,  Azərbaycan  Respublikasının  torpaq  fondunun  təxmi­
nən  49%-i  kənd  təsərrüfatı  üçün  yararlı  torpaqlardır.Ona  görə 
torpağın  münbitliyinin  bərpası,  artırılması  və  mühafizəsi  sa­
həsində  ekoloji  tələblər üzrə qanunvericilikdə göstərilir ki,  tor­
paqda  aqrokimyəvi,  meliorativ,  eroziyaya  qarşı  mübarizə  və 
digər  tədbirlər  həyata  keçirildikdə  müəyyən  olunmuş  ekoloji 
təhlükəsizlik normativləri  və ətraf mühitin mühafizəsi tədbirləri 
nəzərə alınmalıdır.
Ətraf mühitə  atılan  bərk  tullantıları  sənaye,  kənd  təsərrüfatı 
və məişət tullantılarına ayırmaq olar.  Bərk tullantılar geosferin
161


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə