Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə37/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   96

50%  gil  varsa  gillicə torpaq,  50%-dən çox  gilvarsa gilli torpaq 
adlanır.
Torflu  torpaqlarda  əsas  komponent  humusun  üzvi  his­
səcikləridir. İri  dənələrdən  ibarət  torpaqlarda  iri  məsaməiər  az 
olur.  Bu cür torpaqların məsaməliyi  o  qədər də böyük olmayıb 
torpağın  ümumi  həcminin  25-40%-ə  qədərini  təşkil  edir.  İri 
dənəvər  torpaqlar  suyu  və  havam  yaxşı  keçirir.  Buna  görə  də 
belə torpaqlar quru olur, hava yaxşı işləyir.
“Torpağın  məsaməliyi  -  torpağın  bütün  məsamələrinin  həc­
minin, torpağın həcminə olan faizlə nisbətidir”.
İridənəvər  torpaqların  havanı  yaxşı  keçirmək  xassəsi  aerob 
mikroorqanizmilərin  yaşaması  və  torpağın  öz-özünü  təmiz­
ləməsi üçün əlverişli şərait yaradır.
Gilin  su keçirmə qabiliyyəti  qumdan təxminən 6000 dəfə az, 
rütubət tutumu qumdan 2.5-3  dəfə, torfdan isə 30-40 dəfə çox­
dur.  Qumlu  torpaqda  su  kapillyarla  30-40  sm-ə,  gillicə  tor­
paqlarda 40-60  sm-ə qalxırsa,  gildə o  1-1.5  m-ə,  torfda isə 4-6 
m-ə qalxır. Xırdadənəvər torpaqlar suyu pis süzür, buna görə də 
bunların  içərisində  və  üzərində  çoxlu  su  qalır.  Belə  torpaqlar 
yaş və rütubətli olub tez soyuyur, asanlıqla bataqlıqlaşır, yağın­
tılardan  sonra  isə  bunların  səthi  uzun  müddət  qurumur.  Kapil- 
lyarlıq  sayəsində  belə  torpaqlarda  torpaqaltı  suların  səviyyəsi 
həmişə  səthə  yaxın  olur,  aerasiya pis  olduğu  üçün belə torpaq­
lar  öz-özünü  təmizləyə  bilmir  və  meyit  bacdırmaq  üçün  ya­
ramır.
Torpağın  istilikkeçirmə  qabliyyəti  yüksək olmadığına  görə 
torpağın  üst  qatından  aşağı  qatlara  getdikcə  torpağın  tempera­
turu  tez  düşür,  lm-dən  dərində  sutkalıq  temperaturda  fərq 
olmur.  Səthdəki  temperatur  fərqləri  yerin səthindən 2  m  dərinə 
ancaq 
  aydan sonra gəlib çatır, məsələn, iyul ayındakı  isti   m 
dərinliyə ancaq sentyabrda gəlib çatır.
Ərazidən  asılı  olmayaraq  12-20  m  dərinlikdə  quruntun 
temperaturu bütün il boyu
146
eyni olur.  Bundan  aşağıya  getdikcə  hər  35  m-də  temperatur  1° 
C  qalxır.  Buna  görə  də  şaxtalarda  və  filiz  mədənlərində  artıq 
500-600  m  dərinlikdə  havanın  və  divarların  temperaturu  40- 
45°C-yə çata bilər ki, bu da iş şəraitinə təsir edir və işləməyi çə­
tinləşdirir.
Ayrı-ayrı  yerlərin  geoloji  tarixindəki  və torpaq əmələgəlmə 
prosesindəki  xüsusiyyətlər  torpaqların  kimyəvi  tərkibinin 
müxtəlif  olmasına,  yəni  torpaqda  təsadüf  edilən  kalsiumun 
(Ca),  natriumun  (Na),  kükürdün  (S)  və  xüsusən  mikroele- 
mentlərdən:  yodun  (J),  misin  (Cu),  kobaltın  (Со),  flüorun (F), 
molibdenin  (Mo),  manqa-nın  (Mu),  sinkin  (Zu),  borun  (B), 
stronsiumun (Sr), selenin (Se) və s.  həddindən çox və ya az ol­
masına  səbəb  olmuşdur.  Torpaqda  və  ya  suda  kimyəvi  ele­
mentlərin  çatışmadığı  və  ya  həddindən  çox  olduğu  yerlərə 
(areallara) anomal geokimyəvi əyalətlər deyilir.
Torpaqlarda  bu  və  ya digər kimyəvi  elementlər çatışmadıqda 
və ya  həddindən  artıq  olduqda bitkilər bunları  ya kifayət qədər 
almır,  ya  da  həddindən  çox  alır.  Deməli  bunlar  bitkilər və  iç­
məli su ilə birlikdə heyvan orqanizmlərinə ya kifayət qədər keç­
mir, ya da həddindən çox keçir.  Bunun nəticəsində anomal geo­
kimyəvi  əyalətlərin  ərazisində  yaşayan  orqanizmilərdə  -  bit­
kilərdə,  heyvanlarda  və  insanlarda  maddələr  mübadiləsi  poz­
ğunluqları,  funksional  və  morfoloji  dəyişikliklər  və  xəstəliklər 
baş verir.  Maddələr mübadiləsi pozğunluğunun "xarakteri həmin 
arealda  hansı  mikroelementin  çatışmamasından  və  ya  artıq 
olmasından asılıdır.  Lakin ərazinin geokimyəvi  şəraitindən asılı 
olaraq  bütün  pozğunluqları  geokimyəvi  endemiyalar  anlayışı 
altında birləşdirirlər.
Ərazinin  kimyəvi  şəraiti  ilə  əhalinin  sağlamlığı  arasında  nə 
kimi  əlaqə  olmasını  aydınlaşdırmaq  daha  mürəkkəb  məsələdir, 
çünki  burada ictimai  şəraitin də rolu vardır.  Kənd əhalisinə əra­
zinin  geokimyəvi  şəraitinin  təsiri  daha  çox  olur  (yerli  əhali 
həmin yerdə yetişdirilən məhsullardan istifadə edirsə).
147


Əhalinin  sağlamlığının  ərazinin  geokimyəvi  şəraiti  ilə  əla­
qədar olması hələ XIX əsrin əwəllində aşkar edilmişdi:  belə ki 
o vaxt müəyyən edilmişdi ki, endemik ur xəstəliyinin (dağlarda 
isə  endemik urun  və ağıl  zəifliyinin)  səbəbi  torpağın və həmin 
yerdə istehsal edilən yeyinti məhsullarının tərkibində yodun ça- 
tışmamasıdır. Dağ süxurlarında və suda flüoz çoxluğu ilə əlaqə­
dar olaraq baş vermiş flüoz endemiyalan müşahidə edilmişdir.
Bütün  geokimyəvi  endemiyalann  aşkara  çıxarılması,  öyrə­
nilməsi və ləğv edilməsi ekologiya elmi qarşısında duran aktual 
məsələdir.
Məlumdur  ki,  bütün  təbii  ünsürlər,  o  cümlədən  torpaq  öz- 
özünü təmizləmə  qabiliyyətinə  malikdir.  Ümumiyyətlə,  torpaq 
müxtəlif mənbələrdən, eləcə də ölmüş bitki və heyvan qalıqları 
ilə,  habelə  bunların  həyat  fəaliyyəti  məhsulları  ilə  çirklənir, 
yaşayış yerlərində natəmizlik və tullantılar ilə də çirkləndirilir.
Torpağın  öz-özünü  təmizləməsi  mürəkkəb  və  çox  uzun 
müddət davam edən bioloji proses  olub,  bu prosesdə üzvi mad­
dələr  suya,  karbon  qazına,  mineral  duzlara və humusa çevrilir, 
protogen törədicilər isə ölür.  Torpağın öz-özünü təmizləmə pro­
sesi  aşağıdakı  qaydada  gedir:  torpaq  çirkləndikdə  tullantıların 
maye  hissəsi  süzülür,  onda  asılı  halda  olan  üzvi  hissəciklər, 
mikroorqanizmlər  və  bağırsaq  qurdlarının  yumurtaları  isə mə- 
samələrdə  qalır.  Böyük  udma qabiliyyətinə  malik  olan  torpaq 
dənələri  süzülən mayedən həll olmuş üzvi kolloid maddələri və 
üfunətli  qazları  udur.  Torpağın  üzvi  maddələrinin  tutulub  sax­
ladığı  üst  qatlarda  külli  miqdarda  müxtəlif  mikroblar,  göbə­
ləklər,  yosunlar,  ibtidailər,  qurdlar,həşərat  sürfələri  yaşayır  ki, 
bunlar da torpağın öz-özünü təmizləməsində iştirak edirlər.
Torpaqda üzvi maddələrin minerallaşması həm aerob, həm də 
anaerob  şəraitdə  gedir.  Anaerob  şəraitdə  üzvi  maddələr  çürü­
dükdə və qıcqırdıqda üfunətli  qazlar çıxır ki,  bunlar da havaya 
uçub  onu  çirkləndirir.  Buna  görə  də  tullantıları  zərərsizləşdir­
dikdə  elə  şərait  yaratmaq  lazımdır  ki,  torpaqda  aerob  mineral- 
laşma  prosesləri  üstünlük  təşkil  etsin,  yəni  çirklənmiş  torpağa
148
kifayət  qədər  oksigen  gəlməli  və  ona  çoxlu  tullantı  tökülmə­
məlidir.  Torpağın  öz-özünü  təmizləməsi  sayəsində  üzvi  mad­
dələr  qeyri-üzvi  birləşmələrin  elə  formalarına  çevrilir  ki,  bu 
şəkildə  onlar  bitkilər  üçün  qida materialı  olur  və  beləliklə  bir 
daha təbiətdəki maddələr dövranına daxil olurlar.
Hazırda  tullantıların  və  təsərrüfatdan  çıxan  çirkli  sulann 
torpaq  vasitəsilə  zərərsizləşdirilməsi  ən  yaxşı  metod  hesab 
olunur və praktikada geniş tədbiq edilir.  Bu işdə təkcə torpağın 
təbii yolla öz-özünü təmizlənməsindən istifadə edilmir. İnsanlar 
bu  prosesləri  idarə  etməyi  öyrənmiş  və  hətta  bunları  süni 
qurğularda , məsələn,biosüzgəclərdə və çirkli suları təmizləmək 
üçün olan başqa qurğularda yaradırlar.
Yaşayış  yerlərində  insanın  yaşayıb  işləməsi  prosesində 
daim müxtəlif tullantılar, natəmizlik, çirkab, mətbəx tullantıları, 
evlərin və  küçələrin  zibili, məişətin, hamam və camaşırxanala- 
rm,  sənayenin  çirkli  suları,  inşaat  zibili,  istehsalın  müxtəlif 
bərk  tullantıları,  iri  şəhərlərin  əlvan  və  qara  metal,  kimya  və 
neft-kimya,  maşınqayırma,  sənaye  müəssələri,  istilik-elektrik 
stansiyalarının  əhatə  etdikləri  torpaq  sahələri  ağır  metallarla, 
neft məhsulları, kükürd və digər maddələrlə ciddi çirkləndirilir.
Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirk- 
ləndirən  əsas mənbələrdən biridir.  Quyuların qazılması zamanı 
hər bir buruq  orta  hesabla sutka ərzində  120-150  m
3  su işlədir. 
Adətən  quyu  ətrafında kifayət həcmdə  gil,  yağlayıcı  maddələr, 
kimyəvi  reagentlər,  qazılmış  süxurlar,  duzlar  və  s.  ilə  çirklən­
miş  su  yığnağına  rast  gəlmək olur.  Bu  sular tullantı  suları  ad­
landırılır.  Laborotoriya  tədqiqatları  ilə  müəyyən  edilmişdir  ki, 
tullantı  sularının  fiziki-kimyəvi  tərkibi  əsasən  onunla qarışmış 
qazma  məhlulunun  və  kimyəvi  reagentlərin  miqdarından  ası­
lıdır.  Müəyyən edilmişdir ki,  qazma tullantı sularında mexaniki 
qarışığın  miqdarı  100-4618  mq/1,  üzvi  maddələrin  miqdarı  53- 
3052  mq/1  və  neft  məhsullarının  miqdarı  isə  8,8-210  mq/1 
həddində dəyişir.
149


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə