Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə62/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   96

edilmişdir.  Əlavə edək  ki,  çoxprofilli müəssisələrin (müxtəlif 
məhsullar  istehsal  edən  zavod  və  fabriklər)  yaradılmasının, 
onların  eyni  ərazidə  inşa  olunmasının  ekoloji  və  iqtisadi 
əhəmiyyətindən  başqa,  tullantıların  daşınmasına  da  xeyli 
qənaət  olunur.  Belə  ki,  müəyyən  bir  ərazidə  yerləşən,  çox­
profilli müəssisələrdən birinin tullantısı ikinci müəssisə üçün 
xammal  olur,  ikinci  müəssisənin  tullantısı  isə  üçünjü  müəs­
sisədə  xammal  kimi  istifadə  olunur  və  s.  Beləliklə  qapalı 
istehsal  prosesi  yaranır  ki,  bu  da  iqtisadi  və  ekoloji  baxım­
dan  çox  əhəmiyyətlidir.  Bu  halda  kapital  qoyuluşu  xeyli 
azalır,  sistemin  idarə  olunması  sadələşir  və  ekoloji  norm a­
lara tam əməl olunur. Gələcəkdə belə istehsal sistemin geniş­
ləndirilməsi nəzərdə tutulur.
İstehsal  tullantılarından  xammal,  yarımfabrikat, 
yanacaq  və  s.  kimi  faydalı  istifadə  edilməsi  utilizasiya 
adlanır.  Utilizasiyanın  iqtisadiyyatda  mühüm  əhəmiyyəti 
vardır.  Bir  sıra  sahələrdə  utilizasiya  məqsədilə xüsusi  sexlər 
və  hətta  utilizasiya  zavodları  yaradılmışdır.  Utilizasiya 
tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul  olur.
Tullantısız  texnologiya,  üzvü  tullantıların  təkrar 
emal  edilməsində  də  tətbiq  edilir.  Bakıda  üzvi  tullantıların 
illik  miqdarı  2,5  mln  t-dan  çoxdur.  Bu,  əsasən  ağac  emalı, 
şərab,  pivə  istehsalı,  dəri  emalı  müəssisələrinin,  ət  kom­
binatının  tullantılarından  ibarətdir.  Bunların  yalnız  5-6%-i 
təkrar  emal  edilir,  qalanı  isə  yandırılır.  Bu  üzvi  tullantıları 
emal  etməklə  həm  ətraf  mühitin  çirklənməsinin  qarşısı 
alınar,  həm də xeyli gübrə istehsal edilir.
İri  sənaye  şəhərlərində  İES  və  başqa  müəssisələr 
atmosferi  xeyli  miqdarda  sulfat  anhidridi  ilə  çirkləndirir. 
Onun  təsirindən  metallar  korroziyaya  uğrayır,  tikinti  qur­
ğuları  aşınır,  bitkilər  məhv  olur,  xəstəliklər  artır.  Halbuki, 
həmin  stansiyaların  tüstülərindən  S02-ni  ayıraraq  sulfat 
turşusu almaq olar.  Dünyada ilk dəfə  1952-ci ildə Moskvada 
12№-li  İES-də bu proses reallaşmışdır.
246
Ukraynada  tikilmiş  kimya  kombinatında  tullantılar 
başqa  sexlərdə  kompleks  emal  edilərək  azot  gübrələrinə, 
mal-qara  üçün  zülal,  vitamin konsentratma,  karbon  qazına 
və onu da quru buza çevirir.
Estoniyada  iri  azot  gübrəsi  zavodunda  əvvəl  havam 
çirkləndirən  tullantı indi xammal kimi istifadəyə verilir.
Kanalizasiya sularının  tərkibində müxtəlif üzvi mad­
dələr,  fosfor,  kalium  və  digər  mikroelementlər  vardır.  Bir 
çox  ölkələrdə  kanalizasiya  sularından  gübrə  kimi  istifadə 
edilir.  Bu  sahədə  Çin  xalqı  bir  neçə  əsrlik  təcrübəyə  ma­
likdir.
Polşa  alimi  A.  Lenkova  qeyd  edir  ki,  çirklənmiş  su­
lardan  yenidən  istifadə  edilsə,  dörd  qat  səmərə  əldə  edilər: 
təmizləmə qurğularının  tikintisinə xərc  azalar;  əkin sahələri 
əlavə  su  alar;  süni  gübrəsiz  məhsuldarlıq  artar,  çay  və 
dənizlərin sanitar vəziyyəti yaxşılaşar.
Neft  və  qaz  yataqlarının  işlənməsi  prosesi  zamanı 
yataqda  neft  və qazla  bərabər çoxlu  miqdarda  çıxarılan  lay 
suları tullantı şəklində çay və dənizlərə, eləcə də mədən ərazi­
lərinə  axıdılır.  Halbuki,  həmin  sularda  sənaye  əhəmiyyətli 
yod,  brom, xlor, natrium və s. elementlər almaq olar.
Neftçala şəhərində yerləşən Yod-Brom zavodunun is­
tismar  obyekti  həmin  yataqdakı  neftli  layların  sularıdır. 
Həmin sularda yodun miqdarı litrdə 60-70 mq-a çatır.
Molumdur ki,  respublika  iqtisadiyyatının  əsasını  neft 
sənayesi  təşkil  edir.  Neft  sənayesinə,  əsasən,  neft  geologi­
yası,  neft  quyularının  qazılması,  onların  mənimsənilməsi, 
istismarı,  neftin  yığılması  və  nəqli  kimi  mürəkkəb  sahələr 
daxildir.
Bildiyimiz  kimi,  neft  quyularının  istismarı  həm  qu­
ruda,  həm  do  dənizdə  aparılır.  Hər  iki  halda  quyularm  qa­
zılma  texnologiyası  bir-birindən  heç  də  fərqlənmir.  Lakin 
qeyd  edildiyi  kimi,  dənizdə  quyuların  qazılmasının  özünə 
məxsus spesifik xüsusiyyətləri vardır.
247


İstər  dəniz  şəraitində,  istərsə  də  quruda  neft-qaz 
quyularının  qazılması  zamanı  ətraf  mühiti  çirkləndirən 
mənbələr və maddələr eynidir.  Əsas fərq  ondan ibarətdir  ki, 
birinci halda  həmin mənbələr dənizi,  ikinci halda isə  torpaq 
sahəsini  çirkləndirir.  Qeyd  edək  ki,  neft-qaz  quyularının 
qazılması  və  onların  istismarı  zamanı  dəniz  və  okeanların 
çirkləndirilməsi su nəqliyyatı vasitələrindən sonra ikinci yeri 
tutur.
Bir  qayda  olaraq  neft-qaz  quyularının  qazılması 
zamanı gilli məhsullardan istifadə edilir və məhsulun  keyfiy­
yətinə xüsusi  tələb irəli sürülür.  Bu tələbləri yerinə yetirmək 
üçün,  məlum  olduğu  kimi,  üzvi  və  qeyri-üzvi  kimyəvi  bir­
ləşmələrdən  istifadə edilir.  Bunlara  misal  olaraq  oksil,  unil, 
qrafıt,  kaustik  soda, paltar  sodası,  gips,  borat  və  s.  bu  kimi 
kimyəvi reagentləri göstərmək olar.
Quyuların mənimsənilməsi  müxtəlif texniki və  texno­
loji  tədbirlərin həyata keçirilməsi  nətijəsində neft-qaz layı  ilə 
quyu  arasında  əlaqə  yaratmaqdır,  yəni  quyu  dibində  elə 
əməliyyatlar  aparılır  ki,  neft-qaz  laydan  quyu  dibinə  axa 
bilsin.  Quyunun  mənimsənilməsi  əvvəlcədən  tərtib  edilmiş 
plan-qrafit  əsasında  aparılır.  Dəniz  şəraitində  quyuların 
mənimsənilməsi  qurudakından  heç  də  fərqlənmir.  Burada 
prinsipial  fərq  dəniz  platformasında  işin  təşkili  və  hidro- 
meteroloji şəraitin bu prosesə təsirindən ibarətdir.
Neft-qaz  quyularının  istismarı  zamanı  da  ətraf 
mühitin  çirklənməsi  baş verir.  Quyular müxtəlif üsullarla  is­
tismar  edildikdə  neft  hasilatının  sabit  saxlanması  və  artı­
rılması  üçün  ardıcıl  olaraq  quyularda  müxtəlif  geoloji-tex- 
niki  tədbirlər  həyata  keçirilir.  Adətən  bu  tədbirlər  müxtəlif 
üzvi  və  sintetik  -   kimyəvi  maddələrdən  istifadə  etməklə 
aparılır və bu zaman ətraf mühit intensiv surətdə çirklənir.
Adətən,  quyuların  istismarı  zamanı  ətraf  mühiti 
çirkləndirən  maddələr aşağıdakı  ardıcıllıqla verilir:  neft,  ya­
nacaq  -   sürtkü  materialları,  neftli  qum,  səthi  aktiv  mad­
248
dələr,  mədən  tullantı  suları,  kimyəvi  həlledicilər,  turşular, 
duz,  sirkə,  xlor  turşusu,  tərkibində  kimyəvi işlənmiş  məhlul 
olan tullantı suları və parafinlər.
Neftin  nəqli  və  saxlanmısı  zamanı  boru  birləşmə­
lərindən,  hermetikliyin  pozulma  sahələrindən  sızma  ətraf 
mühiti  kifayət qədər çirkləndirir.  Neft-qaz yığımı  məntəqə­
lərində  və  mədən  rezervuar  parklarında  neftin  boşaldılması 
və  ya  təmizlənməsi  zamanı  neftli-çirkli  su  kanalizasiya 
sisteminə axıdılır ki,  bu da çirkab  suların çirklilik dərəcəsini 
daha da artırır.
Müəyyən  ehtiyat  saxlamaq  məqsədilə müasir dövrdə 
azkeçirici  laylar daxilində təbii rezervuarlar qazılaraq orada 
ehtiyat  üçün  neft  və  qaz  məhsulları  yığırlar.  Lakin  bu 
rezervuarlardan  da  sızma,  filtrasiya,  buxarlanma  baş  verir 
ki,  bu da su hövzələrini və torpağı çirkləndirir.
Müəyyən  edilmişdir ki,  2 t  sızan  neft  1000 m2 torpaq 
sahəsini  əkinə  yararsız  edir.  Neftin  neft-qaz  yığımı 
kollektorlarından və texnoloji qurğulardan qəza  nəticəsində 
ətrafa  dağılması  xarakterik  bir  hadisə  kimi  qalmaqdadır. 
Kanalizasiya  sistemi  olmadıqda  və  ya  pis  işlədikdə  bu  tip 
tullantılar  yaxında  yerləşən  su  hövzələrinə,  bataqlığa 
axıdılır,  onları  və qurunt sularını çirkləndirir.
Müəyyən  edilmişdir  ki,  dünya  miqyasında  neftçı- 
xarma  neft  emalı,  nəqli  və  neftin  istifadəsi  zamanı  ildə  45 
mln  t-a  qədər  itki  baş  verir.  Bu  itkinin  22  mln  t-unun  qu­
ruda,  7  mln  t-unun dənizdə və  16 mln  t-unun  isə atmosferdə 
buxarlanması  ilə  müşayiət  olunur.  Dünya  miqyasında  neft 
və  neft  məhsullarına olan  tələbatın  ildən-ilə  artdığını  nəzərə 
alsaq,  bu  itkinin  nə olduğunu  və ətraf mühitə  nə kimi  ziyan 
vurulduğunu  təsəvvür etmək o qədər də çətin deyildir.
Yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  Azərbay­
canda  fəaliyyət  göstərən  aparıcı  sənaye  sahələrinin  ekoloji 
problemləri  kifayət  qədərdir  və  onların  aradan  qaldırılması
249


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə