Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə46/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   96

hissəsinin  işğal  altında  qalması  və  insanların  yaşayış  yer­
lərindən  didərgin  düşməsi,  həm  ətraf mühitin  mühafizəsini, 
həm  də  əhalinin  yerləşməsi  problemini  daha  da  çətinləşdir­
mişdir.
2010-cu  il  fevralın  18-də  Azərbaycan  Respublikasının 
prezidenti  İlham  Əliyevin  yanında  keçirilən  ekoloji  prob­
lemlərə həsr olunmuş müşavirədə hazırda 
 əsas istiqamətdə 
-  içməli  su  probleminin  köklü  surətdə  həlli,  şəhər  və 
rayonların  kanalizasiya  sistemlərinin  ən  müasir  səviyyədə 
qurulması,  ekosistemin  tarazlığının  qorunması  məqsədilə 
yaşıllaşdırmanın  genişləndirilməsi  və  meşə  zolağlarının  sa­
lınması,  atmosferin  çirklənməsinin  qarşısının  alınması,  Ab­
şeron yarmadasmda  torpaqların neft  tullantılarından təmiz­
lənməsi  və  məişət  tullantılarının  utilizasiyası  kimi  ekoloji 
problemlərin  həlli  istiqamətində  konkret  proqramların 
həyata  keçirildiyini  bildirmişdir.  Urbanizasiya  respublika 
şəhərlərinin  inkişaf  etalonu  olmaqla  iqtisadi-sosial,  elmi- 
texniki  tərəqqinin  mühüm  mənbəyi  və  ekoloji  tarazlığı 
pozan bir proses kimidə qiymətləndirilir.
Azərbaycan  Respublikasında  ətraf mühitin  mühafizəsi 
və  əhalinin  sağlamlığı  məsələlərinə  dövlət  qayğısı  ildən-ilə 
artırılmaqla  bərabər,  bu  işlərə  içtimaiyyətin  daha  geniş  cəlb 
olunması  məqsədilə  müxtəlif  tədbirlər  görülür.  Azərbaycan 
Respublikasının  prezidentin  təşəbbüsü  ilə  2010-cu  ilin 
«Ekologiya  ili»  elan  edilməsi  də  bu  istiqamətdə  atılan  ən 
mühüm addımlardan biridir.
2009-cu  il  ölkənin  bütün  bölgələrində  ekoloji  tarazlığı 
bərpa etmək, əhalinin  təmiz suya və təmiz havaya olan  ehti­
yacını  ödəmək,  neftlə  çirklənmiş  ərazidə  ətraf mühitin  təh­
lükəsizliyini təmin etmək məqsədilə çoxsaylı  tədbirlər həyata 
keçirilmişdir.
Hovsan  aerasiya  stansiyası  yenidən  qurularaq  geniş­
ləndirilmiş,  12  rayonun  122  kəndində  224  min  nəfər  əhalini 
təmiz  içməli  su  ilə  təmin  edən  modul  tipli  təmizləyici  qur­
182
ğular  qurulaşdırılaraq  istifadəyə  verilmişdir.  Bakıda  məişət 
tullantıları zavodunun tikintisinə  başlanılmış,  yaşıllaşdırma 
işləri geniş vüsət almışdır.
Ölkəmizdə  və  bütün  dünyada  şəhərlərin  spesifikasının 
öyrənilməsi  ən  vacib  şərtlərdən  biridir.  Çətinliklərdən  asılı 
olmayaraq  müxtəlif  şəraitlərdə  praktiki  problemlərin  həlli 
üçün  şəhərin  modelləşdirilməsi  əsas  yer  tutur.  Tibbdə, 
anatomiya və  fiziologiyada,  real şəraitlərdə,  xəstə və sağlam 
insanlar  üzərində,  urboekuologiyada  bütün  informasiyalar 
«Ümumi şəhər» etalonunda işlənir.
Şəhərlərə müxtəlif formalı xammal məhsullarının daxil 
olması  yeyinti,  sənaye müəsissələrinin  işləməsində və  əhali­
nin  həyat  tərzinin  yaxşılaşdırılmasında  ən  mühüm  məsə­
lələrdən biridir.  Digər xüsusiyyətlərdən ən vacibi isə əhalinin 
suya,  ərzağa  olan  tələbatıdır. 
1  mln  əhalisi  olan  şəhərin 
gündəlik suya olan tələbatı 470 mln tondur.
Şəhərsalma  fəaliyyəti  əsasən  respublikada  bu  sahə  üzrə 
mövcud olan qanunvericilik əsasında təşkil olunur.  Şəhərsalma 
fəaliyyəti üçün sahələr zonalara ayrıldıqda əhalinin səmərəli hə­
yat  fəaliyyətinin  təminatı,  sahələrin  təbii  və  texnogen  təsir­
lərdən mühafizəsi, ətraf mühitin çirklənmədən mühafizəsi, əhali 
və  istehsal  sahələrinin  vahid  sahədə  sıx  yerləşməməsi,  təbii  və 
mədəni-tarixi sahələrin qorunması və s.  əsas götürülməlidir.
Şəhər tikintilərinin  aparılması zamanı aşağıdakı  sahələrdə 
istifadə məhdudlaşdırılır:
-  mədəni  abidələrin,  tarixi-mədəni  komplekslərin  və 
obyektlərin,  şəhərətrafı qoruq zonalarının;
- xüsusi təbii qoruq sahələrinin;
- su mühafizə sahələrinin və sahil  mühafizə zolağının;
- ekoloji  təhlükəli zonaların;
- mürəkkəb təbii  iqlim şəraiti sahələrinin.
Şəhərdə  aparılan  tikintilər  şəhərin  “Baş  planf’na  uyğun 
aparılır. Tikinti zonalarının aşağıdakı növləri mövcuddur:
- yaşayış zonası;
183


- ictimai fəaliyyət zonası;
- istehsalat zonası;
- mühəndis və nəqliyyat infrastrukturu;
- istirahət zonaları;
- xüsusi təyinat zonaları;
- xüsusi rejim zonaları və hərbi obyektlər.
Hər  bir  zona  altzonalara  bölünə  bilər.  Lakin  bu  zaman 
Respublika  qanunvericiliyində  ətraf mühitin  mühafizəsi,  tarixi 
abidələr  və  digər  sahələrə  qoyulmuş  məhdudiyyətlər  nəzərə 
alınmalıdır.
Yaşayış  zonalarında  müxtəlif  mərtəbəli  evlərlə  yanaşı 
sanitar  qoruyucu  zona  tələb  olunmayan  sosial,  mədəni-məişət, 
kommunal  təsərrüfat  obyektlərinin  yerləşdirilməsinə  icazə 
verilir.  Adətən  bu obyektlər ətraf mühitə  zərərli  təsir (səs-küy, 
titrəyiş,  maqnit  sahəsi,  radiasiya  təsiri  və  s.)  göstərməyən 
obyektlər hesab edilir.
İctimai  fəaliyyət  zonası  tibbi,  ticarət,  mədəni,  ictimai- 
iaşə,  təhsil,  elmi-tədqiqat,  avtomobil  dayanacaqları,  maliyyə  iş 
mərkəzləri və s. sahələrinə məxsus zonalardır.
İstehsalat zonaları  sənaye, kommunal, mühəndis və nəq­
liyyat infrastrukturlarından və sanitar qoruyucu zonalardan iba­
rətdir.
İstirahət zonaları əhalinin istirahətini təmin edən parklar, 
bağlar,  şəhər  meşələri,  çimərliklər  və  digər  obyektlərdən  iba­
rətdir.  Təii  qoruq  sahələrindən  istirahət  zonasi  kimi  istifadə 
etmək olar.
Xüsusi təyinat zonalarına qəbristanlıqlar, məişət tullantı­
ları obyektləri aid edilir. Bu zonaların sahəsi şəhərsalma norma­
tivləri əsasında müəyyən edilir.
Şəhər  əhatəsində  göstərilən  zonaların  yerləşdirilməsi,  şə- 
hərtikintİ  və  şəhərsalma  normativləri  əsasında  respublika  icra 
orqanı və yerli idarəetmə orqanları tərəfindən müəyyən edilir.
İri  şəhərlərdə  nəqliyyat  vasitələrinin  hədsiz  çox  olması 
çirklənmə dərəcəsinin artmasına səbəb olur.  Avtomobil  nəqliy­
184
yatı  tərəfindən  atmosferə  atilan  çirkləndiricilərin  miqdari 
ümumi  çirkləndiricilərin  40-50%-ni,  şəhərlərdə  60-80%  təşkil 
edir.  Şəhərlərdə avtomobillərin sayının kəskin artmasi ətraf mü­
hitin  daha  çox  çirklənməsinə  səbəb  olacaqdır.  Avtomobillərin 
hərəkətinin  sıx  olduğu  sahələrdə,  xüsusilə  mərkəzi  küçələrdə 
tullantıların əsas  tərkib  hissəsi  olan azot  oksidi,  bezn(a)  piren, 
karbon oksidi və s. ətraf mühitə daha çox atılır.
Şəhərlərin  atmosferində  smoq  hadisəsinin  müxtəlif  tull­
antıların  fəaliyyəti  nəticəsində yarandığı  məlumdur.  İlk vaxtlar 
smoq-toz  hissələri  ilə  duman  damcılarının  qarışığı  kimi  başa 
düşülürdü.  Sonralar  bu  anlayış  daha  geniş  məna  kəsb  etdi. 
Hazırda  smoqun  üç  tipini  ayırırlar:  1)  London  və  ya  rütubətli 
smoq;  2) buzlu və ya alyaska smoqu;  3) Los-Anceles və ya fo- 
tokimyəvi smoq.
1.  London smoqu -  toz hissəcikləri  ilə  (əsasən his,  tüstü) 
toz və kimyəvi inqredientlərin (ilk növbədə kükürd anhidridi və 
karbon  oksidi)  qarışığı  nəticəsində  yaranır.  Bu proses,  adətən 
havanın temperaturu 0°C olduqda və  küləksiz havada baş verir. 
Havanın  aşağı  hissəsində  (qatında)  zərərli  maddələrin  konsen- 
trasiyası insanların sağlamlığı üçün təhlükəli həddə çata bilir.
2.  Alyaska  və  ya  buz  smoqu  -   havanın  mənfi  və  sabit 
temperaturu ilə günəş radiasiyasinin zəif təsiri nəticəsində əmə­
lə gəlir.  Bu smoq qazabənzər (əsasən SO
2) və  bərk maddələrlə 
buz  kristallarının  qarşılıqlı  təsiri  nəticəsində yaranır.  Bu  smo­
qun təsiri london smoqunun təsirinə oxşardır.
3.  Los-Anceles  və  ya  fotokimyəvi  smoq  -   fotokimyəvi 
reaksiyanın təsiri  ilə havanın təkrar çirklənməsi  nəticəsində ya­
ranır.  Belə proseslər,  adətən  subtropiklərdə, az-az hallarda mü­
layim  qurşaqda  yaranır.  Prosesin  getməsi  üçün  əsas  kimyəvi 
komponent  azot  2-oksididir  (NO
2).  Ultrabənövşəyi  günəş  şüa­
larının təsiri nəticəsində azot 2-oksidi azot oksidə (N0) çevrilir 
və  s.  ayrılan  oksigen  atomu  havanin  oksigeni  ilə  birləşərək 
ozona (O
3) çevrilir.
185


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə