Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

 
 
 
 
83 
Mal-material  qiymətlilərinin  daimi  tədarükü  və  xidmətlərin 
göstərilməsi  planlı  ödəniş  hesablaşmalarının  tətbiq  olunma 
imkanlarını qabaqcadan təyin edir.  
1. Ödəniş tapşırıqları ilə hesablaşma.  Bu forma hazırda 
respublikamızda 
ən  geniş  yayılmış  nağdsız  hesablaşma 
formasıdır. Ödəniş tapşırığı müəssisənin ona xidmət edən bankına 
öz  hesabından  müəyyən  məbləğin  köçürülməsinə  dair  tapşırığı 
deməkdir.  Bu  hesablaşma  forması  bazar  iqtisadiyyatı  şəraitində 
daha geniş istifadə olunur.  
Ödəniş  tapşırıqlı  hesablaşmalar  geniş  əhatəli  ödənişlərin 
yerinə yetirilməsi üçün istifadə olunur. Bu hesablaşma formasının 
köməkliyi  ilə  mal  göndərən  və  podratçılarla,  pensiya  və  sığorta 
fondu  idarələri  ilə,  işçilərin  əməkhaqqını  onların  digər 
banklardakı  hesabına  köçürdükdə  həmin  işçilərlə,  vergi  və  digər 
ödənişlər zamanı, banka komisyonlar ödənildikdə hesablaşırlar.  
Ödəniş  tapşırıqları  onların  yazıldığı  günündən  etibarən 
(yazılma  günü  nəzərə  alınmır)  10  gün  ərzində  etibarlıdır  və 
bankla hesab sahibinin arasında digər hallar nəzərdə tutulmayıbsa 
(ödənişin  edilməsi  üçün  ssudanın  alınması)  ödəyicidən  yalnız 
onun hesabında vəsait olduqda icraya qəbul olunur.  
Tərəflərin  razılığına  əsasən  ödəniş  tapşırıqları  müddətli, 
vaxtından  əvvəl  və  vaxtı  artırılmış  ola  bilər.  Müddətli  ödəniş 
avans  ödənişləri  zamanı,  yəni  malın  göndərilməsinə  kimi,  mal 
göndərildikdən  sonra,  yəni  malın  birbaşa  aksepti  yolu  ilə,  böyük 
sövdələşmələr zamanı ödənişlər qismən edildikdə  yerinə yetirilir. 
Vaxtından  əvvəl  və  vaxtı  uzadılmış  ödənişlər  tərəflərin  maliyyə 
durumuna  zərər  vurmadan  müqavilə  münasibətləri  çərçivəsində 
mümkündür.  
Ödənişin  zəmanətli  olması  məqsədi  ilə  mal  göndərən 
sövdələşmə şərtlərinə ödəniş tapşırığının akseptini daxil edə bilər. 
Tapşırıq  bank  tərəfindən  ayrıca  balans  hesabında  tapşırıq 
məbləğinin  depozitə  qoyulması  (təxsis  edilmə)  yolu  ilə  aksept 
edilir. Aksept olunmuş tapşırıqda ödəniş üçün vəsaitlərin depozitə 
qoyulmasını  təsdiqləyən  müvafiq  qeyd  aparılır.  Aksept  olunmuş 


 
 
 
 
84 
ödəniş  tapşırıqları  icraya  yalnız  tam  məbləğdə  qəbul  edilir. 
Onlardan  qalığın  nağd  alınması  və  ya  nağd  vəsaitlə  mübadilə 
edilməsinə  yol verilmir.  Hazırda bank tərəfindən aksept olunmuş 
ödəniş  tapşırıqları  ilə  hesablaşmaq  sahəsinin  poçt,  telefon  və 
teleqraf xidmətlərinin yük və sərnişin daşınmaları üzrə birdəfəlik 
əməliyyatların 
ödənilməsi 
ilə 
məhdudlaşdırılıb. 
Ödəniş 
tapşırıqları ilə hesablaşmanın bu növünün çatışmamazlığına sənəd 
mübadiləsinin  əhəmiyyətli  dərəcədə  mürəkkəbləşdirilməsi  və 
uzadılması,  müştərinin  təsərrüfat  dövriyyəsindən  vəsaitlərin 
ayrılması aid edilir.  
2.  Planlı  ödənişlər  qaydasında  hesablaşmalar.  Müasir 
iqtisadi  ədəbiyyatda  planlı  ödənişlər  qaydasında  hesablaşmalar 
şərhinə  yanaşmalar  müxtəlifdir.  Çox  vaxt  bu  hesablaşmalar 
ödəniş  tapşırıqları  ilə  hesablaşmaların  bir  növü  kimi  nəzərdən 
keçirilir,  çünki,  məhz  bu  sənəd  planlı  ödəniş  hesablaşmalarında 
istifadə  olunan  ödəniş  sənədinin  əsas  növüdür.  Lakin  bu,  heç  də 
planlı 
ödəniş  hesablaşmaları  zamanı  digər  hesablaşma 
sənədlərinin  (qəbz,  veksellərin)  istifadə  oluna  bilməməsi  demək 
deyil.  
Beləliklə,  mal  göndərənlərlə  alıcılar  arasında  daimi  mal 
göndərmələr  zamanı  onlar  arasında  hesablaşmalar  müqavilə 
əsasında  ödəniş  tapşırıqları  ilə  hesablaşmanın  istifadə  olunması  ilə 
planlı ödənişlər qaydasında yerinə yetirilə bilər.  
Müqavilə şərtləri üzrə mal göndərən uyğunlaşdırılmış mal 
göndərmə  cədvəlinə  müvafiq  olaraq  məhsulu  alıcıya  müəyyən 
olunmuş  ölçü  və  müddətdə  göndərməyi  öhdəsinə  götürür.  Alıcı 
isə müqavilə ilə müəyyən olunmuş müddət ərzində (hər gün və ya 
dövri  olaraq)  ödənişlərin  dövriliyinə  və  tədarüklərin  planlı 
həcminə  müvafiq  olaraq  planlı  ödənişləri  yerinə  yetirməyi 
öhdəsinə götürür.  
Planlı ödəniş hesablaşmasına keçərkən tərəflər hesablaşma 
dövrlərinin  müddətini,  ödəniş  köçürülmələrinin  müddətini, 
ödənişlərin hansı hesabdan hansı hesaba köçürülməsini, yoxlama 
müddətini  və  hesablaşmanın  sona  çatdırılma  qaydasını  qeyd 


 
 
 
 
85 
etməklə  sövdələşmə  kontragentinin  rekvizitləri  olan  razılıqların 
surətini onlara xidmət göstərən banklara göndərirlər.  
Hər  bir  planlı  ödəniş  üzrə  banka  ayrıca  sənəd  -  alıcı 
tərəfindən  yazılan  ödəniş  tapşırığı  yazılıb  verilir.  Hər  ay  ödəniş 
edilmə düzgünlüyü, onların faktiki göndərilmiş məhsulların və ya 
göstərilmiş xidmətlərin dəyərinə müvafiqliyi yoxlanılır. Müqavilə 
ilə  təyin olunmuş iştirakçılardan biri  hesablaşma münasibətlərinə 
nəzarət  edir.  Yenidən  hesablaşma  əməliyyatları  hesablaşmaların 
dəqiqləşdirilməsindən asılı olaraq ayrıca ödəniş tapşırığı ilə (əskik 
ödəmə zamanı) və ya gələcəkdə ediləcək ödənişlərin (artıq ödəmə 
zamanı)  hesabına  fərqlərin  daxil  edilməsi  ilə  yerinə  yetirilir. 
Planlı ödənişlər məhsulun göndərilməsi ilə pul vəsaitlərinin daxil 
edilməsi arasındakı zaman fərqini minimuma endirir, hesablaşma 
texnikasını  sadələşdirir,  tərəflərə  öz  pul  dövriyyəsini  daha  dəqiq 
tənzimləmək  imkanı  verir.  Bu  hesablaşma  formasının  uğurlu 
tətbiqi  üçün  vacib  şərtlərdən  biri  sabit  maliyyə  durumu  və 
sövdələşmə iştirakçıları arasında əlaqələrin olduqca sıx olmasıdır.  
3.  Akkreditiv  hesablaşma  forması  tərəflərin  xüsusi 
müqaviləsi, xüsusi mal göndərilməsi şərtləri ilə müəyyənləşdirilir 
və ya ödənişlərin sistematik olaraq ləngidilməsinə görə səhlənkar 
alıcıya sanksiya kimi tətbiq edilir.  
 Akkreditiv  hesablaşma  formasının  tətbiq  sahəsi  bir  o 
qədər də geniş deyil. Nağdsız hesablaşma formasının strukturunda 
onun  xüsusi  çəkisi  nisbətən  azdır.  Akkreditiv  hesablaşma 
formasının  mahiyyəti  ödəyicinin  ona  xidmət  edən  banka 
qabaqcadan  qoyulmuş  vəsaitlər  hesabına  və  ya  bankın  zəmanəti 
altında  ödəyici  tərəfindən  akkreditivin  açılması  haqqında  ərizədə 
nəzərdə  tutulmuş  şərtlərlə  vəsait  alanın  olduğu  yer  üzrə  mal-
material dəyərlilərinin ödənişinin edilməsini tapşırmasıdır.  
Akkreditiv  –  akkreditiv  açan  bankın  (emitent  bank)  mal 
göndərənə ödəniş edə biləcəyi və ya akkreditivdə nəzərdə tutulan 
sənədlərin  digər  banka  verilməsi  şərti  ilə  və  akkreditivin  digər 
şərtlərinin yerinə yetirilməsi ilə həmin banka belə ödənişləri etmə 
səlahiyyətini verə biləcək saziş üzrə müştərinin tapşırığı ilə onun 
kontragentinin xeyrinə banka verilən şərti pul öhdəliyi deməkdir.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə