Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə39/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   96

Şimal  yamaclarda  qar  daha  uzun  müddət  qalır.  Cənub  ya­
maclarda qar örtüyü və rütubət az olduğundan eroziya daha çox 
olur. Bu da torpaqəmələgəlməyə öz təsirini göstərir.
Azərbaycanda  relyefin  xüsusiyyətlərindən  asılı  olaraq  tor- 
paqəmələgəlmə  formasının  7  tipi,  torpaqların  26  tipi,  60  ya- 
nmtipi,  20-yə  yaxın  biogeosenoz  formaları  və  9  iqlim  tipi 
əmələ gəlmişdir.
Orqanizmlər  torpaq  əmələgətirən  amil  kimi.  Torpaq  - 
mürəkkəb  təbii  cisim  olub,  bitki  və  heyvan  orqanizmilərinin 
çürüməsindən  əmələ  gələn  üzvi  maddələrlə  dağ  süxurlarının 
dağılmasından  alman  mineral  maddələr  qarışığından  ibarət 
olub,  minilliklər ərzində  əmələ  gəlmişdir.  Torpaq  komponent­
lərinin  çürüməsi  və  sintezi  proseslərində  mikroorqanizmlərin, 
torpaq canlılarının böyük rolu vardır.
Torpağın  münbitliyinin  yaranmasında  canlı  orqanizmilər  və 
torpağın üzvi maddələri əsas amil sayılır.
Torpaqda  və  onun  səthində  bakteriyalar,  göbələklər,  aktino- 
misetlər, yosunlar,  şibyələr,  ali bitkilər (mamırlar, ayıdöşəyilər, 
otlar,  ağac  bitkiləri),  ibtidailər,  soxulcanlar,  həşəratlar  və  mə- 
məlilər yaşayır.
Əgər  edofonun  torpaqəmələgəlmə  prosesində  əhəmiyyətinə 
görə  cərgələrə bölüşdürəsi  olsaq,  onda birinci  cərgədə  bakteri­
yalar,  ikincidə-aktinomisetlər,  üçüncüdə  isə  göbələklər  durur. 
İbtidailərə, amyöblərə və yosunlara torpaqda az rast gəlinir.
Y.N.  Mişüstinə görə kasıb torpağın  1  qr. 0.3-0.6 mlrd,  münbit 
qaratorpaqda  2-3  mlrd,  mikrob  vardır.  Bakteriyalar  torpaqda 
olan  mikrocanlıların  ən  çoxunu  təşkil  edir.  Onun  çox  miqdarı 
torpağın üst, əsasən şum qatında yerləşir.
Hərəkətli  və  hərəkətsiz  bakteriyalar  mövcuddur.  Qidalanma­
sına  görə  bakteriyalar  avtotrof  və  heterotrof  bakteriyalara 
bölünürlər.  Avtotrof bakteriyalar  karbon  qazını  mənimsəyərək 
karbondan  istifadə  edərək  üzvi  maddələr  yaratmaq  qabiliyyə­
tinə  malikdir.  Heterotrof bakteriyalar  isə  karbonu  yalnız  hazır 
üzvi  birləşmələrdən mənimsəyir.
154
Enerjidən  istifadəsinə  görə  bakteriyalar  fotoavtotrof,  hemo- 
avtotrof  və heterotrof bakteriyalara bölünür.
Fotoavtotroflar  günəş  işığından,  hemoavtotroflar  -  mineral 
birləşmələrin oksidləşməsi  zamanı  ayrılan enerjidən, heterotrof 
bakteriyalar  isə  üzvi  birləşmələrin  oksidləşmələrindən  alman 
enerjidən istifadə edirlər.
Torpaqda hemotrof  bakteriyalar geniş  yayılmışdır.  Onlar də­
mirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir: 
2FeC0
3 +3H20 + 0  = 2Fe(OH) 3 + 2C02 +  121.2 coul
Təbiətdə  azotun  dövranında  iştirak  edən  bakteriyalar  xüsusi 
yer tutur. Bunlar torpaqda nitrifıkasiya prosesi  apararaq ammo- 
niumu azot turşusuna çevirir:
2NH
3 + 302 = 2HN02 + 2H20  + 718.9 coul 
belə  oksidləşmə  reaksiyası  nitronomonos  tipli  bakteriyaların 
köməyilə gedir.
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:
2HN0
2 + 0 2 = 2HN03 +  108.7 coul 
Bu reaksiyada nitrobakteriyalar iştirak edir.
Nitrifıkasiya prosesindən başqa torpaqda mikroorqanizmilərin 
təsirilə başqa bir proses denitrifıkasiya  və  ya nitroflarm sərbəst 
azota qədər reduksiya prosesi gedir.
Bu proses iki  mərhələdə  gedir:  əvvəlcə  nitratlar nitriflər qədər, 
sonra isə nitritlərsərbəst azota qədər bərpa olunur.
C
6 H , 2 0 6 + 4N03 = 6C02 + 6H20  + 2NZ 
v ə
 
ya 
3C + 4KN0
2 + H20  = 2KHC03 + K2C03 + 2N2
Aktinomisetlər -  torpaqda, suda və peyində geniş yayılmışdır. 
Aktinomisetlər humusun əmələ gəlməsində fəal  iştirak edir.
Göbələklər -  hazır üzvi  maddələrlə qidalanır.  Göbələklər tor­
paqəmələgəlmə  prosesində  böyük  əhəmiyyətə  malikdir,  onlar 
mürəkkəb  üzvi  maddələri  mineral  birləşmələrə qədər parçalaya 
bilər. Göbələklər özündən sonra torpaqda suya davamlı struktur 
yarada bilən çoxlu humus saxlayır.
155


Yosunlar -  öz hüceyrələrində xlorofil  saxlayır. Onlar işıq şə­
raitində  mineral  birləşmələrdən  üzvi  maddələr  yaratmaq  qa­
biliyyətinə malikdir (fotosintez).
Bəzi  göbələklərlə  birlikdə  yosunlar  da  СОг-dən  istifadə 
edərək üzvi maddələrin toplanmasında iştirak edirlər.
Şibyələr  -   yerüstü  yosunlar  olub  birgə  yaşayan  göbələklər 
qrupudur.  Şibyələr  həm  ağaclarda,  həm  yerdə,  qayalarda,  daş 
üzərində, dəmir üzərində, hətta şüşə üzərində rast gəlmək olar.
Mamırlar -  şibyə və yosunlardan fərqli olaraq daha inkişaf et­
miş  regetativ  və  çoxalma  üzvlərilə  seçilir.  Mamırlar  yaxşı  in­
kişaf  etmiş  xloroplastı  olan  avtotrof  orqanizmilərdir.  Boylan 
20-30  sm-dən  hündür  olmur.  Mamırlar  bataqlıqlarda  və  ba­
taqlıq meşələrdə əsas torfəmələgətirən bitki sayılır.
İbtidailər -  torpaqda yaşayan qamçılılar, kök ayaqlılar və  in- 
füzorlar daxildir. İbtidailər-aerobdurlar.
Heyvanlar  aləmi.  Torpaqda  çoxlu  miqdarda  soxulcanlar, 
qurdlar,  gəmiricilər  və  həşəratlann  sürfələri  yaşayır.  Onlar  öz 
həzm  yolundan  xırdalanmış  üzvi  maddələri  keçirərək  torpağı 
ifrazatları  ilə  zənginləşdirir  və  torpağın  mikro  və  makrostruk- 
turunun yaranmasına şərait yaradır.  Bu canlılar həm də torpağı 
qarışdırır,  xırdalayır,  bununla  da  torpağın  aerasiyası  yaxşılaşır 
və torpaqəmələgəlmə prosesi sürətlənir.
Torpaq  soxulcanları  öz  orqanizmilərindən  il ərzində  bir hek­
tara 25  ton torpaq keçirir.  Soxulcanların ifrazatları azot və fos­
forla  zəngin  olub,  suyadavamlı  aqreqatlar  yaradır.  Bu  orqa- 
nizmilər öz həyat fəaliyyətləri nəticəsində torpağın fiziki xassə­
lərini yaxşılaşdırırlar (məsaməliyi su sızdırmanı).
Ali bitkilərin torpaqəmələgəlmədə rolu, xüsusilə V.R.Vilyam 
tərəfindən  aşkara çıxarılmışdır.  O  üzvi  maddələr yaradan 3  ali 
yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər qrupu ayırır.
l.Ağac  formasiyası  -   anaerob  mikroblannın  zəif iştirakı  ilə 
ağac bitkilərinin göbələk orqanizmilərilə birliyi.
.t  çəmən  formasiyası  -  əsasən  mezofil  çəmən  bitkilərinin 
anaerob və aerob bakteriyalarla birliyi.
156
3.0t  çöl  (bozqır)  formasiyası  -   kserofıl  çöl  otlarının  aerob 
bakteriyalarla birliyi.
İynəyarpaqlı  ağacların  iştirakilə  ağac  bitkilərinin  altında 
podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaramr.
Mezofil  çəmən  ot  bitkiləri  altında  rütubətli  çimli-podzol, 
çimli-çəmən və çimli torpaqlar yaranır.
Çöl (kserofıl) bitkiləri altında çöl  (bozqır) torpaqları (qarator­
paq,  şabalıdı  torpaq)  və  səhra  torpaqları  (boz-qonur)  əmələ 
gəlir.
Torpağın  üst  qatında  hər  hektarda  bakteriyalann  ümumi 
kütləsi 5-7 tona çatır.
Canlı  heyvan  orqanizmilərinin  həyat  fəaliyyəti  nəticəsində 
torpağa külli miqdarda üzvi maddə daxil olur.
Qurunt sulan  torpaq  əmələgətirən  amil  kimi. Torpaqəmə­
ləgəlmə  prosesinə  təsir  edən  təbii  amillərdən  biri  də  qurunt 
sularıdır.
Təbiətdə kimyəvi və bioloji reaksiyalar əsasən  su mühitində 
gedir.  Qurunt  sulan  müəyyən  qədər minerallaşmış olur.  Çünki 
torpağın və ana süxurun  tərkibindəki  suda həll olunan kimyəvi 
maddələr  qurunt  sulannın  tərkibinə  daxil  olur.  Əgər  qurunt 
suları  səthdən  çox  dərində  yerləşməyibsə  onlar  torpağa  fəal 
təsir göstərir,  onu  müxtəlif kimyəvi  maddələrlə  zənginləşdirir, 
torpağın  su  və  hava  rejiminə  təsir edir.  Müəyyən  şəraitdə  qu­
runt sulannın təsirindən torpaqlar şoranlaşa bilər.  Qurunt sulan 
üzdə  olduqda  torpaq  izafi  rütubətlənir  və  oksigen  çatışmazlı­
ğına səbəb  olur.  Bunun  da nəticəsində  bəzi  mikroorqanizmilər 
fəaliyyətdən qalır.
Quraq  ərazilərdə  buxarlanma  çox  olduğuna  görə  torpaqda 
olan  duz birləşmələrinin  miqdan  artır.  Şoran  torpaqlaqda asan 
həll olan xloridlər, sulfatlar və karbonatlar 0.25%-dən çox olur. 
Onlar  şoranlıqlardan  və  şorakətlərdən  ibarətdir.  Tərkibində 
çoxlu miqdarda duzlar olan qurunt sulan yer səthinə çıxır. Sula- 
nn  buxarlanması  güclü  gedən  sahələrdə  duzlar  torpağın  üst 
qatında toplanır və şoranlaşır. Rütubətli dövrlərdə həmin duzlar
157


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə