Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə57/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   96

hesabına  1927-ci  ildən  bəri  40%  artmışdır.  Buna  bənzər  işlər 
Yaponiya,  Belçika,  Fransa,  Sinqapur,  Bəhreyn,  Qatar  və  s. 
ölkələrdə aparılır.
Səhralaşma  ekoloji  problem  kimi  Yer kürəsində  hələ  in­
san  cəmiyyətinin  formalaşdığı  dövrdən  əvvəl  də  mövcud  ol­
muşdur. Hal-hazırda dünyanın  1/3-ni tutan arid qurşaqda  8 mln 
km2  sahəni  səhralar tutur.  Şimali  Afrika  və  Asiyanın  səhraları 
11  min  km  məsafədə  uzanan  vahid  enli  zonanı  təşkil  edir.  Bu 
sahənin yarıya qədəri dünyanın böyük səhrası sayılan Saxaranm 
payına düşür.  Həmin  zonaya 300  mln  ha sahəni  tutan  (ərazinin 
15%) MDB-nin arid sahəsi də daxildir.
Hazırda  da  məhsuldar  torpaqların  səhralara  çevrilməsi 
prosesi  davam  edir.  Səhralaşmanın  davam  etməsinin  başlıca 
amillərindən biri  insan fəaliyyətidir.  Antropogen təsirə  ilk növ­
bədə, meşələrin qırılması, torpaqlardan düzgün  istifadə edilmə­
məsi,  heyvandarlıqda torpaqlardan  səmərəsiz istifadə olunması 
və  s.  daxildir.  Demək  olar  ki,  Mərkəzi  Avropada  1  ha  məh­
suldar  otlaq  3-5  ev  heyvanının  yemlənməsinə  xidmət  etdiyi 
halda,  Səudiyyə  Ərəbistanında  50-60  ha  səhra  otlaqları  1  hey­
vanın yemlənməsinə xidmət edir.
Alimlər  hesablamışlar  ki,  antropogen  təsirdən  yaranmış 
səhralar  9  mln  km2-ə  (900  mln  ha)  çatmış  və  planetin  torpaq 
fondunun  6,7%-ni  təşkil  edir.  Bundan  başqa,  60  ölkənin  ərazi­
sini  tutan  30-40  mln  km2  sahə  səhralaşma  təhlükəsi  qarşı­
sındadır.  Ona görə də səhralaşma prosesi dünyanın qlobal prob­
lemlərindən  biri  hesab  olunur.  Dünyanın  arid  və  yarim  arid 
rayonlarında 850 mln nəfərdən çox əhali məskunlaşmışdır.
Yer  kürəsinin  su  balansının  qiymətləndirilməsi,  su  təmi­
natı,  suya  təlabat,  su  problemlərinin  həlli  bir  çox  coğrafi 
tədqiqatlarda xüsusi yer tutmuşdur.
Su  resursları.  Su  coğrafi  təbəqədə  ən  geniş  yayılmış 
komponent olsa da, onun cəmi 3%-i (daha dəqiq  2,53%)  içmək 
üçün  yararlı  şirin  sudur.  Şirin  su  ehtiyatının  əksər  hissəsi  is­
tifadə  üçün əlçatmaz  buzlaqlardadır (Antarktida,  Qrenlandiya).
226
Çaylarda  toplanan  içməli  su  qeyri-bərabət  paylanmışdır.  Əha­
linin  daha  çox  məskunlaşdığı  kənd  təsərrüfatı  və  sənaye  böl­
gələrində  şirin  su  ehtiyatının  40%-dən  azı  yerləşir.  Qurunun 
1/3-ni tutan arid zonalar içməli  sudan daha çox korluq çəkirlər. 
Soyuq  şimal  və  rütubətli  ekvatorial  ərazilərdə  isə  su  istifadə 
olunmadan okeana axır.
Hesablamalara  görə  Yer  kürəsinin  ümumi  su  ehtiyatı 
1386  mln  km3-dir.  Şirin  səth  sularının  həcmi  35  mln km3  həc­
mində  qiymətləndirilir.  Hər nəfərə dünyada 230 mln m3  su  dü­
şür.  Lakin,  ümumi  ehtiyatın  96,4%-i  Dünya  okeanının  duzlu 
sularının  payına  düşdüyü  üçün  su  problemi  həmişə  mövcud 
olub və  yenə də mövcuddur.  Hazırda dünyanın  bir çox  ölkələ­
rində,  xüsusilə  iqtisadi  cəhətdən  inkişaf etmiş  ölkələrdə  su  ilə 
təmin  olunmada  kəskin  və  mühüm  sosial-iqtisadi  problemlər 
vardır.  İndi  əsrin  əvvəlinə  nisbətən  sənaye  və  kənd  təsərrüfa­
tında  daha  çox  su  işlədilir.  Suyun  tükənməyən  sərvətlərə  aid 
edilməsinə baxmayaraq o, dünyada qeyri-bərabər paylanmışdır.
Çay  axınları  ayrı-ayrı  regionlar  üzrə  -   Avropa  -3110, 
Asiya -13190,  Afrika- 4225,  Şimali  Amerika -   5960, Cənubi 
Amerika-10380, Avstraliya -1965  km3/il təşkil edir.  Ölkə üzrə 
axım  göstəricilərinə  görə  birinci  yeri  ərazisində  dünyanın  ən 
böyük çayı olan Braziliya tutur (10 min km3).
İkinci  yeri  (4,7  min  km3)  MDB  dövlətləri  tutur.  Bunların 
içərisində  Rusiya  Federasiyası,  Qazaxıstan,  Gürcüstan  və  Ta­
cikistan adambaşına düşən su ehtiyatına görə fərqlənir.
İstehlakçının  suya təlabatınm  göstəricilərini  də  müəyyən­
ləşdirmək çox vacib məsələdir.  Dünyada suyun əsas istehlakçısı 
kənd  təsərrüfatı  olmuş  və  yenə  də  qalmaqdadır  (70%).  İkinci 
yeri  sənaye (20%), üçüncü yeri məişət təsərrüfatı (10%) tutur.
Əsrimizin  sonunda  sürətlə  inkişaf  edən  şəhərlərin,  sə­
nayenin  və  kənd  təsərrüfatının  su təminatı  müəyyən texniki-iq­
tisadi və ekoloji çətinliklərlə rastlaşır.  Təbii resursların çirklən­
məsinin  əsas  mənbələri  qara  və  əlvan  metallurgiya  müəssi­
sələri,  kimya,  neft,  qaz,  daş  kömür,  sellüloz-kağız  sənayeləri,
227


kənd  təsərrüfatı  (əkinçilik  və  intensiv heyvandarlıq)  və  kom­
munal təsərrüfatı hesab olunur.
Dünyada  xəstəliklərin  80%-i  içməli  suyun  kifayət  qədər 
keyfiyyətli  olmaması  ilə  bağlıdır.  Su  mühitinin  deqredasiyası 
geniş  vüsət  almışdır.  Hazırda  dünya  əhalisinin  1,4  mlrd  nəfəri 
məişətdə  çirklənmiş  sudan  istifadə  etdiyindən  epidemik  xəs­
təliklərlə xəstələnir.
Təbii  suların  əsas  çirkləndirici  göstəriciləri  aşağıda­
kılardır:
-  Oksigenin  biokimyəvi  sərfi  göstəricisi.  Göstərici  çox 
olduqda  çirkləndirici maddələr də daha çox olur və suyun  key­
fiyyəti bir o qədər pisləşir.
-  Suda  mikroorqanizmlərin  olması.  Onun  göstəricisi  ba­
ğırsaq bakteriyaları (kalititr) miqdarıdır.
-  Suda  ammonyakın,  nitratların  ,  nitritlərin,  neft  və  neft 
məhsullarının,  fenolun,  sintetik  səthi-aktiv  maddələrin,  ağır 
metalların miqdarı və s.
Rio-de-Janeyroda  (iyun,  1991)  BMT-nin  konfransında 
əhalinin  keyfiyyətli  içməli  su  ilə  təmin  olunması  problemi 
bəşəriyyətin  dayanıqlı  inkişaf  strategiyasında  hakim  mövqe 
təyin olundu.  Təbiətin mühafizəsi strategiyasında qeyd edilir ki, 
planetar miqyasda  bəşəriyyətin  sağlamlığı  istifadə  olunan  şirin 
suyun keyfiyyətindən asılıdır.
Bir çox ölkələrin iri şəhərləri üçün “su aclığı” artıq  xarak­
terikdir.  Məsələn,  Mexico,  Paris, Tokio, Nyu-York,  Qahirə və s. 
şəhərlərdə  “su  qıtlığı”  mühüm  problemə  çevrilmişdir.  Səna­
yenin kənd  təsərrüfatının  inkişafı,  əhalinin  sayının  artımı  su  is- 
tehlakım  artırır,  başqa bir tərəfdən,  hidrosferin  çirklənməsi  “su 
aclığı” problemi yaradır. Bu problemin həlli yollar:
-  sudan qənaətlə istifadə, çirkab (işlənmiş) suların  su höv­
zələrinə axıdılmasının qarşısının alınması;
- dəniz suyunun şirinləşdirilməsi (Səudiyyə Ərəbistanı. 
BƏƏ,  Küveyt,  Bəhreyn,  Türkmənistan, Qazaxıstan,  Yaponiya, 
Avstraliya İttifaqı və s.);
- çay sularının bir bölgədən digərinə yönəldilməsi;
- aysberqlərdən istifadə edilməsi;
- su anbarlarının tikilməsi;
- sənaye  və  energetikada  qapalı  su  dövriyyəsinin 
yaradılması və s.
İnsanın  gündəlik  su  tələbatı  minimum  2  1-dır.  Sənaye  və 
məişət tələbatı  daxil  olmaqla İEÖ-də  sutkalıq  su  istehlakı  200- 
300 1-dir (iri şəhərlərdə 400-500).
Dünyada  mövcud  olan  su  anbarlarının  sayı  16  min, 
onların ümumi sahəsi 400000 km2-dir.
Regionların  su  təminatının  yaxşılaşdırılması  üçün  su 
anbarlarının  tikintisi  böyük  əhəmiyyət  kəsb  edir.  Su  anbar­
larının  tikilməsi,  əsasən  İkinci  Dünya  müharibəsindən  sonra 
daha  da  artmışdır.  Dünyada  təkcə  son  30  ildə  su  anbarlarının 
sayı 4 dəfə, ümumi  həcmi  isə  10 dəfədən çox artmışdır (o cüm­
lədən, Latın Amerikası ölkələri, Asiya və Afrikada 35-90 dəfə). 
Hal-hazırda planetimizdə 60 mindən çox su anbarları istifadəyə 
verilmişdir.
Üç  kateqoriyadan  ibarət  müəyyən  olunmuş  hidroenerji 
potensialı mövcuddur (nəzəri, texniki və iqtisadi).
Nəzəri  potensialı  müəyyən  etmək  üçün  bütün  yerüstü 
axım  hesablanır -  46 min km3/il. Nəzərə alsaq ki,  qurunun orta 
hündürlüyü 800 m-dir, onda ümumi hidropotensial  1,0 mlrd.kvt 
gücündə və elektrik enerjisinin illik hasilatı  50 trln  kVt/saatdan 
çox təşkil edər.  Son qiymətləndirməyə görə texniki potensial 20 
trln kVt/saatdan artıqdır.
İqtisadi  potensial  texniki  potensialın  iqtisadi  cəhətdən 
səmərəli  hesab olunub  istifadə  edilən hissəsidir.  Onun  göstəri­
cisi  ilə  texniki  potensialdan  təqribən 5  dəfə  az olmaqla  10  trln 
kVt/saatdan az deyildir.
İqtisadi potensialın miqyasına görə dünyanın iri regionları 
- Xarici  Asiya, Latın Amerikası,  Şimali Amerika, MDB, Xarici 
Avropa,  Avstraliya  və  Okeaniya  göstərilən  qaydada  sıralan­
mışdır.
228
229


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə