Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

 
 
 
 
105 
məxaric  kassa  sənədlərinin  qeydi,  kassa  kitabı,  kassir  tərəfindən 
nağd  pulların  verilmə  və  qəbul  olunma  hesab  kitablarının  real 
vəziyyətini  nəzərdən  keçirir.  Bank  nəzarət  edir  ki,  kassirin 
gündəlik hesabatı mədaxil, məxaric sənədlərinə görə ödəmə hesab 
cədvəlinə  uyğundurmu?  Bütün  bu  suallar  yoxlama  aktında  öz 
əksini tapmalıdır . İlkin kassa sənədlərinin aparılma keyfiyyəti və 
müntəzəmliyi  qeyd  olunur,  kassa  kitabında  və  mədaxil  -məxaric 
sənədlərindəki yazılar qeyd olunmuş yazılara uyğundurmu? 
 Kassa  nizam-intizamın  yoxlama  nəticəsinə  görə  bankın 
nümayəndəsi  nəticə  çıxarıb müəssisə rəhbərliyinə aşkar olunmuş 
pozğuntuların aradan götürülməsi haqqında təkliflərini verir.  
Kassa  nizam–intizamın  kobud  və  sistematik  sürətdə  po-
zulmasını və müştərilər tərəfindən bankın aldadılma faktları aşkar 
edildiklə onlara qarşı cərimə sanksiları tətbiq olunur: 
1. Hüquqi şəxslər arasındı müəssisə öhdəliklərinə görə nağd 
pullar əvəzinə nağd olmayan pullarla hesablaşma aparılması aşkar 
olunduqda (qanunla təyin olunmuş ölçüdən yüksək olduqda); 
2.  Kassada  nağd  pulların  təyin  olunmuş  limitdən  artıq  ol-
masına; 
3.  Bankın  kassasından  alınmış  nağd  pulun  məqsədsiz 
istifadəsinə; 
4.  Bank  tərəfindən  təyin  olunmuş  mədaxil  təhvil  alınma 
qaydasının müəyyən olunmuş müddətdə yerinə yetirilməməsinə; 
5.  Başqa  təşkilatlara  nağd  pulun  borc  verilməsi  zamanı 
çatışmamazlıga yol verildikdə; 
6.  Hesabdan  nəğd  pul  verilməsi  zamanı  əvvəllər  verilmiş 
mabləğ üzrə tam uçot aparılmadıqa; 
7.  Kassa  nizam  –  intizamına  digər  hallarda  əməl  edilmə-
dikdə.  
 Bank  dövri  olaraq,  müəsissə  tərəfindən  bir  neçə  çatış-
mamazlıq aşkar edərsə, onda cərimə məbləğinə əlavələr edilir və 
çatışmamazlıqların ödənilməsi tələb olunur.  
 Cərimə  sanksiyalarını  həyata  keçirmək  kassa  əməliyyatlarına 
nəzarət edilməsi hüququ olan bankın üzərinə düşür.  


 
 
 
 
106 
 Mərkəzi  Bank  nağd  pulla  işləmə  qaydalarına  əməledən  və 
nağd  pul  tədavülünü  təşkil  edən  kommersiya  banklarında  planlı 
qaydada  yoxlanılmalar  həyata  keçirir.  Burada  Mərkəzi  Bankın 
məqsədi  müəsissələrdə  qanunçuluğun  yerinə  yetirilməsini 
yoxlamaq, Mərkəzi Bankının normativ aktlarına əməl edilməsinin 
vəziyyətini 
yoxlamaq, 
nağd  pul  tədavülünün  təşkilini 
tənzimləmək  və  zəruri olduqda xəbərdarlıq ölçüləri qəbul  etmək, 
aşkar  olunmuş  çatışmamazlıqların  ləgv  edilməsi  üçün  təkliflər 
vermək.  
Bank  yoxlama  zamanı  nəğd  pul  vəsaitinin  səmərəli  hərə-
kətinin  təmin  olunmasına, vaxtında müəssələrin,  sahibkarların və 
fiziki şəxslərin ehtiyaclarının bankın kassasına cari daxil olunmuş 
nağd  pul  hesabına  təmin  etməyə,  xidmət  edilən  müştərilərdən 
vaxtında  və  tam  pul  mədaxillərinin  toplanmasına,  müəsissələrin 
kassalarından pul vəsaitlərinin verilməsinə diqqət yetirir.  
 
 
 
  
 
 
 
 


 
 
 
 
107 
FƏSİL 4. BANKLARIN LİZİNQ VƏ FAKTORİNQ 
ƏMƏLİYYATLARI 
  
4. 1. Lizinq əməliyyatı 
 
 Dünya  təcrübəsində  «lizinq»  termini  uzunmüddətli  is-
tifadə  üçün  malların  icarəsinə  əsaslanan  müxtəlif  sövdələşmə 
növlərini  bildirmək  üçün  istifadə  edilir.  İcarə  müqaviləsinin 
bağlanma  müddətlərindən  asılı  olaraq  üç  növdə  icarə 
əməliyyatları fərqləndirilir: 

 
qısa müddətli icarə (rentinq) - bir gündən bir ilə kimi olan 
müddət; 

 
orta  müddətli  icarə  (hayrinq)  –  bir  ildən  üç  ilə  kimi  olan 
müddət; 

 
uzun müddətli icarə (lizinq) – üç ildən 20 ilə və daha çox 
müddətə.  
Lizinq  anlayışı  ­  müqavilə  müddəti  ərzində  icarəyə  verən 
tərəfindən  istehsalatda  istifadə  üçün  alınmış,  həmin  əşyaya  olan 
mülkiyyət hüququnu özündə saxlamaqla maşın və avadanlıqların 
müqavilə  ilə  uzun  müddətə  icarəsi  kimi  başa  düşülür.  Bundan 
başqa,  lizinq  –  üçüncü  şəxs  üçün  əmlak  əldə  edən  və  ona  uzun 
müddətli  icarəyə  verən  ixtisaslaşdırılmış  (lizinq)  şirkətin 
vasitəsilə 
əsas 
fonda 
vəsait 
yerləşdirməsinin 
maliyyələşdirilməsinin  xüsusi  forması  mənasını  verir.  Beləliklə, 
lizinq  şirkətləri  faktiki  olaraq  icarədara  «kredit»  verirlər.  Buna 
görə  də  lizinqi  bəzən  «kredit-icarə»  adlandırırlar.  Alqı-satqı 
müqaviləsində  mala  olan  mülkiyyət  hüququ  satıcıdan  alıcıya 
keçir,  lizinqdə  isə  icarə  predmetinə  mülkiyyət  hüququ  icarəyə 
verəndə  qalır,  lizinq  əldə  edən  isə  ancaq  müvəqqəti  istifadə 
hüququna  sahib  olur.  Lizinq  müqaviləsi  bitən  zaman  lizinq  əldə 
edən  obyekti  razılaşdırılmış  qiymətə  ala,  lizinq  müqaviləsinin 
vaxtını  uzada  və  ya  müqavilə  müddəti  başa  çatdıqda  avadanlığı 
sahibinə qaytara bilər. Həmçinin lizinqin icarədən bu kimi fərqləri 
var: 


 
 
 
 
108 
1.
 
İcarədardan  fərqli  olaraq  lizinq  alan  əmlakın  sığortasını, 
onun texniki xidmət haqqını və əmlakın məhv olma və ya 
korlanması zamanı mülkiyyətçinin zərərini ödəyir; 
2.
 
Lizinq  sövdələşməsi  üzrə  lizinq  obyektində  qüsur  aşkar 
edildiyi  halda  lizinq  alan  lizinq  verənə,  avadanlığı  təchiz 
edən tərəfə öz etirazını bildirir.  
Bununla  əlaqədar  lizinq  sövdələşməsinin  müddəti  ilə 
paralel  olaraq  avadanlığın  texniki  xidmətinə  görə  təchizatçının 
zəmanəti  də  nəzərdə  tutulur.  İqtisadi  nöqteyi  nəzərdən  lizinq 
avadanlığın  satışını  təqdim  etməyə  görə  kreditə  bənzəyir.  Kredit 
verilən  zaman  borc  alan  əsas  fonda  müəyyən  edilmiş  müddətdə 
borcun  ödənilməsi  üçün  ödənişlər  edir.  Bu  zaman  bank  kreditin 
qaytarılmasının  təminatı  kimi  borc  tam  ödənilənə  kimi  kredit 
verilmiş  obyektə  mülkiyyət  hüququnu  özündə  saxlayır.  Lizinq 
zamanı  icarədar  ancaq  müqavilə  müddəti  bitdikdə  və  icarəyə 
götürdüyü  əmlakın  dəyərini  tam  ödənikdikdən  sonra  icarəyə 
götürülmüş  əmlakın  sahibi  olur.  Belə  ki,  belə  oxşarlıq  ancaq 
maliyyə  lizinqi  üçün  xarakterikdir.  Lizinqin  digər  növü  olan 
operativ lizinq avadanlığın klassik icarəsi ilə müşahidə olunur. Öz 
hüquqi  formasına  görə  lizinq  sövdələşməsi  investisiya 
dəyərlərinin  uzun  müddətli  icarəsinin  özünəməxsus  növüdür. 
Lizinq əməliyyatının daha dəqiq müəyyənləşdirilməsi təcrübi əhə-
miyyətə  malikdir;  belə  ki,  onu  qanuna  müvafiq  qaydada  rəsmi-
ləşdirmədikdə,  o,  lizinq  sövdələşməsi  hesab  oluna  bilməz, 
əməliyyat  iştirakçıları  üçün  bir  sıra  mənfi  maliyyə  nəticələrinə 
səbəb ola bilər.  
 
  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə