Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə67/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   96

Azərbaycanda  suvarma  çox  qədim  tarixə  malikdir. 
Yunan  coğrafiyaşünası  Strabon  yazırdı  ki,  Albaniyada 
suvarma  Mesopotamiya  ıə  Misirə  nisbətən  yüksək  inkişaf 
etmişdir.  Şirvan  düzündə  suvarma  işləri  Girdiman  döv­
lətinin vaxtında daha geniş ərazilərdə aparılırdı.
Dünyanın  torpaq  resurslarından  son  min  illikdə  is­
tifadə  olunmasının  əsas xarakterik  cəhəti  əhalinin  və ərzağa 
olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır.
Dünya  əhalisinin  artması  insanların  yerləşməsi  və 
onların xidmət sahələri ilə təmin  olunması,  məsələn, zibilxa­
nalar  və  onların  işlənməsi  yerləri,  yollar,  avtomobil  daya­
nacaqları,  kollektiv  nəqliyyat  yerləri  və  s.-nin  sahələrinin 
artırılması  lazım  gəlir.  Bir  qayda  olaraq,  şəhər  kateqoriyası 
üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı 
kənd təsərrüfatı sahələri, o cümlədən əkin yerləri ayrılır.
Torpaq  eroziyası  təbii  geomorfoloji  proses  olub  yer 
relyefinin  əmələ  gəlməsində  böyük  rol  oynayır.  Təbii  su 
eroziyası,  adətən  torpağın  bütöv  bitki  örtüyü  ilə  mühafizə 
olunduğu  landşaft  zonalarında  müşahidə  olunur.  Dünyada 
torpağın  təbii  su  eroziyasının  yayılması  coğrafi  zonallıq 
qanununa tabedir.
Təbii  külək  eroziyası  əsasən  arid  zonalarda  (yarım­
səhra  və  səhra)  baş  verir.  Təbii  eroziya  prosesi  zəif getdiyi 
üçün  müşahidə  olunmur,  belə  ərazilərdə  torpaqəmələgəlmə 
prosesi nəticəsində torpaq bərpa olunur.
Eroziya  prosesinin  əmələ  gəlməsinin  və  inkişafının 
əsas  səbəbi kənd  təsərrüfatı hesab  olunur.  İnsanın  təsərrüfat 
fəaliyyətilə  əlaqədar  olaraq  yamacların  kənd  təsərrüfatı 
bitkiləri  altında istifadə olunması otlaq  və örüşlərin  intensiv 
otarılması,  meşələrin  məhv  edilməsi  torpağın  yamac  boyu 
şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə  torpağın  üst münbit  qatının 
yağış  və  qar  suları  vasitəsilə  yuyulub  aparılması,  həmçinin 
külək  tərəfindən  sovrulub  dağılması  başa  düşülür.  Deməli,
266
torpaq  eroziyasının  əsas  iki  tipi  ayrılır  -   su  və  külək  ero­
ziyası.  Su  eroziyası  da,  öz  növbəsində,  səthi  və  xətti  ero­
ziyasına  bölünür.  Torpaq  eroziyası  zamanı  torpaqda  azot, 
fosfor  və  kaliumun  mənimsənilən  formaları  bir  çox  mik- 
roelementlər  (yod,  mis,  sink,  kobalt,  marqans,  nikel,  mo- 
libden)  də  azalır.  Bununla  da  həm  məhsuldarlıq,  həm  də 
kənd təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.
Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan 
axıb  getdiyindən,  həm  də  eroziyaya  uğramış  torpaqların 
fiziki  xassələri  pisləşdiyindən  torpaq  səthindən  buxar­
lanmaya  və  transpirasiyaya  çox  su sərf olunur,  bununla  da 
torpaqda  quraqlıq  yaranır.  Çox  vaxt  eroziya  gedən  rayon­
larda baş verən quraqlığı «eroziya quraqlığı» adlandırırlar.
Eroziya  prosesi  intensiv  getdikdə  şırımlar,  yarğanlar 
əmələ gələrək  kənd təsərrüfatı sahələrini əlverişsiz hala salır, 
torpağa qulluq işləri çətinləşir.
ABŞ-da  son  200  il  ərzində  torpaq  örtüyünün  */з 
hissəsi  yuyularaq  təbii  məhsuldarlıq  10-15%  aşağı  düşmüş 
və  ABŞ-da  əkin  sahələrinin  yarısının  eroziyaya  qarşı  təd­
birlərə ehtiyacı vardır.
Bütün  dünyada  torpağın  eroziyası  böyük  bədbəxt 
hadisə  hesab  olunur.  Onun  qarşısının  alınması  üçün  müx­
təlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. 
Lakin  eroziya  prosesinin  qabaqcadan  qarşısının  alınması 
onunla  mübarizə aparmaqdan  və törətdiyi  nəticələri aradan 
qaldırmaqdan asandır.
Torpaqdan  düzgün  istifadə  edilmədikdə  arid  iqlim 
olan  rayonlarda  səhralaşma  prosesi  də  baş  verir.  Bu  rayon­
larda  səhralaşma  əsasən  suvarma  ilə  əlaqədardır.  Dünyada 
suvarılan  torpaqların  30%-ə  qədəri  şorlaşmaya  və  şorakət­
ləşməyə  məruz  qalmasıdır.  Dünyada  hər  ilə  suvarılan  tor­
paqların  1,5  mln  h-ı  şorlaşaraq sıradan  çıxır.  Şimali  Ameri­
kada  deqradasiyaya  uğrayan  suvarılan  torpaqlar  28%,  Av­
ropada  16%,  Avstraliyada  13% təşkil edir.  Rusiyada  deqra­
267


dasiyaya  uğrayan  suvarılan  torpaqların  sahəsi  inkişaf etmiş 
ölkələrdən çox olub 35%-ə çatır.
Səhralaşma  prosesi  Kür-Araz  ovalığı  üçün  daha  sə­
ciyyəvidir.  Burada  son  illər  əhalinin  artması  ərazidə qaçqın 
və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən 
heyvandarlığa  olan  tələbatın  çoxalması,  həmçinin  təbii  qaz 
və  elektrik  enerjisinin  çatışmazlığı  ilə  əlaqədar  torpaq  və 
bitki  örtüyünün  ekstensiv  istifadəsi  nəticəsində  antropogen 
səhralaşma prosesi güclənmişdir.
Azərbaycanda  səhralaşma  prosesi,  əsasən  dağətəyi, 
düzənlik  və  ovalıq  ərazilərdə  təbii,  xüsusən  antropogen 
amillərin  təsiri  nəticəsində  baş  verir.  Bu  ərazilərdə  yağın­
tıların  orta  illik  miqdarı  150-300  mm  arasında  tərəddüd 
edir,  səthi  buxarlanma  yağıntının  miqdarından  3-4  dəfə  ar­
tıqdır. İqlim yarımsəhra və quru bozqır у arım tipinə aiddir.
Müasir texnikanın,  mineral gübrələr, pestisidlər,  her- 
bisidlərin  tətbiqi  şəraitində  insanların  torpağa  təsiri  çoxsa­
həlidir.  Bir  tərəfdən  torpağın  əkin,  çoxillik  bitkilər  altında 
uzun  müddət  istifadəsi  xüsusilə  suvarma  əkinçiliyi  zona­
larında  monokultura  şəraitində  onların  məhsuldarlığına 
mənfi  təsir  göstərir,  şorlaşmanı,  su  və  külək  eroziyasını 
qüvvətləndirir,  digər  tərəfdən  əvvəldə  deyildiyi  kimi,  kənd 
təsərrüfatına  yararlı  torpaqların  başqa  məqsədlər  üçün 
ayrılması,  onları  geniş  sahələrdə  məhsul  istehsalı  mübadi­
ləsindən çıxarır.
Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz, 
taxıl altında istifadə edilən bu torpaqların 65-70%-i müxtəlif 
dərəcədə  şorlaşmaya  məruz  qalmışdır.  Kənd  təsərrüfatında 
iş prosesinin mexanikləşdirilməsi, əkinçiliyin intensivləşdiril- 
məsi,  torpaqların  kimyalaşdırılması,  onların  məhsuldar­
lığının  artırılması  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini 
tələb edir:  ilk  növbədə,  istifadədə  olan  torpaqların  aqrotex­
niki  üsullarla  becərilməsi,  torpaq  eroziyasına  qarşı  təd­
birlərin  həyata  keçirilməsi,  torpaqəmələgətirici  orqanizm­
268
lərin normal inkişafına şərait yaradılması,  müxtəlif mülkiy­
yət  formalarında  özəlləşdirilmiş,  kiçik  əraziyə  malik  sahə­
lərdə  müvafiq  texnikanın  tətbiqi,  əkinə  yararlı  torpaq  fon­
dundan  səmərəli  istifadəsi  onun  quruluşunun  təkmil­
ləşdirilməsi,  müxtəlif səbəblər  üzündən  korlanmış,  zibillən­
miş, mazuta batmış torpaqların məhsuldarlığının təbii və sü­
ni  yollarla  bərpası,  qazılmış,  korlanmış  torpaqların  rekul­
tivasiyası,  torpaq-iqlim  şəraitinə  uyğun  növbəti  əkin  sis­
teminin  geniş  tətbiq,  eləcə  də  torpaq  israfçılığının  aradan 
qaldırılması ən zəruri tədbirlər kimi həyata keçirilməlidir.
Suvarma  əkinçiliyi  şəraitində  inkişaf etdirilən  pam­
bıqçılıqda  və  üzümçülükdə  aqrotexniki  qaydalara  tam  ria­
yət  edilməməsi  mühəndis  -  suvarma  qurğularının  çatış­
mazlığı  və  narazılığı,  strukturundan,  rütubət  tutumundan 
asılı  olmayaraq  torpağın  dərin  şumlanması,  əkin  sahələ­
rində, bağlarda ağır maşınların, traktorların tətbiqi suvarma 
kanalları  divarlarının  və  diblərinin  bərkidilməsi  torpağa 
çoxlu  miqdarda  su  hopmasına  şərait  yaradır,  torpağın  ero­
ziyasını,  şorlaşmasını sürətləndirir,  faydah su əmsalım aşağı 
salır.  Başqa mənfiliklərlə yanaşı  bütün  bunların  nəticəsində 
respublikada  kənd  təsərrüfatına  yararlı  torpaqların  geniş 
sahəsi  müxtəlif dərəcədə torpaq,  su  eroziyasına,  şorlaşmaya 
məruz qalmışdır.
Uzun  müddət  gübrələnən  əkin  və  çoxillik  əkmə  sa­
hələrindən  yuyulan  torpaqların  tərkibində  sink,  qurğuşun, 
kobalt,  molibden, mis və s.  metallarla zəngin olan torpaqlar 
su  mənbələrini  korlayır,  su heyvanlarına zərər yetirir.  Pam­
bıqçılıq,  üzümçülük,  tütünçülük  rayonlarında  ətraf  təbii 
mühitin,  xüsusilə  torpağın  və  suyun  çirklənməsi  üzündən 
meydana  çıxan  iqtisadi  zərər  bilavasitə  mineral  gübrələrin, 
zərərli  kimyəvi  maddələrin  torpaqda  toplanmasından,  su 
mənbələrinə daxil olmasından irəli gəlir.
Şorlaşma  və  şorakətləşmə  torpaqda  gedən  təbii 
proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o,
269


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə