Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə63/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   96

üçün  dövlət  səviyyəsində  tədbirlər  planı  hazırlanıb  həyata 
keçirilir.
Qeyd  olunan  halda  torpağı  çirkləndirən  əsas  mən­
bələrdən  biri  şlam,  əlavə yaranan  gilli  məhlul  və  ya  istifadə 
olunan  digər  yuyucu  mayedir.  Artıq  isbat  olunmuşdur  ki, 
ətraf  mühiti  belə  tullantılardan  qorumaq  üçün  onlardan 
təkrar  istifadə  etmək  lazımdır.  Lakin  quru  sahələrdə 
buruqlar  arasında  məsafə  böyük  olduğu  üçün  işlənmiş  gilli 
məhlulların  daşınması  çətinləşir.  Buna  baxmayaraq,  son 
illər  gilli  məhlul  tullantılarından  quyuların  möhkəmləndiril­
məsində, həmçinin, keramzit istehsalında da istifadə edilir.
Quyularm mənimsənilməsi zamanı,  bir qayda olaraq, 
ətraf mühiti  mühafizə  etmək  üçün  quyudan  gələn  qaz  mə­
şəldə yandırılır,  lay  suyu  və ya  neft  xüsusi  tutumlara  yönəl­
dilir.  Sonra  yığılan  neftdən  yanacaq  kimi  istifadə  edilir,  su 
isə təmizləmə qurğularına verilir.
Atmosfer  oksigenin  çətin  daxil  olduğu  neftlə  çirk­
lənmiş  torpaqların  aşağı  qatlarında  üzvi  birləşmələrin  və 
anaerov  şəraitində  karbohidrogenlərin  komponentlərinin 
parçalanması  nəticəsində  toksik  qatılıqla  turşu  oksidləıinin 
toplanması  baş  verir.  Spirt,  kükürd,  hidrogen  və  başqa 
məhsullar  bitkilərə  məhvedici  təsir  göstərir.  Yağlı  turşular 
torpağın  aşağı  qatlarında  yığılaraq  onun  hidrofobluğunu 
artırır  və  bunun  nəticəsində  onun  su  saxlama  xüsusiyyəti 
azalır.  Neft  torpağa  düşərək  onun  fiziki  xüsusiyyətini  tor­
pağın ayrı-ayrı hissələrinə ötürür.  Neftlə çirklənmiş torpağın 
yuxarı  qatlarında  hidrofobluğun  artması  göstərici  olaraq, 
onun  aşağıda  yerləşən  (20-25  sm)  qatlarında  nəmliliyin 
artmasına  gətirib çıxarır.  Bunun  səbəbi torpağın  neftlə çirk­
lənmiş  yuxarı  qatında  nəmliyin  transpirasiyasının  sürətinin 
azalmasıdır.  Bu zaman hava  rejimi kifayət qədər pozulur ki, 
bu  da  özünü  təmizləmə  prosesinə  mənfi  təsir  də  göstərir. 
Torpağın neftlə çirklənməsi  onun kimyəvi xassəsinin  kifayət 
qədər dəyişilməsi ilə müşahidə olunur.
250
Neft  məhsulları  ilə  çirklənmənin  səciyyəvi  əlamətləri 
mənbəyinin  çoxluğu,  ətraf  mühitin,  demək  olar  ki,  bütün 
komponentlərini  çirkləndirməsi,  böyük  akvatoriyada  səpə­
lənməsi, dib çöküntülərində toplanması və s.-dir.  Neftin həll 
olunan  və  ağır  komponentləri  -   fraksiyaları  su  kütləsində 
digər  toksikantları,  o  cümlədən  toksik  metalları  absorbsiya 
edir, onların miqyasına səbəb olur.  Onlar suyun keyfiyyətini 
pisləşdirir,  oksigen  rejiminə  mənfi  təsir  göstərir,  suyun  üst 
qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s.
Dənizə tökülən neftin 40%-i onun dibinə çökür.  Dibə 
çökən neft məhsulları səthdəki neft məhsullarına nisbətən  10 
dəfə  gec  oksidləşir.  Neftin  tərkibində  olan  bir  neçə  kom­
ponentlər  kəskin  toksikliyə malik  olur.  Neftin  dənizə  tökül­
məsi  əsasən  quyuların  istismarı,  neftin  ilkin  ayrılması  və 
nəqli zamanı baş verir.
Neftin  nəqli  zamanı  onun  dənizə  tökülməsi,  əsasən 
gəmilərdə  baş vermiş qəza və onlardan müxtəlif səbəblərdən 
axıdılan neft  hesabına da baş verir.
Neft  hasilatının  intensivləşdirmə  prosesi  Xəzərin 
çirkləndirilməməsi  üçün  irihəcmli  problemlərin  həllini  tələb 
edir.  Bu  problemə neftin dənizə  tökülməməsi  üçün  ayrı-ayrı 
texnoloji proseslərin  təkmilləşdirilməsi, beynəlxalq  standart­
lara cavab verən avadanlıqlardan istifadə və s.  aid edilir.
İstər  quruda,  istərsə  də  dənizdə  neft-qaz  sənayesinin 
inkişafı,  bununla  əlaqədar  estakadaların,  ayrıca  özüllərin 
tikilməsi, boru-kəmər xətlərinin çəkilməsi, tankerlərin, gəmi- 
bərələrin  hərəkəti,  müxtəlif  növ  tullantıların,  mədənlərdə, 
magistral  neft  kəmərlərində  baş  verən  qəzalar,  neft,  qaz 
emalı  müəssisələrinin maye,  sülb,  bərk  tullantıları  və s.  eko­
loji  mühiti çirkləndirir, onun nizami inkişafını pozur,  bioloji 
mübadiləni ləngidir, insanların səhhətinə ziyan vurur.
Bunu  nəzərə  alaraq  Xəzərdə  fəaliyyət  göstərən  kom­
paniyaların,  şirkətlərin  ekoloji  təhlükəsizliyini  təmin  etmək 
məqsədilə,  elə  bir  texniki-iqtisadi,  ekoloji,  hüquqi  proq­
251


ramlar  fəaliyyətdə  olmalıdır  ki,  mənfi  halların  baş  ver­
məsinin qarşısını ala bilsin. Göstərilən proqrama fəaliyyətdə 
olan  müəssisələrin ekoloji  təhlükəsizliyi,  normativdən  kənar 
tullantıların  azaldılması,  qəza  törədənlərə,  dənizi  çirklən- 
dirənlərə  qarşı  hüquqi,  iqtisadi  sanksiyaların  tətbiqi  daxil 
edilməlidir.  Xəzərin  sənaye  xammalı  və  bioloji  ehtiyatların­
dan  səmərəli  istifadəsi  ekoloji  təhlükənin  aradan  qaldırıl­
ması  müasir  texnika  və  texnologiyalarının,  təbiəti  mühafizə 
tədbirlərinin  həyata  keçirilməsini  tələb  edir.  Bunun  həyata 
keçirilməsi  akademik  və  sahəvi  elmi-tədqiqat,  layihə  insti­
tutlarının  iştirakı  ilə  fundamental  ekoloji  tədqiqatların  apa­
rılması  ekoloji  monitorinq  xidmətinin  yaradılmasından  ası­
lıdır.  Bunların  sayəsində  tullantıları  «sıfır»  həddinə  çatdır­
maq  çirkləndirici  maddələri,  işlənmiş  suları,  bərk,  sülb  tul­
lantıları  təmizlədikdən,  zərərsizləşdirdikdən  sonra  dənizə 
tökmək mümkündür.
Belə şəraitdə şelf zonalarında fəaliyyət göstərən isteh­
sal  sahələrində  profilaktik,  ekoloji  mühafizə  tədbirlərinin 
görülməsi  vacibdir.  Lakin  ayrıja  götürülmüş  bir  ölkədə,  bir 
regionda  bunların  öhdəsindən  gəlmək  mümkün  deyil.  Ona 
görə ki, dənizin  sərvətlərindən istifadə edən  və onun suyunu 
çirkləndirən  dövlətlər  sərhədi  vahid  olan  su  hövzəsinə  təsir 
edir.  Ekoloji  monitorinqin  regionallığı  şəraitində  qəzaların 
aradan  qaldırılması  üçün  görülən  tədbirlər  hansı  dövlətin 
tabeliyində  olarsa-olsun,  neft-qaz  mədənlərinin  istismarı, 
xammalların,  hazır  məhsulların  daşınması  üzrə  layihələrin 
tərkibində əks etdirilməlidir.
Dəniz,  neft  və  qaz  mədənlərinin  istismarında,  nəq­
liyyatın  inkişafında  ortaya  çıxan  neqativ  halların,  qəzaların 
aradan  qaldırılmasında  zəruri  tədbirlərdən  biri  dövlətarası 
hüquqi  və  iqtisadi  sanksiya  təyinatlı  tədbirlərdir.  Sənaye, 
nəqliyyat,  texnogen  xarakterli qəzalar,  təbii  fəlakətlər,  müa­
sir  sivilizasiyanın  ayrılmaz  hissəsi  və  mühüm  fəaliyyəti
252
olduğundan  insanlar  daima  onların  törətdikləri  təhlükə  və 
qorxu hissi altında yaşayır.
Ətraf mühitin çirkləndirilməsində metallurgiya  səna­
yesinin  özünə  məxsus  rolu  vardır.  Bu  sahə  kimya,  neftçı- 
xarma  və  neft  emalı  sənayesindən  sonra  ətraf  mühitə  vu­
rulan  zərərin  həcminə  görə  dördüncü  yeri  tutur.  Odur  ki, 
metallurgiyanın  özünəməxsus  problemlərinin  aradan  qaldı­
rılması  bu gün üçün aktualldır.  Çuqunun əridilməsi və ondan 
polad  istehsalı  zamanı  atmosferə  müxtəlif qazlar  atılır.  1  t 
polad  istehsalı  zamanı  havaya 4,5  kq  toz  və  2,7  kq  kükürd 
qazı, 0,1-0,6 kq marqans atılır.
Domna  qazlarından  başqa  atmosfer  həm  də  az 
miqdarda  arsen,  fosfor,  qurğuşun,  civə  və  nadir  metalların 
buxarlan və qətranlı maddələrlə çirklənir.
Poladəridən  sexlərin  tullantıları  da  atmosferi  xeyli 
çirkləndirir.  Polad  əriyən  zaman  həm  də  metalın  buxarı, 
şlak  və  metal  oksidləri  və qazları  ayrılır.  Marten  peçlərinin 
tozunun  əsas  hissəsi  dəmir  -  3  oksid  (67%),  alüminium  -  3 
oksid (67%)-dən ibarət olur.
1  t  Marten  poladının  oksigensiz  əridilmə  prosesində 
3000-4000  m3  qaz  ayrılır,  onların  tərkibində  tozun  qatılığı 
orta hesabla 0,5 q/m3 təşkil edir.
Metalın  ərimə  zonasına  oksigen  verildikdə  isə  toz 
əmələgəlmə  dəfələrlə  çoxalaraq  15-52  q/m3-a  çatır.  Müasir 
qara  metallurgiya  zavodlarının  çoxunda  kömürün  kokslaş- 
dırılması  peçləri  vardır.  Koks  kimyəvi  istehsalı  atmosfer 
havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. 
İş  rejimi  pozulduqda  isə  atmosferə  külli  miqdarda  təmiz­
lənməmiş  koks qazı atılır.
V.  Şaprinskiyə  görə  1  mln  t  polad  istehsalı  zamanı 
atmosferə  75  min  t  SO
2  ixrac  edilir.  Hər  1000  t  mis  piriti 
emalından  atmosferə 600 t sulfid anhidridi tullanır.
Qara  metallurgiyada  sənaye  qəzaları  zamanı  region­
da ekoloji  vəziyyət daha da kəskinləşir.
253


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə