Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə8/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   96

rəsini günəş spektrinin ultrabənövşəyi  şüalarından  mühafizə 
edir.
-  Ətraf  mühitin  temperaturu.  Yer  üzərində  temperatur 
əsasən  atmosferin  istilik  rejimi  və  günəş  şüalan  ilə  yaranır. 
Temperatur mühitin  məhdudlaşdırıcı faktorlarından biridir. 
Müxtəlif növlərin yer  üzərində yerləşməsi (yayılması)  və po- 
pulyasiyalarm  sayı  temperatur  faktorundan  köklü  surətdə 
asılıdır.  Yer üzərində bitki və heyvanların yerləşdiyi  mühitin 
optimal  temperaturu  15-30°  C  həddində  olur.  Bəzi  bakte- 
riya,  su  bitkiləri  qaynar  mühitdə,  yəni  70-90°C  temperatur 
mühitində  yaşayırlar.  Sərt  soyuq  şəraiti  bir  çox  cücülərin, 
balıqların və dəniz otlarının həyatlarının dayanmasına səbəb 
olur  (anabioz).  Lakin  yaz  vaxtı  don  açılanda  onlar  öz 
əvvəlki  həyat  tərzlərini  davam  etdirirlər.  Canlıların  öz 
bədənlərinin  temperaturu  isə  sabit  qalır.  Bunun  üçün 
onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.
-  Su  hövzələrinin  abiotik  faktoru.  Yer  kürəsi  səthinin 
71%-i  okeanların  payına  düşür.  Suyun  sıxlığı  havanın  sıx­
lığından  800  dəfə,  özlülüyü  isə  55  dəfə  çoxdur.  Su  hövzəsi 
axarlığı,  şəffaflığı,  duzluluğu,  temperatur tutumluğu  ilə baş­
qa  sahələrdən  seçilir.  Bu  xüsusiyyət  bakteriyaların,  plank- 
tonların fotosintez proseslərinə böyük təsir edir.
Ətraf  mühitin  biotik  faktoru.  Biotik  faktor  dedikdə  bir 
orqanizmin  digərlərinin  həyat  fəaliyyətinə  təsirləri  başa 
düşülür.
Biotik faktorlar əsasən üç istiqamətdə inkişaf edir:
- Qida əlaqəsilə;
- Sahə əlaqəsilə;
- Nəslvermə əlaqəsilə.
Canlılar  arasında  ən  əsas  əlaqə  qida  əlaqəsi  sayılır.  Bu 
əlaqə  təbii  olaraq  elə  yaradılmışdır  ki,  eyni  ərazidə  eyni 
vaxtda  yaşayan  heyvanlar  bir-birinə  qarşı  olmur.  Qida  rə­
qabəti  təbiət  tərəfindən  tənzim  olunur.  Məsələn,  heyvanlar
28
təbii  olaraq  gecə  və  gündüz  qruplarına  bölünmüş  və  bu­
nunla da qida barəsində bir-birinə mane olmamışlar.
Canlıların  sahə  əlaqələri  müxtəlif olur.  Onlar  növ  daxi­
lində  güclü,  növlərarasmda  isə  zəif  olur.  Eyni  bir  sahədə 
növün  fərdləri  çoxaldıqda  onlar  arasında  rəqabət  artır, 
yaşayış  səviyyəsi  aşağı  düşür.  Müxtəlif  növlərin  yaşadığı 
sahədə  hər kəsin  öz yeni növü olduğu üçün onlar bir-birinə 
rəqib olmurlar.
Nəsilvermə,  yəni  reproduktiv  əlaqə  əsasən  növ  daxilin­
dəki  fərdlər  arasında  gedir.  Süni  olaraq  eyni  növ  daxilində 
müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. 
Lakin hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.
Ətraf mühitin antropogen faktora. Antropogen faktor de­
dikdə insanların istehsalat və məişət fəaliyyəti nəticəsində ət­
raf mühitə  edilən  təsiri  nəzərdə  tutulur.  İstehsalat  fəaliyyəti 
dedikdə  sənayedə,  kənd  təsərrüfatında,  neft-qazçıxarma, 
dağ-mədən  işlərində  və  s.  göstərilən  fəaliyyət  nəzərdə  tu­
tulur.
Məhdudlaşdırıcı  faktorlar:  minimum  və  tolerant.  Mini­
mum qanunu  1840-cı ildə U.Libix  tərəfindən irəli sürülmüş­
dür.  Bu  qanuna  əsasən  bitkilərin  inkişafı  onların  torpaqda 
çoxluq təşkil edən maddələr ilə yox, orada olan elementlərin 
cüzi  miqdarı  ilə  limitləşdirilir  (məhdudlaşdırılır).  Minimum 
haqqında  qanun  özünün  doğruluğunu  xüsusilə  insanlarda 
və  heyvanlarda  sübut  edir.  Məsələn,  insanların  sağlamlığı 
onların  bədənində  cüzi  miqdarda  olan  maddələrdən  -  vita­
minlərdən asılıdır.
Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümu­
milikdə  tam  yox,  yalnız  onların  müəyyən  həddi  lazımdır. 
Ekoloji  minimum  ilə  ekoloji  maksimum  arasındakı 
diapazon  dəyanətlilik  həddi  adlandırılır.  Başqa  sözlə  bu 
orqanizmin  tolerantlığı  (tolerant  qanunu)  adlandırılır.  Bu 
qanun 1910-cu ildə V.Şelferd  tərəfindən irəli sürülmüşdür.
29


Məhdudiyyət  faktorunun  qiyməti  ondan  ibarətdir  ki,  o, 
ən mürəkkəb ekoloji  halların  tədqiq  edilməsinə imkan verir. 
Əgər  orqanizm  geniş  tolerant  faktoru  diapazonuna  malik- 
dirsə,  onda  belə  faktor  məhdudlaşdmcı  ola  bilməz.  Orqa­
nizm  kiçik  diapazon  tolerantlığa  malikdirsə,  bu  hal  tədqiq 
olunmalıdır.
30
MÖVZU 2. BİOSFER, EKOSİSTEMLƏR, ONLARDA 
MADDƏLƏRİN DÖVR ETMƏSİ VƏ EKOLOJİ 
TƏHLÜKƏSİZLİK
Biosfer anlayışım elmi ədəbiyyata  1875-ci ildə avstriyalı 
geoloq-alim  Eduard  Zyuss  gətirmişdir.  O,  biosferə canlı or­
qanizmlərin  mövcud  olduğu  atmosfer,  litosfer  və  hidrosfer 
sahələrini aid etmişdir.
Biosfer  anlayışını  elmi  cəhətdən  hərtərəfli  izah  edən  və 
biosfer təlimini  yaradan rus  alimi V.İ.Vemadski olmuşdur.  O, 
biosferdə  canlı maddə və yaşayış  mühitinin  bir-biri ilə  əlaqəli 
vahid  sistem təşkil etdiyini  qeyd etmişdir.
Biosferin hal-hazırda canlı orqanizmlər mövcud olan sa­
hələri neobiosfer, qədim zamanlarda canlı orqanizmlərin ya­
şadığı sahələr isə paleobiosfer və ya ağ biosfer adlandırılır.
Neobiosferə  atmosferin  ozon  qatına  qədər  olan  sahəsi 
(qütblərdə 8-10 km, ekvatorda  17-18 km, yer səthinin qalan 
hissələrində 20-25  km) aid  edilir.  Ozon qatından yuxarı  his­
sədə  kosmik  ultrabənövşəyi  şüaların  təsiri  nəticəsində həyat 
mümkün  deyil.  Bütün  hidrosfer,  o  cümlədən  ən  böyük  də­
rinliyə  malik  olan okeanın  Marian çökəkliyi (11022  m)  belə 
neobiosferə aid olunur.
Litosferin  yalnız  münbit  torpaq  hissəsi  neobiosferə  aid 
edilir.
Paleobiosfcrin  neobiosferlə  atmosferdə  olan  sərhədləri 
üst-üstə düşür.  Hidrosferin  dib  hissəsində  olan çöküntü  sü­
xurlar paleobiosferə aid olunur. Yer qabığının  bütün çökmə 
süxur sahələri paleobiosferə aid edilir.
Beləliklə,  demək  olar  ki,  biosfer  canlı  orqanizmin  özü­
nün və ya  izinin mövcud olduğu sahə adlanır.
Biosfer  bir  sistem  kimi  bir  neçə xüsusiyyətlərə  malikdir. 
Bunlardan  başlıcası mərkəzləşdirilmiş sistemdir.  Bu sistemin 
mərkəzi  bölməsini  canlı  orqanizmlər  təşkil  edir.  Bu  xüsu­
siyyət  V.İ.Vemadski  tərəfindən  hərtərəfli  təhlil  edilmişdir.
31


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə