Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

 
 
 
 
119 
olmadan  iri  məbləğlə  sövdələşmələr  bağlamaq  imkanı  yaradır. 
Sövdələşmənin  minimal  məbləği  –  100,000  ABŞ  dollarıdır. 
Bağlanan  valyuta  sövdələşmələrin  həcmi  böyük  olmalıdır  və  o, 
minimal  sövdələşmə  məbləği  ilə  məhdudlaşmalıdır.  Marcinal 
hesab  açılan  zaman  müştəri  sövdələşmə  məbləğinin  5%-i  həc-
mində  sığorta  depozitini  daxil  edir.  Əgər  müştəri  ticarət  zamanı 
ziyana uğrayırsa, onda onlar sığorta depozitinin hesabına ödənilir. 
Hər  dəfə  depozit  azalan  zaman  onu  ilkin  məbləğə  kimi  artırmaq 
lazımdır.  Hər  bir  sövdələşmə  imzalandıqdan  sonra  Back  Office 
Rietumu  (uçot  və  nəzarət  şöbəsi)  banka  bütün  bağlanan 
sövdələşmələrin  uçotu  ilə  marcinal  hesabın  vəziyyəti  barədə 
hesabatlar göndərir.  
Qeydə  alınmış  məzənnə  üzrə  valyutanın  alışı  və  satışı
Order  –  bankın  müştərisinə  hal-hazırda  bazarda  mövcud 
məzənnədən fərqli olaraq sərfəli məzənnə üzrə valyutanın alışı və 
satışı  barədə  müraciətdir.  Bazarda  elan  edilmiş  məzənnə  məlum 
olduqda  order  icra  edilir.  Belə  ki,  müştərinin  istəyi  ilə  order  icra 
olunan ana kimi geri çağırıla bilər.  
 


 
 
 
 
120 
FƏSİL 6. FORFEYTİNQ ƏMƏLİYYATLARI 
 
6.1. Forfeytinq əməliyyatlarının mahiyyəti 
 
FORFEYTİNQ  –  dövri  sənədlərdə  əks  olunan  borcun 
dövriyyəsiz  əsasla  kreditordan  alınmasından  ibarətdir.  Bu  borcu 
satın  alanın  (forfeyterin)  borcludan  təminatın  əldə  edilməsinin 
mümkün  olmadığı  zaman  kreditora  reqressiv  tələbə  müraciət 
etməkdən  imtina  haqqında  öhdəlikləri  öz  üzərinə  götürməsi 
deməkdir. Dövri öhdəliklərin satın alınması, təbii ki, endirimlərlə 
həyata keçirilir.  
Forfeytinq mexanizmi iki növ əməliyyatlar zamanı istifadə 
edilir: 

 
Maliyyə  əməliyyatlarında  –  uzunmüddətli  maliyyə  öh-
dəliklərinin qısa zamanda həyata keçirmək məqsədilə; 

 
İxrac  əməliyyatlarında  –  nağd  pulların  xarici  alıcıya 
kredit  təqdim  etmiş  mal  göndərənin  hesabına  daxil 
olmasına kömək məqsədilə.  
Forfeytinqin  alətləri  kimi  istifadə  edilən  əsas  dövri 
sənədlər  veksellərdən  ibarətdir.  Lakin  forfeytinq  obyekti  olaraq 
qiymətli kağızların digər növləri də çıxış edə bilər. Bu kağızların 
«təmiz» olması (yalnız mücərrəd öhdəlikləri özündə ehtiva edən) 
mühüm əhəmiyyət kəsb edir.  
Forfeytinq  İkinci  Dünya  müharibəsindən  sonra  yaran-
mışdır.  Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi  sahəsində 
təcrübəsi  olan  bir  neçə  İsveçrə  bankı  bu  üsuldan  Qərbi  Avropa 
ölkələri tərəfindən ABŞ-dan taxıl alınmasının maliyyələşdirilməsi 
üçün istifadə edirdilər. O illər məhsul çatdırılması və tədarükçülər 
arasında  rəqabət  o  qədər  artmışdı  ki,  alıcılar  təqdim  edilən 
kreditlərin  vaxtının  90  gündən  180  günədək  uzadılmasını  tələb 
etməyə  başladılar.  Bundan  başqa,  dünya  ticarət  strukturunun 
bahalı  məhsullar  hesabına  dəyişikliyə  uğraması  baş  vermişdir. 
Beləliklə  də  beynəlxalq  mübadilənin  inkişafı  sahəsində  kreditin 
rolu  artmış  və  mal  göndərənlər  öz  əməliyyatlarını  maliyyələş-


 
 
 
 
121 
dirməyin  yeni  metodlarını  axtarmağa  məcbur  olmuşdular. 
Beynəlxalq  ticarət  sahəsində  baryerlər  aradan  qalxdıqca  bir  çox 
Amerika,  Asiya,  eləcə  də  Latın  Amerikası  ölkələri  dünya 
bazarlarında  daha  da  fəallaşmağa  başladı.  Qərbi  Avropa 
sahibkarları  kreditləri  şəxsi  mənbələri  hesabına  verməkdə  çətinlik 
çəkirdilər.  
Forfeytinq ixracın dövlət kreditləşdirilməsinin zəif inkişaf 
etdiyi  ölkələrdə  daha  geniş  yayılmışdır.  İlk  olaraq  forfeytinq 
əməliyyatı  kommersiya  bankları  tərəfindən  həyata  keçirilirdi, 
lakin  «a-forfe»  əməliyyatlarının  həcmi  artdıqca  ixtisaslaşdırılmış 
qurumlar da yaranmağa başlamışdır.  
Hal-hazırda  forfeytinqin  əsas  mərkəzlərindən  biri  də 
Londondur. Belə ki, Avropa ölkələrinin bir çoxunun ixracı Sitidən 
maliyyələşdirilir.  Forfeytinq  biznesinin  əksər  hissəsi  Almaniyada 
mərkəzləşdirilmişdir.  
Beləliklə, forfeytinq ilbəil müxtəlif maliyyə mərkəzlərində 
inkişaf  edir.  Bununla  yanaşı  «a-forfe»  əməliyyatlarının  sayının 
artmasını  belə  mərkəzlərin  sayının  artması  ilə  əlaqələndirmək 
böyük bir səhv olardı. Bu, risklərin (həmçinin ixracçıların riskləri) 
artması ilə əlaqədar olaraq maliyyələşdirmə mənbələrinin kifayət 
qədər olmaması ilə izah olunur.  
Forfeytinq  əhəmiyyətli  dərəcədə üstün  cəhətlərə  malikdir, 
bu  isə  onu  ortamüddətli  maliyyələşdirmənin  ən  cəlbedici 
formasına  çevirir.  Bu  formanın  əsas  üstün  cəhətləri  forfeyterin 
əməliyyatla  əlaqədar  bütün  riskləri  öz  üzərinə  götürməsindən 
ibarətdir.  Bundan  başqa,  onun  cəlbediciliyi  bəzi  ölkələrdə 
fiksəedilmiş  faiz  dərəcələrindən  imtina  edilməsindən  sonra  daha 
da artmışdır.  
  


 
 
 
 
122 
6.2. Forfeytinq kağızları 
 
Forfeytinq  qiymətli  kağızlarının  əsas  növləri  köçürmə  və 
sadə  veksellərdən  ibarətdir.  Onlarla  aparılan  əməliyyatlar 
gözlənilməz  çətinliklər  olmadan  tez  və  sadə  şəkildə  həyata 
keçirilir. Veksellərdən əlavə, forfeytinq obyekti olaraq akkredetiv 
formasında  olan  öhdəliklər  çıxış  edə  bilər.  Məlum  olduğu  kimi, 
akkreditiv  –  bir  bankın  digərinə  yüklənmiş  mal  üçün  mal-
nəqliyyat sənədlərinin ödənişini həyata keçirmək və ya akkreditiv 
təqdimçisinə müəyyən məbləğdə pul ödəmək tapşırığından ibarət 
olan  hesablaşma  və  ya  pul  sənədidir.  Sənədli  akkreditiv  geri 
çağrılan  və  ya  geri  çağrılmayan  ola  bilər.  Geri  çağırılmayan 
akkreditiv  emitent  bankın  akkreditiv  tərəfindən  nəzərdə  tutulmuş 
kommersiya  sənədlərinin  ona  təqdim  edilməsi  üzrə  ödəmələri 
həyata keçirmək və onun bütün şərtlərini yerinə yetirmək öhdəliyi 
deməkdir.  
Müasir  dövrdə  akkreditivlər  şəhərlərarası  tədarükçülər 
(malgöndərənlər) və alıcıların hesablaşmaları, eləcə də beynəlxalq 
hesablaşmalarda  tətbiq  edilir.  Dünya  ticarətində  sənədli 
akkreditivlər 
əsasən 
xarici 
ticarət 
əməliyyatları 
üzrə 
hesablaşmalarda istifadə edilir.  
Forfeytinq obyekti olaraq akkreditivlər nadir hallarda tətbiq 
edilir.  Bu,  ilk  növbədə,  həyata  keçirilən  əməliyyatların 
mürəkkəbliyi  ilə  izah  olunur.  Bununla  belə,  forfeytinq  bazarı 
əməliyyatların  keçirilməsinin  yüksək  sürətindən,  eləcə  də  sənəd 
mübadiləsinin sadəliyindən ibarətdir.  
Forfeyterin  nöqteyi-nəzərindən  akkreditivlə  keçirilən 
əməliyyatların prinsipial çatışmamazlıgı bir sıra xüsusiyyətlərdən 
ibarətdir.  Məsələ  burasındadır  ki,  əməliyyatın  iştirakçısı  ziyanın 
dövri  olaraq  və  bərabər  məbləğlərlə  ödənilməsini  nəzərdə  tutur. 
Bu,  həm  onun  üçün,  həm  də  digər  iştirakçılar  (borclu  və  zamin) 
üçün  əlverişlidir.  Əgər  veksel  üzrə  hissələrlə  ödəmə  ayrı-ayrı 
sənədlərlə  rəsmiləşdirilirsə,  akkreditiv  üzrə  bütün  bunlar 
benefisiarın  hesabına  vahid  sənəddə  birləşir  və  bu  sənəd  bir  çox 
hallarda  borclunun  xüsusi  razılığı  olmadan  satıla  bilər,  bu  isə 
bütün əməliyyatı xeyli mürəkkəbləşdirir.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə