Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə66/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   96

və zərərvericilərdən qoruyur.  Digər hesablamalara  görə  Yer 
kürəsi  əhalisinin  30%-i,  yəni  dörddə  birdən  də  bir  qədər 
çoxu  mineral  gübrələrin  hesabına  ərzaqla  təmin  edilir. 
Hazırda dünyada 300 mln t-dan artıq gübrə istehsal  olunur. 
Bununla  belə,  yenə də dünyanın  bir  çox  ölkələrində,  əsasən 
də Afrikada  bir  çox  səbəblərdən,  o  cümlədən,  qeyri-üzvi  və 
üzvi  mineral  gübrə  qıtlığı  səbəbindən  kənd  təsərrüfatı  bit­
kilərinin məhsuldarlığı olduqca aşağıdır.
YUNESKO-nun  məlumatına  görə  hər  il  Yer  k ü rə­
sində  milyonlarla  insan  aclıqdan  ölür,  on milyonlarla  insan 
isə  ərzaq  qıtlığından  daim  əziyyət  çəkir.  Bu  ona  görə  baş 
verir  ki,  planetimizin  əhalisi  durmadan  artır.  Adambaşına 
düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən- 
ilə  azalmaqda  davam  edir.  Yaşayış  məskənlərinin  daim  ge­
nişlənməsi,  torpaqların  eroziyası,  şorlaşma  və  bataqlıq- 
laşması dünyanın hər yerində müşahidə edilir.
Mineral  gübrələri,  həmçinin  mikrogübrələri  tətbiq 
etmədən  əkinçilikdə  qida  maddələrinin  müsbət  balansını 
yaratmaq mümkün deyildir.  Mineral və mikrogübrələr əkin­
çilikdə  biogen  elementlərin  davranışını  yaxınlaşdırmaqla 
yanaşı,  ətraf  mühitdə  də  bu  maddələrin  müvazinətini  q o ­
ruyub  saxlayır.  Əkinçilikdə  qida  elementlərinin  balansının 
pozulması  nəticəsində  torpaq,  bitki  və  təbii  su  hövzələrinin 
kimyəvi  tərkibinin  pisləşməsi  baş  verir,  bu  isə,  öz  növbə­
sində, kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi 
təsir  göstərməklə  insanların  və  ev  heyvanlarının  xəstələn­
məsinə gətirib çıxarır.
Respublikamızda  kənd  təsərrüfatında  aqrokimyəvi 
vasitələrindən  geniş  miqyasda  istifadəyə  XX  əsrin  50-ci 
illərində  başlanmışdır.  Həmin  əsrin  90-cı  illərinə  kimi  bu 
artım  yüksələn  xətt  üzrə  getmişdir.  Əgər  1957-ci  ildə  bütün 
respublika  üzrə  133,9  min  t,  1971-ci  ildə 495,5 min  t,  1973- 
cü  ildə  662,9  min  t,  1975-ci  ildə  963,3  min  t,  1976-cı  ildə
1074,2  min  t,  1979-cu ildə  1210 min t,  1986-cı ildə  1800  min
262
t  olmuşdur.  90-cı  illərdə  bu  göstərici  respublikamızda 
yaranmış ağır iqtisadi çətinliklərlə əlaqədar azalmağa doğru 
getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkil­
də  istifadə  edilən  dövrlərdə  onların  hektar  üzrə  göstəricisi 
200-250  kq-dan  çox  olmamışdır.  Halbuki  həmin  dövrdə  bu 
göstərici  Böyük  Britaniyada  376  kq,  Fransada301  kq, 
Yaponiyada 386  kq, Almaniyada 420  kq olmuşdur.  Həmin 
ölkələrdə  1,5 -  2,0 dəfədən də çox mineral gübrə tətbiq edil­
məsinə  baxmayaraq,  kəskin  fəsadlar  törətməmişdir.  Bura­
dan  belə  görünür  ki.  mineral  gübrələrdən  istifadənin  tö­
rətdiyi  fəsadlar  onların  miqdarı  ilə  deyil,  onlardan  istifadə 
mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.
Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb 
olur,  təbii  münbitlik  əsasən  kimyəvi  maddələrə  əsaslanan 
münbitliklə əvəz olunur.
Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji 
problemlər də yaradır.
Gübrələrdən  çox  miqdarda  və  uzun  müddət  istifadə 
etdikdə səthi və yeraltı sulara daha çox nitratlar daxil olaraq 
onu  içmək  üçün  yararsız edir.  Əgər  azot gübrəsi  1  ha-a  ildə 
150  kq-a  qədər  istifadə  edilərsə,  onun  həcminin  10%-i  təbii 
sulara daxil olur və ciddi problemlər yaradır.
Onu  da qeyd  edək ki,  gübrələrlə  torpağa verilən  fos­
for  praktiki  olaraq  torpaqdan  yuyulmur.  Su  hövzələrinin 
fosforla  çirklənməsinin  əsas  mənbəyi  kənd  təsərrüfatı  deyil, 
sənaye  və  məişət  suları  sayılır.  Suların  fosforla  kənd  tə­
sərrüfatı vasitəsilə çirklənməsinin payına  10-15% düşür.  Son 
vaxtlar  fosforla  çirklənmənin  böyük  mənbəyi  tərkibində 
polifosforlar olan yuyucu vasitələrdir.
Fosfor  gübrələrinin  spesifik  xüsusiyyətlərindən  biri 
də  onların  böyük  dozalarla  istifadəsinin  torpaqda  digər 
arzuolunmaz  elementlərin  toplanmasıdır:  stabil  stronsium, 
ftor,  uranın təbii radioaktiv birləşmələri, radium, torium.
263


Bitkinin  üçüncü  əsas  qida  elementi  sayılan  kalium 
ətraf  mühitə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmir.  Lakin 
kalium  gübrəsi  ilə  bərabər  çoxlu xlor  da  verilir,  onun  qrunt 
sularına daxil olması arzu olunmazdır.
Bütün  bitki  əkinlərinin  məhsuldarlığının  gübrədən 
istifadədən  asılılığı  bir-birinə  oxşardır:  gübrələrin  təsirindən 
ilk  illər  bitkinin  məhsuldarlığı  artır,  sonrakı  illər  məhsul 
artımı azalır,  sonra isə artım müşahidə olunmur, bəzən hətta 
azalmağa doğru da gedir.
Bitkiçilik  məhsullarının  çox  hissəsi  tarlada  və  ya 
sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəti­
cəsində məhv olur.  Kənd təsərrüfatı zərərvericilərlə,  həşərat, 
gəmiricilər,  göbələk,  alaq  otları  ilə  əsas  mübarizə  istiqa­
mətindən  biri  pestisidlər  adlanan  kimyəvi  maddələrdən 
istifadə  etməkdir.  Pestisidlər  təbitə  də  ciddi  təsir  göstərir. 
Adətən,  istifadə  olunan  pestisidlərin  yalnız  bir  faizindən 
istənilən  məqsəd  əldə  etmək  olur,  qalan  99%-i  ətraf mühitə 
düşərək  torpağı,  havanı  çirkləndirirərək  çox  vaxt  göz­
lənilməz  nəticələr  verir.  Hesablanmışdır  ki,  əsasən  istifadə 
olunan  pestisidlərin  çoxu  həşaratları  məhv  etməyə  sərf 
olunur.  Məsələn,  son  25  ildə  dünyada  istehsal  olunmuş  4,5 
mln  t  DDT-nin  1  mln  t-u  Yer  kürəsində  parçalanmadan 
paylanmışdır.  Pestisidlərdən  istifadə  olunmayan  ərazilərdə 
də  hətta  ona  rast  gəlinir,  məsələn,  Antarktidada  morjların 
piy qatında.
Atmosfer havasından torpağın səthinə DDT-nin çök­
məsi  üçün  4  il  lazımdır.  Torpaqda  isə  o,  20  ilə  qədər  qala 
bilir.  Bu,  DDT-nin suda pis həll olması, yüksək temperatura 
davamlılığı,  yağlarda  və  lipidlərdə  yaxşı  həll  olması  ilə  əla­
qədardır.
Respublikamızda  1980-ci  ilin  ortalarına  qədər  pesti­
sidlərdən  istifadə  olunmuşdur,  hələ  indiyə  kimi  Göyçay  və 
Türyançay  hövzəsində  torpaqlarda  qalıq  pestisidlərə  rast 
gəlinir.  DDT-nin  1945-ci  ildən  tətbiqindən  sonra  əvvəllər
264
pambıq  bitkisində  müşahidə  olunmayan digər pambıq biti, 
pambıq sovkası, gənə,  mənənə və s.  cücülərin çoxalması baş 
verdi.
Yüksək  və sabit məhsul əldə etmək məqsədilə  suvar­
madan  çox  qədimdən  istifadə  olunur.  Dünyada  suvarılan 
torpaqların  sahəsi  250  mln  ha-a  çatır.  Bu  əkin  sahələrinin 
yalnız  17%-ni təşkil etməsinə baxmayaraq əkinçiliyin bütün 
məhsulunun  '/з-ni təmin edir.
Qədim  sivilizasiyanın  əksəriyyəti  suvarılan  əkinçiliyə 
əsaslanmışdır.  Lakin  irriqasiya  işləri  XX  əsrdə  genişlənmiş 
və suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxalmışdır.
Təcrübələr  göstərir  ki,  suvarma  təsiri  altında  olan 
bütün  ərazilərə -  su hövzəsi,  suvarma  sistemi və ya  tarlalar 
deqradasiyaya  məruz  qalır,  ona  görə  daim  onların  davam­
lılığına yönəldilən tədbirlərin aparılması nəzarət tələb edir.
Sudan  effektsiz  istifadənin  bir  çox  səbəbləri  var. 
Onlardan  ən  əsası  sudan  istifadə  qiymətinin  onun  sosial 
qiymətindən  çox  aşağı olmasıdır.  Bir çox ölkələrdə suvarma 
üçün  istifadə  olunan  su  pulsuzdur  və  ya  suvarma  sistemini 
saxlamaq  üçün  sərf olunan dəyərdən dəfələrlə azdır.  Bunun 
nəticəsində  su  resursu  qorunmur  və  dünyanın  bir  çox 
suvarma sistemində sudan hədsiz istifadə edilir.
Bitki  üçün  sudan  tələb  olunan  qədər  deyil,  qeyri- 
mütənasib  yüksək  istifadə  olunması əlverişsiz  ekoloji  prob­
lemlər  yaradır.  Bunun  əsas  səbəbi  drenajın  kifayət  qədər 
effektli  olmaması  və  ya  yoxluğu  şəraitində  həddən  artıq 
suyun  verilməsi  nəticəsində  qrunt  suyunun  səviyyəsinin 
qalxmasıdır.  Bu  isə  ərazini  su  basmasına  və  ya  bataqlaş- 
maya  səbəb  olur.  Bundan  başqa,  torpaqdan  yuyulub  aşağı 
qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki duzlarla 
birlikdə torpaq  profili boyu qalxaraq əkinçilik üçün olduqja 
əlverişsiz  proses  sayılan  -   torpağın  təkrar  şorlaşmasına 
gətirib çıxarır.
265


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə