Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

 
 
 
 
109 
4. 2. Faktorinq əməliyyatları 
 
Faktorinq  –  pul  tələbinin  güzəşt  yolu  ilə  maliyyələşdiril-
məsidir. Belə ki, faktorinq müqaviləsinə əsasən, bir tərəf (faktor) 
digər  tərəf  (kreditor)  qarşısında  kreditor  və  borclu  (ödəyici) 
arasında  pul  öhdəliyinin  borcluya  diskontla  ödənilməklə  güzəşt 
edilməsini öhdəsinə götürür.  
Faktorinq müqaviləsi: 
Aşkar  olduqda  –  borclu  faktorinq  müqaviləsinin  bağlan-
ması  barədə  kreditor  tərəfindən  xəbərdar  edilir  və  buna  görə 
kreditorun hüququ banka keçir; 
Gizli olduqda - borclu faktorinq müqaviləsinin bağlanması 
barədə  kreditor  tərəfindən  xəbərdar  edilməmiş  və  buna  görə 
kreditorun hüququ banka keçmir; 
Reqress  hüququ  olmadan  –  bank  kreditora  qarşı  sonrakı 
ödənilməmiş  pul  tələbinin  qaytarılması  hüququ  olmadan  onu 
maliyyələşdirir.  Bu  zaman  bank  borclu  tərəfindən  pul  tələbinin 
edilməməsi riskini daşıyır; 
Reqress  hüququ  ilə  –  əgər  kreditor  borcluya  görə  bank 
qarşısında  öhdəlik  götürdükdə  və  bank  qarşısında  ödənilməmiş 
pul  tələbinə  görə  risk  daşıyırsa,  bankın  müəyyən  müddət  ərzində 
borclu  tərəfindən  ödənilməmiş  pul  tələbini  kreditora  qaytarmaq 
hüququ vardır.  
Faktorinq  –  mal  göndərən  və  xidmət  göstərənlərin ödəniş 
tələblərinin  azad  edilməsidir.  Bu  zaman  burada  bir  qayda  olaraq 
qısa  müddətli  tələblərdən  bəhs  edilir.  Faktorinqin  məqsədi 
istənilən  kredit  əməliyyatının  ayrılmaz  tərkib  hissəsi  olan  riskin 
aradan  qaldırılmasıdır.  Bazar  iqtisadiyyatının  inkişaf  etdiyi 
ölkələrdə  ödəniş  müddətlərinə  xüsusi  diqqət  yetirilir.  Faktorinq 
şirkətlərinin  və  bankların  faktorinq  şöbələrinin  əsas  vəzifəsi  mal 
göndərən və alıcı arasında münasibətlərdə risk və ödəniş müddəti 
problemlərinin  həll  edilməsi  və  bu  münasibətlərin  daha  da 
möhkəmləndirilməsindən ibarətdir.  
«Faktor» sözü ingilis dilindən tərcümədə «vasitəçi, dəllal» 


 
 
 
 
110 
deməkdir.  İqtisadi  nöqteyi-nəzərdən  bu  vasitəçilik  əməliyyatıdır. 
Faktorinq  –  banka  müştəri-təchizatçı  tərəfindən  ödənilməmiş 
ödənişlərin,  yəni  tədarük  edilmiş  mala,  yerinə  yetirilmiş  işə, 
göstərilmiş  xidmətə  görə  tələbin  və  müvafiq  olaraq  ödənişi  əldə 
etmə  hüququnun,  müştərinin  debitor  borclarının  inkasso 
edlilməsinin (ödəniş sənədləri üzrə vəsaitin əldə  edilməsi) güzəşt 
edilməsi  ilə  əlaqədar  komisyon-vasitəçilik  fəaliyyətidir.  Bank 
ödənilməmiş  ödəniş  tələblərinin  sahibinə  çevrilir  və  borclunun 
kredit  qabiliyyətinin  qabaqcadan  yoxlanılmasına  baxmayaraq, 
onların ödənilməmə riskini öz üzərinə götürür.  
 Qanunvericilikdə  faktorinq  deyildikdə  pul  tələbinin 
güzəşt  edilməsi  ilə  maliyyələşdirilənən  müqavilə  başa  düşülür. 
Müqaviləyə  görə  bir  tərəf  (maliyyə  agenti)  digər  tərəf  (müştəri) 
qarşısında  malın  verilməsi,  işlərin  yerinə  yetirilməsi  və  ya 
xidmətin  göstərilməsindən  irəli  gələn  müştərinin  (kreditor) 
üçüncü  şəxsə  (borclu)  qarşı  pul  tələbi  hesabına  pul  vəsaitini 
verməyi  və  ya  vermək  öhdəliyini  üzərinə  götürür,  müştəri  isə  bu 
pul  tələbini  maliyyə  agentinə  güzəşt  edir  və  ya  güzəşt  etməyi 
öhdəsinə  götürür.  Borcluya  olan  pul  tələbi  həmçinin  müştərinin 
maliyyə  agenti  qarşısında  öhdəliklərinin  icrasını  təmin  etmək 
məqsədilə müştəri tərəfindən maliyyə agentinə güzəşt edilə bilər. 
Maliyyə  agentinin  öhdəliklərinə  müştəri  üçün  mühasibat 
uçotunun  aparılması,  həmçinin  müştəriyə  güzəşt  predmeti  olan 
pul  tələbi  ilə  əlaqədar  digər  maliyyə  xidmətlərinin  təqdim 
edilməsi də daxil edilə bilər. Maliyyə agenti qismində banklar və 
digər  kredit  təşkilatları,  həmçinin  belə  fəaliyyət  növünə  icazəsi 
(lisenziya) olan digər kommersiya təşkilatları da çıxış edə bilər.  
Maliyyələşdirilməsi  üçün  edilən  güzəşt  predmeti  həm  pul 
tələbi,  artıq  başa  çatmış  ödəniş  müddəti  (mövcud  tələb),  həm  də 
gələcəkdə  yaranacaq  pul  vəsaitini  əldə  etmə  hüququ  (gələcək 
tələb)  ola  bilər.  Güzəşt  predmeti  olan  pul  tələbi  müştəri  ilə 
maliyyə  agenti  arasında  olan  müqavilədə  müəyyən  edilməlidir. 
Müqavilənin  bu  növü  «faktorinq»  adı  ilə  beynəlxalq  təcrübədə 
geniş istifadə edilir.  


 
 
 
 
111 
Müqaviləyə  müvafiq  olaraq  bank  kontragent  mal 
göndərənin borclarını ödəyib-ödəməməsindən asılı olmayaraq ona 
verilmiş ödəniş tapşırığında göstərilmiş məbləği ödəməlidir. Buna 
görə  faktorinq  və  bank  zəmanəti  arasında  fərqlər  mövcuddur. 
Bank zəmanəti verilərkən bank müştəri tərəfindən müvafiq vaxtda 
ödəniş  edilmədikdə  öz  hesabına  ödəniş  etməlidir.  Faktorinq 
xidmətinin  məqsədi  ödəyicinin  ödəniş  qabiliyyətindən  asılı 
olmayaraq  vəsaitin  dərhal  inkasso  edilməsidir  (və  ya  müəyyən 
faktorinq müqaviləsində göstərilən müddətdə götürülməsi).  
Faktorinqin iki növü mövcuddur:  
1. konvension 
2. məxfi.  
Konvension faktorinq – mühasibat uçotu, mal göndərən və 
alıcı ilə hesablaşmalar, sığortalı kreditləşmə, nümayəndəlik və s. 
daxil edilməklə müştərilərə maliyyələşdirmə xidmətinin universal 
sistemidir. Müştəri üçün ancaq istehsalat funksiyası saxlanılır. Bu 
sistem  müəssisəyə  istehsal  xərclərini  məhdudlaşdırmağa  imkan 
verir.  Eyni  zamanda müştərinin faktorinq şirkətindən tam  asılılıq 
riski meydana çıxır ki, belə münasibətlər müştərilərin fəaliyyətləri 
barədə tam məlumatlılığa, onların tabeçiliyinə və onlara nəzarətə 
səbəb olur.  
Belə  xidmət  adətən  faktorinqin  diskont  edilməsi  ilə 
müşayət  olunur.  Bu  isə  onu  bildirir  ki,  bank  öz  müştərisindən-
alıcıdan  pul  almaq  hüququnu  əldə  edir,  sonra  onun  hesabına 
yüklənmiş  malın  məbləğinin  təxminən  80%-i  dərhal,  qalan 
məbləğini isə  debitordan  pulun  daxil  olmasından asılı  olmayaraq 
müəyyən  olunmuş  müddətə  köçürür.  Mahiyyətinə  görə  bu, 
müştərinin  müəyyən  məbləğdə  faiz  ödədiyi,  malın  yüklənməsi 
üçün kreditdir.  
Məxfi  faktorinq  -  son  zamanlar  yalnız  bəzi  əməliyyatların 
yerinə 
yetirilməsi 
ilə 
məhdudlaşdırılan 
faktorinqdir.  O, 
faktorinqin  malgöndərənə  yüklənmiş  mala  görə  kreditin  verilmə 
formasıdır.  Faktorinq,  eyni  zamanda  mal  alana  bank  tərəfindən 
kreditin 
verilməsi 
formasıdır. 
Faktorinq 
əməliyyatının 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə